Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Müttəhim
Müttəhim və ya Təqsirləndirilən şəxs cinayət törətdiyinə görə məhkəməyə gətirilən şəxsdir. Barəsində cinayət işi açılmış və cinayət məhkəməsinin vermiş olduğu qərar hökmünün qüvvəyə minməsinə qədər cinayətdə şübhəli bilinən şəxsdir.
Müstəqim Məmmədov
Müstəqim Səyyad oğlu Məmmədov (3 yanvar 1969, Yevlax) — Tərtər Rayon İcra Hakimiyyətinin başçısı. == Həyatı == Məmmədov Müstəqim 3 yanvar 1969-cu ildə Yevlax şəhərində anadan olmuşdur. 1992-ci ildə Azərbaycan Dövlət Texnologiya İnstitutunu, 2002-ci ildə isə Azərbaycan Respublikası Prezidentinin yanında Dövlət İdarəçilik Akademiyasını bitirmişdir. 1987–1989-cu illərdə həqiqi hərbi xidmətdə olmuşdur. Əmək fəaliyyətinə 1992-ci il tarixindən başlayıb və 1994-cü ilədək Yevlax şəhər İctimai İaşə Müəssisələri Birliyində mühəndis-texnoloq, ticarətin təşkili üzrə inspektor, əmtəəşünas vəzifələrində işləyib. 1994-cü ildə Yevlax Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Rəhbərlik bölməsində müfəttiş, 1994–2006-cı illərdə Yevlax şəhər Gənclər və İdman İdarəsinin rəisi, 2006–2012-ci illərdə Yevlax Şəhər İcra Hakimiyyəti başçısının şəhər təsərrüfatı üzrə müavini — şöbə müdiri, 2012–2014-cü illərdə isə Yevlax Şəhər İcra Hakimiyyəti başçısının müavini — şəhər təsərrüfatı şöbəsinin müdiri vəzifələrində çalışmışdır. Azərbaycan Respublikası Prezidentinin 7 may 2014-cü il tarixli Sərəncamı ilə Tərtər Rayonu İcra Hakimiyətinin başçısı vəzifəsinə təyin edilmişdir. 1993-cü ilin avqust ayından Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir, 3 övladı var.
Əl-Müntəqim
Əl-Müntəqim (ər. المنتقم) — Allahın adlarından biri. O gün heç kəs Onun verdiyi əzab (kimi) əzab verə bilməz və heç kəs Onun buxovladığı (kimi) buxovlaya bilməz.Ətraflarındakı bütün dəlillərə baxmayaraq Allaha iman etməyən, Onun böyüklüyünü, qüdrətini tanımamaqçün müqavimət göstərən insanlar şübhəsiz böyük bir əzaba da layiq olmuşlar. Çünki Allah insanı yaratmış, yer üzünə yerləşdirmiş və orada ehtiyacı olan hər şeyi özünə vermişdir. Ancaq Allahın verdiyi bütün bu nemətlərə baxmayaraq bəzi insanlar inkarda tərəddüd edirlər. Hətta bir qisimi böyük bir azğınlıqla Allaha iman edən möminlərə düşmənlik bəsləməyir, Allahın dininə maneə törədə bilmək üçün işlər görürlər. Əlbəttə Allah bu insanlara layiq olduqları qarşılığı dünyada da, axirətdə də verəcək. Allah dünya üzərindəki hökmünü elçiləri vasitəsilə yerinə yetirər. Bu səbəbdən inkar edənlərə daddırdığı dünya əzabının bir qisimi də elçilərinin vasitəsiylə olmuşdur. Allah, elçilərinin əlləriylə inkarçıların qabaqda gələnlərini əzablandırdığını ayələrində belə bildirir: Əgər münafiqlər, qəlblərində mərəz (zinakarlıq, pozğunluq mərəzi) olanlar və Mədinədə qəsdən yalan şayiələr yayanlar (bu pis əməllərinə) son qoymasalar, şübhəsiz ki, səni onların üstünə qaldırarıq.
Mənuçöhr Müttəki
Mənuçöhr Möttəki (fars. منوچهر متکی‎;12 may 1953, Bəndər Gəz şəhristanı, Gülüstan ostanı) — İran İslam Respublikasının xarici işlər naziri (24 avqust 2005 – 13 dekabr 2010). == Həyatı == Manuçehr Mottaki 1953-cü ildə İranın Bəndərgəz şəhərində anadan olub. Tehran və Banqalor şəhərlərində ali təhsil alıb.İranın Türkiyədə və Yaponiyada səfiri olub. 2005-ci ilin avqust ayından 2010-cu il dekabrın 13-də qədər İran İslam Respublikasının xarici işlər naziri olub.
