is. [
ər. ] Arzu, məqsəd, niyyət, dilək, istək, kam.
Sən muradım əksinə, ey çərx, rəftar eylədin. S.Ə.Şirvani.
Aşıq Ələsgərəm, söylənir adım; Budur ürəyimdə mətləb, muradım. Aşıq Ələsgər.
Ürək dəmir deyil, daş da deyil ki? Min bir muradı var, min bir arzusu! S.Vurğun.
□ Murada (muradına) irmək – bax
murada çatmaq. Kaş ki, Kərəm muradına ireydi; Qismət olub yarın üzün göreydi. “Əsli və Kərəm”.
Bir gülən yox bu qayğılı dünyadə; Çoxlar nakam olub irməz murada. H.Cavid.
Murada (muradına) yetirmək – arzusuna çatdırmaq, istəyini yerinə yetirmək.
Bivəfa dünyada, dəhrifənada; Fələk məni yetirmədi murada. M.V.Vidadi.
Muradım ol məhəlində şəhid olmaqdır; Nolur yetirsə fələk rəhm edib muradə məni. S.Ə.Şirvani.
[Süleyman:] Əcəb elərsən, Allah səni də tez muradına yetirsin, bizi də… Ü.Hacıbəyov.
Murada (muradına) yetmək (çatmaq) – arzusu hasil olmaq, məqsədinə, diləyinə, kamına çatmaq.
Saldıqca cavanlıqda keçən günləri yadə; Dərdim olur on qat; Yarəb yetərəm birdəmi dünyadə muradə? M.Ə.Sabir.
Hacı Qara nəinki muradına çatmadı, hətta həbsə düşdü. N.Nərimanov.
Muradı hasil olmaq – bax
murada (muradına) yetmək (çatmaq).
[Bəlli Əhməd:] Koroğlunun dəlilərdi imdadı; Qılınc çəkdi, hasil ola muradı. “Koroğlu”.
Muradını vermək – muradına, arzusuna çatdırmaq, istəyini yerinə yetirmək.
Bu Xətayi xəstənin vergil muradın, ya ilah! Xətayi.
Mən Zakirəm, pir fələkə neylədim; Vermədi muradım, dedim, söylədim. Q.Zakir.