Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Müstəqillik
Müstəqillik və ya İstiqlal — bir millətin və ya bir dövlətin öz vətəndaşı və ya əhalisi tərəfindən idarə edilməsidir. Başqa sözlə, suverenlik hüquqlar başqalarının əlində olmaması. Müstəqillik, müxtəlif yollarla ələ gəlir, o cümlədən demokratik yolu ilə və ya silahlı mübarizə ilə.
Müttəfiqlik
İttifaq və ya Müttəfiqlik xalqlar, qruplar və ya suveren dövlətlər arasında ümumi fayda təmin edəcək qarşılıqlı maraqlara əsaslanan münasibətlərdir. Bu əlaqələr gizli və ya açıq formada həyata keçirilə bilər. Hər bir ittifaq üzvü müttəfiq adlandırılır. Müxtəlif növ ittifaqlar, o cümlədən də hərbi ittifaqlar, kommersiya ittifaqları və siyasi ittifaqlar yaratmaq mümkündür. Müharibə və hərbi döyüş məsələlərində terminoloji olaraq ittifaq sözü istifadə edildiyi zaman, Müttəfiq qüvvələri, həm də bu qüvvələrin bölmələrini ifadə edir. I Dünya müharibəsi və eyni zamanda da İkinci dünya müharibəsindən bəhs edən hekayələr zamanı bu terminologiyadan istifadə olunur. Rəsmi olaraq hər hansısa bir hərbi ittifaq yaratmaq üçün ümumi bir düşmənə qarşı birgə döyüşəcək müttəfiqlərə ehtiyac yoxdur, bunlardan birinin yanında müharibəyə girməkdə kifayətdir. Müttəfiqlik sözünün hərbi mənada istifadəsi zamanı müharibə başlamamışdan əvvəlki müttəfiqlik münasibətləri deyil, münaqişə nəticəsində bir ittifaqın yaradılması əsasdır. Cümlə daxilində böyük "i" hərfi ilə yazılan ittifaq (İttifaq) sözü ümumiyyətlə Birinci Dünya Müharibəsində Müttəfiq Dövlətlərlə müharibə aparmış olan İttifaq dövlətlərini ifadə edir. Eyni məna ilə nəzərdən keçirildiyi zaman, böyük "m" hərfi ilə yazılan müttəfiq (Müttəfiq) sözü də İkinci Dünya Müharibəsi zamanı Berlin-Roma-Tokio oxu dövlətlərinə qarşı mübarizə aparmış olan Müttəfiq qüvvələrini ifadə edir.
Müstəqillik yolu
Müstəqillik yolu (türk. Bağımsızlık Yolu) — Şimali Kipr Türk Respublikasında fəaliyyət göstərən solçu siyasi partiya. Əvvəllər qeyri-hökumət təşkilatı kimi fəaliyyət göstərən qurum 2018-ci ildə partiyaya çevrilmişdir. İlk dəfə 2022-ci il parlament seçkilərində iştirak etmişdir.
Müstəqillik Parkı
Müstəqillik Parkı — Qazaxıstanın Çimkent şəhərində şəhər parkıdır. O, 2011-ci ilin oktyabrında Müstəqillik Gününün 20-ci ildönümü münasibətilə açılmışdır. Parkın mərkəzi girişi tağla bəzədilib və ərazinin daxilində fəvvarə, çoxsaylı gül kompozisiyaları, Hollandiyadan gətirilən bitkilər var. Mərkəzdə Altın Şanraq adlı abidəni görmək olar. Həmin abidə Qazaxıstan Respublikasının ərazisində yaşayan 137 milləti simvolizə edən 137 metal elementdən yaradılmış qazax xalqının birliyini təmsil edir. Parkda hündürlüyü 50 metr olan böyük bayraq dirəyi quraşdırılıb. Parkı Ordabassı Meydanı ilə birləşdirən böyük dəmir piyada körpüsü şəhərin tarixi keçmişindən müasir tarixinə keçidi simvolizə edir.
