Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Musine Kokalari
Musine Kokalari (alb. Musine Kokalari; d. 10 fevral 1917, Adana, Osmanlı İmperiyası – ö. 14 avqust 1983, Rreşen, Albaniya) — Alban yazıçı. Albaniyada kitabı çap edilən ilk qadın yazardır. Gənclik illərində üç əhvalat kitabı çap olunan Kokalari, İkinci Dünya müharibəsindən sonra "xalq düşməni" kimi günahlandırılaraq həbs olunmuşdur. 18 ilini həbsxanada, 19 ilini isə konslagerdə keçirmişdir. Ömrü boyu bir daha yazı yazmasına icazə verilməmişdir. == Həyatı == 10 fevral 1917-ci ildə Adanada dünyaya gəlmişdir. Əslən Ergirili olan ailəsi ilə birlikdə 1920-ci ildə Albaniyaya köçmüşdür.
MÜSİAD
Müstəqil Sənayeçi və İş Adamları Dərnəyi (türk. Müstakil Sanayici ve İşadamları Derneği) və ya qısaca MÜSİAD — 5 may 1990-cı ildə bir qrup türk iş adamı tərəfindən qurulan qeyri-hökumət təşkilatıdır. Dərnəyin məqsədi Türkiyəni yerli və ümumbəşəri dəyərləri qoruyan, öz bölgəsində fəal olan, dünyada hörməti olan firavan bir ölkəyə çevirmək; Türkiyənin və dünyanın sosial, mədəni, iqtisadi və texnoloji sahələrdə inkişafını təmin etmək. == Tarixçə == Müstəqil Sənayeçi və İş Adamları Dərnəyi (MÜSİAD); Haqq, hüquq, ədalət, bərabərlik, tarixi və mənəvi dəyərlər həssaslığına sahiq olan iş adamlarının, 9 May 1990-cı ildə İstanbulda qurduqları bir "İşadamları Dərnəyi" dir. Fərdlərin və qurumların, ölkəmizin və cəmiyyətimizin, bölgəmizin və dünyanın sosial və mədəni, siyasi və iqtisadi, elmi və texnoloji inkişafına töhfə vermək üçün yaradılan "İnkişaf - Əməkdaşlıq - Güc Birliyi Platforması"dır. 1990-cı ildən bu yana dünyada 11.000 üzvü ilə, təxminən 1.6 milyon şəxsə iş imkanı verən, Türkiyədə 87, Ölkə xaricində 81 fəqli ölkədə, ümumilikdə 164 məntəqə ilə xidmət edən, üzvlərin problemlərini, fikir və görüşlərini dövlət qurum və quruluşlarına yerində ötürən, iş dünyasında olduğu qədər cəmiyyətin digər təbəqələri üçün də nümunəvi bir təlim, rəhbərlik, məsləhət mərkəzi halına gələn, təcrübələrini və fəaliyyətlərini peşəkar düşüncə əsaslarına qoyan, intellektual təcrübələrini bölüşən, "ictimai fayda dərnəyi" statusuna sahib olan güclü "Qeyri-Hökumət Təşkilatı"dır. == Azərbaycanda == MÜSİAD Azərbaycan (türk. MÜSİAD Azerbaycan) 01.01.2018 tarixində fəaliyyətə başlamışdır. Hal-hazırda müxtəlif sahələrdən olan 63 üzvü ilə 3750 nəfər işçiyə iş imkanı verməkdədir. 10 nəfərlik İdarə heyəti və 5 komitə ilə fəaliyyətini davam etdirir.
Mürine
Mürine (fr. Murinais) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Syud Qrezivodan kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38272. Kommunanın 2012-ci il üçün əhalisi 379 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 345 ilə 667 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 460 km cənub-şərqdə, Liondan 75 km cənub-şərqdə, Qrenobldan 33 km şimal-qərbdə yerləşir.
Mücin
Mücin — İranın Simnan ostanının Şahrud şəhristanının Bəstam bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 7,273 nəfər və 1,860 ailədən ibarət idi.
Müsənna mühafəzəsi
Müsənna mühafəzəsi (ərəb. محافظة المثنى‎) — İraqın 18 mühafəzəsindən biridir. Müsənna mühafəzəsinin ərazisi 51.740 km², 1997-ci ildə aparılmış rəsmi siyahıya almaya əsasən əhalisi 436.825 nəfər, inzibati mərkəzi Səmavə şəhəridir .
