MÜTTƏSİL

[ ər. ]
1. sif. Arasıkəsilməyən, biri-birinin dalınca davam edən; bitişik, bağlanmış.
2. zərf Arası kəsilmədən, ara vermədən davam edən.
Bəzi vaxt yağış başlayanda bir həftə müttəsil yağır. Ə.Haqverdiyev.
Nəriman babasının müttəsil yağdırdığı və bir-birindən vacib sualların bilmirdi hansına cavab versin. Mir Cəlal.

3. zərf Həmişə, hər vaxt, daim, ara-bərəsiz.
Ey Füzuli, müttəsil dövran müxalifdir mana. Füzuli.
[Taybuynuz öküz] … müttəsil övqatını zəhmət və məşəqqətdə keçirib, bir kəsdən çəkdiyi zəhmətin əvəzinə razılıq və xoş sifət görmür. F.Köçərli.

Синонимы

  • MÜTTƏSİL daimi — həmişə — durmadan — fasiləsiz — aramsız — dalbadal
MÜTTƏHİMLİK
MÜVAFİQ

Значение слова в других словарях