Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Məfrəş
Fərməş — yorğan-döşəyi yığmaq üçün ağzını gözəmək məqsədilə ilgəklər tikilmiş yarım metr hündürlüyündə, 1,2 metr enində, iki metr uzunluğunda bəzəkli xalça. Fərməşə bəzi bölgələrdə məfrəş də deyilir.
Məkruh
Məkruh — əməl yerinə yetirildikdə heç bir günah yazılmayan, lakin bəyənilməyən əməldir. Dində qəti olaraq qadağan edilməyən,ancaq icrası da xoş qarşılanmayan davranış və hərəkətlərdir. Hər hansı bir işin günah olub-olmamasın onun necə, nə zaman, harada, kim tərəfindən icrasından da asılıdır. Bununla yanaşı, kiçik də olsa, günahlara əhəmiyyətsiz baxmamalıyıq. Nazik iplər birləşib kəndir əmələ gətirdiyi kimi, kiçik günahlar da birləşib böyük günahlara çevrilir. Dəstəmaz alarkən suyu israf etmək, burunu sağ əllə təmizləmək, namazda əsnəmək,ayaqyolu ehtiyacı ola-ola namaz qılmaq məkruhdur. Dində bu cür halların haram buyurulmaması və Allah-Təalanın bizi daim günah işləməkdən qorumaq istəməsi onun bəndələrinə mərhəmətindən irəli gəlir.
Mərfəş
Fərməş — yorğan-döşəyi yığmaq üçün ağzını gözəmək məqsədilə ilgəklər tikilmiş yarım metr hündürlüyündə, 1,2 metr enində, iki metr uzunluğunda bəzəkli xalça. Fərməşə bəzi bölgələrdə məfrəş də deyilir.
Təfriş
Təfriş — İranın Mərkəzi ostanının şəhərlərindəndir. Həm də Təfriş şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 13,914 nəfər və 4,254 ailədən ibarət idi.
Mərəş
Qəhrəmanmaraş — köhnə və xalq arasındakı adıyla Maraş Türkiyənin bir şəhəri və ən sıxlıq on səkkizinci şəhəri. 2016 etibarilə 1.112.634 əhaliyə malikdir. Qurtuluş savaşında işğala müqaviməti səbəbi ilə TBMM tərəfindən 5 Aprel 1925-ci ildə şəhərə İstiqlal Medalı verildi. Onun adı 7 fevral 1973-cü ildə Qəhrəmanmaraşa dəyişdirildi. Osmanlı səyyahı Evliya Çələbi, isə Seyahatnamesinde Maraş xalqı haqqında "Kelimatları lisanı Türkiyə" əsərində Maraşın əhalisinin əksəriyyətinin Türkmən olduğunu qeyd edib. Maraş və ətraf ərazilər, xüsusilə Oğuz, Avşar, Bayat və Beydilinin əksəriyyətində 24 Oğuz boynu mövcuddur. Qəhrəmanmaraş Dondurma dəzgahı ilə məşhurdur. Bu dondurma dəzgahı dünyanın hər yerində məşhur olmaqla, dondurma filiallarının qatqılarıyla dünyanın bir çox şəhərlərində açıldı. Yaponiyadan ABŞ-a, Avstraliyadan Dubaya qədər bir çox ölkələrdə dondurma yerli firmalar tərəfindən istehsal olunurdu. Eyni zamanda Qəhrəmanmaraş Türkiyənin elektrik ehtiyacının 14 faizini qarşılamaqdadır.
Fransis Mərraş
Fransis bin Fətulla bin Nəsrulla Mərraş (ərəb. فرنسيس بن فتح الله بن نصر الله مرّاش‎; 29 iyun 1836[…], Hələb – 1874, Hələb) ya Fransis əl-Mərraş ya Fransis Mərraş əl-Hələbi — şair, yazıçı və həkim Hələbdən. Abdulla və Maryana Mərraşın qardaşı idi. == Həyatı == 1866-cı ildə tibb oxumaq üçün Parisə getdi. Gözlərinin pisləşən vəziyyəti onu təhsilini yarımçıq qoydurdu.
