Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Əl-Müsənnə (el)
Müsənna mühafəzəsi (ərəb. محافظة المثنى‎) — İraqın 18 mühafəzəsindən biridir. Müsənna mühafəzəsinin ərazisi 51.740 km², 1997-ci ildə aparılmış rəsmi siyahıya almaya əsasən əhalisi 436.825 nəfər, inzibati mərkəzi Səmavə şəhəridir .
Müsənnəf İbn Əbu Şeyba
Müsənnəf İbn Əbu Şeyba (ərəb. مصنف ابن أبي شيبة‎) — Məhəmməd peyğəmbərin (s.a.v.) həyat və fəaliyyətinə dair mühəddis İbn Əbu Şeyba tərəfindən tərtib edilmiş hədislər toplusu. Kitab əl-Müsnəd kimi də tanınır. Mərfa və məukuf hədislərini ehtiva edir. Məcmuənin ən uzun bölməsi İmam Əbu Hənifənin təkzibi fəslidir (Məhəmməd Zahid əl-Kövsəri öz kitablarında bu iddiaları təkzib etmişdir). Müsənnəf bir çox əlyazmalarda mövcuddur. Həmçinin bir neçə müasir nəşri var, məsələn: Hindistanın "Əd-Dar əs-Sələfiyə əl-Hindiyə əl-Kadima" nəşriyyatından, Dar əl-Kiblə nəşriyyatından. Müsannafın bəzi hissələri Multanda çap edilmişdir. Şərh Şeyx Səad əl-Şəsri tərəfindən Musannaf üçün buraxılmışdır. Müsənnəf məğribdə və müsəlman İspaniyasında böyük uğur qazanır, burada Baqi ibn Məhlyad Şərqdən qayıdarkən ona şərhini verir, bu da Kordoba müftisi Aşbaq ibn Xəlilin qəzəbinə səbəb olur.
Menes
Menes (Ərəbcə: مينا; Qədim Yunan dili: Μήνης; Misir dili: Meni; təq. e. ə. 3200-cü illər – təq. e.ə. 3125) — bəzi tarixçilərə görə Misirin Erkən padşahlıq dövrünün ilk hökmdarı olduğu qeyd olunan firon. Antik Misirdə haqqında bir çox mübahisə olan bir firon olaraq önə çıxır. Xüsusən Narmer Tabletlərinin tapılmasından öncə Aşağı və Yuxarı Misirin birləşdiricisi və əsl mənada ilk Misir fironu olduğu düşünülən Menesin haqqında adı keçən tabletlərdə heç bir şəkildə məlumat olmaması, önəmli bir mübahisə yaratmış və günümüzdə bir çox tarixçi bu arxeoloji tapıntılar nəticəsində, Narmerin ilk firon və Misirin birləşdiricisi olduğu mövzusunda görüş birliyi içərisindədir. Tarixi qeydlərin çox dəqiq olmaması və fərqli firon siyahılarında görülən fərqliliklər səbəbilə, günümüzdə Menesin, Narmer və ya Hor-Ahaya aid bir ad olduğu və Antik Misirdəki məşhur Memfis şəhərinin qurucusu olduğu düşünülür. Bəzi fironlar siyahısında Min və ya Meni deyə adlandırılmış olan Menesin Manethonun kitabından 62 il hökm sürdüyü və bir begemot tərəfindən öldürüldüyündən bəhs olunur.
Qreqorio Fuentes
Qreqorio Fuentes( isp. Gregorio Fuentes; 11 iyul 1897, Lansarote, Kanar adaları – 13 yanvar 2002) — Ernest Heminqueyin "Qoca və dəniz" povestinin qəhrəmanı Santiyaqonun mümkün prototipi kimi tanınan kubalı balıqçı və dənizçi. Fuentes Kanar adalarında balıqçı və fermerlərin ailəsində anadan olmuşdur. Onun 6 yaşı olarkən atası Kubaya üzən qayığın göyərtəsində vəfat edir. Qreqorio digər miqrantlarla birgə Kubaya qədər üzür və ömrünün sonunadək Havana yaxınlığında yerləşən Koximar adlı balıqçı qəsəbəsində yaşayır. 1928-ci ildə o, ilk dəfə Ernest Heminqueylə tanış olur, 1933-cü ildə isə yazıçıya məxsus "Pilar" adlı yaxtanın kapitanı olur. Onlar biryerdə balıq ovlamaq üçün dənizə çıxırdılar və bir gün 300 funtluq marlin balığı ovlayırlar. İkinci dünya müharibəsi başlayarkən yazıçı öz yaxtasını alman sualtı qayıqlarına qarşı istifadə etmək qərarına gəlir və yaxtaya pulemyot quraşdırır. Müharibə illərində alman sualtı qayıqları bəzən Kuba ətrafında üzür və özlərinin qida və su ehtiyatlarını təmin etmək üçün balıqçı gəmilərinə yaxınlaşırdılar. Heminquey qayığa yaxınlaşıb ona mərmi atmağı və pulemyotdan güllələməyi planlaşdırırdı lakin bunu etmək ona nəsib olmadı.
