Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Mürdad
Mürdad (fars. مرداد‎) — İran və Əfqanıstanın rəsmi təqviminin beşinci ayı. Mürdad ayında 31 gün var. Bu ay adətən 23 iyulda başlayıb 22 avqustda sona çatır (bəzi illərdə 22 iyulda başlayıb 21 avqustda bitir). Mürdad yayın ikinci ayıdır.
Cüzdan
Cüzdan, pul kisəsi və ya portmanat — şəxsiyyət vəsiqəsi, pul, kredit kartı, fotoşəkil, kontakt kimi obyektləri daşımağa yarayan və əksəriyyətlə dəridən ya da dəriyə bənzər maddələrdən tikilən kiçik ölçülü qatlama çanta.
Mazda3
Mazda 3 — Yapon avtomobil istehsalçısı Mazda tərəfindən 2004-cü ildən bu günə kimi istehsal olunan sedan. Yaponiyada Mazda Axela adı ilə satılır.
Mordad
Mürdad (fars. مرداد‎) — İran və Əfqanıstanın rəsmi təqviminin beşinci ayı. Mürdad ayında 31 gün var. Bu ay adətən 23 iyulda başlayıb 22 avqustda sona çatır (bəzi illərdə 22 iyulda başlayıb 21 avqustda bitir). Mürdad yayın ikinci ayıdır.
MÜSİAD
Müstəqil Sənayeçi və İş Adamları Dərnəyi (türk. Müstakil Sanayici ve İşadamları Derneği) və ya qısaca MÜSİAD — 5 may 1990-cı ildə bir qrup türk iş adamı tərəfindən qurulan qeyri-hökumət təşkilatıdır. Dərnəyin məqsədi Türkiyəni yerli və ümumbəşəri dəyərləri qoruyan, öz bölgəsində fəal olan, dünyada hörməti olan firavan bir ölkəyə çevirmək; Türkiyənin və dünyanın sosial, mədəni, iqtisadi və texnoloji sahələrdə inkişafını təmin etmək. Müstəqil Sənayeçi və İş Adamları Dərnəyi (MÜSİAD); Haqq, hüquq, ədalət, bərabərlik, tarixi və mənəvi dəyərlər həssaslığına sahiq olan iş adamlarının, 9 May 1990-cı ildə İstanbulda qurduqları bir "İşadamları Dərnəyi" dir. Fərdlərin və qurumların, ölkəmizin və cəmiyyətimizin, bölgəmizin və dünyanın sosial və mədəni, siyasi və iqtisadi, elmi və texnoloji inkişafına töhfə vermək üçün yaradılan "İnkişaf - Əməkdaşlıq - Güc Birliyi Platforması"dır. 1990-cı ildən bu yana dünyada 11.000 üzvü ilə, təxminən 1.6 milyon şəxsə iş imkanı verən, Türkiyədə 87, Ölkə xaricində 81 fəqli ölkədə, ümumilikdə 164 məntəqə ilə xidmət edən, üzvlərin problemlərini, fikir və görüşlərini dövlət qurum və quruluşlarına yerində ötürən, iş dünyasında olduğu qədər cəmiyyətin digər təbəqələri üçün də nümunəvi bir təlim, rəhbərlik, məsləhət mərkəzi halına gələn, təcrübələrini və fəaliyyətlərini peşəkar düşüncə əsaslarına qoyan, intellektual təcrübələrini bölüşən, "ictimai fayda dərnəyi" statusuna sahib olan güclü "Qeyri-Hökumət Təşkilatı"dır. MÜSİAD Azərbaycan (türk. MÜSİAD Azerbaycan) 01.01.2018 tarixində fəaliyyətə başlamışdır. Hal-hazırda müxtəlif sahələrdən olan 63 üzvü ilə 3750 nəfər işçiyə iş imkanı verməkdədir. 10 nəfərlik İdarə heyəti və 5 komitə ilə fəaliyyətini davam etdirir.
Xürdad
Xürdad (fars. ‎) — İran və Əfqanıstanın rəsmi təqviminin üçüncü ayı. Xürdad ayında 31 gün var. Bu ay may ayında başlayıb iyun ayında sona çatır. Xürdad yazın üçüncü ayıdır.