Müstəqillik ordusu
Müstəqillik ordusu (erm. Անկախության բանակ) — 1989-cu ildə Ermənistanda təsis edilmiş silahlı dəstə. Bu, Aşot Navasardyan, Movses Qorqisyan, Azad Arşakyan və Razmik Markosyan da daxil olmaqla, Milli Öz Müqəddəratını Təyin Etmə İttifaqının üzvləri tərəfindən yaradılmışdır. Silahlı dəstə Ermənistanın 1991-ci ildə müstəqil dövlət olması ərəfəsində fəaliyyət göstərmişdir. Müstəqillik Ordusunun elan etdiyi məqsəd "Ermənistanın müstəqil ölkəyə çevrilməsi prosesini qorumaq" idi və bu məqsədlə Ermənistandakı sovet hakimiyyəti ilə, eləcə də Azərbaycan–Ermənistan sərhədində və Dağlıq Qarabağda Azərbaycan qüvvələri ilə toqquşmalara başlamışdır. Qrupun yaradılmasından az sonra onun yaradıcılarından biri Movses Qorqisyan Arazdəyən yaxınlığında Azərbaycan qüvvələri ilə döyüş zamanı öldürülmüşdür. 1990-cı ilin fevralında Müstəqillik Ordusu Ermənistandakı müxtəlif silahlı birləşmələrin fəaliyyətini əlaqələndirmək üçün nəzərdə tutulmuş müdafiə koordinasiya komitəsinin yaradılmasında iştirak etmişdir. 23 mart 1990-cı ildə Müstəqillik Ordusu Milli Öz Müqəddəratını Təyin Etmə İttifaqı ilə əlaqələri kəsərək müstəqil qrupa çevrilmişdir. Müstəqillik Ordusunun bir neçə lideri 2 aprel 1990-cı ildə Aşot Navasardyan tərəfindən yaradılan Ermənistan Respublika Partiyasının sıralarına qoşulmuşdur. Müstəqillik Ordusu yeni hərbi şura yaratmış, Navasardyan ali komandan, Leonid Azqaldyan isə baş komandan olmuşdur.
ABŞ müstəqillik bəyannaməsi
ABŞ İstiqlaliyyət Bəyannaməsi — tarixi sənəd və siyasi fəlsəfə manifesti. 1776-cı il iyulun 4-də 2-ci Kontinental Konqres tərəfindən qəbul edilmişdir. Bəyannamə müstəmləkələrin metropoliyadan ayrılmasını və yeni müstəqil dövlətin - Amerika Birləşmiş Ştatlarının yaranmasını, xalqın suverenliyi ideyasını, bütün insanların qanun qarşısında bərabərliyini və "yaşamaq, azadlıq və xoşbəxtlik arzusunda olmaq" hüququnu elan etdi. Bəyannamə o dövr ABŞ fedrasiyasına daxil olan 13 ştat tərəfindən yekdilliklə qəbul edilmişdir. == Bəyannamənin mətni == Yaradan öz bəndələrinə müəyyən toxunulmaz hüquqlar bəxş etmişdir, onların sırasına yaşamaq, azadlıq, səadətə canatma hüququ da daxildir. Bəşər tarixində elə bir məqam yetişir ki, hər hansı xalq onu başqa bir xalqa bağlayan siyasi əlaqələri qırıb atmağa, təbiətin və Yaradanın ona bəxş etdiyi qanunlara uyğun olaraq dünya dövlətləri arasında müstəqil, kimdənsə asılı olmadan mövqe tutmağa çalışır və belə olanda həmin xalq bəşəriyyətin rəyinə ehtiram əlaməti kimi, özünün müstəqilliyə canatma səbəblərini, heç şəksiz ki, izah etməlidir. Biz bunu sübuta ehtiyacı olmayan bir həqiqət sayırıq ki, bütün insanlar bərabərhüquqlu yaradılıb və Yaradan öz bəndələrinə müəyyən toxunulmaz hüquqlar bəxş edibdir, onların sırasına yaşamaq, azadlıq, səadətə canatma hüququ da daxildir. Belə hüquqların təmin edilməsi üçün insanlar ədalətli, idarə olunanların razılığına güvənən hökumət qurur, odur ki, hər hansı dövlət həmin hüquqları pozarsa, xalqın onu dəyişməyə, ləğv etməyə, əvəzindəsə həmin prinsiplərə dayanan, insanların əmin-amanlığına və güzəranına daha yüksək təminat verən yeni quruluş yaratmağa haqqı vardır. Əlbəttə, sağlam şüur dərk edir ki, çoxdan bəri formalaşmış idarəçilik üsulları xırda və ötəri səbəblərə görə əvəz edilməməlidir, çünki keçmişin təcrübəsi göstərir ki, insanlar özlərinin alışdıqları həyat tərzini dəyişməkdənsə şərin hökmünə mümkün olduqca dözməyə daha meyllidirlər. Ancaq uzunmüddətli azğınlıq və zillət yeganə və ardıcıl məqsəd — xalqı sonu görünməyən despotizmə tabe etdirmək məqsədi daşıyırsa, onda bu cür iqtidarı devirmək və özünün gələcək əminamanlığını təmin edən etibarlı bir zəmin yaratmaq xalqın haqqı və borcudur.
