1. QOCA (Çox yaşlı) O çox təəccüb elədi ki, həmin gördüyü qoca kişi əyləşib yuxarı başda döşəyin üstə (C.Məmmədquluzadə); AĞSAQQAL ..mən də orların ancaq ağsaqqal yoldaşıyam (C.Məmmədquluzadə); AHIL [Vaqif:] ..bir cahil, bir də mənim kimi ahıl yazıçı yazır.. (Çəmənzəminli); BİR AYAĞI BURDA, BİR AYAĞI QƏBİRDƏ (fr.v.) (çox qoca) Əhmədin arvadı Nabat xalanın qoca, bir ayağı burda, bir ayağı qəbirdə olduğu üçün Əhmədi varislər arasına daxil etmirdi (B.Talıblı); İXTİYAR İxtiyar qadın iki kərə gəlib naharın hazır olduğunu söylədi (M.S.Ordubadi); QART ..topa bığlı bir qart kişi ləngər vura-vura meydançaya çıxdı.. (H.Abbaszadə); MÜSİNN (köhn.) Hacı Xəlil, müsinn şəxs, həştad beş il dünyada ömür edəndən sonra, xudavəndi-aləmin əmrini yerinə yetirməkdə idi (Ə.Haqverdiyev); PİR Pirə ata dedim, cavana qardaş; Ana-bacı bildim qızı, gəlini (Aşıq Ələsgər); SİNLİ Sinli bir kişi dedi: – Belə çıxır ki, paraya dəymə, bütövü kəsmə, doğra, doyunca ye.. (Ə.Vəliyev); YAŞLI Mənim yaşıdlarım bilmirəm nədən; Çox yaşlı görünür məndən... (B.Vahabzadə).
2. qoca baxar 1
3. qoca bax köhnə, qədim 1
4. qoca bax nurani 1
5. qoca bax ağbirçək 1