MƏNSUB

sif. [ ər. ] Nisbəti və mənsubiyyəti olan, əlaqəsi olan, aidiyyəti olan.
[Keşikçilərin] içində yapıncılı ləzgi və qumuq, Cavanşir elinə mənsub sallaqbığlı … atıcılar var idi. Çəmənzəminli.
Zeynal öz yaramazlıqlarını doğrultmaq üçün mühitlərini ləkələndirməyə çalışan bir qrup adamlara mənsub idi. S.Hüseyn.

□ Mənsub olmaq – bir şəxsə və ya bir şeyə nisbəti olmaq, aid olmaq, aidiyyəti olmaq.
[Sədr:] Müttəhim Baxşının qiyamçılar təşkilatlarına mənsub olması haqqında sizin əlinizdə başqa bir sübut varmı? C.Cabbarlı.
Maşının üstündə milis idarəsinə mənsub olduğunu bildirən heç bir nişanə yox idi. H.Seyidbəyli.

Синонимы

  • MƏNSUB mənsub bax məxsus, aid
  • MƏNSUB aid
MƏNSƏBPƏRƏSTLİK
MƏNSUBİYYƏT
OBASTAN VİKİ
Mənsubiyyət (qrammatika)
Mənsubiyyət kateqoriyası — sahib şəxslə mənsub əşya arasındakı münasibəti bildirən ümumi qrammatik kateqoriya. == Formalaşma üsulları == Müasir Azərbayсan dilində mənsubiyyət kateqoriyası iki üsulla ifadə edilir: morfoloji üsul, sintaktik üsul. Morfoloji üsulda mənsubiyyət məfhumunun yaranması üçün həmişə iki sözün bir tərkib şəkildə işlənməsi şərt deyildir. Sahib anlayışı verən subyekt (şəxs əvəzliyi) iştirak etmədən də obyektlə-isimlə (mənsub əşya ilə) həmin məzmunu yaratmaq mümkündür. Məsələn: Dərdimin, qəmimin səndin ortağı (B.Vahabzadə). Sintaktik üsulla ifadə olunan mənsubiyyət kateqoriyasının iki tərəfi var. Birinсi tərəf sahib şəxs, ikinсi tərəf isə mənsub şəxs və ya əşyadan ibarət olur. Məsələn: İndi kimə açım dərdimi bir-bir, Kim mənim dərdimə yanar sən qədər? (B.Vahabzadə).Rus dilində mənsubiyyət kateqoriyası yalnız sintaktik üsulla yaranır. Çünki bu dildə mənsub əşya mənsubluq anlayışını bildirən qrammatik göstərici qəbul etmir.

Значение слова в других словарях