Katalan müstəqillik hərəkatı
Kataloniya müstəqillik hərəkatı — tarixən törəmiş sosial hərəkat. Hərəkatın məqsədi Kataloniyanın İspaniyadan ayrılmağı və müstəqil bir dövlət olmağıdır. "Mavi" və "qırmızı" versiyası olan Estelada bayrağı onun əsas simvolu olmuşdur. Senyera Estelada, 20-ci əsrin əvvəllərində Kuba və Puerto Rican devrimci bayraqları ilə ənənəvi Katalan Senyera birləşməsidir. O vaxtdan etibarən Estelada bir neçə bayrağı özündə birləşdirdi: Estelada Vermella ilə sol tərəfli Respublikaçılığı təmsil edən bayrağını, daha konservativ hərəkatını təmsil edən Estelada Blava bayrağını və hətta Estelada Blaugrana ilə FC Barcelona-nın Müstəqilliyini dəstəkləyən bayraqlarını birləşdirdi. Katalan Müstəqillik hərəkatı 1922-ci ildə Francesc Macià siyasi partiya Estate Català (Katalan Dövləti) qurduqdan sonra başladı. 1931-ci ildə Estat Català və digər partiyalar Esquerra Republicana de Catalunya (Solçu Kataloniya Respublikası) meydana gətirdi. Macià 1931-ci ildə Katalan Respublikasını elan etdi, sonra ikinci İspaniyanın liderləri ilə danışıqlar aparıldıqdan sonra ispan dövləti daxilində muxtariyyət qəbul etdi.İspan Vətəndaş müharibəsi zamanı General Fransisko Franko 1938-ci ildə Katalan avtonomiyasını ləğv etdi. 1975-ci ildə Franco ölümündən sonra, Katalan siyasi partiyaları müstəqillikdən çox muxtariyyətə yönəlmişdi. kat.
Kataloniya müstəqillik hərəkatı
Kataloniya müstəqillik hərəkatı — tarixən törəmiş sosial hərəkat. Hərəkatın məqsədi Kataloniyanın İspaniyadan ayrılmağı və müstəqil bir dövlət olmağıdır. "Mavi" və "qırmızı" versiyası olan Estelada bayrağı onun əsas simvolu olmuşdur. Senyera Estelada, 20-ci əsrin əvvəllərində Kuba və Puerto Rican devrimci bayraqları ilə ənənəvi Katalan Senyera birləşməsidir. O vaxtdan etibarən Estelada bir neçə bayrağı özündə birləşdirdi: Estelada Vermella ilə sol tərəfli Respublikaçılığı təmsil edən bayrağını, daha konservativ hərəkatını təmsil edən Estelada Blava bayrağını və hətta Estelada Blaugrana ilə FC Barcelona-nın Müstəqilliyini dəstəkləyən bayraqlarını birləşdirdi. Katalan Müstəqillik hərəkatı 1922-ci ildə Francesc Macià siyasi partiya Estate Català (Katalan Dövləti) qurduqdan sonra başladı. 1931-ci ildə Estat Català və digər partiyalar Esquerra Republicana de Catalunya (Solçu Kataloniya Respublikası) meydana gətirdi. Macià 1931-ci ildə Katalan Respublikasını elan etdi, sonra ikinci İspaniyanın liderləri ilə danışıqlar aparıldıqdan sonra ispan dövləti daxilində muxtariyyət qəbul etdi.İspan Vətəndaş müharibəsi zamanı General Fransisko Franko 1938-ci ildə Katalan avtonomiyasını ləğv etdi. 1975-ci ildə Franco ölümündən sonra, Katalan siyasi partiyaları müstəqillikdən çox muxtariyyətə yönəlmişdi. kat.
Milli Müstəqillik Günü
Müstəqilliyin Bərpası Günü və ya köhnə adı ilə Milli Müstəqillik Günü — Azərbaycan tarixinin ən mühüm günlərindən biridir. 2021-ci ildən etibarən yeni adıyla "Müstəqilliyin Bərpası günü" (18 oktyabrda) kimi qeyd edilir. XX əsrin sonlarında SSRİ-nin dağılması ilə yaranan tarixi şərait nəticəsində Azərbaycan dövləti öz müstəqilliyini ikinci dəfə yenidən bərpa etmişdir. 1991-ci il oktyabrın 8-də Azərbaycan Ali Sovetinin işə başlanan növbədənkənar sessiyası 4 gün müzakirələr aparıb. Nəhayət, 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd olan Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilib. Həmin vaxt aktın lehinə Ali Sovetin 360 deputatından 231-i səs verir, yerdə qalanlar ya sessiyaya qatılmayıb, ya da onun əleyhinə səs verməyiblər. Konstitusiya Aktında göstərilib ki, müstəqil Azərbaycan dövləti 1918–1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisidir. Konstitusiya Aktı 6 fəsil, 32 maddədən ibarətdir. 1991-ci il dekabrın 29-da ümumxalq referendumunda məsələ müzakirəyə çıxarılıb və əhalinin 95%-i səsvermədə iştirak edərək ölkənin müstəqilliyinə, suverenliyinə və istiqlaliyyətinə səs verib. Azərbaycanın müstəqilliyi bərpa olunandan sonra dövlət bayrağı, himni və gerbi haqqında da qanunlar qəbul edilib.
