Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Müctəba Cəbbari
Müctəba Cəbbari (fars. مجتبی جباری‎, 16 iyun 1983) — 1983-cü ildə İranın Tehran ostanının Rübat Kərim şəhərində anadan olub. Jəbbari əslən Ərdəbildəndir. Müctəba Cəbbari İstiqlal klubunun yarımmüdafiəçisidir. Atasının İran İslam Respublikası Dəmir Yolları işçisi olduğu üçün Cabbari klub futboluna Rah Ahan üçün oynamağa başladı. Klubdakı məşqçisi Əhədi tezliklə “İstiqlal” gənclər komandasına keçdi və Cabbarı da özü ilə apardı. Təcrübə qazanmaq üçün onu Aboomoslem-ə icarəyə verdilər. O, Aboomoslem ilə Hazfi Kubokunun finalına çıxan komandanın bir hissəsi idi. Daha sonra 2005-06 mövsümündə möhkəm Esteğlala qoşuldu. [sitat lazımdır] O, həmin mövsüm komandaya çempionluq qazandırmağa kömək etdi.
Müctəba Minovi
Müctəba Minovi (fars. مجتبی مینوی‎) — İran tarixçisi, ədəbiyyatşünas. O, Tehran Universitetinin professoru olmuşdur. Minovi 1934-cü ildə Tehranda keçirilən Firdovsi minillik mərasimlərinin iştirakçısı olmuşdur. Müctəba Minovi 26 yanvar 1977-ci ildə, 73 yaşında Tehranda vəfat etmiş və Behişti-Zəhrada dəfn edilmişdir. O, bu qəbiristanlıqda dəfn edilən ilk şəxsdir.
Müştəba Əliyev
Müştəba Əliyev (tam adı: Müştəba İsmayıl oğlu Əliyev d. 1954, Ağdam; ö. 26 avqust, 2017, Bakı) — tədqiqatçı-jurnalist Müştəba Əliyev 1954-cü ildə Ağdam rayonunda anadan olmuşdur. 1977-ci ildə Azərbaycan Dövlət Universitetinin (BDU) jurnalistika fakültəsini bitirmişdir. 1981-ci ildə Azərbaycan Xarici Dillər İnstitutunun nəzdində 2 illik və 2010-cu ildə İranın Azərbaycandakı Mədəniyyət Mərkəzinin 1 illik fars-dili kurslarını əla qiymətlərlə bitirib diplom və sertifikat almışdır. 1977-1997-ci illərdə “Azərbaycan məktəbi” jurnalında, “Sovet kəndi” (sonrakı adları “Həyat”, “Bərəkət”), “''Ədalət''” qəzetlərində müxtəlif vəzifələrdə işləmişdir. SSRİ Jurnalistlər İttifaqının üzvü olmuşdur. 1997-ci ildən 2010-cu ilədək “Əlillər” (əvvəlki adı “Vətən uğrunda”) qəzetinin baş redaktoru olmuşdur. 2005-ci ildə “Tərəqqi” medalına layiq görülmüşdür. 2004-cü ildən 2012-ci ilədək Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi mətbuat xidmətinin rəhbəri işləmişdir.
Mübtəda
Mübtəda — (ərəb. ‎ibtidai, baş, başlanğıc deməkdir) Cümlənin baş üzvü olub, hərəkət və əlaməti xəbərlə müəyyənləşən şəxsi, əşyanı və yaxud məkanı bildirir. Mübtəda "kim?", "nə?" bəzən də "hara?" suallarına cavab verir. İsmin adlıq halında olan sözlər və birləşmələrlə ifadə olunur. Mübtəda insan məfhumu ifadə etdikdə "kim?", digər canlı və cansız varlıqları ifadə etdikdə "nə?", məkan anlayışı ifadə etdikdə isə "hara?" sualına cavab verir. Məsələn: Humay (kim?) Şuşaya gedir. Onların evləri (nə?) Şuşadadır. Şuşa (hara?) gözəl və qədim şəhərimizdir. Onun (kimin?) gözəl paltarı var Mübtəda cümlənin ən müstəqil üzvü olub qrammatik cəhətdən heç bir üzvdən asılı deyil. Mübtəda ismin adlıq halında olan sözlər və söz birləşmələri ilə ifadə olunur.