Atlantika Müttəfiq Ali Komandanlığı
Atlantik Müttəfiq Ali Komandanlığı (ing: Supreme Allied Commander Atlantic (SACLANT)) - Avropa Müttəfiq Qüvvələri Ali Qərargah Komandanlığı ilə birlikdə NATO-nun iki yüksək komandanlığından biridir. Komandanlığın missiya sahəsi Arktikadan Xərçəng Tropikinə qədər ərazini əhatə etmişdir.
Avstriyanın Müttəfiq qüvvələr tərəfindən işğalı
Avstriyanın Müttəfiq qüvvələr tərəfindən işğalı — Avstriya ərazisinin Müttəfiqlər dövlətlərin silahlı qüvvələri tərəfindən müvəqqəti işğalı. İşğal 1945-ci ilin aprelində Müttəfiqlərin nəzarəti altında olan Avstriyanın Vyana əməliyyatının nəticəsi olaraq Almaniyadan müstəqilliyini elan etməsi ilə başlamış və 27 iyul 1955-ci ildə Avstriya ilə dövlət müqaviləsi nəticəsində sona çatmışdır. 1938-ci ildə baş tutmuş Anşlussdan sonra Avstriya ümumiyyətlə Nasist Almaniyasının bir hissəsi kimi tanınmışdır. Bununla belə, 1943-cü ildə Müttəfiqlər Moskva Bəyannaməsində Avstriyanın nasist cinayətlərindəki rolu inkar edilməmək şərtilə ölkənin nasist təcavüzünün ilk qurbanı kimi qəbul ediləcəyi, müharibədən sonra azad edilmiş və müstəqil ölkə kimi rəftar ediləcəyi barədə razılığa gəlmişdilər. İkinci Dünya müharibəsindən dərhal sonra Avstriya dörd zonaya bölünmüş, Britaniya, Sovet İttifaqı, ABŞ və Fransa tərəfindən birgə işğal edilmişdir. Vyana da eyni şəkildə bölünmüşdür, lakin mərkəzi rayon Müttəfiq Nəzarət Şurası tərəfindən kollektiv şəkildə idarə olunmuşdur. Almaniya 1949-cu ildə Şərqi və Qərbi olmaqla iki hissəyə bölündüyü halda, Avstriya 1955-ci ilə qədər Qərb Müttəfiqləri və Sovet İttifaqının birgə işğalı altında qalmışdır. Onun statusu Soyuq müharibədə Xruşşov mülayimləşməsi dövrünə qədər mübahisəli mövzuya çevrilmişdir. Avstriyanın əbədi neytrallıq vədlərindən sonra 15 may 1955-ci ildə Avstriyaya tam müstəqillik verilmişdir və sonuncu işğal qoşunları həmin il 25 oktyabr tarixində ölkədən ayrılmışdır. == Zəmin == 1943-cü il Moskva konfransında Sovet İttifaqı, ABŞ və Britaniya Almaniyanın Avstriyanın ilhaqını "boş və etibarsız" hesab etmək qərarına gəlmişdilər.
Avropa Müttəfiq Qüvvələri Ali Qərargah Komandanlığı
ABŞ Müttəfiq Qüvvələri Ali Qərargah Komandanlığı (SHAPE - Supreme Headquarters Allied Powers Europe) — Şimali Atlantika Müqaviləsi Təşkilatının Müttəfiq Əməliyyat Komandanlığının (ACO) qərargahıdır. 1967-ci ildən Belçikanın Mons şəhərinin şimalında yerləşən Kastau şəhərində yerləşir. Bununla birlikdə, əvvəllər 1953-cü ildən Fransadakı Versalın yanında Rocquencourtda yerləşirdi. 1951-ci ildən 2003-cü ilə qədər SHAPE Müttəfiq Avropa Komandanlığının (ACE) qərargahı idi. 2003-cü ildən bu yana Müttəfiq Əməliyyatlar Hərəkatının mərkəzi olub və dünyadakı bütün NATO əməliyyatlarına nəzarət edir 2003-cü ildə fəaliyyətinin coğrafi əhatəsi genişlənsə də, SHAPE hüquqi səbəblərə görə Avropaya istinad edərək ənənəvi adını qorumuşdur. O dövrdə Atlantik Müttəfiq Komandanlığının tarixən bir hissəsi olan NATO-nun Lissabondakı ACO (Müttəfiq Əməliyyat Komandanlığı) komandanlığı yenidən birləşdirildi. Müttəfiq Əməliyyatlar Hərəkatının Komandiri, eyni zamanda “Avropa Müttəfiq Ali Komandiri” (SACEUR) titulunu qorumuşdur və eyni zamanda ABŞ Avropa Komandanlığı Komandanı kimi vəzifə icra edən ABŞ dörd ulduzlu generalı və ya bayraq komandiri kimi qalmağa da davam edir.
Əl-Muntəkim