Müstəqillik Günü (ABŞ)
Müstəqillik günü (ing. Independence Day)— ABŞ-də hər il iyulun 4-də keçirilən milli bayram. Müstəqillik Günü azad və müstəqil ölkə kimi ABŞ-nin doğum günü hesab olunur. Əksər amerikalılar bu bayramı sadəcə tarixinə görə - "4 iyul bayramı" adlandırırlar. Bayram şənliyi atəşfəşanlıq, paradlar, manqallar, karnavallar, yarmarkalar, pikniklər, konsertlər, beysbol oyunları, ailə toplantıları, siyasətçilərin çıxışları və mərasimləri və ABŞ-də digər ənənəvi ictimai və özəl tədbirlərlə müşayiət olunur. Müstəqillik günü ABŞ-də əsas milli bayramdır. Müstəqillik günü 1776-cı il iyulun 4-də ABŞ elan edildiyi gün ilə əlaqədardır.
Müstəqillik Günü (Azərbaycan)
Müstəqillik Günü və ya köhnə adı ilə Respublika Günü — 1918-ci ildə müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı gündür. 1990-cı ildən Respublika günü dövlət bayramı kimi qeyd edilir. 15 oktyabr 2021-ci ildən Respublika Gününün adı dəyişdirilərək Müstəqillik Günü olmuşdur. 1917-ci ildə Rusiyada baş vermiş Fevral inqilabı nəticəsində çar devrildi. Bununla da Rusiyada monarxiyaya son qoyuldu. Ölkədə çarizmin məzlum vəziyyətə saldığı xalqların milli hərəkatı başlandı. 1918-ci il mayın 28-də Məhəmməd Əmin Rəsulzadənin başçılığı altında Azərbaycan Xalq Cümhuriyyəti (1918–1920) – müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət yaradıldı. Bu respublika azərbaycanlıların tarixi yaddaşında Azərbaycan dövlətçiliyinin ilk təcrübəsi kimi iz qoymuşdur. Məhəmməd Əmin Rəsulzadə tərəfindən əsası qoyulan Azərbaycan Xalq Cümhuriyyəti türk və islam dünyasında ilk parlamentli respublika və ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi idi. Azərbaycan müvəqqəti hökumətinin ilk başçısı isə Fətəli Xan Xoyski idi.
Müstəqillik Günü (Ermənistan)
Ermənistanın Dövlət Müstəqilliyi günü (erm. Հայաստանի Անկախության օրը) — Ermənistan Respublikasında əsas dövlət bayramı. Hər il 21 sentyabrda qeyd edilir. 23 avqust 1990-cı ildə Ermənistan SSR-nin Ali Soveti Ermənistanın İstiqlal Bəyannaməsini qəbul etmiş, Ermənistan SSR-nin ləğvini və Ermənistan Respublikasının müstəqilliyini elan etmişdir. 21 sentyabr 1991-ci ildə Ermənistan xalqı müstəqillik referendumunda SSRİ-dən ayrılmaq üçün səs vermişdir. 1991-ci ilin noyabr ayında Levon Ter-Petrosyan Ermənistanın birinci prezidenti seçilmişdir. 21 dekabr 1991-ci ildə Ermənistan Müstəqil Dövlətlər Birliyinə (MDB) qoşulmuşdur. 26 dekabr 1991-ci ildə SSRİ rəsmi olaraq süquta uğramışdı. Bu Ermənistan Respublikasının ikinci dəfə müstəqillik elan etməsi idi. Birincisi 28 may 1918-ci ildə baş vermiş və Birinci Ermənistan Respublikasının təsis edilməsilə nəticələnmişdir.
Müstəqillik Günü (Pakistan)
Müstəqillik günü (urdu یوم آزادی; Youm-e Azadi)— Pakistanda hər il avqustun 14-də keçirilən milli bayram. Pakistan 1947-ci ildə Britaniya Hindistanının süqutunun ardından suveren dövlət elan olundu və dövlətin müstəqillik əldə etdiyi bu gün bayram kimi qeyd edilməyə başladı. Pakistan Cənubi Asiyanın şimal-qərb regionların bölgüsü üzrə müstəqil müsəlman dövlətinin yaradılmasına yönələn Pakistan hərəkatının nəticəsində yaranıb. Hərəkat Məhəmməd Əli Cinnahın liderliyi altında Bütün Hindistan Müsəlman Liqası tərəfindən başladılıb. Hadisə Qərbi Pakistan (hal-hazırkı dövrdə Pakistan) və Şərqi Pakistandan (hal-hazırkı dövrdə Banqladeş) ibarət olan Pakistan dominionuna (sonralar Pakistan İslam Respublikası) 1947-ci il Hindistan Müstəqillik Aktına görə Britaniya Hindistanı altında müstəqilliyin verilməsinə gətirib çıxarıb. İslam təqvimində müstəqillik günü müsəlmanlar tərəfindən müqəddəs dəyərləndirilən qədr gecəsi ərəfəsinə Ramazanın 27-ci gününə təsadüf etmişdi. Müstəqillik günü münasibətilə əsas mərasim prezident və parlament binalarında dalğalanan dövlət bayrağının yerləşdiyi İslamabadda keçirilir. Bunun ardınca dövlət himni səsləndirilir və rəhbərlərin televiziya ilə canlı çıxışları olur. Gün ərzində adi bayram tədbirləri və şənliklərə bayrağın qaldırılması mərasimi, paradlar, mədəni tədbirlər və vətənpərvərlik mahnılarının oxunması daxildir. Mükafatlandırma mərasimlərinin çoxu bu gündə baş tutur.