Maryana Mərraş
Maryana bint Fətulla bin Nəsrulla Mərraş (ərəb. مريانا بنت فتح الله بن نصر الله مرّاش‎; avqust 1848, Hələb, Hələb əyaləti, Osmanlı imperiyası – 1919, Hələb) ya Maryana əl-Mərraş ya Maryana Mərraş əl-Hələbiyyə — Hələbdən yazıçı və şair. Fransis və Abdulla Mərraşın bacısı idi. == Həyatı == 1870-ci ildən qəzetlərdə məqalə və şeirləri dərc edildi. 1893-cü ildə Beyrutda onun "Bintü-fikr" adlı şeir toplusu nəşr edildi. Mərraşın II Əbdülhəmidi tərifləyən bir şeir yazmağından sonra, Osmanlı hökuməti bu kitabın nəşr edilməyə icazə vermişdi.
Məğrur Tarkvini
Təkəbbürlü Lusi Tarkvini və ya II Tarkvini (lat. Lucius Tarquinius Superbus e. ə. 534— e. ə. 509) — Roma krallığının yeddinci və sonuncu kralı. Xüsusi qəddarlığı ilə seçilən Lusi Tarkvini Superb devrilərək Romadan qovulmuşdur. Onun və oğlanlarının özbaşınalıqları cəmiyyəti onlara qarşı çıxartmış, hətta Senat onlardan üz döndərmişdir. Təkəbbürlü Tarkvininin üçüncü və kiçik oğlu Sekst Tarkvini tərəfindən kəramətli və fəzilətli romalı qadın Lukresiyanın zorlamasından sonra onun olanları ərinə söyləməsi və intihar etməsi cəmiyyətin səbir kasasını dolduran son damla olmuşdur. Qohumları Lusi Yuni Brut və Publi Valeri Publikola Lukresiyanın cəsədini foruma çıxardaraq romalıları kralı devirməyə və respublika elan etməyə çağırmışlar.
Abdulla Mərraş
Abdulla bin Fətulla bin Nəsrulla Mərraş (ərəb. عبد الله بن فتح الله بن نصر الله مرّاش‎; 14 may 1839, Hələb – 17 yanvar 1900, Marsel) — Hələbdən yazıçı. Fransis və Maryana Mərraşın qardaşı idi.
Məğrur başınağacı
Təfriş şəhristanı
Təfriş şəhristanı — İranın Mərkəzi ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Təfriş şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 46,680 nəfər və 14,313 ailədən ibarət idi.
Əkbər Məftun
Əkbər Məftun (ilk adı:Əkbər Qurban oğlu Əkbərov; 15 aprel 1912 – 14 sentyabr 1990) — şair, nasir, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1943), filologiya elmləri namizədi (1968), dosent (1975), Naxçıvan Əməkdar müəllimi, müharibə və əmək veteranı (1981). Əkbər Qurban oğlu Əkbərov (Əkbər Məftun) 1912-ci il aprel ayının 15-də Naxçıvanın Ordubad şəhərində anadan olmuşdur. O, 1921-1926-cı illərdə Naxçıvan şəhərində beş sinifli ibtidai məktəbdə təhsil almış, sonra 1926-1930-cu illərdə pedaqoji texnikumu bitirmişdir. Əkbər Məftun 1930-1934-cü illərdə Nehrəm, Dırnıs, Əndəmic kəndlərində müəllim işləmişdir. 1934-1938-ci illərdə o, Azərbaycan Pedaqoji İnstitutunun Dil və ədəbiyyat fakültəsində təhsil almışdır. Bu illərdə Ə.Məftun eyni zamanda "Pioner" jurnalı redaksiyasında Bədii şöbə müdiri, "Azərbaycan pioneri" qəzeti və "Müəllimə kömək" jurnalı redaksiyasında ədəbi işçi, 1935-1941-ci illərdə Bakının 3 (6) nömrəli məktəbində müəllim işləmişdir. O, İkinci Dünya müharibəsinin ilk günlərindən sovet ordusu tərkibində Kerç uğrunda döyüşlərdə iştirak etmiş, ağır yaralanmış, 1941-1942-ci illərdə Hərbi xəstəxanada müalicədən sonra tərxis olunmuşdur. Əkbər Məftun sonralar Ordubad şəhər yeddiillik məktəbində müdir, orta məktəbdə müəllim, eyni zamanda "Ordubad işçisi" (indiki "Yeni Ordubad") qəzeti redaksiyasında məsul katib, redaktor, radio verilişləri qovşağında diktor, məsul katib, 1943-1954-cü illərdə M.S.Ordubadi adına şəhər Dövlət Dram Teatrında müvəqqəti müdir kimi çalışmışdır. Ordubad şəhər orta məktəbində ilk partiya təşkilatının katibi olmuş, 1953-cü ildə Ordubad rayon xalq Sovetinə deputat seçilmişdir. 1954-1959-cu illərdə o, S.Vurğun adına Ordubad orta məktəbində müdir işləmişdir.