Mazda
Mazda — Mazda Motor Corporation və ya original adıyla Matsuda Kabushiki-kaisha, Hiroşima, Yaponiyanin avtomobil markası. == Tarixi == Mazdanın əsası Dzyudziro Matsuda (Jujiro Matsuda) tərəfindən 1920-ci ildə qoyulub. Şirkət yaradılarkən mantar (probka) ağacından inşaat materiallarının hazırlanması sahəsində fəaliyyət göstərirdi. 1920-ci illərdə motosikletlərin kiçik sınaq partiyasını buraxan şirkət 1929-cu ildə dəzgah istehsalına keçdi. Hətta 1930-cu ildə şirkətin istehsal etdiyi motosikletlər yarışlarda qələbə qazanmışdı. 1931-ci ildə şirkət sırf yapon üslubunda avtomobillərin istehsalına başladı. Bunlar 500 kubsantimetr həcmli mühərrikləri olan üçtəkərli yük avtomobilləri idi. Bu avtomobillər üçün ticarət markası kimi "Mazda" sözü seçildi. Bu, Zərdüşt dinində baş allahın – işıq allahının adı idi. Həm də bu ad şirkətin yaradıcısı Matsudanın adına bənzəyirdi.
Alva Mürdal
Alva Myurdal (31 yanvar 1902[…], Uppsala[d][…] – 1 fevral 1986[…], Danderyud[d], Stokholm leni[d]) — İsveçli diplomat, nazir və siyasətçi. 1982-ci ildə meksikalı Alfonso Qarsiya Robleslə birlikdə Nobel sülh mükafatına layiq görülmüşdür. == Həyatı == 1949–1950-ci illərdə BMT-də Sosial Rifah Şöbəsinin rəhbəri olmuşdur. 1951-ci ildə UNESCO Sosial Elmlər Şöbəsinin rəhbərliyinə təyin olundu. 1955-1961-ci illərdə Hindistan, Myanmar və Seylonda əvvəlcə konsul, daha sonra isə səfirlik etdi. 1961-ci ildə İsveç xarici işlər nazirinə silahsızlandırma məsələsində məsləhətçi oldu. Növbəti ildə İsveç Sosial-Demokrat Fəhlə Partiyasından parlamentə millət vəkili seçildi və Cenevrə Silahsızlandırma Konfransında İsveç heyətində rəhbərlik etdi. 1966-cı ildə silahsızlandırma və kilsə məsələlərindən məsul dövlət naziri oldu və 1973-cü ilə kimi bu vəzifəsində qaldı. Silahsızlandırma mövzusunda bir sıra yazılar yazan Alva Myurdal 1982-ci ildə Nobel sülh mükafatına layiq görüldü. Bundan başqa həyat yoldaşı olan məşhur iqtisadçı Qunnar Myurdalla birlikdə 1970-ci ildə Qərbi Almaniya Sülh mükafatına layiq görülmüşdür.
Elektron cüzdan
Elektron cüzdan – elektron pulları özündə saxlamağa və elektron ödənişləri yerinə yetirməyə imkan verən ödəniş çipi (CHIP) olan smart-kart, yaxud başqa elektron daşıyıcı. "Elektron cüzdan" termini elektron pulların toplanması, saxlanması və köçürülməsi əməliyyatlarını yerinə yetirməyə imkan verən qurğulara və proqram təminatına da aid ola bilər.