Müstəqillik Sarayı (Saigon)
İstiqlal Sarayı (vyet. Dinh Độc Lập), Yenidən Birleşme Sarayı (vyet. Dinh Thống Nhất) kimi tanınan bu şəhərin əlamətdar bir yeridir Ho Chi Minh City (əvvəlki adı Saigon), Vietnam, keçmiş Norodom Sarayının yerində inşa edilmişdir. Saray memar Ngo Viet Thu tərəfindən dizayn edilmiş və Vyetnam müharibəsi dövründə Cənubi Vyetnam prezidentinin evi və iş yeri olmuşdur. Həm də Saigon 30 aprel 1975-ci ilin yıxılması zamanı Vyetnam müharibəsinin sona çatdığı yer, Şimali Vyetnam Ordusunun bir tankı qapılarını vurduqda oldu. Bu hökumət binasının 19-cu əsrdə Fransanın işğalına uzanan uzun tarixi var. Vyetnam müharibəsi dövründə Cənubi Vyetnamın ilk prezidenti 1963-cü ildə sui-qəsd edildikdən sonra hakimiyyətə gələn hərbi cuntanın başçısı General Nguyen van Thieu kimi ev və komanda mərkəzi vəzifəsi edildi. Müstəqillik Sarayı, Vyetnam Müharibəsinə dramatik bir son verildi tanklar 30 Aprelin 1975-ci il səhərində əsas qapıdan çıxdı. Bu gün Müstəqillik Sarayı, 1970-ci illərdən bəri dəyişməz bir zaman sərfi - Ho Chi Minh City-də görmək və Vyetnamun böyük turunu alaraq tarixi meraklıları üçün böyük bir dayanma. İstiqlal Sarayı Mərkəzi Saigon 1-ci ilində böyük, yaşıl sahəsi tutur.
Müstəqillik Sarayı (Xoşimin)
İstiqlal Sarayı (vyet. Dinh Độc Lập), Yenidən Birleşme Sarayı (vyet. Dinh Thống Nhất) kimi tanınan bu şəhərin əlamətdar bir yeridir Ho Chi Minh City (əvvəlki adı Saigon), Vietnam, keçmiş Norodom Sarayının yerində inşa edilmişdir. Saray memar Ngo Viet Thu tərəfindən dizayn edilmiş və Vyetnam müharibəsi dövründə Cənubi Vyetnam prezidentinin evi və iş yeri olmuşdur. Həm də Saigon 30 aprel 1975-ci ilin yıxılması zamanı Vyetnam müharibəsinin sona çatdığı yer, Şimali Vyetnam Ordusunun bir tankı qapılarını vurduqda oldu. Bu hökumət binasının 19-cu əsrdə Fransanın işğalına uzanan uzun tarixi var. Vyetnam müharibəsi dövründə Cənubi Vyetnamın ilk prezidenti 1963-cü ildə sui-qəsd edildikdən sonra hakimiyyətə gələn hərbi cuntanın başçısı General Nguyen van Thieu kimi ev və komanda mərkəzi vəzifəsi edildi. Müstəqillik Sarayı, Vyetnam Müharibəsinə dramatik bir son verildi tanklar 30 Aprelin 1975-ci il səhərində əsas qapıdan çıxdı. Bu gün Müstəqillik Sarayı, 1970-ci illərdən bəri dəyişməz bir zaman sərfi - Ho Chi Minh City-də görmək və Vyetnamun böyük turunu alaraq tarixi meraklıları üçün böyük bir dayanma. İstiqlal Sarayı Mərkəzi Saigon 1-ci ilində böyük, yaşıl sahəsi tutur.