Mojtəba Jəbbari
Müctəba Cəbbari (fars. مجتبی جباری‎, 16 iyun 1983) — 1983-cü ildə İranın Tehran ostanının Rübat Kərim şəhərində anadan olub. Jəbbari əslən Ərdəbildəndir. Müctəba Cəbbari İstiqlal klubunun yarımmüdafiəçisidir. Atasının İran İslam Respublikası Dəmir Yolları işçisi olduğu üçün Cabbari klub futboluna Rah Ahan üçün oynamağa başladı. Klubdakı məşqçisi Əhədi tezliklə “İstiqlal” gənclər komandasına keçdi və Cabbarı da özü ilə apardı. Təcrübə qazanmaq üçün onu Aboomoslem-ə icarəyə verdilər. O, Aboomoslem ilə Hazfi Kubokunun finalına çıxan komandanın bir hissəsi idi. Daha sonra 2005-06 mövsümündə möhkəm Esteğlala qoşuldu. [sitat lazımdır] O, həmin mövsüm komandaya çempionluq qazandırmağa kömək etdi.
Mürtəza Mütəhhəri
Mürtəza Mütəhhəri (fars. مرتضی مطهری‎; 31 yanvar 1919-1 may 1979) — İranlı ilahiyyatçı, fəqih, kəlamçı, fəlsəfəçi, ayətullah, siyasətçi. İslam fəlsəfəsinin inkişafında müstəsna rolu olan fəlsəfəçi. İran İslam İnqilabının əsas ideoloqlarından biri. Mürtəza Mütəhhəri 1919-cu il fevralın 2-də İranın Xorasan vilayətinin Fəriman kəndində ruhani ailəsində dünyaya gəlib. Onun atası şeyx Məhəmməd Hüseyn dövrünün ruhanisi olub. Mürtəza Mütəhhəri doğulduğu qəsəbədə ilkin təhsilini alsa da, 1931-ci ildə, 12 yaşında Məşhəd şəhərinə gələrək mədrəsə təhsili almağa başlayır. Məşhəddə təhsil aldıqdan sonra 1937-ci ildə İslam elmi hövzəsi olan Qum şəhərinə yollanır. M. Mütəhhəri Qumda 15 il İslam elmlərini öyrənir. Bu müddətdə o, Ayətullah Təbatəbai Burucerdi, Ruhullah Xomeyni, Əllamə Təbatəbai Təbrizi, Seyid Muhəmməd Hüccət, Seyyid Sədrəddin Sədr, Seyyid Muhəmmədtəqi Xansari kimi alimlərdən dərs alır.
Mürtəza Ənsari
Şeyx Mürtəza Ənsari (13 may 1800, Dezful, Xuzistan ostanı – 18 noyabr 1864, Nəcəf) — Şiə idealoqu, alim. Şeyx Ənsari hicri-qəməri 1214-cü ildə "Qədir-Xum" günü Dezful şəhərində dünyaya göz açdı. Atası Şeyx Məhəmməd Əmin ilk övladının adını Mürtəza qoydu. Şeyxin anası Mürtəzanı dünyaya gətirməmişdən öncə İmam Sadiqi (ə) yuxuda gördü. İmam (ə) röyada bu möminə xanıma qızılla bəzədilmiş bir Quran verir. Yuxu saleh övlad kimi təbir edilir. Şeyx Ənsarinin doğulduğu məhəllə fəqihlər, elm adamlarının məhəlləsi idi. Şeyx hicri-qəməri 1232-ci ildə atası ilə birlikdə İrandan İraqa gedib. Təhsilini kamilləşdirmək üçün Kərbəla və Nəcəfdə olub. Həmin vaxt Şeyx Ənsarinin 18 yaşı olur.
