Şahzadə Mustafa (1450, Ədirnə – iyun 1474, Qaramanlı eli) — 7-ci Osmanlı sultanı II Mehmedin oğlu, Osmanlı şahzadəsi.[1]
Şahzadə Mustafa | |
---|---|
türk. Şehzade Mustafa | |
| |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1450 |
Doğum yeri | Ədirnə, Osmanlı imperiyası |
Vəfat tarixi | iyun 1474 |
Vəfat yeri | Qaraman əyaləti, Osmanlı imperiyası |
Dəfn yeri | Muradiyə külliyəsi, Bursa |
Fəaliyyəti | hərbi qulluqçu |
Atası | II Mehmed |
Anası | Gülşah Xatun |
Uşaqları |
Nərgizşah Sultan Fərahşad Sultan |
Ailəsi | Osmanlı xanədanı |
Dini | sünni islam |
Hərbi xidmət | |
Döyüşlər |
Şahzadə Mustafa 1450-ci ildə Ədirnədə dünyaya gəldi. Atası Sultan Muradın oğlu və o əsnada taxtdan endirilərək Manisaya göndərilən Mehmed Çələbi, anası isə onun xanımlarından Gülşah Xatundur. 1457-ci ildə Manisa sancaqbəyliyinə təyin edildi və anasıyla birlikdə Manisaya yollandı. 1466-cı ildə isə Qaraman əyalətinə göndərildi və ölümünədək bu vəzifədə qaldı. Üstəlik anası Gülşah Xatun da Qaramanoğlu İbrahim bəyin qızı idi. Bu səbəblə siyasi olaraq qarışıq olan bu bölgəni uzun müddət əmin-amanlıqla idarə edə bildi.
Ancaq bu vəzifədə ikən 1474-cü ildə Konyada anidən vəfat etdi. Ölüm səbəbi olaraq isə Şahzadə Mustafanın sədrəzəm Vəli Mahmud Paşanın xanımıyla yaşadığı gizli münasibətin Mahmud Paşa tərəfindən öyrənilməsi və paşanın Şahzadə Mustafanı zəhərlənməsi göstərilir. Oğlunun ölümündən sonra anası Gülşah Xatun II Mehmedin əmriylə Konyada qaldı. Şahzadə Mustafanın hərəmxanası və qızı Fərahşad Sultan isə İstanbula aparıldı və burada evləndirildi.