YAXINLIĞINDA

qoş. near, not far from; məktəbin ~ near the school, not far from the school

YAXINLAŞMAQ
YAXINLIQ
OBASTAN VİKİ
Həmədan yaxınlığında döyüş
Həmədan yaxınlığında döyüş — 25 dekabr 833-cü ildə baş vermiş döyüş.
Kufə yaxınlığında döyüş
Qərmətilərin İraqa yürüşü — Bəhreyn qərmətilərinin Abbasilər xilafətinin paytaxt bölgəsi İraqa 927-ci ilin payızında başlayan və 928-ci ilin yayına qədər davam edən genişmiqyaslı basqını. Bu yürüş əvvəlki illərdə həcc karvanlarına edilən bir sıra dağıdıcı basqınlar, eləcə də Bəsrə və Kufənin yağmalanmasından sonra yaranan gərginliyin kulminasiya nöqtəsi idi. Bu basqınlar qərmətilərə müqavimət göstərməkdə aciz qalan Abbasi hökumətindəki ümumi siyasi nasazlıq fonunda baş vermiş, Bağdadda siyasi gərginliyi artırmış və vəzir ibn Fəratın edamına səbəb olmuşdur. 927-ci ilin oktyabr və ya noyabr ayında qərmətilərin rəhbəri Əbu Tahir Cənnəbi İraqa yürüş etmək üçün tərkibi 2,300 nəfərdən çox olmayan bir qüvvəyə rəhbərlik etmişdir. Qərmətilər dekabrda Kufəni tutmuş və Azərbaycanın əsir götürülən yarımmuxtar əmiri Yusif ibn Əbu Sac xeyli böyük ordusunu məğlub etmişdilər. Qərmətilər daha sonra şimaldan Fərat çayı boyunca Bağdada doğru hərəkət etməyə başlamış, nəticədə paytaxtda burada geniş çaxnaşma baş tutmuşdur. Təhlükəyə qarşı çıxmaq üçün 40 mindən çox qoşun toplanmış, lakin Abbasi sərkərdələri Munis Müzəffər və Əbülheycə Həmdani döyüşdən yayınmış, əvəzində Bağdad yaxınlığındakı körpüləri və kanalları dağıdaraq qərmatilərin irəliləməsinə mane olmuşdular. Baş verən daşqın nəticəsində qərmatilər 7 yanvar 928-ci il tarixində Bağdad yaxınlıqlarında irəliləməyə son qoymuş, daha sonra Fəratın digər tayına çəkilərək Şimali Mesopotamiyaya doğru hərəkət etmiş, burada bölgəni yağmalamış və sakinləri əsir götürmüşdülər. Müqavimətlə qarşılaşmayan qərmətilər 928-ci ilin yayında Bəhreynə qayıtmışlar. Yürüş Kufədə qərməti simpatizanları olan Bəqliyyə üsyanına səbəb olmuşdur, lakin bu üsyan Abbasi qüvvələri tərəfindən yatırılmışdır.
Ərdəbil yaxınlığında döyüş
Ərdəbil yaxınlığında döyüş — 16 iyul 919-cu ildə baş vermiş döyüş
Qaraheybət yaxınlığında vertolyot qəzası
Qaraheybət helikopter qəzası və ya Qaraheybət faciəsi — Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən "Qaraheybət" aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğraması. İlkin məlumatlara görə, helikopterin qəzaya uğraması nəticəsində 14 nəfər həlak olmuş, 2 nəfər isə yaralanmışdır. Bu, Azərbaycanın hüquq-mühafizə orqanlarının tarixindəki ən böyük aviasiya qəzasıdır. Qəzadan dərhal sonra DSX-nin və Baş Prokurorluğun rəhbər heyəti hadisə yerinə getmişdir. Baş Prokurorun birinci müavini ədliyyə general-mayoru Elçin Məmmədovun rəhbərliyi ilə hadisə haqqında istintaq başlanılmışdır. Hadisənin səbəbi hələ də araşdırılır. Azərbaycan Prezidenti İlham Əliyev və vitse-prezident Mehriban Əliyeva, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ölkədəki digər siyasi xadimlər, xarici ölkələrin Azərbaycandakı səfirlikləri, eləcə də beynəlxalq qurumlar tərəfindən hadisədə həlak olan şəxslərin doğmalarına və yaxınlarına başsağlığı verilmişdir. "Mi-17" tipli hərbi helikopter DSX-nin arsenalına təxminən 2011-ci ildə daxil edilmişdir. Bu helikopterin təyinatı quru qoşunların mobilliyinin artırılmasına və döyüş meydanında atəş dəstəyinin verilməsinə hesablanmışdır. DSX-nin aviasiya sistemində "Mi-17" bütün variantlarda istifadə olunur.
