Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Naxçıvan mövzulu poçt markaları
Naxçıvan mövzulu poçt markaları — Naxçıvan Muxtar Respublikası ilə əlaqədar olaraq dövriyyəyə buraxılan poçt markaları. Naxçıvanla bağlı olan ilk poçt markası 1961-ci ildə SSRİ poçtu tərəfindən dövriyyəyə buraxılmış Naxçıvan şəhərinin Lenin küçəsinin təsvir olunduğu markadır. Müvafiq mövzu ilə bağlı bir il ərzində ən çox – 9 marka isə 2009-cu ildə "Azərmarka" tərəfindən dövriyyəyə buraxılmışdır.
Qarabağ mövzulu poçt markaları
Qarabağ mövzulu poçt markaları — Qarabağ ilə əlaqədar olaraq dövriyyəyə buraxılan poçt markaları.
Azərbaycan mövzulu sovet poçt markalarının siyahısı
Azərbaycan mövzulu sovet poçt markalarının siyahısı — SSRİ-nin poçt təşkilatı tərəfindən buraxılmış Azərbaycan mövzulu rəsmi poçt markalarından ibarətdir.
Azərbaycan mövzulu xarici poçt markalarının siyahısı
Azərbaycan mövzulu xarici poçt markalarının siyahısı — Xarici ölkələrin poçt təşkilatları tərəfindən buraxılmış Azərbaycan mövzulu rəsmi poçt markalarından ibarətdir.
Mövzu
Mövzu: Mövzu (yun. thema, «əsasında olan») — hansısa mətnin və ya söylənən fikrin əsas mənası, məzmun hissəsi.Mövzu (musiqi) — musiqi əsərinin yadda qalan əsas hissəsi.Mövzu (linqvistika) — remaya əks olaraq əvvəldən verilən fikir. Mövzu əvvəldən verilən əsas məzmundur. Rema mövzu haqqında bildirilən məlumat.
Ovculu
Ovculu (Şamaxı) — Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində kənd. Ovçulu (Ağdaş) — Azərbaycan Respublikasının Ağdaş rayonunun inzibati ərazi vahidində kənd. Ovcullu — Qəbələ rayonunun Hacallı inzibati ərazi vahidində kənd.
Ov mövsümü
Ov mövsümü (ing. Open Season) — 2006 ABŞ animasiya komediya-macəra filmidir. Sony Pictures Animations tərəfindən hazırlanmışdır. == Səsləndirənlər == Martin Lorens - Boog Eşton Kutçer - Elliot Qari Sinise - Şou Debra Messing - Beyt Billi Konnolli - McSquizzy Con Favreau - Reilly Corciya Engel - Bobbi Ceyn Krakovski - Gizel Qordon Tootoroz - Qordi Patrik Varburton - İan Kodi Kameron - Mr.
Seyidağa Mövsümlü
Seyidağa Mövsümlü (1 avqust 1957, Ucar – 25 iyun 2018, Bakı) — Azərbaycan Ordusunun ilk hərbi operatoru. == Həyatı == Seyidağa Mövsümlü 01 avqust 1954-cü ildə Ucar rayonunda anadan olub. 1969-cu ildə Bakı Dəmir Yolu Texnikumuna daxil olsa da, ürəyində operatorluğa bir sevgi olub. O üzdən də tale onu televiziya sahəsinə gətirib. Azərbaycan Dövlət Teleradio Komitəsində teleoperator assistenti vəzifəsində əmək fəaliyyətinə başlayıb. Bu sahədə təhsil almaq üçün 1980-ci ildə Ümumittifaq Teleradio İnstitutuna göndərilib. Moskvada təhsilini uğurla başa vurub Bakıya qayıdıb. Azərbaycan Dövlət Teleradio Komitəsində teleoperator kimi fəaliyyətini davam etdirib. Tamaşaçıların dövlət televiziyasından sevə-sevə izlədikləri "Adı sənin, dadı mənim", "Kökdən düşmüş piano", "Bağışla" (3 hissəli), "Göz həkimi" "Gülüş sanatoriyası", "Pəncərədə işıq" və digər televiziya tamaşalarının, sənədli filmlərin operatoru olub. Xalqımız onu daha çox 1988-ci ildən başlayan xalq hərəkatından tanıyır.