Təbəs Məsina
Təbəs Məsina — İranın Cənubi Xorasan ostanının Dərmiyan şəhristanının Gəzik bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 3,776 nəfər və 779 ailədən ibarət idi.
Müsən (Culfa)
Müsən (fars. مسن‎) - İranın Şərqi Azərbaycan ostanının Culfa şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 205 nəfər yaşayır (52 ailə).
Meşinq
Meşinq — kompüter qrafikasında hissələrin səthlərinin təsviri üsuludur. CAD/CAM sistemlərində çox vaxt müərrəkəb, ayrı-ayrı səthlərdən ibarət hissənin topologiyasının müəyyən məqsədlər üçün bir toplum şəklində təsvir olunması zərurəti yaranır. Riyazi şəkildə verimiş səthlər kiçik müstəvilərlə (üçbucaqlılar və ya dördbucaqlılarla) aproksimasiya olunaraq meş şəklində verilir. Alınan meş NC-proqramlarının tərtibində və sonlu elementlər üsulu ilə hesablamalarda tətbiq oluna bilir. Üçbucaqlılardan ibarət meşinq trianqulyasiya, dördbucaqlılardan ibarət meşinq isə pavinq adlanır. == Mənbə == Rezo Əliyev. Maşınqayırma leksikonu. II hissə, Bakı: Appostrof nəşriyyatı, 2012, 423 s.
Musiqi
Musiqi — səsli, bədii obrazları gərçəklikdə əks etdirən, insanın psixikasına fəal təsir edən incəsənətin növlərindən biridir. Qədim yunanlar musiqini tanrıların töhfəsi kimi qiymətləndirir, ona insanların qəlbini fəth edən ecazkar qüvvə kimi yanaşırdılar. Yunan rəvayətlərinin birində Orfey oxuduğu gözəl nəğmələrlə tanrıları və adamları heyran edir, təbiətin kor qüvvələrini ram edirdi. Ümumi musiqi terminləri italyan dilindən götürülmüşdür. Buna intervaları nümunə göstərmək olar. Musiqidə 7 not var: do, re‚ mi, fa, sol, lya, si. Musiqi (digər yunan dilindən μουσική) müəyyən şəkildə təşkil edilmiş səslərin forma, harmoniya, melodiya, ritm və ya digər ifadəli məzmun birləşməsini yaratmaq üçün istifadə edildiyi bir sənət növüdür. Musiqinin tərifləri mədəniyyətdən mədəniyyətə dəyişir, lakin o, bütün insan cəmiyyətlərinin bir cəhətidir — mədəni universaldır. Tədqiqatçılar etiraf edirlər ki, musiqi bir neçə spesifik elementlə müəyyən edilir (ton, tembr, müddət, forma və s.), lakin onların tərifləri ilə bağlı konsensus yoxdur. Musiqi istehsalı adətən musiqi kompozisiyasına, improvizasiyaya və ifaya bölünür, musiqi sənətinin müxtəlif aspektləri isə akademik fənlər (məsələn, musiqişünaslıq və musiqi nəzəriyyəsi), tənqid, fəlsəfə və psixologiya çərçivəsində nəzərdən keçirilir.
Musson
Musson fransızcada (fr. mousson şəklini almışdır) — tropiklərdən ekvatora doğru hərəkət edən küləklər (yayda okeandan, qışda materikdən əsir). Belə külək tropik ərazilərə və mülayim qurşağın bir sıra dənizkənarı əraziləri (məsələn, Uzaq Şərq) üçün səciyyəvidir. Musson iqlimi yay dövründə yüksək nəmliklə xarakterizə edilir. Qış mussonu qurudan okeana doğru əsir. Musson iqlimi olan ərazilərdəki torpaqlarda qış quraq keçir. Mussonun dəyişməsi ilə əlaqədar olaraq eyni zamanda kəskin quru, az buludlu hava rütubətli, yağışlı hava ilə (və ya əksinə) əvəz olunur. Mussonlar troposferin, alt qatında baş verir və hava kütləsi atmosferin yüksək təzyiq sahəsindən alçaq təzyiq sahəsinə doğru axır. Quru Musson Məhəllin əhalisi üzərində atmosfer təzyiqi yüksək olan dövrdə, rütubətli Musson isə təzyiq alçaq olan dövrdə müşahidə olunur. Tropik mussonları ekvator depressiyasının il ərzində ekvator dan gah Şimal Yarımkürəsinə, gah da Cənub Yarımkürəsinə keçməsindən əmələ gəlir.