Miqdad Abduləlimov
Miqdad İsmayılov
Miqdad İsmayılov (d. 12 yanvar 1981, Şamaxı rayonu) — fizika−riyaziyyat elmləri namizədi, müəllim, 2008-ci ildən BDU-da çalışır. 1981-ci il yanvarın 12-də Şamaxı rayonunun Nağaraxana kəndində anadan olmuşdur. Orta təhsili 1988-ci ildə Şamaxı rayonu Qızmeydan kənd orta məkətəbində almışdır. 1998-ci ildə Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinə qəbul olmuş, 2002-ci ildə həmin universitetin məzunu olmuşdur. 2008-ci ildən Bakı Dövlət Universitetində çalışır. Ailəlidir. 2002-ci ildə BDU-nun Mexanika-riyaziyyat fakültəsini əyani bitirmişdir. 2002-ci ildə magistraturaya daxil olmuş və 2004-cü ildə magistr dərəcəsi alaraq BDU-nu bitirmişdir. 2005-ci ildə BDU-nun aspiranturasına qəbul olmuş və 2008-ci ildə "Öz-özünə qoşma olmayan bəzi operatorlar siniflərinin spektral xassələrinin tədqiqi" mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş və fizika−riyaziyyat elmləri namizədi elmi dərəcəsi almışdır.
Müjdat Gәzәn
Müjdat Gəzən (29 oktyabr 1943, Fateh, İstanbul ili) — Türkiyə kino və televiziya aktyoru. Müjdat Gəzən 29 oktyabr 1943-cü ildə İstanbul şəhərində anadan olub.
Cüzdan (şəhər)
Cüzdan – İranın İsfahan ostanının Nəcəfabad şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 6,393 nəfər və 1,561 ailədən ibarət idi.
Ahura Mazda
Hörmüzd və ya Ahura Mazda (avestaca Əhura Məzda, pəhləvicə: Ohrməzd) — zərdüştiliyin baş, yaradıcı, xeyir tanrısı. == Yaradıcı kimi == Zərdüştilikdə əsas bəhs Hörmüzdün xilqət aləminə olan mehr-məhəbbəti, Sepentaminunun və Əngirəminunun Hörmüzd ilə olan rabitəsinin necəliyi ətrafındadır. Zərdüştiliyin ilkin təlimlərinə əsasən, Hörmüzd öz əndişəsində iki minunu xəlq etmişdir. Bu iki minu xilqətin əvvəl çağlarından xeyirlə şərdən birini seçməyə və öz seçimləri ilə Sepənd və Əngura olmağa vadar edilmişlər. Bu seçki o qədər əsaslı və mühüm idi ki, Sependminu öz düşməni Əngirəminuya (Əhrimənə) demişdir: "Bizim fikrimiz, ayinimiz, meylimiz, seçimimiz, söhbətimiz, əməlimiz, elmimiz və ruhumuz bir-birilə müvafiq deyildir." Hər halda Allah iki minunu xəlq etmişdir, onlardan biri xeyir və yaxşılığı, digəri isə şər və pisliyi seçmişdir. Buna əsasən, ilahi Hörmüzd hər iki minudan ilkindir; baxmayaraq ki, Sepentminu ilə müvafiqdir və Əngireminunu rədd edir. Amma Hörmüzd ilə bu iki minu arasında əvvəlcədən tə’yin olunmuş rabitə sonrakı dövrlərdə dəyişdirildi və bu rabitənin təhlil və dəyişdirilməsinin necəliyi ilə əlaqədar olaraq, zərdüşt dini üç firqəyə bölündü: Sənəviyyani Məzdai, Məsxiyyə və Zərvaniyyə. == Sənəviyyani Məzdai == Bu firqə nur və işıqlığın xaliqi və məzhəri olan Sepəndminunun Hörmüzd ilə eyni səviyyədə olduğuna və Əhrimənin onun müqabilində dayandığına etiqadlıdır. Onlar mütləq işıqlığa və nura pərəstiş edir, hər növ nuru ondan bilir və onu (mütləq işıqlığı) aləmin rəhbəri kimi təqdim edirdilər; bütün yaxşı işləri ona aid edirdilər. Onun adı Hörmüzd, yaxud Xudavənd və yaxud da Yəzdandır.
Ahura Məzda

Mazda 3
Mazda 3 — Yapon avtomobil istehsalçısı Mazda tərəfindən 2004-cü ildən bu günə kimi istehsal olunan sedan. Yaponiyada Mazda Axela adı ilə satılır.
