HİPNÓZ

[ yun. hypnos – yuxu]
1. İnsanda və ali onurğalı heyvanlarda adətən sözlə, baxışla təlqin nəticəsində əmələ gələn yarımyuxululuq halı.
Kütləvi hipnoz və müxtəlif “möcüzələr” göstərmək ta qədimdən məlum olan adi bir şeydir; hind sehrbazları bunu xüsusilə bacarırmışlar və indi də bacarırlar. Ə.Haqverdiyev.

□ Hipnoz etmək – bax hipnozlamaq.
2. Təlqin vasitəsilə yatırtma, habelə yatırdılanın iradəsinə (müalicə məqsədilə) təsir göstərmə; hipnozla müalicə.
// məc. Cazibə, cazibə qüvvəsi. Hipnoz kimi təsir etmək.
HİPNOTİ́ZM
HİPNOZÇU
OBASTAN VİKİ
Hipnoz
Hipnoz — psixologiya elminə görə, təlqinə uyğunluğu olan süni yuxu və ya yuxu-oyanıqlıq arası bir haldır. Hipnoz sözü yunan tanrısı Hipnosun adından götürülüb. Hipnozçunun sözlə təlqini nəticəsində insanlarda yuxuyabənzər vəziyyətin xüsusi növüdür. Termini ilk dəfə istifadə edən, Yunan mifologiyasındakı yuxu ilahəsinin adından (Χυπνος) ilhamlanan həkim S. James Braiddir(1795–1860). Çox qədimdən gizli elm kimi istifadə olunurdu. Hipnoz tormozlanması fizioloji yuxu tormozlanmasının eynisidir. Hipnoz, ruh və bədən əlaqəsinin (nəticədə perispri və bədən əlaqəsinin) rahatlaması nəticəsində yaranan bir trans halıdır. == Metapsişikdəki Hipnoz Üsulları == Hipnoz halı iki yolla təmin edilir: Maqnetizma yoluyla (maqnetik yuxu) və hipnoz texnikalarıyla (hipnotik yuxu). Maqnetizma üsullarını süjelər üzərində bilinən mənada ilk tətbiq edən və bu təsirə "heyvani maqnetizma" adını verən adam, canlılar üzərindəki maqnetizmanın kaşifi sayılan, Franz Anton Mesmerdir (1734–1815). Maqnetik hipnoz, hipnotik hipnoza müqayisədə həm daha dərin və təbii bir degajman halıdır, həm də ruhi araşdırmalar üçün, daha faydalı və bol imkanlar təqdim edir.
Hipnoz cərrahiyyə
Hipnoz cərrahiyyə — xəstənin ənənəvi anesteziyadan yox hipnoterapiya ilə sakitləşdirildiyi əməliyyat. Anesteziya üçün hipnoz ilk dəfə 1840-cı ildə cərrah Jeyms Braid tərəfindən istifadə edilmişdir. Bəzən mediada hipnoz altında cərrahiyyə əməliyyatının aparılması barədə xəbərlər olur, lakin onlar nəzarət edilən şəraitdə həyata keçirilmədiyi üçün onlardan heç bir nəticə çıxarmaq olmur. Doğuş və ya əməliyyatdan sonrakı ağrı kimi digər kontekstlərdə ağrının müalicəsində hipnozun effektivliyini dəstəkləmək üçün kifayət qədər dəlil yoxdur. == Tarixi == Mesmerizm (heyvan maqnitizmi də adlandırılir) — Franz Mesmer tərəfindən heyvanlarda görünməz təbii qüvvə hesab etdiyi bir termindir. O, həmçinin onu şəfa kimi fiziki təsirləri ola biləcəyinə inanırdı. İlk hipnoz cərrahiyyəsi ilə tanınan Ceyms Braid ilk dəfə Çarls Lafonten tərəfindən maqnetizmlə bağlı ictimai tamaşada iştirak edərkən mesmerizmi müşahidə etdi. Daha iki şouda iştirak etdikdən sonra o, belə qənaətə gəldi ki, müşahidə olunan fiziki təsirlər olsa da, onlar maqnit müdaxiləsindən qaynaqlanmayıb. Braid daha sonra mesmerizmin subyektin görmə və konsentrasiyası ilə əldə edildiyi fikrini sübut etmək üçün öz üzərində təcrübədən istifadə etdi. Buna görə də Braid Lafontenin nümayiş etdirdiyi hadisələrin maqnetizmlə heç bir əlaqəsi olmadığını iddia etdi.

Значение слова в других словарях