Qazaxıstanın Müstəqillik Günü
16 dekabr Qazaxıstan Respublikasının Müstəqillik Günü (qaz. Қазақстан Республикасының Тәуелсіздік күні) — hər il 16-17 dekabr tarixlərində Qazaxıstanda qeyd olunan Qazaxıstan Respublikasının milli bayramı. Qazaxıstan Respublikasının Müstəqillik Günü 16 dekabr Qazaxıstanın əsas və yeganə Milli bayramıdır. Qazaxıstan Respublikasının Tətillər haqqında Qanununa görə Qazaxıstanda milli bayramlar, dövlət tətilləri, peşə və digər bayramlar qeyd olunur. Milli bayramlar Qazaxıstan Respublikasında Qazaxıstan dövlətçiliyinin inkişafına ciddi təsir göstərən xüsusi tarixi əhəmiyyətə malik hadisələri anmaq üçün qurulan tətillərdir. Milli bayramların qeyd edilməsi mərkəzi və yerli idarəetmə orqanlarında rəsmi tədbirlər ilə müşayiət olunur. 16 dekabr 1991-ci ildə Qazaxıstan Respublikası Ali Sovetinin 1008-XII saylı Qərarı ilə “Qazaxıstan Respublikasının dövlət müstəqilliyi haqqında” konstitusiya qanunu qəbul edildi. Qanunun preambulasında deyilir: “Qazaxıstan Respublikasının Ali Şurası, Qazaxıstan xalqının iradəsini ifadə edərək, İnsan Hüquqları Ümumdünya Bəyannaməsində təsbit edilmiş fərdi hüquq və azadlıqların prioritetliyini, beynəlxalq hüququn ümumiyyətlə tanınmış digər normalarını qəbul edərək sivil cəmiyyət və qanunun aliliyi yaratmaq əzminə əsaslanan Qazax millətinin öz müqəddəratını təyinetmə hüququnu təsdiqləyən, sülhsevər xarici siyasəti həyata keçirən, nüvə silahının yayılmaması və tərksilah prinsipinə sadiq qaldığını bildirən müddət, Qazaxıstan Respublikasının dövlət müstəqilliyini təntənəli şəkildə elan edir. " Qanuna uyğun olaraq “Qazaxıstan Respublikası müstəqil, demokratik və hüquqi bir dövlətdir. Ərazisində tam gücə malikdir, müstəqil olaraq daxili və xarici siyasəti müəyyənləşdirir və aparır.
Qırğızıstanın müstəqillik günü
Qırğızıstanın müstəqillik günü qırğ. Кыргыз Республикасынын Көз карандысыздыгынын күнү) — Qırğızıstanın milli bayramı. 31 avqustda qeyd olunur. 1991-ci ilin bu günü Qırğızıstan SSR Ali Sovetinin (Joqorku Keneş) fövqəladə sessiyası "Qırğızıstan Respublikasının Dövlət Müstəqilliyi Bəyannaməsi" haqqında qərar qəbul etdi . Bəyannaməyə görə, Qırğızıstan Respublikası müstəqil, suveren, demokratik bir dövlət elan edildi. 14 dekabr 1990-cı ildə "əfsanəvi" parlament olaraq bilinən Qırğızıstan SSR Ali Sovetinin 12-ci çağırışı "Qırğızıstan SSR-də dövlət hakimiyyəti və idarəetmə sisteminin yenidən təşkili haqqında" Qırğızıstan SSR Qanunu qəbul etdi. Qırğızıstan SSR Konstitusiyasına (Əsas Qanuna) əlavə və dəyişikliklər ". Qanun Qırğızıstan SSR-in müstəqil dövlət hakimiyyətini təsis etdi. 15 avqustda Qırğızıstan SSR Ali Soveti "Qırğızıstan Respublikasının Dövlət Suverenliyi haqqında Bəyannamə" qəbul etdi (Qırğızıstan Respublikasynın mamlekettik egemendülüg jnndögü). Bəyannamədə suverenlik - Qırğızıstan dövlət gücünün xarici işlərdə müstəqilliyi və daxili işlərdə dövlət gücünün üstünlüyü təsbit edildi.
Türkmənistanın müstəqillik günü
Türkmənistanın müstəqillik günü (türkm. Garaşsyzlyk baýramy) — Türkmənistanın əsas milli bayramı. Bu tarix Türkmənistanda hər il 27 oktyabrda (2018 - 27 sentyabr) qeyd olunur. "Türkmənistanın Müstəqillik Günü" üçün tarix təsadüfən seçilmədi. 27 oktyabr 1991-ci ildə Türkmənistan Sovet Sosialist Respublikasının Ali Şurası “Türkmənistanın müstəqilliyi və dövlət quruluşunun əsasları haqqında” qanun qəbul etdi. SSRİ-nin dağılmasından sonra Türkmən Sovet Sosialist Respublikası, postsovet məkanında dövlət suverenliyini elan edən son İttifaq Sosialist Respublikalarından biri oldu. "Türkmənistanın Müstəqillik Günü" ndə Orta Asiya respublikasında kütləvi şənliklər təşkil edilir. Bayram ərəfəsində Türkmənistanın görkəmli vətəndaşlarını - mədəniyyət, incəsənət, idman və siyasət işçilərini mükafatlandırmaq üçün bir ənənə artıq inkişaf etmişdir. Çox vaxt "tətil amnistiyaları" bir vaxtlar qanunları pozmuş şəxslərə (əsasən istəmədən və yüngül cinayətlərə, habelə qadınlara və yetkinlik yaşına çatmayan məhkumlara) elan edilir. Aşqabadın mərkəzi meydanında hərbi parad keçirilir .