Məftun Əhmədzadə
Sentyabr döyüşlərində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları — aşağıda 2022-ci ilin 12–15 sentyabr tarixlərində Ermənistan-Azərbaycan sərhədində Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında baş vermiş silahlı toqquşma zamanı həyatını itirən Azərbaycan Silahlı Qüvvələrinin 80 hərbi qulluqçusu barədə məlumat verilmişdir. Silahlı toqquşma zamanı Quru Qoşunlarının 33 hərbi qulluqçusu, Xüsusi Təyinatlı Qüvvələrin 24 hərbi qulluqçusu, Komando Briqadalarının 14 hərbi qulluqçusu və Dövlət Sərhəd Xidmətinin 9 hərbi qulluqçusu şəhid olmuşdur. Hərbi qulluqçuların 79-u hərbi əməliyyatlar zamanı, 1-isə döyüşlərdən sonra müalicə aldığı hospitalda şəhid olmuşdur. Şəhid olanların 14-ü zabit, 19-u gizir, 27-si müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (çavuş və ya əsgər), 20-si isə sıravi əsgər (çağırışçı) idi. Şəhid olanların 32-si 2020-ci ildə Qarabağ müharibəsi zamanı hərbi əməliyyatlarda olmuşdu və müxtəlif orden və ya medallarla təltif edilmişdi. Azərbaycan Prezidenti İlham Əliyevin 5 noyabr 2022-ci il tarixində Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzaladı. Sərəncama əsasən Sentyabr döyüşləri zamanı şəhid olan 80 hərbi qulluqçusu "Vətən uğrunda" medalı ilə təltif edildi. Həmçinin həmin şəhidlərdən 30-u "Azərbaycan Bayrağı" ordeni, 18-i 3-cü dərəcəli "Rəşadət" ordeni, 32-si isə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.
Cedrus
Sidr (lat. Cedrus) – şamkimilər fəsiləsinə aid bitki cinsi. == Növləri == The Plant List saytının məlumatına görə cinsə aid 4 növ məlumdur: Cedrus atlantica (Endl.) Manetti ex Carrière — Atlas sidri Cedrus brevifolia (Hook.f.) Elwes & A.Henry — Qısaiynəyarpaqlı sidr, bəzi mənbələrdə Livan sidri (Cedrus libani) növünün yarımnövü hesab edilir Cedrus deodara (Roxb. ex Lamb.) G.Don — Himalay sidri Cedrus libani A.Rich.
Gərrus
Gərrus
Mergus
Pazdimdik (lat. Mergus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid heyvan cinsi.
