Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Mütəvəkkil
Əbu Əl-Fəzl Cəfər ibn Məhəmməd Əl-Mötəsim (ərəb. جعفر بن محمد المعتصم بالله‎) və ya Əl-Mütəvəkkil (ərəb. المتوكل على الله‎) (d. 822 - ö. 11 dekabr 861) — 10. Abbasi xəlifəsi. == Həyatı == Beləliklə 847-ci ildə xəlifə Vasiq öldükdən sonra oğlu Məhəmmədə biət etmək istədilər. Fəqət Türk sərkərdələri İtah və Vasif bunu rədd edib, xəlifəliyə Vasiqin qardaşı Mütəvəkkili irəli sürdülər və onu taxta çıxardılar. Mütəvəkkil hakimiyyətinin ilk dönəmində Bizansla aparılan qəzalara türk sərkərdə Buğa əl-Kəbiri göndərmişdi. Buğa qoşunu ilə Anadoluya uğurlu basqınlar etdi.
Mütəşəkkil din
Mütəşəkkil din, təşkilatlaşmış din və ya institusional din — inanc sistemlərinin və ritualların sistematik şəkildə təşkil edildiyi və rəsmi şəkildə qurulduğu din. Mütəşəkkil din adətən rəsmi doktrina (və ya doqma), iyerarxik və ya bürokratik rəhbərlik strukturu və qayda və təcrübələrin kodlaşdırılması ilə xarakterizə olunur. == Tərifi == Mütəşəkkil din, xüsusilə antropologiya, sosiologiya və fəlsəfədə daha geniş din anlayışından fərqlənir. ABŞ filosofu Vilyam Ceyms mütəşəkkil dini özlüyündə dindən fərqli və ikinci dərəcəli hesab etmiş, onun haqqında danışarkən "bizim qəbul etdiyimiz mənada dindən kənarda teologiyalar, fəlsəfələr və kilsə təşkilatları ikinci planda inkişaf edə bilər" demişdir. Ceyms ardınca şərh etmişdir ki, "institusional din"in əsas elementləri "ibadət və qurban tanrının, yəni teologiyanın və mərasimlərin və kilsə təşkilatının xüsusiyyətləri üzərində işləmək üçün prosedurlardır".Müasir dövrdə "din" termininin tərifi getdikcə qeyri-şəffaflaşır və "mütəşəkkil din"in tərifini çətinləşdirir. Beləliklə, antropoloqlar, ilahiyyatçılar və alimlər "təşkilat" ideyasını dinin özünün tərifinə daxil etməyə çalışmışdılar. Bunun bəzi nümunələri dini "mədəni sistem" olaraq təyin edən Klifford Girts tərəfindən verilən tərifdə tapılır. Bundan əlavə, Maks Veberin dinə verdiyi tərifi mütləq xristian tərifində deyil, hiss olunan dini qurumu təşkil edən mütəşəkkil iyerarxiya anlayışında israr edən "kilsə" ideyasını ehtiva edir.
Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsi
Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsi (ing. Organized Crime and Corruption Reporting Project) (OCCRP) — 2006-cı ildə qurulan və Şərqi Avropa, Qafqaz, Mərkəzi Asiya və Mərkəzi Amerikada fəaliyyət göstərən araşdırma mərkəzləri, media və jurnalistlərin konsorsiumudur.Azərbaycanda blok olunub.
Mütəşəkkil Cinayətkarlıq və Korrupsya Hesabatı Layihəsi
Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsi (ing. Organized Crime and Corruption Reporting Project) (OCCRP) — 2006-cı ildə qurulan və Şərqi Avropa, Qafqaz, Mərkəzi Asiya və Mərkəzi Amerikada fəaliyyət göstərən araşdırma mərkəzləri, media və jurnalistlərin konsorsiumudur.Azərbaycanda blok olunub.