Eva Mendes
Eva Mendes (ing. Eva Mendes) — Kuba əsillli amerikalı aktrisa, model və müğənni. Sənətə 1990-cı ildə oynadığı TV serialları ilə gəlmişdir. == Həyatı == 5 mart 1974-cü ildə Mayami şəhərində anadan olmuşdur.
Murat Menteş
Murat Menteş (d. 1974, İstanbul), Türk şair və yazıçıdır. 2009-cu ildə nəşr olunan Korkma Ben Varım adlı romanı, Türkiyə Yazıçılar Birliyi (Türkiye Yazarlar Birliği) tərəfindən roman nominasiyasında mükafata layiq görülmüşdür. Menteş romanı Türkcə ədəbiyyatında çoxca qarşılaşılmayan qeyri-adi hadisələrlə doludur. Və bu qeyri-adi hadisələr, son dərəcə enerjili bir üslubla izah edilir. "Romanı, saatda 300 km. gedə bilən bir idman avtomobili kimi hazırlayıram. İstəyən oxucu yavaş gedə bilər, lakin sürətli oxunmaq üçün əlverişli bir izahatı mənimsəyirəm." — deyən yazıçı üçün sürət, romanın təməl daşlarından biridir. Buna görə də kitablarında uzun təsvirlərə yol verməz. Bu vəziyyəti, "Əvvəllər romançılar bir dağı ya da bir otağı detallı bir şəkildə təsvir edərkən bu gün vizual erada yaşadığımız və hər kəs hər şeyi gördüyü üçün təsvir, romanı kobudlaşdıran bir şeyə çevrilir." — şəklində açıqlayır.
Romulo Mendes
Romulo Mendes Molina (isp. Rómulo Méndez Molina; 21 dekabr 1938, Koban[d] – 6 yanvar 2022, Kentukki) — qvatemalalı keçmiş futbol hakimi. 2 mundialda (1982, 1986) 2 matça baş hakimlik etmişdir.
Yeva Mendes
Eva Mendes (ing. Eva Mendes) — Kuba əsillli amerikalı aktrisa, model və müğənni. Sənətə 1990-cı ildə oynadığı TV serialları ilə gəlmişdir. 5 mart 1974-cü ildə Mayami şəhərində anadan olmuşdur.
Çiko Mendes
Fransisku Alves Mendes Filyu, Çiko (Şiku) Mendes kimi daha yaxşı tanınır (port. Francisco Alves Mendes Filho, Chico Mendes, 15 dekabr 1944[…] – 22 dekabr 1988[…]) — İşçi Partiyasının qurucularından biri olan Amazon cəngəlliyini müdafiə edən Braziliya həmkarlar ittifaqçısı və ətraf mühit fəalı. Braziliyanın milli qəhrəmanı. Şapuridə (Akri ştatı) rezin yığan ailədə anadan olub. Həmkarı Vilson Pineyru ilə birlikdə Braziliya ətraf mühit hərəkatına öncülük etmiş, Braziliya cəngəlliyinin (yəni yağış meşələri, cəngəllik) meşələrin kəsilməsini dayandırmaq üçün yerli icmaları səfərbər etmiş və kəndlilərin hüquqlarının məhdudlaşdırılmasına çağıran ilk şəxs olmuşdur. Mendes, kauçuk ağacları qoruyaraq meşələri kəsən torpaq sahiblərinin zülmündən xilas edərək onları mal-qara üçün otlaqlara çevirdi. Çiko Mendes 22 dekabr 1988-ci ildə, Şapuri kəndindəki (Braziliya, Akri ştatı) evinin qapısında öldürüldü. Amazon və Braziliya cəngəlliyində yaşayan insanları qorumaq üçün mübarizə apardı və həyatını bu mübarizəyə verdi. Bu gün Mendes, Amazonun yeni bir müasir simasının yaradılmasında, eyni zamanda davamlı meşə idarəçiliyi, sosial siyasət və qoruma prinsiplərini özündə birləşdirən bir konsepsiyanın, yerli əhalinin hüquqları inkişafına böyük töhfə verən bir insan olaraq qəbul edilir. Braziliyadakı Mendesin fikirlərinin irsi yerli icmaların meşələrdə meşələrin kəsilmədən işlərini görmələrinə kömək edən təşkilatlar şəbəkəsidir.