Mədrəs
Çennai (tam. சென்னை, ing. Chennai) — 1996-cı ilə qədər Mədrəs. Hindistanın cənubunda, Tamilnad Ştatının inzibati mərkəzi. Ölkənin dördüncü böyük şəhəri (Mumbay, Dehli və Kəlkütədən sonra), şəhər aqlomerasiyasının ölçülərinə görə isə dünyada 41-ci yerdə durur. Əsası 1639-cu ildə, Koromandel sahilində qoyulub. Şəhərin köhnə adı olan Mədrəs, Mədrəspatnam kəndinin tam. மதராசப்பட்டினம, adından, Ost-İndia kompaniyası tərəfindən qoyulub. Daha bir yaşayış məntəqəsi olan Çennapatnam, Mədrəspatnamdan cənubda yerləşirdi. İki yaşayıç məntəqələri birləşəndən sonra, britaniyalılar şəhərin adını Mədrəs (tam.
Məhbus
Məhbus və ya dustaq — öz istəyi əleyhinə azadlığından məhrum olunmuş şəxs. Məhbusluq həbs, azadlığın məhdudlaşdırılması, əsirlik və digər yollarla formalaşa bilər. Bu termin həbsxanada azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər barəsində işlədilir və məhkəmə prosesi zamanı cavabdeh qismində çıxış edən təqsirlədirilən şəxsə münasibətdə istifadə edilmir. "Məhbus" həbsdə saxlanılan şəxsi bildirən hüquqi termindir. 1992-ci il Məhbusların təhlükəsizliyi haqqında Aktın 1-ci maddəsində verilən anlayışa görə, "məhbus" məhkəmə qərarının icrası nəticəsində həbsxanada saxlanılan şəxsdir. "Məhbus" sözü feloniyaya görə təqsirləndirilən şəxsləri bildirən hüquqi termin olmuşdur və misdiminor (ing. misdemeanour) törətmiş şəxslərə şamil edilmirdi. 1967-ci il Cinayət Hüququ haqqında Aktın 1-ci maddəsinə əsasən misdiminor ilə feloniya arasında fərqin aradan qalxması ilə o da öz əhəmiyyətini itirmiş oldu. Qlanvil Vilyams məhkum olunmamış şəxslərə "məhbus" deyilməsi praktikasının "haqsızlıq" olduğunu qeyd etmişdir. Məhbusların mövcudluğuna dair ən qədim tapıntılar bizim eradan 8,000 il əvvələ qədər gedib çıxır və Aşağı Misirdə aşkar edilmiş ibtidai qəbirlərlə sübut edilmişdir.
Məhəmmədəli bəy Məcruh
Məhəmmədəli bəy Məcruh (1823-?)—XIX əsr Azərbaycan şairi. Məhəmmədəli bəy Məcruh 1823-cü ildə Muğanda doğulmuşdur. Ərdəbildə mədrəsə təhsili aldıqdan sonra Muğana qayıdıb, yaradıcılıqla məşğul olmuşdur. Mirzə İsmayıl Qasirlə yazışırdı.
Yadulla Məftun Amini
Yadullah Məftun Amini (fars. یدالله مفتون امینی‎; 12 iyun 1926, Sayınqala, Qərbi Azərbaycan ostanı – 1 dekabr 2022, Tehran) — azərbaycanlı şair. Yadulla Amini 1926-cı ildə Qərbi Azərbaycan ostanının Şahindej şəhərində anadan olmuşdur. İbtidai və orta təhsilini Təbriz şəhərində almışdır. Ali təhsilini almaq üçün Tehrana yollanmış və burada Tehran Universitetində hüquq təhsili almışdır. Məftun ləqəbi ilə şeirlər yazan Yadulla Amini ilk dövrlərdə farsca klassib üslubda şeirlər yazmışdır. 1980-ci illərdən etibarən Yadulla Amini ritmik olmayan və müasir üslublu şerlər yazmışdır. Fars dili ilə yanaşı azərbaycanca da şeirlər yazan Yadulla Amininin bu dildə ilk şeirlər toplusu Aşıqlı karvan adlanır.
