Bu məqalə sürətli silmə kriteriyalarına əsasən yaxın vaxtda silinə bilər. Göstərilmiş səbəb: Azərbaycan dilli Vikipediyada istifadəçi çoxluğunun 12 iyul 2024-cü il tarixli SNS-də əldə edilən ümumi razılığı əsasən Vətən Müharibəsi Qəhrəmanı adı alan və ya Zəfər ordeni ilə təltif edilən və ya VP:ŞEƏ və ya VP:HƏRBÇİ şərtlərini tam ödəyən şəhidlər istisna olmaqla digər məqalələr silinir. Məqalənin məzmunları tam formada Unudulmazlar, Memorial və s. plaftormalarda olduğu üçün məqalənin məzmunu itmir və Google axtarış sistemində şəhidin adı qeyd olunanda həmin mənbələr birinci sırada çıxır
Əgər səhifənin silinməsini düzgün hesab etmirsinizsə, bu barədə müzakirə səhifəsində fikrinizi bildirə bilərsiniz.
Bu məqalə sonuncu dəfə 6 saat əvvəl Grenzsoldat (müzakirə | töhfələr) tərəfindən redaktə olunub. (Yenilə) |
Miqdad Faiq oğlu Abduləlimov (23 mart 2002; Quba, Azərbaycan — 28 sentyabr 2020; Tərtər, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.
Miqdad Abduləlimov | |
---|---|
Miqdad Faiq oğlu Abduləlimov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Quba, Azərbaycan |
Vəfat tarixi | (18 yaşında) |
Vəfat yeri | Tərtər, Azərbaycan |
Vətəndaşlığı | Azərbaycan |
Atası | Faiq Abduləlimov |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2020 |
Rütbəsi | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Madagizin azad edilməsi |
Təltifləri |
Miqdad Abduləlimov 23 mart 2002-ci ildə Quba rayonunda dünyaya göz açmışdır.[1] Orta məktəbi bitirdikdən sonra 2019-cu ildə Baki dövlət iqtisad kollecinə qebul olmuşdur. 4 aprel 2020-ci ildə hərbi xidmətə çagiriş gəlmiş və təhsilini donduraraq 4 may 2020-ci ildə herbi xidmete getmişdir.
Azərbaycan Ordusunun əsgəri olan Miqdad Abduləlimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Tərtərin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. 28 sentyabr 2020-ci ildə Tərtər istiqamətində gedən döyüşlərdə döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Miqdad Abduləlimov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]
Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Miqdad Abduləlimov ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.[3]
Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Miqdad Abduləlimov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.[4]
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Miqdad Abduləlimov Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2022-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir.[5]