Musyan
Musyan — İranın İlam ostanının Dehluran şəhristanının Musyan bəxşində şəhər və onun mərkəzi. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 2,571 nəfər və 491 ailədən ibarət idi.
Müşlan
İçəri Müşlan
İbn əl-Müsənna
İbn əl-Müsənna (tam adı: Fəxrəddin Əbülfəzl İsmayıl ibn əl-Müsənna ət-Təbrizi) — Bağdadın "ən-Nizamiyyə" mədrəsəsində mühazirələr oxuyur. O, "Azərbaycan tarixi" əsərinin müəllifidir. Lakin çox təəssüf ki, bu əsər bizə qədər gəlib çatmamışdır. İbn əl-Müsənna hicri 580 (1185)-ci ildə Təbrizdə vəfat etmişdir. Görkəmli şəxsiyyətlərin kartotekasını tərtib edən İbn əl-Fuvati yazır: "Mən Təbrizdə tam mənasında gör-kəmli şəxsiyyətlər barəsində soruşanda mənə İbn əl-Müsənnanın adını çəkdilər. Mən soruşdum: "Ona bənzər ikincisi varmı?" və mənə cavab verdilər: "O, təkdir və ikincisi yoxdur".
Əl-Müsənnə (el)
Müsənna mühafəzəsi (ərəb. محافظة المثنى‎) — İraqın 18 mühafəzəsindən biridir. Müsənna mühafəzəsinin ərazisi 51.740 km², 1997-ci ildə aparılmış rəsmi siyahıya almaya əsasən əhalisi 436.825 nəfər, inzibati mərkəzi Səmavə şəhəridir .
Maşın
Maşın (yun. μηχανη; lat. mechané: "qurğu", "avadanlıq" deməkdir) — qurğu və tərtibat toplusu olub konkret tapşırıqların həlli zamanı insan əməyini tam və ya nisbətən əvəz etmək üçün tətbiq olunur. Onların böyük əksəriyyəti təkrar olunan işlərdə güclərin çevik və rahat tətbiqi üçün nəzərdə tutulur. Maşınların başqa tətbiq sahəsi yüklərin nəqlidir. Qədim antik dövründə mövcud olan mənasına ("Deus ex machina") görə maşınlar yeni dövrə qədər ilk növbədə aldadıcı qurğu kimi, daha sonra isə işçi qurğu kimi başa düşülmüşdür. XX əsrdə elektronikanın inkişafı ilə əlaqədar olaraq maşın sözü kompüter proqramlarına da aid edilir. Mühəndislikdə mexaniki maşınlar elektronik avtomatlardan fərqləndirilirlər. Avtomatlar müəyyən işi insan müdaxiləsi olmadan yerinə yetirdiyi halda, maşınların idarə edilməsi lazımdır. Praktiki olaraq maşınları 4 qrupa bölmək olar: Energetika maşınları (mühərriklər, nüvə reaktorları, istilik və başqa çeviricilər) İnformasiya maşınları (EHM, musiqi alətləri, rabitə qurğuları, informasiya emalında istifadə edilən maşınlar) Material emal edən maşınlar (dəyirmanlar, sobalar, dəzgahlar və s.) Nəqliyyat və qaldırıcı maşınlar (avtomobil, kranlar, qatar və s.)Çox vaxt avtomobilləri də maşın adlandırırlar.
Müşir
Müşir (Osmanlı dili: مشير), Osmanlı imperiyasının son dövrü ilə Türkiyə Respublikasının ilk illərində istifadə edilən, müasir rütbələr arasında ən yüksək hərbi rütbə olan marşal hərbi rütbəsinə bərabərdir. == Tarixçəsi == 1826-cı ildə Yeniçəri Ocağı ləğv edildikdən sonra hərbi rütbə oldu. Məlum olan ilk müşir Əhməd Fevzi Paşa 25 iyun 1832-ci ildə Mabeyn Müşaviri rütbəsini almışdır. 1833-cü ildə kürəkən gürcü Xəlil Rüfət Paşa ilk Topxana müşiri olmuşdur. Tənzimat islahatları dövründən İlk Konstitusiya Dövrünə qədər Osmanlı ordusunda müşirlərin sayı 19-u keçmədi. II Əbdülhəmidin dövründə 24-ə yüksəldi, sonra İttihad və Tərəqqi tərəfindən həyata keçirilmiş hərbi tənzimləmə və ləğv etmələr nəticəsində yeddiyə endirilmişdir. Birinci Dünya müharibəsi başlayanda Osmanlı ordusunda ümumiyyətlə müşir yox idi.