Tovuzlu (Xudabəndə)
Tovuzlu (fars. توزلو‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 2,085 nəfər yaşayır (450 ailə).
Yağışlar mövsümü
Yağışlar mövsümü — İlin bir movsümü olaraq, atmosfer yağıntılarının böyük miqdarda düşdüyü dönəmdir. Əsasən tropik qurşaqlarda müşahidə edilir. Xüsusi ilə mussonun mövcud olduğu ərazilərdə savannalarda müşashidə etmək olar. Yağışlar mövsümü ekvatordan tropiklərə doğru yağıntılar mövümü arasındakı vaxt və yağıntının miqdarında fərqlər müşahidə edilir. Ekvatora yaxın ərazilərdə ildə iki dəfə yağışlar mövsümü müşahidə edilir. Tropiklərin ucqarlarında isə ildə bir yağış mövsümü olur.
Axım modulu
AXIM MODULU – Vahid zamanda sutoplayıcının vahid sahəsindən (F) keçən suyun (Q) miqdarı aşağıdakı düstur ilə təyin edilir.. M=F/Q m³/(san.km2 ) M-axım modulu F-vahid sahə Q-keçən suEroziya prosesini səciyyələndirmək üçün çay şəbəkəsində aylıq, mövsümi, yaxud illik sülb axımı. Bəzən eroziya modulu da adlanır. Eroziya modulu (asılı gətirmələrin axım modulu) 1 km² sutoplayıcı sahədən axan sülb axımın tonla miqdarıdır.
Elastiklik modulu
Elastiklik və ya Yunq modulu materialın dartılmada elastiki deformasiyaya zamanı göstərdiyi müqaviməti xarakterizə edir. O, ingilis fiziki Tomas Yunqun şərəfinə adlandırılmışdır. Dinamik proseslərdə Yunq modulu mühit və prosesin funksionalı kimi baxılır. Yunq modulu aşağıdakı kimi ifadə olunur: E = F / S x / l = F l S x , {\displaystyle E={\frac {F/S}{x/l}}={\frac {Fl}{Sx}},} burada: E —elastiklik moduludur, Paskalla ölçülür, F — təsir edən qüvvədir, Nyutonla ölçülür, S — qüvvənin təsir etdiyi sahədir, l — deformasiya olunan çubuğun uzunluğudur, x — elastiki deformasiya nəticəsində çubuğun dəyişmə moduludur. Düsturdan göründüyü kimi Yunq modulu materialın Elastiklik modulunu ifadə edir. Bu modul xətti elastiki deformasiya olunan materialda gərginlik və uzanma arasındakı münasibəti təsvir edən material göstəricisidir. Materialın deformasiyaya qarşı müqaviməti böyük olduqca onun elastiklik modulu (Yunq modulu) da böyük olur. Yəni ki, yüksək elastiklik moduluna malik material (polad) daha sərt, aşağı elastiklik moduluna material isə (rezin) elastiki olur. Elastiklik modulu Huk qanununda mütənasiblik əmsalı kimi istifadə olunur. Kristal materiallarda E-modulu istiqamətdən asılıdır və elastiki sabitlərdən ibarət elastiklik tenzoru ilə təsvir olunmalıdır.
Komanda modulu
Komanda modulu kosmik gəminin vacib hissələrindən biridir. Adından da göründüyü kimi, astronavtlar tərəfindən komandanlıq missiyasının yerinə yetirildiyi hissədir. Bura həm də astronavtların kosmik gəmilərdə vaxtlarının çox hissəsini keçirdikləri yerdir. Misal üçün; Apollon kosmik gəmisindəki Komanda Modulu 3 hissədən ibarətdir: yuxarı hissə, alt hissə və heyət hissəsi. Yuxarı hissədə bir-birinə kilidləmə mexanizmi (Apollon ay modulu ilə bir-birinə bağlanmanı təmin edir) və 2 reaktiv mühərrik; aşağı hissədə, qalxma zamanı baş verən sarsıntıyı aradan qaldırmaq üçün nəzərdə tutulmuş cihaz və 10 mühərrik; Heyət hissəsində isə nəzarəti təmin edəcək cihazlar və göstəricilər mövcuddur. Komanda modulu işə buraxılma zamanı yuxarı hissədə yerləşdiyi üçün aerodinamik formadadır. Atmosferə yenidən daxil olarkən sürtünmə nəticəsində əmələ gələn istiliyin daha geniş bir səthə paylanması və enişin asanlaşdırılması üçün komanda modulunun aşağı hissəsi daha geniş formada hazırlanmışdır. İfrat qızışmanın yaratmış olduğu problemləri aradan qaldırmaq üçün üst hissəsi istilik dəf edicilər ilə örtülmüşdür.