Yadullah Məftun Amini
Yadullah Məftun Amini (fars. یدالله مفتون امینی‎; 12 iyun 1926, Sayınqala, Qərbi Azərbaycan ostanı – 1 dekabr 2022, Tehran) — azərbaycanlı şair. Yadulla Amini 1926-cı ildə Qərbi Azərbaycan ostanının Şahindej şəhərində anadan olmuşdur. İbtidai və orta təhsilini Təbriz şəhərində almışdır. Ali təhsilini almaq üçün Tehrana yollanmış və burada Tehran Universitetində hüquq təhsili almışdır. Məftun ləqəbi ilə şeirlər yazan Yadulla Amini ilk dövrlərdə farsca klassib üslubda şeirlər yazmışdır. 1980-ci illərdən etibarən Yadulla Amini ritmik olmayan və müasir üslublu şerlər yazmışdır. Fars dili ilə yanaşı azərbaycanca da şeirlər yazan Yadulla Amininin bu dildə ilk şeirlər toplusu Aşıqlı karvan adlanır.
Morus
Tut (lat. Morus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin tutkimilər fəsiləsinə aid bitki cinsi.
Şeyx Məruf (Sulduz)
Şeyx Məruf (fars. شيخ معروف‎) — İranın Qərbi Azərbaycan ostanının Sulduz şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 238 nəfər yaşayır (48 ailə).
Elephantulus myurus
Çılpaqquyruq atlanqaç (lat. Elephantulus myurus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin atlanqaçlar dəstəsinin atlanqaçlar fəsiləsinin uzunqulaq atlanqaç cinsinə aid heyvan növü.
Erigeron metrius
Erigeron metrius (lat. Erigeron metrius) — mürəkkəbçiçəklilər fəsiləsinin xırdaləçək cinsinə aid bitki növü.
Gərrus (Şəbüstər)
Gərrus (fars. گروس‎) — İranın Şərqi Azərbaycan ostanının Şəbüstər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,737 nəfər yaşayır (481 ailə).
Juniperus cedrus
Juniperus cedrus (lat. Juniperus cedrus) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin cupressales dəstəsinin sərvkimilər fəsiləsinin ardıc cinsinə aid bitki növü.
Lagopus medius
Mergus albellus
Nazik pazdimdik (lat. Mergellus albellus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin kiçik pazdimdik cinsinə aid heyvan növü.
Mergus merganser
Böyük pazdimdik (lat. Mergus merganser) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin pazdimdik cinsinə aid heyvan növü.
Metyus Bitenkort
Metyus Bitenkort da Silva (28 İyun 1995 – 28 Noyabr 2016) — Sadəcə Metyus Bitenkort kimi də tanınan, Şapekoense klubunda çıxış etmiş Braziliya futbolçusudur. O, klubda yarımmmüdafiənin sağ cinahında oynayırdı. Bitenkort Şapekoenseyə Hoffenhaym 1899 FK klubundan icarəyə verilmişdir. O, komandanın ən gənc üzvlərindən biri idi. Bitenkort LaMia Hava Yolları reys 2933-ün 28 noyabr 2016-cı ildə qəzaya uğraması nəticəsində həlak olanlardan biri olmuşdur. Metyus Bitenkort Gillerme Bitenkortun cavan qardaşıdır. 27 dekabr 2014-cü il məlumatlarına əsasən. Braziliya U-20 Toulon Turniri: 2013 Matheus Biteco profile Arxivləşdirilib 2016-11-18 at the Wayback Machine. Portal Oficial do Grêmio. Soccerway.com saytında profili (ing.) Matheus Biteco profile.
Müqəddəs Petrus
Müqəddəs Pyotr (e.ə. 1 – ən tezi 13 oktyabr 64 və ən geci 68) — Xristianlıqda İsa peyğəmbərin on iki həvarisindən biri. Həmçinin İsa peyğəmbərin digər bir həvarisi olan Andreasın qardaşı. Xristianlığın katolik cərayanında ənənəvi olaraq ilk Roma Papası hesab edilir. Xristianlıqda adının əvvəlinə "Müqəddəs" titulu gətirilir. Qalileyada, Fələstində anadan olmuşdur. Əsl peşəsi balıqçılıq idi. Katolik kilsəsinə görə ilk Papa və İsa peyğəmbərin varisidir. 29 iyun 67-ci ildə çarmıxa çəkilərək öldürüldüyünə inanılır. Xristian ənənəsinə görə, Pyotr Romada İmperator Neronun rəhbərliyi altında tərs formada çarmıxa çəkildi.