Duzdağ
Duzdağ — duzlaq. Yaşayış məntəqələri Duzdağ (Yevlax) — Yevlax rayonunda kənd. Düzdağ (Bozüyük) — Türkiyənin Bilecik ilinin Bozüyük ilçəsində kənd. Toponimlər Duzdağ (Tovuz) — Tovuz rayonunun Qaralar kəndində yer adı. Duzdağ (göl) — Salyanda göl. Duzdağ (Naxçıvan) — Naxçıvanda dağ. Filmlər Azərbaycan sirləri.
Muadan
Muadan (fr. Moydans, oks. Moidans) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Qap. Rozan kantonuna daxildir. INSEE kodu — 05091. 2008-ci ildə əhalinin sayı 50 nəfər təşkil edirdi. 2007-ci ildə 29 yaşda (15–64 yaş arasında) 23 nəfər iqtisadi fəal, 6 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 79,3%, 1999-cu ildə 82,1%). Aktiv olan 23 nəfərdən 21 nəfəri (14 kişi və 7 qadın), 2 nəfər işsiz (1 kişi və 1 qadın) idi.
Xuzdar
Xuzdar — Pakistanın Bəlucistan əyalətində şəhər. Şəhər Pakistanın ən böyük 45-ci şəhəridir. 1952-ci ilin oktyabr ayından 1955-ci ilədək Bəlucistan Ştatının paytaxtı, 1955-ci ildə isə Bəlucistanın inzibati mərkəzi olub. Brahui dilinin ən çox yayıldığı şəhərdir.
Suzdal
Suzdal — Rusiyanın Vladimir vilayətində şəhər-qoruq, Suzdal rayonunun inzibati mərkəzi. Şəhər kimi 1024-cü ildən mənbələrdə adı çəkilir. Tərkibində yeganə yaşayış məntəqəsi kimi şəhər qəsəbəsi statusu ilə Suzdal şəhərinin bələdiyyə quruluşunu təşkil edir. Əhalisi - 9286 nəfər (2021). Vladimirdən 26 km şimalda, Nerlin çayının qolu olan Kamenka çayının sahilində yerləşir. Rusiyanın qızıl halqasına daxildir. Suzdal Rusiyanın ən qədim şəhərlərindən biridir. XII əsrdə knyazlığın paytaxtı oldu, Moskva isə sadəcə ona tabe olan yaşayış məntəqələrindən biri idi. Hazırda Suzdal Rusiyanın qızıl halqasının şəhərlərinin ən kiçiyidir, lakin burada 40-dan çox tarixi əhəmiyyətli abidə və 200 memarlıq obyekti var. Bu abidələrin bir neçəsi YUNESKO-nun Ümumdünya İrs Siyhısında qeydiyyata alınıb.
Miqdad ibn Əmr
Miqdad ibn Əmr əl-Kindi (təq. 590, Yəmən – 652, Mədinə, Hicaz, Rəşidi xilafəti) — Məhəmmədin səhabəsi, Dörd sadiq səhabədən biri. Əmr ibn Səlbənin oğlu Miqdad Bəhra adlı qəbilələrində bir nəfəri qətlə yetirərək Kindi qəbiləsinə qaçır, onlarla əhd bağlayaraq “Miqdad Kindi” adlanır. Həmin qəbilədə də bir nəfəri öldürərək Məkkəyə yollanır, Əsvəd ibn Əbd Yəğus adlı bir şəxslə əhd-peyman bağlayır. Bəni-Zəhrə qəbiləsindən olan bu şəxs Miqdadı cahiliyyət adətləri əsasında oğulluğa götürür. Bundan sonra Miqdad “Miqdad ibn Əsvəd” adlanır. Sonralar “Onları öz atalarının adı ilə çağırın, bu, Allah yanında ədalətə daha yaxındır” ayəsi nazil olduqda Miqdad “Miqdad ibn Əmr” adlandırıldı. Miqdadın kunyəsi Əbu-Məbəd idi. Miqdad hündür boylu, cüssəli qiyafəyə malik bir şəxs idi. Miqdad İslam dinini ilk qəbul edənlərdən və Həbəşəyə hicrət edənlərdəndir.