Moğulu (Mərənd)
Moğulu (fars. مغولو‎) - İranın Şərqi Azərbaycan ostanının Mərənd şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə yaşayış yoxdur.
Ovculu (Şamaxı)
Ovçulu — Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Şamaxı r-nu Ovçulu kənd i.ə.d.-nin mərkəzi. Ləngəbiz silsiləsinin yamacındadır. Kənd əhalisi 1169 nəfərdir ki, onunda 593 nəfəri kişi, 576 nəfəri isə qadınlar təşkil edir., 249 təsərrüfatı var. Kənddə Hacıbaba, Verdili, Eynəddinli, Hapıtlı, Abdullalı, Qocamanı, Pirməmmədli, Səfərli, Seyidli, Rəhimuşağı, İsmayıluşağı, Hüseynuşağı, Fərhadlı, (Əhməd) uşağı adlı tirə və nəsillər vardır. Yaşayış məntəqəsinin adı ovçulu tayfasının adı ilə bağlıdır. Tayfaya məxsus bir qrup ailə 19 əsrin sonlarında Cavad qəzasında maldarlıqla məşğul olmuşdur. Müxtəlif mənbələrdə Ovçalu, Ovcullu, Ovçular variantlarında da qeydə alınmışdır.
Ovçulu (Ağdaş)
Ovçulu — Azərbaycan Respublikasının Ağdaş rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Ağdaş rayonunun Orta Ləki kənd inzibati-ərazi vahidindəki Ovçulu kəndi Aşağı Ləki kənd inzibati-ərazi vahidinin tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 9 oktyabr 2007-ci il tarixli, 425-IIIQ saylı Qərarı ilə Ağdaş rayonunun Ovçulu kəndi Aşağı Ləki kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Hapıtlı kəndi mərkəz olmaqla, Hapıtlı kənd inzibati ərazi dairəsi yaradılmışdır.
Xidmət modulu
Xidmət modulu kosmik gəmiyə lazım olan yanacaq, mühərriklər üçün lazım olan helium, yanacaq hücrələri və astronavtlar üçün lazım olan oksigenin olduğu və s. şeyləri özündə saxlayan hissədir. Misal üçün; Apollo Spacecraftda Xidmət Modulunda bir mühərrik yerləşdirilmişdir. Bu mühərrik 2 dəfə işə düşərək birində Ayın orbitinə girilməsinə, digərində isə Ayın orbitindən çıxaraq Yerə qayıtmağa imkan yaratmışdır. Modulun qalan hissəsi anbarlardan ibarətdir. Bunlar; yanacaq ambarları, mühərriklərə lazımi təzyiqi təmin etmək üçün heliumun olduğu hücrələr, yanacaq hücrələrini işlədəcək və astronavtların nəfəs alması üçün lazım olan oksigenin olduğu anbarlar və hidrogen anbarlarıdır. Xidmət modulu atmosferə yenidən daxil olan zaman tərk edilir, buna görə də istilik dəf edicisi ilə örtülmür.
