Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ləhcəbin (Mahnişan)
Ləhcəbin (fars. لهجبين‎) — İranın Zəncan ostanının Mahnişan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 29 nəfər yaşayır (5 ailə).
Məhərin Məktəbi (1982)
Film Tovuz bölgəsindəki Bozalqanlı kəndinin qocaman kimya müəllimi Məhər Quliyevin pedaqoji fəaliyyətindən və onun qabaqcıl iş təcrübəsindən danışır. Film Azərbaycan Respublikası Maarif Nazirliyinin sifarişi ilə çəkilmişdir. Rejissor: Miri Rzayev Ssenari müəllifi: Ələkbər Abbasov, A.Əbilov Operator: Rəşid Nağıyev Səs operatoru: Şamil Kərimov Azərbaycan Respublikası Maarif Nazirliyi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 332.
Ali məktəbin elmi şurası
Məhərin məktəbi (film, 1982)
Film Tovuz bölgəsindəki Bozalqanlı kəndinin qocaman kimya müəllimi Məhər Quliyevin pedaqoji fəaliyyətindən və onun qabaqcıl iş təcrübəsindən danışır. Film Azərbaycan Respublikası Maarif Nazirliyinin sifarişi ilə çəkilmişdir. Rejissor: Miri Rzayev Ssenari müəllifi: Ələkbər Abbasov, A.Əbilov Operator: Rəşid Nağıyev Səs operatoru: Şamil Kərimov Azərbaycan Respublikası Maarif Nazirliyi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 332.
Anakonda 2: Lənətlənmiş səhləbin axtarışında
Anakonda 2: Lənətlənmiş səhləbin axtarışında (ing. Anacondas: The Hunt for the Blood Orchid) 2004-cü ildə Dwight H. Little tərəfindən çəkilmiş Amerika macəra qorxu filmidir. Bu, Anakonda (film,1997) filminin müstəqil davamı və Anakonda seriyasının ikinci hissəsidir. Film Cənub-Şərqi Asiyanın tropik adası Borneoya insanlara daha uzun və sağlam həyat gətirəcəyinə inandıqları müqəddəs çiçək üçün ekspedisiyaya gedən tədqiqatçılar qrupundan bəhs edir. Lakin tezliklə onları adada yaşayan anakondalar təqib edir və ovlayır. Sələfi kimi, bu film də mənfi rəylər aldı, lakin maliyyə sahəsində uğur qazandı. Filmin ardınca 2008-ci ildə Anakonda 3: Övlad adlı davam filmi çəkildi. == Məzmun == Dr. Cek Bayron, Qordon Mitçell, Sem Rocers, Qeyl Stern, Koul Börris ve Dr. Ben Duqlas da daxil olmaqla Nyu York dərman firması Wexel Hall tərəfindən maliyyələşdirilən bir tədqiqatçı qrupu Borneo'dakı bir meşəyə, perrinnia Immortalis adında bir çiçəyi tapmaq üçün yollanır.
Aişə Sultan (III Mehmedın qızı)
Aişə Sultan (d. 1588 — ö. 1628) — Osmanlı sultanı III Mehmedın qızı. Aişə Sultan III Mehmedin və Handanın qızı idi. O, ilk dəfə uşaq ikən vəfat edən iki oğlu və bir qızı olan Destari Mustafa Paşa ilə evləndi. Mustafa Paşa 1610-cu ildə vəfat etdikdən sonra 1613-cü ildə Qazi Xosrov Paşa ilə yenidən evləndi. Öləndə Şahzadə külliyəsi birinci əri və uşaqlarının yanında dəfn edildi.