Miqdad ibn Əsvəd

Mulda
Mulda — eni və uzunluğu bərabər olan tektonik mənşəli çökəklik. Mulda sinklinal formalı izometrik və ya oval, az meyilli tektonik çökəklərin və ya onların hissələrinin ümumi adıdır. Mənşəyindən asılı olaraq mulda termininə uyğun izahedici sözlər əlavə olunur. Məsələn: sinklinal mulda; sinklinalın dibi dedikdə, izometrik və ya oval, daha cavan çöküntülərdən təşkil olunmuş sinklinalın mərkəzi hissəsi başa düşü­lür; çökmə mulda - müxtəlif səbəblərə görə Yer qabığının yuxarı hissələrində süxurların sıxlaşması nəticəsində (kəskin pozulmalar olmadan) səthdə əmələ gələn çökək; törəmə mulda - yer qabığında qeyri-düzgün, lakin adətən oval formalı dayaz çökək və b. Mulda dolduran çöküntülər adətən zəif dislokasiyaya uğrayır və əksər hallarda bucaq uyğunsuzluğu ilə daha qədim qatlar üzərində transqressiv yatırlar. Mulda nisbətən sakit tektonik rejim şəraitində əmələ gəlir. Məsələn: geosinklinal inkişafın sonuncu və geosinklinaldan sonrakı mərhələlərdə. Çad və Eyr göllərinin çuxurları muldadır. Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
Murad
Murad — Azərbaycan kişi adı və təxəllüs. I Murad — Osmanlı Dövləti’nin üçüncü padşahı. II Murad — Osmanlı sultanı I Mehmedin oğlu III Murad — Osmanlı sultanı II Sultan Səlimin oğlu IV Murad — 1623–1640-cı illərdə Osmanlı sultan I Əhmədin oğlu V Murad — Osmanlı sultanı. Əbdülməsidin oğlu Murad Dadaşov — azərbaycanlı aktyor, aparıcı, şoumen. Murad Sebastatsi — erməni qulduru, dəstə başçısı, Ermənistanın milli qəhrəmanı. Murad Rəhimov — ABŞ Silahlı Qüvvələrinin Azərbaycan əsilli əsgəri. Murad bəy — Misir məmlüklərinin rəhbəri, süvari dəstəsinin komandiri. Murad Ömərov — texniki elmləri doktoru, professor.
Murda
Önder Doğan (30 yanvar 1984; Amsterdam, Hollandiya) – türk əsilli hollandiyalı reper və bəstəkardır. O, Hollandiyanın Amsterdam şəhərində anadan olub. O, bir müddət İspaniya'nın Madrid şəhərində yaşayıb. Daha sonra Hollandiyaya qayıtdı və musiqi ilə maraqlandı və 2008-ci ildə ilk EP-ni buraxdı. Murda; Bizzey, Kraantje Pappie və Ronnie Flex də daxil olmaqla bir çox məşhur adlar və Hollandiyalı hip-hop sənətçiləri ilə işləmişdir. Ezhel ilə YouTube vasitəsilə tanış olduq və Doğan bundan sonra karyerasını Türkiyədə davam etdirmək qərarına gəldi. Onun "Aya" mahnısı YouTube video paylaşım saytında 140 milyon dəfə izlənilib. Daha sonra Ezhel və Murda yanvarda "Come in My Next Life" adlı daha bir mahnını, daha sonra isə "Made In Turkey" adlı başqa mahnını buraxdılar.
Mazda RX-7
Mazda RX-7 — Yaponiya avtomobil istehsalçısı şirkəti olan Mazda tərəfindən 1978–2002-ci illər arasında istehsal olunan 2 qapılı kupe tipli idman avtomobilidir. RX-7 bazarda RX-3-ü əvəz etmişdir və 2003-cü ildə Mazda RX-8 ilə əvəz olundu. Avtomobildə Wankel mühərriki istifadə olunmuşdur. RX-7, Gran Turismo, Forza Motorsport, Need for Speed, İnitial D, Wangan Midnight və Forsaj kimi videooyun, film və TV şouları ilə məşhurlaşmışdır. Avtomobil ümumi olaraq 811,634 ədəd istehsal edilmişdir.