Müin lüğəti
Müin lüğəti fars dilində lüğət.Müəllifi Məhəmməd Müindir.
Mühsin bəy (film, 1987)
Mühsin bəy filmi rejissor Yavuz Turqul tərəfindən 1987-ci ildə ekranlaşdırılmışdır. Dram, komediya, macəra janrında olan bu film "Ümidfilm" kinostudiyasında istehsal edilmişdir. Əsas rolları Şənər Şən, Uğur Yücəl, Şərmin Hürməriç, Osman Cavcı ifa edirlər. == Məzmun == Gənc və saf Əli Nazik xanəndə olmaq üçün musiqiçi Mühsin bəyə müraciət edir. Hər şey bundan sonra başlayır. == Film haqqında == Film aktyor Şənər Şənin ən uğurlu filmlərindən biridir. Memar Sinan Universiteti filmin yüksək qətnaməsi ilə nüsxəsini çıxarmaq üçün müxtəlif işlər görmüşdür Film, bir çox fikirlərə ​​görə, Türk kinosu tarixinin ən uğurlu filmlərindəndir. Filmin təsviri və səsləri yeniləndi, ancaq orijinaldan 20 dəqiqə qısa olan bu versiyaya baxılmadı. == Festivallar və mükafatlar == 1987-ci il Antalya Film Festivalı:Ən yaxşı film — Yavuz Turqul Ən yaxşı kişi aktyor — Şənər Şən Ən yaxşı ikinci kişi aktyor — Uğur Yücəl Ən yaxşı ssenari — Yavuz Turqul 1988-ci il İstanbul Film Festivalı — Jüri özəl mükafatı. Belarusiya.
Adajio (musiqi)
Adagio (it. adagio - yavaş–yavaş, ağır, sakit) 1. Ağır tempin (ağır addımlara uyğun) əsas işarəsi. 2. Bu tempdə yazılmış və xüsusi adı olmayan pyes. 3. Baletdə ağır templi lirik rəqs.
Adilbek Mussin
Adilbek Mussin (4 oktyabr 1999) — Qazaxıstanlı üzgüçü. Adilbek Mussin Qazaxıstanı 2017-ci ildə XXXVII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Adilbek Mussin birinci dəfə Dünya Çempionatına 2017-ci ildə qatıldı. O, Budapeştdə baş tutan XXXVII Su idman növləri üzrə Dünya Çempionatında kişilər 50 m kəpənək stildə, təsnifat mərhələsində iştirak etdi. 24.13 saniyəlik nəticəsi ilə 89 üzgüçü arasında 31-ci oldu və yarımfinala vəsiqə qazana bilmədi.
Akademik musiqi
Akademik musiqi - Avropa XVII-XIX əsrlərə əsasən yaradılan davamlılığı olan musiq janrları və formaları (opera, simfonik, sonata, və s.), melodik və harmonik prinsipləri və instrumental tərkibi. == Tərif == Qərb ədəbiyyatında “Akademik musiqi” daha çox Qərb klassik musiqisi ənənəsindən irəli gələn musiqilərə istinad etmək üçün istifadə olunur. Musiqişünas Filip Taqq incəsənət musiqisi ilə bağlı elitizmi “xalq”, “incəsənət” və “populyar” musiqilərdən ibarət aksiomatik üçbucaqdan” biri kimi sayır. O, bu üçünün hər birinin digərlərindən müəyyən meyarlara görə seçildiyini izah edir. Bruno Nettlə görə, "Qərb klassik musiqisi" həm də "akademik musiqi", "kanonik musiqi", "mədəni musiqi", "ciddi musiqi", eləcə də daha çox istifadə olunan "əsl musiqi" və "normal musiqi" ilə sinonim ola bilər".