Ukrayna müstəqillik abidəsi
Ukrayna müstəqillik abidəsi (ukr. Монумент Незалежності) — Ukraynanın müstəqilliyinə həsr olunan abidə. Abidə Kiyevin mərkəzində, müstəqillik meydanında yerləşir. Abidə 2001-ci ildə Ukrayna müstəqilliyinin 10-cu ildönümü şərəfinə Kiyevdəki müstəqillik meydanının kompozisiya mərkəzində ucaldılıb. Abidəni stilistik baxımdan ukrayna barokkosu ilə ampir üslubunun qarışığına aid edirlər. Abidə özündə 52 metr hündürlüyə malik sütun üzərində ukrayna milli geyimində əlində başınağacı budağı tutmuş bürüncdən hazırlanan qız fiqurunu ehtiva edir. Abidənin ümumi hündürlüyü 62 metrdir. Layihənin müəllifləri — heykəltaraş A. V. Kuş, memarlar, S. V. Babuşkin, A. V. Komarovski, R. İ. Kuxarenko, O. K. Stukalov. Heykəltəraş Anatoli Kuş qız fiqurunun yaradılması üçün model qismində öz qızından istifadə edib. Vikianbarda Ukrayna müstəqillik abidəsi ilə əlaqəli mediafayllar var.
Özbəkistanın müstəqillik günü
Özbəkistan Respublikasının müstəqillik günü (özb. O'zbekiston Respublikasi Mustaqilligi kuni) — 31 avqust 1991-ci ildə (SSRİ-dən) dövlət müstəqilliyinin elan edilməsi şərəfinə hər il 1 sentyabrda Özbəkistanda qeyd olunur. 1 sentyabr Özbəkistanda rəsmi olaraq qeyri-iş günüdür. 1991-ci ildə SSRİ-nin paytaxtı Moskvadakı Avqust putç çökdü. Prezident İ. A. Kərimovun təşəbbüsü sayəsində 31 avqust 1991-ci ildə Özbəkistanın müstəqilliyi elan edildi. 31 avqust 1991-ci ildə Daşkənddə Özbəkistan SSR Ali Sovetinin növbədənkənar sessiyasında "Özbəkistan Respublikasının dövlət müstəqilliyinin elan edilməsi haqqında" qərar və "Dövlət müstəqilliyinin əsasları haqqında" qanun qəbul edildi. Özbəkistan Respublikası ". Qərarda Özbəkistan SSR-in adı dəyişdirilərək Özbəkistan Respublikası. 30 avqust 1994-cü il tarixdə, müstəqilliyin 3-cü ildönümü şərəfinə 10 so'm nominallı iki növ xatirə sikkəsi buraxıldı. 1994-cü ildə Özbəkistan Müstəqillik Kuboku üçün bir futbol turniri meydana çıxdı.
Gürcüstanda Müstəqillik Referendumu (1991)
Gürcüstan Respublikası ərazisində müstəqillik referendumu 31 mart 1991-ci ildə keçirildi. Səs verənlərin 99.5%-ı lehinə qərar vermişdilər. == Arxa plan == Referendum 1990-cı ilin oktyabr ayında Sovet Gürcüstanında keçirilmiş ilk çoxpartiyalı seçkilərdə seçilən Gürcüstan Ali Şurası tərəfindən təsdiqləndi və şurada Sovet dönəminin dissidenti Zviad Qamsaxurdianın rəhbərlik etdiyi müstəqillik tərəfdarı olan Dəyirmi Masa—Azad Gürcüstan bloku üstünlük təşkil edirdi. Federasiyanın davamına dair ümumittifaq referendumu və 17 martda yeni ittifaq müqaviləsi üzrə danışıqları əsasən boykot edən Gürcüstan üç Baltikyanı dövlətdən (9 fevral 1991-ci ildə Litvada, həmin il 3 mart Latviya və Estoniya) sonra müstəqillik referendumu təşkil edən dördüncü Sovet respublikası oldu. Referendumun yeganə sualı bu idi ki, "26 may 1918-ci il tarixli Gürcüstan İstiqlal Bəyannaməsi Aktına uyğun olaraq Gürcüstanın müstəqilliyinin bərpasını dəstəkləyirsinizmi?". Rəsmi nəticələrə əsasən, seçicilərin 90.6%-nın iştirak etdiyi səsvermədə 99% lehinə qərar verdilər. Etnik zəmnində baş verən ixtilaf səbəbindən Abxaziya və Cənubi Osetiyanın qeyri-gürcü sakinləri səsverməni boykot etdilər. Nəticələrin açıqlanmasından dörd gün sonra Gürcüstan Ali Şurası Sovet İttifaqının 1989-cu il aprelin 9-da müstəqillik elanını yekdilliklə qəbul etdi, bu hadisə Tbilisidə Sovet ordusunun dinc nümayişlərə basqınının ikinci ildönümündə baş verdi. Referendum ABŞ-nin keçmiş prezidenti Riçard Niksonun Gürcüstanın paytaxtı Tbilisdə bir neçə seçki məntəqəsini ziyarət etdiyi xüsusi səfəri ilə üst-üstə düşdü, daha sonra prezident həmin gün Moskva şəhərinə yola düşdü.