Mazda RX-8
Mazda RX-8 — Yaponiyanın Mazda şirkətinin istehsalı olan avtomobil. RX-7 modelinin yenilənmiş variantıdır. Onun prototipi (o zaman RX-Evolve adlanırdı) Detroytda 2000-ci illərdə nümayiş etdirlmişdi. Bir il sonra artıq Tokioda sınaq avtomobili olan rotor mühərrikli Renessis nümayiş etdirildi. Standart variantlarında quraşdırılan mühərrikin gücü 192 a.g. (220 N·m), sürətlər qutusu isə beşpilləli mexaniki, yaxud dördpilləli avtomat olur. Buna baxmayaraq bəzi bazarlarda ötürücüsü əllə dəyişdirilə bilən altıpilləli avtomat sürətlər qutusu quraşdırılmış avtomobillər də təklif olunur.
Muldaş (Uçalı)
Muldaş (başq. Мулдаш, rus. Мулдашево) — Başqırdıstan Respublikasının Uçalı rayonunda yerləşən kənd. Kənd İlçəqol kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Uçalı): 105 km, kənd sovetliyindən (İlçəqol): 10 km. ən yaxın dəmiryol stansiyasından (Altın Taş stansiyası): 50 km.
Murdar (Həştrud)
Murdar (fars. مهردار‎) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 306 nəfər yaşayır (50 ailə).
Muzdlu döyüşçü
Muzdlu döyüşçü (ing. Mercenary; rus. Наёмник) — Hər hansısa müharibəyə mənfəət əldə etmək üçün qatılan döyüşçü. Muzdlu döyüşçülər iştirak etdikləri döyüşlərin siyasi və ya iqtisadi nəticələri ilə maraqlanmayaraq onlara vəd edilən mükafatın əldə olunmasına maraqlı olurlar. Fərdi şəkildə muzdlu döyüşçülər olduğu kimi bu işlə qrup, tayfa və ya təşkilat formasında məşğul olma hallarıda tarixdə görülmüşdür. Bir çox Yunan muzdlu döyüşçü Yunan-İran müharibələri zamanı Əhəmənilər İmperiyası tərəfindən döyüşmüşdür.
Muzdlu işçi
Muzdlu işçi — müəssisədə, təşkilatda iş yerinə yetirmək üçün işə götürülmüş şəxs (fərdi) və s. Əmək müqaviləsi ümumiyyətlə işi yerinə yetirmək üçün işə götürülmüş şəxslə işəgötürən arasında bağlanır . İşəgötürən aşağıdakılar ola bilər: dövlət müəssisə və təşkilatları; qeyri-dövlət (ticarət və qeyri-kommersiya) müəssisə və təşkilatları; fərdi sahibkarlar.
Muzdlu qatil
Muzdlu qatil — bir şəxsi və ya şəxsləri öldürmək üçün pul ilə müqavilə əsasında fəaliyyət göstərən cinayətkar. Bəzən hegomon qruplar və ya şəxslər arasında düşən mübahisəni muzdlu qatil tutmaqla və kiminsə öldürülməsi ilə son qoyulur. Əsasən ABŞ, Yaponiya, Rusiya və İtaliya kimi dövlətlərdə, mafiyanın ayaq açıb yeridiyi ölkələrdə bu cinayətkar qatillərdən tez-tez istifadə olunur. Türkiyədə də siyasi qətillər zamanı, dərin dövlətin istəmədiyi şəxsləri aradan qaldırmaq üçün muzdlu qatillərdən istifadə olunduğu ehtimal olunur. Muzdlu qatillər əsasən keçmiş hərbçilər və xüsusi xidmət orqanlarının əməkdaşlarından təşkil olunurlar.
Xuzdar rayonu
Xuzdar rayonu — Pakistanın Bəlucistan əyalətində rayon. İnzibati-mərkəzi Xuzdar şəhəridir. Əsası 1974-cü ildə qoyulub.
Miqdad ibn Əsvəd əl-Kindi