Aleksandr Susnin
Aleksandr Aleksandroviç Susnin (13 noyabr 1929 – 15 iyul 2003, Sankt-Peterburq) — aktyor. == Həyatı == Aleksandr Susnin 13 noyabr 1929-cu ildə Leninqradda anadan olub. ÜDKİ-də təhsil alıb (1952, B. Bibikovun kursunda). Kinoaktyor Teatr studiyasında (1952-1957), Lenfilmdə (1957-1992) çalışıb. 100-dən çox filmə çəkilib. Rusiyanın əməkdar artisti (1991) Aleksandr Susnin 14 iyul 2003-cü ildə vəfat edib.
Alleqretto (musiqi)
Alleqretto (it. allegretto) — alleqroya nisbətən bir qədər ağır, yavaş, aramlı temp (allegro-dan) yavaş, andante-dən yeyin.
Amerikana (musiqi)
Amerikana (ing. americana music) — yerli ABŞ musiqi janrlarının elementlərini birləşdirən müxtəlif hibrid musiqi üslublarını təsnif etmək üçün istifadə edilən kollektiv termin. Bu cür musiqinin əsas təsirləri arasında çox vaxt ənənəvi kantri də var, lakin həmçinin blüqrass, blüz, folk, rok, soul, vestern-svinq və caz elementlərini də ehtiva edə bilər. Amerikana 1990-cı illərdə radio formatı kimi, sonra isə öz işlərində bir çox müxtəlif Amerika ruts-üslublarını birləşdirən və ya sadəcə olaraq müasir tendensiyalara mühafizəkar səsə üstünlük verən rəssamlar üçün müstəqil janr kimi meydana çıxmışdır. Onun mahiyyəti əvvəlcə Bob Dilan, Qrem Parsons, Emilli Harris, Co İlay kimi ifaçılar, "Jason & The Scorchers" və "Uncle Tupelo" kimi musiqi qrupları tərəfindən təcəssüm etdirilmişdir.Amerikananın konseptual əcdadı alt-kantri idi, onun da qeyri-müəyyən hüdudları var idi. Amerikana özünün xarakterik stilistik, irqi və cinsi məhdudiyyətlərini dəf edərək eyni zamanda alt-kantridən ən yaxşı yaradıcı və musiqi keyfiyyətləri mənimsəmişdir. Aydın janr çərçivəsi olmadığı halda, amerikana ifaçıları konkret musiqi parametrləri ilə deyil, ənənəvi səsə olan həvəs, yaradıcılığın keçmişlə əlaqəsi, onu aydın sənaye kateqoriyalarına sığdıra bilməməsi, kommersiya əsas axınına qarşı çıxmaq fikri, eləcə də musiqinin səciyyəvi xüsusiyyətləri ilə birləşdirir. Bu baxımdan, amerikana, digər şeylər arasında, bəzən bir hərəkat kimi şərh olunur. == İstinadlar == == Əlavə ədəbiyyat == Abjorensen, Norman. Historical Dictionary of Popular Music.
Arabesk musiqi
Arabesk — Türkiyədə oriyantal tipli xalq musiqisi janrı. 1960-cı illərdə Orxan Akdəniz, Əhməd Sezgin, Abdulla Yücə kimi bəzi müğənnilər ərəblərdən alaraq türk mahnıları üçün istifadə etmişlər. Arabeskin məşhur ifaçılarından İbrahim Tatlısəs, Orxan Gəncəbay, Əmrah, Mahsun Qırmızıgül, Azer Bülbül , Fərdi Tayfur, Müslüm Gürsəs və başqalarını misal göstərmək olar.
Açar (musiqi)
Açar — hər bir not sətrinin əvvəlində qoyulan şərti işarədir. Açar not sətrində yazılan müəyyən bir notun yüksəkliyini və adını təyin edir. Bununla da həmin not sətrində yerləşən digər notların yazılması və oxunması üçün yol açılır. Not yazısında açar üçün oriyentir olaraq üç səsdən istifadə olunur: 1. kiçik oktavanın "fa" səsi – Bas açarı; o cümlədən, "Fa" sisteminə aid olan açarlar bunlardır: Basprofund açarı, bariton açarı. 2. birinci oktavanın "sol" səsi – Skripka açarı (və yaxud kaman açarı); o cümlədən, "Sol" sisteminə aid olan açar – qədim fransız açarı. 3. birinci oktavanın "do" səsi – Alt açarı; o cümlədən, "Do" sisteminə aid olan açarlar - Soprano açarı, Messo-soprano açarı, Tenor açarı, Bariton açarı.
