BEYƏT

İslam hüququnda hər hansı bir şəxsin hakimiyyətinin tanınmasıdır. Adətə görə beyət edən insan hakimiyyəti tanınan şəxsin əllərini sıxaraq, ona bağlılıq (sadiqlik) andını içir. Bu qayda ilə səhabələr Məhəmməd peyğəmbərə sadiqlik andını içmişlər. Müsəlmanlar arasında ilk beyət Əqəbədə reallaşmışdır. Sufizmdə beyət müridin öz mürşidinə bağlılıq andıdır. Məsələn, Məhəmməd peyğəmbərin səhabələri ona beyət etmişlər. Beyət prinsipləri bütün sufi təriqətlərində eynidir. Təriqətə daxil olan mənəviyyat yolçusunun onu bu yola yönəldən şeyxi və ya mürşidi olmalıdır. Mürşid onunla rabitə qurur, sonra isə onun təriqətə girməsi barədə hökm verir. Hökm verildikdən sonra beyət mərasimi başlayır. Mürid dəstəmaz alaraq mürşidinin yanına gəlməli, onun yanında dizləri üstündə oturmalıdır. Sonra mürşid müridin əllərindən tutaraq onu törətmiş günahlarına görə Allah qarşısında tövbə etməyə çağırır. Tövbə edən mürid Allah və mürşidinə tabe olacağına söz verir. Bundan sonra o, Allahı tanrı, Məhəmmədi elçi, təriqət yolunda ona yol göstərən şeyxi isə özünə mürşid kimi qəbul etdiyini qeyd edir. Qadının da təriqətə girməsi mərasimi buna bənzər baş verir. Sadəcə, burada mürşid onun əllərini tutmur. Bəzi təriqətlərdə beyət zamanı müridin əyninə “xirqə” adlanan xüsusi geyim geyindirirlər, bəzilərində isə onun başını xüsusi örtü ilə bağlayırlar. Ayinin sonu olaraq mürşidlə mürid arasında mənəvi bağlantı yaranır və onu pozmaq olmaz. Sufi təriqətlərinin qaydalarınarına görə beyəti pozmaq ədəbdən hesab olunmur.
BEYDAVİ ABDULLAH
BEYƏTÜR-RİZVAN
OBASTAN VİKİ
Əbu Bəkrə beyət etməyən səhabələrin siyahısı
Əbu Bəkrə beyət etməyən şəxslərin siyahısı — Məhəmmədin ölümündən sonra Məhəmmədlə yaxınlığı və Məhəmmədin özünün ifadələri səbəbindən Əlinin Məhəmmədin yerinə keçəcəyi geniş şəkildə gözlənilirdi. Lakin Əli Məhəmmədin dəfn mərasimini yerinə yetirərkən bir qrup səhabə ortaya çıxaraq Əbu Bəkri xəlifə elan etdi. Buna baxmayaraq bir neçə görkəmli səhabə də Əliyə sadiq qaldı. Hicri 11-ci ildə (miladi 632-ci ildə) Məhəmmədin vəfatından dərhal sonra ənsarlardan bir neçəsi (mədinəlilər) Səidə qəbiləsinin Səqifəsində (həyətində) toplandılar. Madelunqa görə ənsarlar çox güman ki, Məhəmmədə sədaqətlərinin onun ölümü ilə bitdiyinə inanırdılar və Məhəmmədin icmasının dağılacağını gözləyirdilər. Bu səbəbdən onların görüşündə məqsəd mühacirlərin əksəriyyətinin (Məkkədən köçənlər) onsuz da Məkkəyə qayıdacağına inamla öz şəhərləri, Mədinə üzərində nəzarəti bərpa etmək ola bilərdi. Buna baxmayaraq, Məhəmmədin hər iki əsas yoldaşı Əbu Bəkr və Ömər məclisi öyrəndikdən sonra Səqifəyə doğru tələsdilər. Ənsardan bir başçının Ömər tərəfindən döyülərək tabe olunduğu qızğın görüşdən sonra Səqifədə toplaşan müsəlmanların kiçik qrupu Əbu Bəkrin müsəlman icmasının yeni başçısı olması barədə razılığa gəldilər. Səqifə hadisəsi Məhəmmədin onu dəfn etməyə hazırlaşan ailəsini və mühacirlərin çoxunu kənarda qoydu. Məhəmmədin qəbiləsinin bir çox üzvü, Bəni Haşim, eləcə də bir sıra Məhəmmədin səhabələri Əbu Bəkrin namizədliyinə qarşı çıxdı; onlar Əlinin Məhəmmədin qanuni xəlifəsi olduğunu və onun Qədir-Xum hadisəsində təyin olunduğunu müdafiə etdilər.
Əqəbə beyəti
Əqəbə beyəti Əqəbə - məkkədə , məscidul-­haramdan 3 km uzaqlıqda,mina hüdudları daxilində, ətrafı təpələlər əhatəli kiçik ve gizli bir vadidir. Həzrəti Peyğəmbər bu yerdə 620, 621 və 622-­ci illərdə ardıcıl olaraq Həcc mövsümündə Mədinəlilərlə görüşüb. Bu görüşmələrdən birincisi sadəcə olaraq müsahibə, ikincisi ve üçüncüsü isə beyət şəklində həyata keçmişdir. Birinci əqəbə beyəti ki, ona Beyətun-­nisa da deyilir, besətin 12­-ci ilində (621) bağlanib. Buna ilkdəfə 620­-ci ildə zəmin hazırlanıb. Övs və xəzrəcdən olan 6 nəfərlik bir dəstə Kəbənin yaxınlında peyğəmbərlə taniş olub ve İslamı qəbul etmişlər və növbəti il əqəbədə görüşmələri haqda hz.Peyğəmbərə söz verib ayrıldılar. Növböti il yəni 621-­ci ildə biri qadın olmaqla 12 nəfərlik bir heyətlə əqəbəyə Peyğəmbərlə görüşmək üçün gəldilər. Burada müşrüklərdən gizlin Peyğəmbərə beyət etdilər. Təzə Müsəlman olmuş mədinəlilər geri qaydarkən Peyğəmbər onlarla Musab ibn Ümeyri göndərdi ki, bu təzə müsəlman olanlara Quran ve Hökümləri öyrətsin, həmçinin qeyri müsəlmanları da İslama dəvət etsin. Musab ibn Ümeyr, Əsəd ibn Zürarənin evində qaldı.

Значение слова в других словарях