Məcrusə (Urmiya)
Məcrusə (fars. مجروسه‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 103 nəfər yaşayır (19 ailə).
Mədrəs Universiteti
Mədrəs Universiteti (tam. சென்னைப் பல்கலைக்கழகம்) — Hindistanın Çennai şəhərində yerləşən ali təhsil müəssisəsi. Kəlkətə və Mumbay universitetləri ilə birlikdə ölkəsinin ən qədim və öncül universitetlərindən biridir. Universitetin əsası 5 sentyabr 1857-ci ildə qoyulmuşdur. Quruluşunda nümunə kimi London Universiteti əsas götürülmüşdür. Madras Universitetinin təşkilati strukturunu aşağıdakı qurumlar əhatə edir: Senat; Sindikat; Akademik Şura; Fakültələr; Maliyyə Komitəsi; Araşdırma Forumları. Bu universitetə ​​bağlı olan bir sıra araşdırma qurumları tərəfindən dinə — təsəvvüfə dair bir çox əsər yayımlanmışdır. Buraya bağlı olan çox saydakı kolleclərin bir qismi İslami təhsil verməkdədir. Universitetin 6 kampusu var: Çepauk kampusu; Marina kampusu; Quindi kampusu; Taramani kampusu; Çetput kampusu; Maduravoyal kampusu. Universitetin nəzdində fəaliyyət göstərən məktəblər bunlardır: Tarixi Araşdırmalar Məktəbi; İctimai Elmlər Məktəbi; Siyasi və Beynəlxalq Araşdırmalar Məktəbi; İqtisadiyyat Məktəbi; Fəlsəfə və Dini Düşüncə Məktəbi; Gözəllik və Performans İncəsənəti Məktəbi; İngilis dili və Xarici Dillər Məktəbi; Tamil və digər Dravid Dilləri Məktəbi; Sanskrit və digər Hind Dilləri Məktəbi; Menecment Araşdırmaları Məktəbi; Riyaziyyat, Statistika, Kompüter Elmləri Məktəbi; İnformasiya və Kommunikasiya Araşdırmaları Məktəbi; Yer və Atmosfer Elmləri Məktəbi; Kimya Elmləri Məktəbi; Fizika Məktəbi; Həyat Elmləri Məktəbi; Təməl Tibb Elmləri Məktəbi; Nano Elm və Fotoniklər Məktəbi.
Bağ-i Məruf (Təbriz)
Bağ-i Məruf (fars. باغ معروف‎) — İranın Şərqi Azərbaycan ostanının Təbriz şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 7.961 nəfər yaşayır (2.033 ailə).
Fotoqrafiyada uzun müddətli məruz qalma
Uzun müddətli məruz qalma, vaxta məruz qalma hərəkətli cisimləri bulanıqlaşdırarkən görüntüdəki sabit cisimləri tutaraq çəkmək üçün uzun müddətli çəkiliş sürətini ehtiva edir. Fotoqrafiyada uzun müddətli məruz qalma metodu ənənəvi fotoqrafiyanın tuta bilmədiyi bir amili tutar: Uzun bir müddəti. Parlaq və hərəkət edən cisimlərin trayektoriyaları dəqiq şəkildə görünən hala gəlir - avtomobil işıqları parlaq xətlər çəkər, ulduzlar səmada iz buraxar və su dalğaları hamar görünər. Parlaq cisimlər iz buraxar, qaranlıq cisimlər isə əsasən itir, görüntüdə öz əksini tapmır. == Tətbiqetmələr == Ulduz izi fotoşəkili, Yerin fırlanması səbəbindən gecə səmasında ulduzların görünən hərəkətini çəkmək üçün uzun müddətli məruz qalma metodundan istifadə edilir. === İşıqla boyama === Bu texinkada, səhnə çox qaranlıq tutulur, fotoqraf və ya köməkçisi əlinə işıq alır və onu istəyə uyğun olaraq hərəkət etdirir, naxış canlandırır və s. === Su və uzun müddət məruz qalma === 30 saniyəlik uzun məruz qalma, şəlaləni duman kimi bir görünüşdə göstərərkən bu görüntünün hərəkətsiz elementlərini kəskin şəkildə büruzə verdi. Hovuzdakı fırlanan su isə tam dairələr əmələ gətirir == İstinadlar == 8 Tips for long exposure photography. Digital Photography School. http://digital-photography-school.com/8-tips-for-long-exposure-photography School of Photography Greenspun, Philip (January 2007).