Şon Mendes
Şon Mendes(8 avqust 1998) Kanadalı müğənni və mahnı yazıçısı. Atası portuqal, anası ingilisdir. Vine profilində yüklədiyi koverləri ilə meneceri Andryu Gentler tərəfindən kəşf edilmişdir. Daha sonra meneceri İsland Records müqavilə imzalayaraq peşəkar müğənniliyə başlamışdır. Ostin Mahonun tur konsertlərində qonaq sənətçi kimi səhnəyə çıxmışdır. The Vamps qrupu ilə Oh Cecilia sinqlında duet etmişdir. İlk mahnısı Life of Party olmuşdur. Daha sonra Show You, The Weight, One of Those Nights və Something Big mahnıları olmuşdur.
Nuno Mendes
Nuno Mendes (19 iyun 2002, Sintra[d], Lissabon dairəsi[d]) — Fransa Liqa 1-də çıxış edən Paris Sen-Jermenin portuqaliyalı müdafiəçisi.
Emilia Mernes
Emilia Mernes (isp. Emilia Mernes; 29 oktyabr 1996) — argentinalı müğənni, aktrisa, rəqqasə. == Həyatı == 29 oktyabr 1996-cı ildə anadan olub. Anasının adı Qabriela Rueda, atasının adı Pedro Mernesdir.
Menkes xəstəliyi
Menkes xəstəliyi və ya Qıvrım saç sindromu – mis metabolizminin pozulması ilə bağlı nevroloji əlamətlər, anomal reflekslər, fiziki inkişafdan qalma, ənsə qabarları və nadir halda tez sınan muncuğabənzər (pili torti) saçlar olur. Əksər hallarda revmatoloji şikayətlərə rast gəlinir.
Rennes Universiteti
Rennes Universiteti — Fransanın Rennes şəhərində ictimai tədqiqat universiteti. Universitet ilk olaraq 4 aprel 1460-cı ildə Hersoq Brittani Universiteti kimi təsis edilmişdir və buradad bütün fənlər tədris edilirdi: İncəsənət, İlahiyyat, Hüquq, Tibb və s. Dəqiq Elmlər fakültəsi 1840-cı yaradıldı və 5 şöbədən ibarət idir: Riyaziyyat, Fizika, Kimya, Zoologiya və botanika, Geologiya və mineralogiya İmperiya dövründə yaradılmış Tibb məktəbi 1820-ci ildə orta məktəbə, 1895-ci ildə isə tam məktəbə çevrilmişdir. 1806-cı ildə Napoleon İmperator Universitetini quraraq bütün Fransa təhsil sistemini yenidən təşkil etdi. Rennes universitetinə Akademiya statusu verildi və beləliklə, hüquq və ədəbiyyat fakültələri açıldı. İmperiya dövründə, 1820-ci ildə yaradılmış tibb məktəbi 1895-ci ildə tam Ali məktəbə çevrildi. 10 iyul 1896-cı il tarixli qanunun tətbiqindən sonra fakültələrdə islahatlar aparıldıqda, universitet Renn Universiteti adını aldı. Renn Universiteti o zaman Fransada 16 universitetdən biri idi və Kandan başqa qərbdə yeganə universitet idi. II Dünya Müharibəsindən sonrakı dövrdə universitet daxilində bir neçə struktur dəyişildi. 1954-cü ildə Rennes Tibb Məktəbi tibb fakültəsinə çevrildi və universitetin bir hissəsi oldu.