1966 Neftyanik mövsümü
1966-cı il futbol üzrə SSRİ çempionatı "Neftyanik"in turnirdə doqquzuncu, ardıcıl olaraq isə yeddinci iştirakı idi. Komanda çempionatla yanaşı həmçinin SSRİ Kuboku turnirində də çıxış edirdi. 1966-cı il mövsümü Azərbaycan klublarının SSRİ yüksək liqasında ən yaxşı nəticəsi hesab olunur. Belə ki, "ağ-qaralar" 19 komandanın yarışdığı turnirdə yekun nəticə olaraq üçüncü yeri tutaraq bürünc medala sahib oldu. Buna qədər komandanın ən yaxşı nəticəsi 1963-cü ildə keçirilmiş çempionatda altıncı yeri tutmaq olmuşdur. Bu mövsüm yalnız çempionatda qalib olan komanda və Kubokun qalibi (və ya finalçısı) Avropa miqyaslı turnirlərə qatıla bildiyindən, "Neftyanik"in Avropada debütü mümkün olmadı. Klub ev oyunlarını Lenin stadionunda keçirirdi. == Çempionat == Fevral ayında SSRİ İdman Cəmiyyətləri və Təşkilatları İttifaqı Mərkəzi Şurasının Rəyasət Heyəti keçən mövsüm son 3 pilləni tutaraq aşağı dəstəyə düşməli olan "Lokomotiv Moskva", "Torpedo Kutaisi" və Odessanın "OİK" klublarını liqada saxlamaq qərarını aldı. 1966-cı il futbol üzrə SSRİ çempionatı əvvəlcədən planlaşdırıldığı kimi aprelin 17-də deyil, 10-da start götürdü və noyabr ayının 30-dək davam etdi. Çempionata hazırlığın həlledici mərhələsi Kislovodskda keçirildi.
Hovuzlu yaşayış yeri
Hоvuzlu yаşаyış yеri — Yuxarı Buzqov kəndinin qərbində hündür təpənin üzərində yеrləşir. Yаşаyış yеrinin ərаzisində bir nеçə yеrdə yаşаyış binаsı üçün bünövrə qаzıldığındаn Еrkən Tunc dövrünə аid kеrаmikа pаrçаlаrı üzə çıхmışdır. Lаkin аrаşdırmаlаr göstərdi ki, yаşаyış yеrində mədəni təbəqə çох yığılmаmışdır. Tаpıntılаr bаşlıcа оlаrаq yеrüstü mаtеriаllаrdаn ibаrətdir. Оnlаr qаrа, bоz və çəhrаyı rəngdə bişirilmiş küpə tipli qаblаrın аğız hissəsi və qulplаrının pаrçаlаrı ilə təmsil оlunmuşdur. Yаşаyış yеrinin ərаzisi 2 hеktаrdır. Yаşаyış yеri köçmə mаldаrlıqlа məşğul оlаn mаldаr tаyfаlаrа аiddir. Аbidəni е.ə. IV-III minilliklərə аid еtmək оlаr. Qеyd еtmək lаzımdır ki, yаşаyış yеrinin ərаzisindən Аntik və Оrtа əsrlərə аid kеrаmikа nümunələri də аşkаr оlunmuşdur.
Apollon ay modulu
Ay modulu və ya Ay hörümçəyi — Aya enmək üçün istifadə olunan kosmik gəminin hissələrindən biridir. Apollon proqramı üçün Grumman şirkəti tərəfindən istehsal edilmişdir. Əvvəlcə Apollon 11-də və daha sonra digər Apollon missiyalarında uğurla istifadə edilərək Aya endirilmişdir. Eniş mərhələsi və çıxış mərhələsi olaraq 2 mərhələdən ibarət olan Ay modulunun digər adı "Ay hörümçəyi"dir. Eniş mərhələsi: Aya enməni təmin edən və gücü azaldıla bilən bir ədəd raket mühərrikindən, yanacaq çənlərindən və elmi tədqiqatlar üçün istifadə edilən alətlərin olduğu bir hissədən ibarətdir. Çıxış mərhələsi: Briqadanın yerləşəcəyi, rabitəni təmin edən avadanlıq, idarəetmə və nəzarət sistemlərinin, qalxma mühərriki və lazımi yanacaq çəninin yerləşdiyi hissədir. Ay modulu yalnız Ayın ətrafında və onun səthində fəaliyyət göstərir. Atmosferlə təmasda olmur, onu əhatə edən adapterin içərisindədir. Buna görə də aerodinamik formada dizayn edilməmişdir. Adından da göründüyü kimi hörümçək formasında olan quruluşa malikdir.