Susuzluq kəndi yaxınlığında partlayış
Susuzluq faciəsi — 4 iyun 2021-ci il tarixində, Azərbaycanın Kəlbəcər rayonu ərazisində yerləşən Susuzluq kəndi yaxınlıqlarında baş verən mina partlayışı. Partlayış nəticəsində Azərbaycan Televiziyasının operatoru Sirac Abışov, Azərbaycan Dövlət İnformasiya Agentliyinin müxbiri Məhərrəm İbrahimov və Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev həlak olmuşdur. Əlavə olaraq, 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri almışdır. Bu, İkinci Qarabağ müharibəsi dövründə döyüşlərin getdiyi ərazidə jurnalist ölümü ilə bağlı ilk hal olmuşdur. İnsidentə görə Azərbaycan tərəfi Ermənistanı günahkar bilmiş, Qarabağda basdırılan minaların xəritəsinin Azərbaycana verilmədiyi halda belə faciəvi halların yenidən baş verəcəyini əlavə etmişdir. Həmçinin, Azərbaycan rəsmiləri Kəlbəcərdəki minaların İkinci Qarabağ müharibəsi bitdikdən sonra qoşunların ərazidən çıxarılması zamanı erməni hərbçiləri tərəfindən basdırıldığını irəli sürmüşdür. Ermənistan buna cavab verməmişdir. Müxtəlif ölkələrin Azərbaycandakı səfir və səfirlikləri, o cümlədən YUNESKO, "Human Rights Watch", Avropa Şurası, ATƏT və Beynəlxalq Jurnalistlər Federasiyası hadisəyə görə öz narahatlıqlarını bildirmiş və zərərçəkənlərə öz başsağlıqlarını diləmişdir. Kəlbəcər rayonu ərazisi 1993-cü ildə, Birinci Qarabağ müharibəsi zamanı erməni silahlıları tərəfindən işğal edilmişdir. İşğal nəticəsində rayon ərazisində yaşayan 60,000 azərbaycanlı və kürd qaçqın düşmüş, 150-dən çox azərbaycanlı girov götürülmüşdür.
Şuşa yaxınlığında terror (2021)
Şuşa yaxınlığında terror — 13 noyabr 2021-ci il tarixində Azərbaycanın Şuşa şəhərinin Daşaltı kəndinin yaxınlığında xidmət aparan Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin hərbçilərinə əl qumbarasının atılması. Qumbaranın partlaması nəticəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 3 hərbçisi müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hadisə İkinci Qarabağ müharibəsindən sonra ilk terror aktı kimi qeydə alınmışdır. 2021-ci il Noyabrın 13-ü saat 07:12-də Azərbaycanın Xankəndi şəhərindən Xankəndi-Laçın şose yolu ilə 48-MN-048 ER dövlət qeydiyyat nişanlı "Mercedes Benz" markalı avtomobillə Laçın şəhəri istiqamətində hərəkətdə olan Ermənistan vətəndaşı, 1975-ci il təvəllüdlü Norayr Mirzoyan, "RQD-5" markalı əl qumbarası ilə Azərbaycan Respublikasının ərazisində terror aktı törədir. Belə ki, qəsdən adam öldürmək məqsədilə idarə etdiyi avtomobildən düşərək Şuşa şəhərinin Daşaltı kəndinin yaxınlığında xidmət aparan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının həyatını təhlükəyə atmaqla əl