Seyid Mürtəza
Mürtəza İşraqi
Mürtəza İşraqi (fars. مرتضی اشراقی‎) — İran prokuroru, 1980-ci illərin ortalarında Tehranın prokuroru. O, 1988-ci ilin yayında minlərlə siyasi məhbusun taleyini həll etmək üçün Seyid Ruhullah Xomeyni tərəfindən yaradılmış "Tehran Ölüm Komitəsi"nin üzvlərindən biri idi. == Siyasi məhbusların edamı == 1988-ci ildə Mürtəza İşraqi məhbusların siyasi və dini inancları ilə bağlı bəzi suallar verdikdən sonra onları edam etmək və ya sağ saxlamaq qərarına gələn "Tehran Ölüm Komitəsi"nin kimi tanınan komitənin üzvü olmudur. Hüseynəli Müntəziri komitənin üzvləri kimi Tehran prokuroru olan Mürtəza İşraqi, o zamankı Tehran prokurorunun müavini Seyid İbrahim Rəisi, o zamankı şəriət hökmdarı Hüseynəli Nayeri və nümayəndəsi Mustafa Purməhəmmədi hallandırmışdır. Həbs cəzalarını çəkən bir neçə on min məhbus əməliyyat çərçivəsində qanundan kənar edam edilmişdir. "Amnesty International" 2019-cu ildə hesabat dərc etməklə Mürtəza İşraqini 1988-ci ildə siyasi məhbusların öldürülməsindən məsul olan "Tehran Ölüm Komitəsi" kimi tanınan dörd nəfərdən ibarət komitənin üzvü olduğuna görə insanlığa qarşı cinayət törətməkdə ittiham etmişdir. Onun daha sonra Ali Məhkəmənin şöbələrindən birinə rəhbərlik etdiyi deyilir.
Mübtəda budaq cümləsi
Mübtəda budaq cümləsi ya baş cümlənin buraxılmış mübtədası əvəzində işlənir, ya da baş cümlədə işarə əvəzliyi ilə ifadə olunur və mübtədanı izah edir. Məsələn: Hamıya məlumdur ki (nə?), payızda meyvə bol olur. Məktubda o da yazılmışdı ki (nə?), Çingizi xaricə göndərmək istəyir. Bəzən mübtəda budaq cümləsi baş cümlədən əvvəl gəlir və ona bağlayıcı sözlə bağlanır. Baş cümlədə mübtəda vəzifəsindən qarşılıq bildirən söz olur və ya təsəvvür edilir. Məsələn: İnsanın ürəyindən nə keçirsə, o gizlində qalmalıdır.
Müqtəda əs-Sədr
Müqtəda əs-Sədr (ərəb. مقتدى الصدر‎; 4 avqust 1974, Nəcəf) — İraqın Ali dini liderləri Əli əs-Sistani və Əbdüləziz əl-Hakimlə yanaşı, ölkənin ən xarizmatik dini və siyasi liderlərindən biri və şiə müqavimətinin simvoludur. Müqtəda əs-Sədr 1973-cü il avqust ayının 12-də İraqın Bağdad şəhərində anadan olub. O, Böyük Ayətullah Məhəmməd Sadiq əs-Sədrin 4-cü oğludur. Müqtəda əs-Sədrin atası Məhəmməd Sadiq şiə dünyasının tanımış şəxsiyyətlərindəndir. O, və digər iki oğlu 1999-cu ildə Səddam Hüseynin hakimiyyəti dövründə Nəcəf şəhərində qətlə yetirilirlər. Müqtədanın atasının Böyük Ayətullah Sistani ilə dini görüşlərdə fikir ayrılığı mövcud idi. Bununla belə iraqlılar bu qətlin arxasında Səddam Hüseynin olduğunu hesab edirdilər. Müqtədanın 1980-ci ildə qətlə yetirilən babası Böyük Ayətullah Məhəmməd Baqir əs-Sədr S. Hüseynə müxalif olan və İranla analoji olaraq, İraq İslam Respublikasının yaradılmasının tərəfdarı idi. Məhəmməd Baqir əs-Sədr İraq-İran müharibəsi zamanı İranın dini lideri Ayətullah Xomeynini dəstəklədiyinə görə, Səddam Hüseyn tərəfindən öldürülmüşdü.
Şeyx Mürtəza Ənsari
Şeyx Mürtəza Ənsari (13 may 1800, Dezful, Xuzistan ostanı – 18 noyabr 1864, Nəcəf) — Şiə idealoqu, alim. Şeyx Ənsari hicri-qəməri 1214-cü ildə "Qədir-Xum" günü Dezful şəhərində dünyaya göz açdı. Atası Şeyx Məhəmməd Əmin ilk övladının adını Mürtəza qoydu. Şeyxin anası Mürtəzanı dünyaya gətirməmişdən öncə İmam Sadiqi (ə) yuxuda gördü. İmam (ə) röyada bu möminə xanıma qızılla bəzədilmiş bir Quran verir. Yuxu saleh övlad kimi təbir edilir. Şeyx Ənsarinin doğulduğu məhəllə fəqihlər, elm adamlarının məhəlləsi idi. Şeyx hicri-qəməri 1232-ci ildə atası ilə birlikdə İrandan İraqa gedib. Təhsilini kamilləşdirmək üçün Kərbəla və Nəcəfdə olub. Həmin vaxt Şeyx Ənsarinin 18 yaşı olur.