Kataloniya müstəqillik referendumu (2017)
2017 Kataloniya müstəqillik referendumu və ya 1-O — Kataloniya (İspaniyada yerləşən muxtar vilayət) hökuməti tərəfindən 1 oktyabr 2017 tarixində keçirilən referendum. Referendum, İspaniya hakimiyyəti tərəfindən qeyri-qanuni sayılır. == Arxa plan == Pireney yarımadasının qədim sakinləri iberlərlər olub, onları yalnız tədqiqatçılar keltlər, digərləri isə Şimali Afrikadan gələnlər hesab edirdilər. Sivilizasiya İberiyaya şərqdən gəlib və ilk olaraq Aralıq dənizinə təsir edib. Nəticədə Kataloniya adlanan bölgənin tarixi e.ə 575-ci ildə, yunanlar dəniz sahillərində Emporion müstəmləkəsi yaradan zaman başlayıb. Cənubda yerləşən müasir Alikante və Kartaqena liman şəhərləri də həmin vaxtı yaranıb. İberlər və yunanlardan sonra karfagenlər meydana çıxıb. === Kataloniyanın yaradılması === Əfsanəyə görə Barselonanın yaranması Heraklın adıyla bağlıdır. Əslində isə onun əsasını e.ə 237-ci ildə Karfagen sərkərdəsi Haminkar, Hannibalın atası qoyub. Haminkarı hamı Barka (azərb.
Makedoniyanın Müstəqillik Memorandumu (1913)
Makedoniyanın Müstəqillik Memorandumu (fr. Mémorandum consérnant l'Indépendance de la Macédoine) — 1 mart 1913-cü ildə Makedoniya bölgəsinin müstəqilliyini israr edən Makedoniya Elm və Ədəbi Cəmiyyətinin dörd keçmiş üzvü (Dmitri Çupovski, Aleksandr Vezenkov, Qavrila Konstantinoviç və Neyms Dimov) tərəfindən fransız dilində nəşr olunan sənəd. Osmanlı hakimiyyəti dövründə yox olan "Makedoniya" adı 19-cu əsrdə yenidən meydana gəldi, onun zamanla sərhədləri əhəmiyyətli dərəcədə dəyişmişdir. Sənəd Böyük Britaniyanın Xarici İşlər üzrə katibi Edvard Qreyə, London Sarayındakı səfirlərə və Rusiya İmperiyasının Xarici İşlər Nazirlərinə ünvanlanmışdır. Bundan əlavə, Dmitri Çupovski, memoranduma əlavə edilmiş Makedoniyanın "təbii, coğrafi, etnik və iqtisadi sərhədlərini" əks etdirən siyasi-coğrafi xəritəsini çəkmişdir.
Milli müstəqillik günlərinin siyahısı
Müstəqillik günü — hər hansı millətin müstəqillik əldə etməsinin, xüsusilə də başqa bir dövlətin tərkibindən çıxmasının, nadir hallarda isə hərbi təcavüzün bitməsinin və ya dövlətçiliyin ildönümünün qeyd edildiyi tarix. Sinqapurda isə digərlərindən fərqli olaraq Malayziyanın tərkibindən çıxarılması qeyd edilir. Əksər dövlətlərdə müstəqillik günü milli bayram kimi qeyd edilir.
Müstəqillik Günü (Şimali Makedoniya)
Müstəqillik günü — (mak. Ден на независноста) Şimali Makedoniyada 8 Sentyabr tarixində qeyd edilir. 1991-ci il referendumu ilə Makedoniyanın müstəqillik qazanmasından sonra milli bayram olaraq qeyd edilir. 8 sentyabr 1991-ci ildə referanduma qatılan 75,8%-lik seçicinin 95,5%-dən çoxu Şimali Makedoniyanın müstəqilliyinə səs verdilər. Axşam saatlarında meydana toplaşan vətəndaşlara dönəmin Makedoniya prezidenti Kiro Qliqorov müraciət etdi: "Əziz Makedoniya vətəndaşları, bu gecə sizi və bütün Makedoniya vətəndaşlarını azad, suveren və müstəqil Makedoniyanı təbrik etməyimə icazə verin." Xalqın müstəqil dövlət istəyi ilk çoxpartiyalı Makedoniya parlamenti tərəfindən 18 sentyabr 1991-ci ildə təsdiqləndi. 25 sentyabr 1991-ci ildə Makedoniyanın İstiqlal Bəyannaməsi, 17 noyabr 1991-ci ildə isə Makedoniyanın Konstitusiyası qəbul edildi. Şimali Makedoniya 8 aprel 1993-cü ildə Birləşmiş Millətlər Təşkilatına üzv seçildi. Lakin Yunanıstan ilə Şimali Makedoniya arasında yaşanan ad mübahisəsinə görə təşkilat çərçivəsində ölkənin adı Keçmiş Yuqoslav Respublikası Makedoniya kimi göstərilməyə başlandı. Eyni ad bir çox beynəlxalq təşkilatlarda da istifadə olunmuşdur. 2018-ci ilin iyun ayında Yunanıstan və Makedoniya arasında Prespa müqaviləsi imzalanmışdır.