qumbarasını onların istiqamətində atıb. Nəticədə 3 hərbçi müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hadisə törədildikdən dərhal sonra Norayr Mirzoyan rus sülhməramlıları tərəfindən zərərsizləşdirilib və bir müddət sonra Ermənistan tərəfinə təhvil verib. Yayılan videomateriallardan dərhal sonra Azərbaycan Respublikası Baş Prokurorluğu və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi hadisəni təsdiqləmişdir. Bu barədə Azərbaycan Respublikası Baş Prokuroru tərəfindən fakta görə Cinayət Məcəlləsinin 29, 120.2.1 (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürməyə cəhd), 29, 120.2.3, (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürməyə cəhd), 29, 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd), 214.2.3 (terrorçuluq-odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə), 228.3 (qanunsuz olaraq odlu silah, partlayıcı maddə əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə mütəşəkkil dəstə tərəfindən törədildikdə) və digər maddələri ilə cinayət işi başlanmaqla istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilmişdir. Hazırda iş üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Almatı yaxınlığında Fokker 100 qəzası
Almatı yaxınlığında Fokker 100 qəzası — 27 dekabr 2019-cu il səhər saatlarında baş vermiş təyyarə qəzası. Bek Air aviaşirkətinə məxsus Fokker 100 təyyarəsi Almatı-Nur-Sultan marşrutu üzrə Z92100/BEK2100 planlı daxili reysi yerinə yetirirdi, lakin havaya qalxarkən hündürlüyünü itirərək, kəskin sağa dönüb, beton hasardan keçərək Güldala kəndi ərazisində yerləşən qeyri-qanuni tikilmiş yaşayış binasına qəzaya uğradı. Təyyarədə olan 98 nəfərdən (93 sərnişin və 5 ekipaj üzvü) 12-si həlak olub. == Təyyarə == Fokker 100 (qeydiyyat nömrəsi UP-F1007, seriya 11496) 1996-cı ildə buraxıldı (ilk uçuş 9 apreldə PH-JCP sınaq nömrə nişanı ilə edildi). İki Rolls-Royce Tay 650-15 bypass turbojet mühərriki ilə təchiz edilmişdir. Həmin il aprelin 15-də o, B-12292 quyruq nömrəsini aldığı Formosa Hava Yollarına verildi; Ondan 2 mart 2004-cü ildə Mandarin Hava Yollarına keçdi (b/n dəyişməyib). 1 noyabr 2009-cu ildə Contact Airruen (D-AFKC reysi) tərəfindən alındı ​​və buradan 1 sentyabr 2012-ci ildən 13 iyul 2013-cü ilə qədər OLT Express Almaniyaya icarəyə verildi. 13 iyul 2013-cü ildə Bek Air tərəfindən satın alındı ​​və quyruq nömrəsi UP-F1007 aldı. Lizinqə verilən aviaşirkətlər: Kam Air - 28 sentyabr 2016-cı il tarixindən 1 mart 2017-ci il tarixədək, Safi Airways - 2017-ci il martın 1-dən iyunun 1-dək, Air Djibouti - 11 dekabr 2018-ci ildən 15 iyul 2019-cu il tarixinədək. Qəza günü 23 yaşlı təyyarə 52 771 saat uçmuşdu.