Bandari musiqi
Bandari musiqi (fars. بندری‎) — İranın cənubdan, Fars körfəzi ətrafında gəlir. Cənubda Ərəb ölkələri ən yaxın olduğu kimi, bu, ərəb musiqi təsiri ilə İran musiqi stili, va toy zamanı ifa olunur.
Barokko (musiqi)
Barokko – Bu terminin italyancadan tərcümədə hərfi mənası – "qəribə", "əcaib", "təmtəraqlı" deməkdir. Bu sözə hər şeydən əvvəl, plastik incəsənət növündə – barokkonun möhtəşəmli, təmtəraqlı, dekorativ sinonimi kimi işləndiyi memarlıqda rast gəlmək olar. == Tarixi == [[İmage:Jean-Baptiste Lully.jpeg|thumb|150px|Jan Batist Lulli]] XVII əsr – XVIII əsrin ortalarında Avropa incəsənətində üstünlük təşkil edən bədii üslub kimi barokko – klassizm və rokoko üslubundan fərqli olaraq, dövrün dərin daxili ziddiyyətlərini daha aydın əks etdirirdi. Mütərəqqi fikirlərin fəal inkişafı, mənəvi insani keyfiyyətlərin yüksəlməsi ilə səciyyələnən bu dövrdə Q.Qaliley, B.Paskal, İ.Nyuton, J.B.Molyer, C.Svift, Rembrandt, Velaskes kimi dahi şəxsiyyətlər yaşayıb-yaratmışdır. Barokko üslubuna xas olan zidiyyət, dinamizm musiqi incəsənətində də öz parlaq əksini tapmışdır. Musiqidə uzun əsrlər hökmranlıq edən polifonik yazı üslubu bu dövrdə öz yüksək inkişaf zirvəsinə çatır. Digər tərəfdən, Dirçəliş dövründən başlayaraq, insanın daxili aləminin zənginliklərini dərindən əks etdirmək cəhdi musiqidə tamamilə yeni tip yazı üslubunun – homofoniyanın geniş yayılmasına zəmin yaradırdı. Homofoniyada müşayiətedici səslərin üzərində səslənən həyəcanlı, dinamik melodiya üstünlük təşkil edir. Tədricən homofoniya və onun major-minor quruluşlu harmonik sistemi qədim ladları əvəz edərək musiqi incəsənətinin bütün sahələrinə yayılır, müxtəlif musiqi janrlarının (opera, oratoriya, kantata, süita, solo və ansambl sonataları, konsert və s.) yaranmasına təkan verir. Barokkonun mühüm fərqləndirici cəhətlərindən biri də bu və ya digər janrın şərhində məhdud çərçivədən kənara çıxan improvizasiya sərbəstliyi idi.
Buxar maşını
Buxar maşını — istilik maşını olub, istilik enerjisini qismən mexaniki enerjiyə çevirir. Tarixdə ilk buxar maşının ixtirası I əsrdə yaşamış, antik dövr mühəndisi İsgəndəriyyəli Herona məxsusudur. Onun düzəltdiyi Aeolipile adlı qurğu oyuncaq kimi tətbiq olunmuşdur. Ondan sonra Denis Papin və Tomas Savery XVII əsrin sonunda bir sıra sınaqlar aparmışlar. == Tarixi == Ancaq ilk dəfə praktikada tətbiq oluna biləsək buxar maşını XVIII əsrin əvvəlində ingilis mühəndisi Tomas Nyukomen (ingl. Thomas Newcomen) tərəfindən hazırlanmışdır. Nyukomenin buxar maşınının işləmə prinsipi istilik enerjisinin mexaniki enerjiyə çevrilməsinə əsaslanır. Maşının işçi kamerası içərisində kolba yerləşdirilmiş silindrdən ibarətdir (şəkil 1). Silindrin alt tərəfində, içərisində su qaynayan çən yerləşdirilir. Çənlə silindr ventil vasitəsilə əlaqələndirilir.