Şəhid Mürtəza Mütəhhəri
Mürtəza Mütəhhəri (fars. مرتضی مطهری‎; 31 yanvar 1919-1 may 1979) — İranlı ilahiyyatçı, fəqih, kəlamçı, fəlsəfəçi, ayətullah, siyasətçi. İslam fəlsəfəsinin inkişafında müstəsna rolu olan fəlsəfəçi. İran İslam İnqilabının əsas ideoloqlarından biri. Mürtəza Mütəhhəri 1919-cu il fevralın 2-də İranın Xorasan vilayətinin Fəriman kəndində ruhani ailəsində dünyaya gəlib. Onun atası şeyx Məhəmməd Hüseyn dövrünün ruhanisi olub. Mürtəza Mütəhhəri doğulduğu qəsəbədə ilkin təhsilini alsa da, 1931-ci ildə, 12 yaşında Məşhəd şəhərinə gələrək mədrəsə təhsili almağa başlayır. Məşhəddə təhsil aldıqdan sonra 1937-ci ildə İslam elmi hövzəsi olan Qum şəhərinə yollanır. M. Mütəhhəri Qumda 15 il İslam elmlərini öyrənir. Bu müddətdə o, Ayətullah Təbatəbai Burucerdi, Ruhullah Xomeyni, Əllamə Təbatəbai Təbrizi, Seyid Muhəmməd Hüccət, Seyyid Sədrəddin Sədr, Seyyid Muhəmmədtəqi Xansari kimi alimlərdən dərs alır.
Kamil insan (Mürtəza Mütəhhəri)
Kamil insan — Mürtəza Mütəhhərinin əxlaqi-fəlsəfi əsəri. == Məzmun == Böyük filosof Mürtəza Mütəhhərinin bənzərsiz kitablarından olan bu kitabda müxtəlif fikir məktəblərinin “kamil insan” məfhumuna baxışları araşdırılır. Araşdırılan bir çox şərq və qərb məktəblərinin nöqsanları üzə çıxarılaraq göstərilir ki, əslində, qeyd olunan məktəblər hər baxımdan kamil olan bir insan yetişdirməyə qadir deyildirlər. Nəhayət, alim dəqiq əqli təhlillərdən sonra sübut edir ki, yalnız, səmavi göstərişlərə əsaslanan İslam dini kamil insan yetişdirmək qüdrətinə malikdir.
Seyid Mürtəza Ələmül-hüda
Seyid Mürtəza Ələmül-hüda — Seyid Mürtəza ləqəbi ilə məşhur olan "Əbul-Qasim Əli ibn Hüseyn ibn Musa Ələmul-Hüda" beşinci əsrin əvvəllərində yaşamış görkəmli şiə alimidir. O, Şeyx Müfidin şagirdidir. O, həmçinin Nəhcül-Bəlağəni toplayan Seyid Rəzinin qardaşıdır. Seyid Mürtəza Ələmul-hüda Bağdad şəhərində dünyaya gəlmiş və Bağdad şəhərində də vəfat etmişdir. Onun qəbri Kərbəla şəhərində Hüseyn ibn Əli (ə)-ın məqbərəsinin kənarındadır. Seyid Mürtəza Ələmül-hüda və onun Nəhcül-Bəlağəni toplayıb və tərtib edən qardaşı Seyid Rəzi uşaqlıqlarından şiənin böyük fəqih və alimlərindən olan Şeyx Müfidin tərbiyəsi altında olublar. Şeyx Müfidin bu iki qardaşın tərbiyəsini öz öhdəsinə götürməsinin maraqlı bir tarixçəsi var və İbn Əbil-Hədid onu öz şərhində belə nəql edir: “Şeyx Müfid ləqəbi ilə tanınan məşhur böyük şiə alimi bir gecə yuxusunda görür ki, Bağdadın Kərx məhəlləsində olan məsciddə oturub və birdən Həzrət Peyğəmbərin (səlləllahu əleyhi və alih) qızı Fatimə əleyhas-salam uşaqlıq yaşlarında olan iki oğlu – Həsənlə Hüseynin əlindən tutub məscidə daxil oldu və salam verdikdən sonra buyurdu: “Ey Şeyx, bunlara fiqh öyrət”! Şeyx Müfid tam heyrət içində yuxudan oyanır. Həmin gecənin səhərisi günü Rəzi ilə Mürtəzanın anası Fatimə binti Hüseyn öz oğlanlarının əllərindən tutmuş və yanında kənizlər olan halda məscidə daxil olur və salam verdikdən sonra deyir: “Ey Şeyx, bu iki oğlumu sənin yanına gətirmişəm ki, onlara fiqh öyrədəsən”. Şeyx Müfid ağlayır və öz yuxusunu o möhtərəm xanıma danışır.