Apollon komanda modulu
Komanda modulu kosmik gəminin vacib hissələrindən biridir. Adından da göründüyü kimi, astronavtlar tərəfindən komandanlıq missiyasının yerinə yetirildiyi hissədir. Bura həm də astronavtların kosmik gəmilərdə vaxtlarının çox hissəsini keçirdikləri yerdir. Misal üçün; Apollon kosmik gəmisindəki Komanda Modulu 3 hissədən ibarətdir: yuxarı hissə, alt hissə və heyət hissəsi. Yuxarı hissədə bir-birinə kilidləmə mexanizmi (Apollon ay modulu ilə bir-birinə bağlanmanı təmin edir) və 2 reaktiv mühərrik; aşağı hissədə, qalxma zamanı baş verən sarsıntıyı aradan qaldırmaq üçün nəzərdə tutulmuş cihaz və 10 mühərrik; Heyət hissəsində isə nəzarəti təmin edəcək cihazlar və göstəricilər mövcuddur. Komanda modulu işə buraxılma zamanı yuxarı hissədə yerləşdiyi üçün aerodinamik formadadır. Atmosferə yenidən daxil olarkən sürtünmə nəticəsində əmələ gələn istiliyin daha geniş bir səthə paylanması və enişin asanlaşdırılması üçün komanda modulunun aşağı hissəsi daha geniş formada hazırlanmışdır. İfrat qızışmanın yaratmış olduğu problemləri aradan qaldırmaq üçün üst hissəsi istilik dəf edicilər ilə örtülmüşdür.
Apollon xidmət modulu
Xidmət modulu kosmik gəmiyə lazım olan yanacaq, mühərriklər üçün lazım olan helium, yanacaq hücrələri və astronavtlar üçün lazım olan oksigenin olduğu və s. şeyləri özündə saxlayan hissədir. Misal üçün; Apollo Spacecraftda Xidmət Modulunda bir mühərrik yerləşdirilmişdir. Bu mühərrik 2 dəfə işə düşərək birində Ayın orbitinə girilməsinə, digərində isə Ayın orbitindən çıxaraq Yerə qayıtmağa imkan yaratmışdır. Modulun qalan hissəsi anbarlardan ibarətdir. Bunlar; yanacaq ambarları, mühərriklərə lazımi təzyiqi təmin etmək üçün heliumun olduğu hücrələr, yanacaq hücrələrini işlədəcək və astronavtların nəfəs alması üçün lazım olan oksigenin olduğu anbarlar və hidrogen anbarlarıdır. Xidmət modulu atmosferə yenidən daxil olan zaman tərk edilir, buna görə də istilik dəf edicisi ilə örtülmür.
1955 Formula 1 mövsümü
1955 Formula-1 mövsümü — FİA tərəfindən keçirilmiş Formula 1-də 6 dünya avtomobil yarışları çempionatı. Çempionat 6 yanvar-11 sentyabr tarixləri arasında başladı və yeddi mərhələ ilə müşayiət edildi. == Çempionatın reqlamenti haqqında ümumi məlumat == Xallar, yarışın ilk beş ən yaxşı pilotu tərəfindən qazanılır, sırasıyla 8, 6, 4, 3, 2 bal aldı. Bundan əlavə, pilot yarışın ən sürətlisi üçün 1 bal topladı. Pilotların fərdi təsnifatında, çempionatın ən yaxşı 5 yarışının nəticələri nəzərə alınır. Yarışda bir-birlərini əvəz edən bir neçə atlı tərəfindən atılan xallar arasında bərabər şəkildə bölünür.
1956 Formula-1 mövsümü
1956 Formula-1 mövsümü — FİA tərəfindən maliyyələşdirilən 7 Formula 1 Dünya Çempionatı. Çempionat 22 yanvar-2 sentyabr tarixləri arasında keçirilib və 8 mərhələdən ibarət idi. == Çempionatın reqlamenti haqqında ümumi məlumat == Xallar, yarışın ilk beş ən yaxşı pilotu tərəfindən qazandı, sırasıyla 8, 6, 4, 3, 2 bal aldı. Bundan əlavə, pilot yarışın ən sürətlisi üçün 1 bal topladı. Pilotların fərdi təsnifatında, çempionatın ən yaxşı 5 yarışının nəticələri nəzərə alınır. Yarış əsnasında bir-birlərini əvəz edən bir neçə atlı tərəfindən atılan ballar yarışda qalan sayına görə aralarına bölünür.
1956 Formula 1 mövsümü