Daniel Muşitu
Daniel Muşitu Mvinkeu (22 fevral 2000-ci ildə İsveçdə anadan olub) — İsveç Allsvenskan təmsilçilərindən olan AİK Fotboll klubunda hücumçu kimi çıxış edən peşəkar İsveçli futbolçudur. == Klub karyerası == === AİK === Muşitu AİK akademiyası vasitəsilə inkişaf etmişdir. Muşitu öz peşəkar karyerasında debütünü 29 may 2017-ci ildə Malmö klubuna qarşı oyunda etmişdir. O, 91-ci dəqiqədə Simon Terni əvəz etmişdir. Həmin görüşdə AİK liqa görüşündə rəqibinə 1-0 hesabı ilə məğlub olmuşdur. == Karyera statistikası == === Klub === 3 İyun 2017 tarixində yenilənib1UEFA Çempionlar Liqası görüşləri daxildir. 2İsveç Superkuboku görüşləri daxildir.
Donqar (musiqi)
Donqar — mizrabla çalınan qədim Azərbaycan simli musiqi aləti. == Tarixçə == Donqardan XIX əsrin I yarısında geniş istifadə edilib. Rus rəssamı Q. Q. Qaqarin Qafqazda hərbi xidmətdə olarkən (1840-1850) Azərbaycanı da gəzmiş və bir sıra qiymətli əsərlər yaratmış. O, "Şamaxı rəqqasələri" adlı tablosunda bir sıra Azərbaycan çalğı alətləri ilə yanaşı, donqarı da təsvir edir. Bu tablo hazırda Sankt-Peterburqda şəhərinin Rus Dövlət Muzeyində qorunur. Nə yazıq ki, alət sonralar unudulub. Ancaq onu asanlıqla bərpa edib peşəkar alətə çevirmək olar. == Söz açımı == "Donqar" sözü Azərbaycan türkcəsində insan və ya heyvan bədənində çıxıntıya deyilir. Çanağında yöndəmsiz çıxıntı olduğuna görə alət belə adlandırılıb.
Elektronik musiqi
Elektronik musiqi (ing. Electronic music) və ya elektronika — elektron musiqi aləti və elektron musiqi texnologiyasının köməyi ilə yaradılan musiqi növüdür. İlk elektron musiqi alətləri XX əsrin əvvəllərində ixtira olunmağa başlamışdır. Lakin, elektronik musiqinin sərbəst bir janr kimi tanınmağa başlaması XX əsrin ikinci yarısına təsadüf edir. Elektronik musiqi, elektron texnologiya və elektromexaniki musiqi alətlərinin yaratdığı səslərin köməyi ilə ifa edilir. Elektronik musiqi əvvəllər ancaq qərb akademik musiqisi ilə əlaqələndirilsə də, 60-cı illərin sonunda sintezatorların qiymətinin aşağı düşməsi nəticəsində, bu anlayış da tamamilə dəyişmişdir. Bu gün, elektronik musiqi dedikdə, eksperimental musiqidən tutmuş, populyar elektronik rəqs musiqisinə qədər böyük bir janr başa düşülür. == Mənşəyi == Elektronik musiqinin yaranmasından əvvəl, bəstəkarlarda yeni ixtira olunan texnologiyalardan musiqidə istifadə etmək marağı yaranmışdır. İlk elektromexaniki musiqi alətlərindən olan teleharmonium Tadeus Kahill tərəfindən ixtira olunmuşdur. İlk elektronik musiqi aləti Lev Teremin tərəfindən 1918-20–ci illərdə ixtira olunmuş Teremin hesab olunur.
I Rəvvad ibn Müsənna əl-Əzdi
I Rəvvad ibn Müsənna əl-Əzdi (ərəbcə: الرواد بن المثنى الأزدي) (VIII—XII) — VIII-XII əsrlərin ortalarından etibarən Cənubi Azərbaycanda hökm sürən Ravvadidlər sülaləsindən olan və Rəvvadilər dövlətinin qurucusudur. Əbbasi xəlifəsi Əbu Cəfər əl-Mənsur Yəmən Ərəblərini oraya köçürərək Yezid ibn Hatim əl-Mühəlləbini (785-786) Azərbaycan hakimi təyin etdi. Onnlardan biri, Təbrizdə məskunlaşan, Əzd qəbiləsindən olan yəmənli Rəvvad ibn Müsənna idi. Sonralar müstəqil feodal mülkiyyətinin başçısı oldu. Əl-Yəqubinin verdiyi xəbərə görə, Təbrizdən Bəzzədək bütün torpaqlar Rəvvada verilmişdi.Rəvvadın üç oğlu var idi: Məhəmməd (813-845), əl-Vəcnə və Yəhya (ö. 849).