Teizm seminarları (Mürtəza Mütəhhəri)
Teizm seminarları — Mürtəza Mütəhhərinin elmi-fəlsəfi əsəri. Bu kitab M. Mütəhhərinin “teizm” mövzusunda etdiyi on altı çıxışının və həmin seminarda iştirak edən alimlərlə elmi diskussiyalarının məhsuludur. Kitab kifayət qədər maraqlı, dövrü üçün yeni olan mövzularla zəngindir. Kitabın birinci hissəsində Allahın varlığının isbatı üçün konkret olaraq üç yol göstərilir və bu yollar ətrafında ayrı-ayrılıqda geniş elmi, fəlsəfi müzakirələr aparılır, güclü dəlillər irəli sürülür. İkinci hissədə isə diqqət çəkən mühüm mövzu “teizm və təkamül nəzəriyyəsi” haqqındakı müzakirələrdir. Bu mövzuda Mütəhhəri bir çox İslam alimlərindən fərqli olaraq yeni, maraqlı yanaşma ortaya qoyur; o sübut edir ki, əslində, Allahın varlığı mövzusu ilə Darvinin Təkamül nəzəriyyəsi heç bir halda toqquşmur.
Tiflis Nücəba Qızlar İnstitutu
Tiflis Nücəba Qızlar İnstitutu Tiflisdəki Nücəba Qızlar İnstitutunda 1905-ci ildən etibarən Azərbaycan türkcəsinin tədrisinə başlanmasında da Həmidə Məmmədquluzadə ilə Sofya xanım Şahtaxtinskayanın qətiyyət və təşəbbüskarlıqları mühüm rol oynamışdır.
Haqq-batil savaşı (Mürtəza Mütəhhəri)
Haqq-batil savaşı — Mürtəza Mütəhhərinin fəlsəfi əsəri. == Məzmun == Görkəmli filosof və mütəfəkkir Mürtəza Mütəhhərinin “Haqq-batil savaşı” kitabı müəllifin bu mövzuda etdiyi beş çıxışından və kitaba əlavə olunmuş “İnsanın tarixdə ictimai təkamülü” adlı iki mühazirəsindən ibarətdir. Kitabda əsasən insan, cəmiyyət və tarixdə, keçmiş və günümüzdə haqq və batil məsələləri, haqq və batil arasında gedən mübarizə fərqli baxış bucaqlarından — elmi-fəlsəfi, ictimai-psixoloji yöndən təhlil olunur.
Mustela
Gəlincik (lat. Mustela) — dələlər fəsiləsinə aid heyvan cinsi.
Murtəza Kazimi Müşfiq
Mürtəza Kazımi Müşfiq (1887-1978) — müasir İran ədəbiyyatının banilərindən biri, nasir. 1924-cü ildə Berlində nəşr olunan İranşəhr jurnalında çap olunub. Sonralar, özünün fransızcadan olan tərcümələrini redaktoru olduğu "İrane-Cavan" jurnalında nəşr etdirmişdir. Onun ən məşhur əsəri olan "Qorxulu Tehran" romanı sosial məzmunludur. Əsərin "Maxuf" adlı birinci hissəsi 1921-ci ildə Tehranda, ikinci hissəsi "Tək gecə haqqında xatirə" adı altında 1924-cü ildə Berlində dərc olunub. Əsərdə XX əsrin 20-ci illərinin İran cəmiyyətinin mənfi tərəflərinin, həmçinin qadınların məzlum durumunun geniş təsvirini vermişdir. Onun digər "Solğun çiçək" və "Qiymətli qısqanclıq" adlı məşhur romanları kəskin sosial məsələlərə deyil sadə məişət təsvirinə həsr olunmuşdur. Koroğlu X.Q. Müasir fars ədəbiyyatı. Moskva 1965.
Murtəza Kazımi Müşfiq