Fatma Sultan (IV Mehmedin qızı)
Fatma Sultan (d. 1680 - ö. 6 dekabr 1700) — IV Mehmedin qızı. == Həyatı == Fatma Sultan 1680-ci ildə Ədirnə sarayında dünyaya gəlmişdir. Atası Osmanlı sultanı IV Mehmed, anası isə onun hasəkilərindən Əmətullah Gülnuş Sultandır. 7 yaşında ikən atası Sultan Mehmed taxtdan endirilmiş, Fatma Sultan isə anası və digər bacılarıyla birlikdə İstanbuldakı köhnə saraya sürgün edilmişdir. Qardaşı Sultan Mustafanın taxta çıxmasının ardından (6 fevral 1695) anası Əmətullah Gülnuş Sultan üçün tərtiblənən validə alayıyla Ədirnə sarayına gətirildi. Həmin ilin sentyabrında Çərkəz İbrahim Paşa ilə nigahlandı ancaq 1697-ci ilin fevralında paşa edam edildi. Bu ilk evliliyindən Ruqiyyə xanım Sultan (ö. 1720) adlı bir qızı dünyaya gəlmişdir.
Gövhər Sultan (II Mehmedin qızı)
Gövhər Sultan - II Mehmedin Gülbahar Xatundan doğulan, tarixdə bilinən yeganə qızıdır. == Həyatı == Ağqoyunlu hökmdarı Uzun Həsənin oğlu Uğurlu Məhəmmədlə 1474-cü ildə evləndirilmişdir. Atası tərəfindən Sivas bəylərbəyi təyin edilən Uğurlu Məhəmmədin 1477-ci ildə öldürülməsi nəticəsində Gövhər Sultan İstanbula geri döndü. Geri qalan ömrünü xeyir işlərlə məşğul olan Gövhər Sultanın yeganə övladı Gödək Əhməd 1497-ci ildə Azərbaycana gedərək burada taxt iddia etmiş və Ağqoyunlu taxtına oturmuşdur. Gövhər Sultan 1477-ci ildə vəfat etdi və cənazəsi anasının Fateh külliyyəsində yerləşən Gülbahar Xatun türbəsinə dəfn edildi.
Gövhər Sultan (IV Mehmedin qızı)
Gövhər Sultan - 19. Osmanlı padşahı IV Mehmedin Gülbəyaz Xatundan doğulan qızıdır. Həyatı ilə bağlı heç bir məlumat yoxdur.
Humaşah Sultan (III Mehmedın qızı)
Beyhan Sultan (d. 1584 - ö.?) — Osmanlı sultanı III Mehmedın qızı. Beyhan Sultan III Mehmedin böyük uşağı və Handanın qızı idi. O, heç vaxt tarixçilər tərəfindən rəsmi olaraq təsdiqlənmir, lakin bəzi məlumatlar onun çox güman ki, III Mehmedin qızı olduğunu göstərir. Avstriya səfiri onun on səkkiz yaşına yaxın olduğunu və atasının böyük qardaşının ölümündən sonra onu evləndirməyi planlaşdırdığını qeyd edib. O, Şahzadə Osman və Əhmədin öz bacısı olduğunu da bildirib. O, böyük ehtimalla 1604-cü ildə Tiryaki Həsən Paşa ilə (1611-ci ildə vəfat edib), sonra isə Maraşlı Xəlil Paşa ilə (1629-cu ildə vəfat edib) evlənmişdir. O, son olaraq Niğdəli Mustafa Paşa ilə ailə həyatı qurub.
Mustafa Çələbi (I Mehmedin oğlu)
Mustafa Çələbi ya da Kiçik Mustafa Çələbi (1408, Osmanlı imperiyası – 1422) — 5-ci Osmanlı padşahı I Mehmedin ikinci oğludur. Anasının kim olduğu məlum deyil. Eyni illərdə yaşayan İldırım Bəyazidin oğlu Mustafa Çələbi ilə qarışdırılmamalıdır. Gənclik illərini digər şahzadələr kimi sancaqlarda keçirmişdir. Atası I Mehmedin vəfatından sonra meydana gələn Şahzadə Böyük Mustafa üsyanı siyasi vəziyyəti dəyişmiş, bundan qorxan Mustafa Çələbi lələsi Şərabdar İlyas bəyin də təşviqi ilə Qaramanoğullarına sığındı. Karaman və Gərmiyan bəyləri ilə birlikdə Həmid elindən hərəkətə keçən Kiçik Mustafa Bursanı mühasirəyə aldı. Bursa şəhərinin ağsaqqalları Kiçik Mustafanın lələsi Şərabdar İlyasa heyət göndərərək geri çəkilməyini məsləhət gördü. Məsləhətə riayət edən Kiçik Mustafa bu dəfə də İznikə yönəldi və 40 günlük mühasirədən sonra şəhəri ələ keçirdi. Kiçik Mustafa burada İbrahim Paşa sarayına çəkildi və özünü sultan elan etdi. Bütün bu özbaşınalıqdan sonra II Murad 6 sentyabrda Konstantinopol mühasirəsini qaldırdı və Anadoluya keçdi.