Luis Xerardo Mendes
Luis Xerardo Mendes (isp. Luis Gerardo Méndez; doğ. 12 mart 1982) - Meksikalı teatr, kino aktyoru və prodüser. Luis "Qaraçılar" teleserialında və "Biz zadəganlarıq" (isp. Nosotros los nobles) filmində Xavyer rolu ilə məşhurlaşmışdı. == Bioqrafiya == Aquaskalientes adlı kiçik provinsial şəhərində anadan olmuş Luis, hələ yeniyetmə yaşlarında televizayada işləmək qərarına gəlir və buna görə də o 20 yaşı tamam olan kimi Mexiko şəhərinə köçür və 2003-cü ildən 2005-ci ilə qədər burada yerləşən ən prestijli "Kasa Azul" tədris mərkəzində təhsil almağa başlayır. Gənc olmasına baxmayaraq, o tezliklə öz nəslinin ən hərtərəfli aktyorlarından birinə çevrilir, o həmçinin öz aktyor rezümesinə diqqətçəkici film, teatr və televiziyada çoxsaylı ifalarını daxil etməyi bacarır. Kinoda o rejissor Qustavo Lozanın "Ailənin dostu", rejissor Volter Donerin "Qarşıdan keçən" filmində çəkilmişdir. Lakin onun "Biz zadəganlarıq" filmində göstərdiyi mükəmməl performans, onun ictimaiyyət tərəfindən qəbul olunmasına səbəb olmuşdu. Həmin film "Ən yaxşı kişi rolu" kateqoriyası üzrə Ariel nominasiyasına layiq görülmüşdü.
Pyer Mendes-Frans
Pyer Mendes-Frans (fr. Pierre Mendès France; 11 yanvar 1907, Paris — 18 oktyabr 1982) — Fransanın sol görüşlü ictimai-siyasi xadimi. 1951–1956-cı illərdə Fransanı idarə edən Pyer Mendes-Fransın başçılıq etdiyi "sağ mərkəz hökuməti"nin dövründə sağa dönüş surətləndi. 1952-ci ildə FKP əleyhinə ittihamlar səsləndi ki, guya o, dövlətə qarşı qəsd hazırlayır. 1954-cü ildə konstitusiyaya bir sıra antidemokratik dəyişikliklər edilməsinə nail olundu. Hökumətin, prezidentin səlahiyyətləri artırıldı. Milli Məclisin hüquqları məhdudlaşdırıldı. Ölkədə siyasi partiyalar və qüvvələrin qruplaşması baş verdi. Sənayenin milliləşdirilməsi nəinki dayandırıldı, hətta bir sıra hallarda müəssisələr öz əvvəlki sahiblərinə qaytarıldı. Fövqəladə vergilər qoyuldu, tariflər yüksəldi.
Xuan Nepomuseno Mendes
Xuan Nepomuseno Mendes (isp. Juan Nepomuceno Méndez Sánchez; 2 iyul 1820, Puebla ştatı[d] – 29 noyabr 1894, Mexiko) — Meksika hərbi və dövlət xadimi. O, 6 dekabr 1876-cı ildən 17 fevral 1877-ci ilə qədər Meksika Prezidenti olmuşdur. Xuan Nepomuseno Mendes 1847-ci ildə ABŞ ilə müharibədə baş tutan döyüşlərdə iştirak etmişdir. 1854-cü ildə Ayutla planının lehinə çıxış etmişdir. İqnasio Saraqosa ilə birlikdə 5 may 1862-ci ildə Puebla döyüşündə işğalçı Fransa qüvvələrini məğlub etmişdir. O, 1876-cı ildə Tustepek planını həyata keçirmişdir. Bu zaman Mexiko şəhərini işğal edən Porfirio Dias hüquqi formaları saxlamaq istəmiş və Mendesi müvəqqəti prezident olaraq təyin etmişdir. Öz növbəsində, yeni dövlət başçısı general Diası əməliyyatlar ordusunun rəhbəri təyin etmişdir. Ona prezidentliyə iddialı olan Sebastyan Lerdo de Texada və Xose Mariya İqlesiasın son qüvvələrini məğlub etmək tapşırığını etmişdir.