Sovet İttifaqında şəkillərin senzuraya məruz qalması
Sovet İttifaqında şəkillərin senzuraya məruz qalması — fotolara və şəkillərə qarşı senzura tədbiq edilməsi Sovet İttifaqında geniş yayılmışdı. Vizual senzuradan siyasi kontekstdə, xüsusən İosif Stalinin siyasi təmizləmələri (Böyük Təmizləmə) zamanı istifadə edilmişdi. Bu proses zamanı Sovet hökuməti təmizlənmiş bəzi şəxsiyyətləri Sovet tarixindən silməyə cəhd etmiş və şəkillərin dəyişdirilməsi, filmin məhv edilməsini əhatə edən tədbirlər görmüşdür. 5 may 1920-ci ildə Lenin Moskvanın Sverdlov meydanındakı insanlar qarşısında özünün məşhur nitqini söylədi. Onun qarşısında Leon Trotski və Lev Kamenev dayanmışdı. Bu iki şəxs sonradan Stalin tərəfindən edam edildikləri və anti-sovet fəaliyyətdə ittiham edildikləri üçün onlar Leninin bu çıxışı zamanı çəkilmiş fotolardan yox edilmişdilər. Leon Trotski müasir Ukraynada doğulmuş və etnik olaraq yəhudi əsilli olan inqilabçı və marksist nəzəriyyəçi idi. O, inqilab zamanı aktiv üzvlərdən biri olmuş, Sovet Rusiyasının ilk illərində Xalq XArici İşlər Komissarlığının rəhbəri kimi çalışmışdır. Bundan sonra isə Qızıl Ordunun yaradıcısı və Xalq Hərb Komissarlığının rəhbəri kimi çalışmışdır. O, həmçinin Siyasi Büronun da ilk üzvləri arasında idi.
Təcavüzə Məruz Qalmış Uşaqların Beynəlxalq Müdafiəsi Günü
Təcavüzə Məruz Qalmış Uşaqların Beynəlxalq Müdafiəsi Günü hər il iyunun 4-də fiziki, əqli və emosional zorakılığın qurbanı olan uşaqların çəkdiyi ağrıları anmaq üçün qeyd olunan gündür. Bu gün ilk dəfə 1982-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən elan edilib və silahlı münaqişələrin uşaqlara təsiri barədə məlumatlılığı artırmaq üçün yaradılıb. Bu gün xüsusilə müharibə və münaqişələr zamanı uşaq hüquqlarının müdafiəsi, uşaqların istismarı və sui-istifadəsinin qarşısının alınması zərurətini xatırladır. Gün, həm də BMT-nin 1989-cu ildə qəbul edilmiş və uşaq hüquqlarının müdafiəsi üçün hərtərəfli çərçivə təqdim edən Uşaq Hüquqları Konvensiyasının təşviqi üçün də istifadə olunur. UNICEF, Save the Children və Beynəlxalq Qırmızı Xaç Komitəsi də daxil olmaqla bir çox təşkilatlar günün mesajını təbliğ etmək və təcavüzdən təsirlənən uşaqların vəziyyəti haqqında məlumatlılığı artırmaq üçün tədbirlər və kampaniyalarda iştirak edirlər.