Xədicə Sultan (IV Mehmedin qızı)
Xədicə Sultan (1660, Konstantinopol – 5 iyul 1743) - IV Mehmedin və Əmətullah Rabiyə Gülnuş Sultanın qızıdır. II Süleyman və II Əhmədin qardaşı qızı, II Mustafa və III Əhmədin böyük bacısı və I Mahmudun bibisidir. 1662-ci ildə dünyaya gələn Xədicə Sultan ilk evliliyini 13 yaşında atasının müsahibi Mustafa Paşa ilə gerçəkləşdirdi. Toy mərasimi kiçik qardaşı Şahzadə Əhmədin sünnət mərasimi ilə birlikdə keçirildi. Ədirnədə 14 gün boyunca davam edən bu toy mərasimi o qədər təntənəli keçmişdi ki, Xədicə Sultanın cehizi 86 qatırla daşınmışdı. 11 il davam edən bu evlilikdən Sultanzadə Mehmed Bəy, 7 yaşında vəfat edən Həsən Bəy və kiçik yaşlarında vəfat edən digər övladları dünyaya gəldi. 1685 tarixində Mustafa Paşanın vəfatı ilə Xədicə Sultan dul qaldı. 1691-ci ildə Kürəkən Həsən Paşa ilə evləndirildi. 23 il davam edən bu evlilikdən Xədicə Sultanın bir qızı və iki oğlu dünyaya gəldi. 17 noyabr 1703 tarixində Həsən Paşanın sədrəzəm təyin edilməsi ilə Xədicə Sultan da gücləndi.
Ümmügülsüm Sultan (III Mehmedın qızı)
Ümmügülsüm Sultan (d. 1596 - ö. ?) — Osmanlı sultanı III Mehmedın qızı. Ümmügülsüm Sultan III Mehmedin və Handanın qızı idi. 1622-ci ildə onun subay olduğu və yaşı iyirmidən çox olduğu qeyd edildiyi kimi, o, artıq bir dəfə evlənmiş olmalıdır; ilk evliliyi Buda valisi Kadızadə Əli Paşa (vəfatı 1616) ilə olmuşdur. Səfirlər Paşanın təxminən 50 yaşında olduğunu və Sultan Əhmədin özündən kiçik olan öz bacısı ilə evli olduğunu qeyd ediblər. Sultan İbrahimın dövründə 1648-ci ilin ortalarında vəfat edən Murad Paşa Herceqoviç ilə evləndi. 1649-cu ilin fevralından etibarən hərəm dəftərlərində onun artıq müəyyən bir Xəlil paşa ilə yenidən evləndiyi qeyd olunur. 1650-cı illərdə öldü.
Şahzadə Mustafa (II Mehmedin oğlu)
Şahzadə Mustafa (1450, Ədirnə – iyun 1474, Qaramanlı eli) — 7-ci Osmanlı sultanı II Mehmedin oğlu, Osmanlı şahzadəsi. Şahzadə Mustafa 1450-ci ildə Ədirnədə dünyaya gəldi. Atası Sultan Muradın oğlu və o əsnada taxtdan endirilərək Manisaya göndərilən Mehmed Çələbi, anası isə onun xanımlarından Gülşah Xatundur. 1457-ci ildə Manisa sancaqbəyliyinə təyin edildi və anasıyla birlikdə Manisaya yollandı. 1466-cı ildə isə Qaraman əyalətinə göndərildi və ölümünədək bu vəzifədə qaldı. Üstəlik anası Gülşah Xatun da Qaramanoğlu İbrahim bəyin qızı idi. Bu səbəblə siyasi olaraq qarışıq olan bu bölgəni uzun müddət əmin-amanlıqla idarə edə bildi. Ancaq bu vəzifədə ikən 1474-cü ildə Konyada anidən vəfat etdi. Ölüm səbəbi olaraq isə Şahzadə Mustafanın sədrəzəm Vəli Mahmud Paşanın xanımıyla yaşadığı gizli münasibətin Mahmud Paşa tərəfindən öyrənilməsi və paşanın Şahzadə Mustafanı zəhərlənməsi göstərilir. Oğlunun ölümündən sonra anası Gülşah Xatun II Mehmedin əmriylə Konyada qaldı.
Şahzadə Səlim (III Mehmedin oğlu)
Şahzadə Səlim (fevral 1585, Manisa, Osmanlı imperiyası – 20 aprel 1597, Konstantinopol, Osmanlı imperiyası) — 13-cü Osmanlı sultanı III Mehmedin ilk oğlu. Şahzadə Səlim 1585-ci ildə Manisada dünyaya gəlmişdir. Atası Osmanlı sultanı III Muradın oğlu və o illərdə Saruhan sancaqbəyi olan Şahzadə Mehmed, anası isə Handan Sultandır. Onunla eyni ərəfələrdə babası Sultan Muradın da iki əkiz oğlu dünyaya gəlmiş (Şahzadə Cahangir və Şahzadə Süleyman), bu səbəblə doğumu şənliklərlə qeyd olunmuşdur. Uşaqlıq illəri Manisada keçən Şahzadə Səlim atasının 16 yanvar 1595-ci ildə taxta çıxmasıyla paytaxt İstanbula gətirildi və sultanın ən böyük oğlu kimi taxtın varisi olaraq görülməyə başlandı. Ancaq tutulduğu qızılazar xəstəliyi səbəbilə 20 aprel 1597-ci ildə hələ 12 yaşında ikən İstanbulda vəfat etdi. Atasının da iştirak etdiyi cənazə mərasiminin ardından Ayasofiyadakı Sultan Səlim türbəsinə dəfn olundu.
Şahzadə Səlim (IV Mehmedin oğlu)
Şahzadə Səlim (1659, Konstantinopol – 1679) — Osmanlı padşahı Sultan IV. Mehmedin Əmətullah Rabiyə Gülnuş Sultandan doğulan ilk şahzadəsidir. 20 yaşında ikən 1679 tarixində bir sui-qəsdə uğradı. Məzarı Aya Sofya məscidi həyətindəki Sultan İbrahim türbəsindədir.
Ümmü-Gülsüm Sultan (IV Mehmedin qızı)
Ümmügülsüm Sultan (1670, Ədirnə Sarayı, Osmanlı imperiyası – 13 dekabr 1722, Konstantinopol, Osmanlı imperiyası) — IV Mehmedin qızı. Ümmügülsüm Sultan 1670-ci ildə Ədirnədə dünyaya gəldi. Atası Osmanlı sultanı IV Mehmed, anası isə onun hasəkilərindən Əmətullah Gülnuş Sultandır. 26 may 1675-ci ildə Ədirnədə qardaşları Şahzadə Mustafa və Əhməd üçün keçirilən möhtəşəm sünnət mərasimi əsnasında hələ 5 yaşı olmasına baxmayaraq Mərzifonlu Mustafa Paşayla evləndirildi. Sufi nikahı olan bu nikah Ümmügülsüm Sultan yetkinlik yaşına çatana qədər tamamlanmadı. 1683-cü ildə keçirilən saray əyləncəsinin ardından paşanın sarayına göndərildi. Ancaq həmin ilin dekabrında Mərzifonlu Mustafa Paşa edam olundu. Ümmügülsüm Sultanın bu nikahdan Mihrişah xanım Sultan adlı bir qızı dünyaya gəldi. Paşanın edamından sonra 13 yanvar 1694-cü ildə vəzir Kiçik Osman Paşa ilə evləndirildi. Bu evliliyindən isə Fatma xanım Sultan (ö.