Nuxa yaxınlığında İl-14 qəzası
Nuxa yaxınlığında İl-14 qəzası — 1965-ci il fevralın 13-də Nuxa rayonunda (indiki Şəki rayonu) 23 nəfərin ölümü ilə nəticələnən aviasiya qəzası. == Təyyarə == Təyyarə Çexslovakiyada, 23 mart 1957-ci ildə, 602112 nömrəsi ilə 02–12 seriyası altında istehsal edilmişdir. Daha sonra təyyarə Sovet İttifaqının Mülki Hava Donanmasının Baş İdarəsinə satıldı və burada SSRİ-L2003 nömrəsi ilə qeydiyyata alındı. Bundan sonra təyyarə Mülki Hava Qüvvələrinin Azərbaycan Ərazi İdarəsinin Bakı Birləşmiş Aviasiya Eskadrilyasına (107-ci Uçuş dəstəsi) göndərildi. Təyyarənin quyruq nömrəsi 1959-cu ildə yenidən dəyişdirilərək SSRİ-52003 oldu. Təyyarənin ümumi istismar müddəti isə 12 949 uçuş saatı təşkil edirdi. == Ekipaj == Təyyarə komandiri — Anatoli Mixayloviç Tarasov İkinci pilot — Allaverdov Pavel Sergeeviç Uçuş mexaniki — Poqorelov Yuri Qriqoryeviç Uçuş operatoru — Suçilin Anatoli İliç == Qəza == Təyyarə Bakı-Nuxa-Zaqatala-Balakən marşrutu üzrə müntəzəm A-3 sərnişin reysini yerinə yetirməli idi, lakin reysin birinci hissəsində hava şəraiti çətin olduğundan, təyyarənin Yevlaxda eniş etməsi tapşırıldı və təyyarə saat 09:16-da Yevlağa eniş etdi. Yevlax Hava Limanında ekipaj faktiki hava haqqında məlumat, habelə Nuxa Hava Limanının dispetçerindən təyyarəni qəbul etməyə razılıq vermələri barədə icazə aldı. Daha sonra saat 10:08-də göyərtəsində 19 sərnişin və 4 ekipaj üzvü olan 3 saylı reys Yevlaxdan 70 kilometr şimalda yerləşən Nuxaya uçdu. Tezliklə təyyarə 1100 metr uçuş səviyyəsinə çatdığını və vizual uçuş qaydalarına əməl etdiyini qülləyə bildirdi.
Dikanka yaxınlığında xutor axşamları (film, 1961)
Dikanka yaxınlığında xutor axşamları (rus. Вечера на хуторе близ Диканьки) — rejissor Aleksandr Rounun 1961-cı ildə çəkdiyi sovet tammetrajlı və rəngli bədii filmi. Filmin SSRİ-də premyerası 8 yanvar 1962-ci ildə olub. == Məzmunu == Film görkəmli rus yazıçısı Nikolay Qoqolun "Miladqabağı gecə" (rus. Ночь перед Рождеством) povestinin "Dikanka yaxınlığında xutor axşamları" motivlərinin əsasında "kinonağıllar ustası" adlandırılan rejissor Aleksandr Rou tərəfindən ekranlaşdırılıb. == Rollarda == Aleksandr Xvılya — kazak Çub Lüdmila Mıznikova — Oksana Yuri Tavrov — Vakula Lüdmila Xityayeva — Soloxa Sergey Martinson — Osip Anatoli Kubatski — Panas Vera Altayskaya — Panasın anası Dmitri Kapka — Şapuvalenko Mikola Yakovçenko — Patsyuk Marina Sidorçuk — Odarka Aleksandr Radunski — kəndin başçısı (kəndxuda) Georgi Millyar — şeytan Aleksey Smirnov Mixail Troyanovski Aleksandr Demyanenko == Xarici keçidlər == «Dikanka yaxınlığında xutor axşamları» — Internet Movie Database saytında "«Вечера на хуторе близ Диканьки»". Государственный регистр фильмов. Министерство Культуры Российской Федерации. 2013-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-07-23.
Leninakan yaxınlığında İl-76 qəzası (1988)
12 dеkаbr 1988-ci ildə zəlzələdə zərərçəkmiş еrmənilərə yаrdım göstərmək məqsədilə Аzərbаycаndаn göndərilmiş il-76 təyyаrəsi Еrmənistаnın Spitak rаyоnunun Quqark şəhərinin yаxınlığındа «Stingеr» rаkеti ilə vuruldu. Nəticədə təyyаrədə оlаn 77 аzərbаycаnlıdаn cəmi 1 nəfər - Babayev Fəxrəddin təsadüf nəticəsində sağ qalır. 68 nəfər azərbaycanlı sərnişin və 9 nəfər ekipaj üzvü bu terror aktının qurbanı olur. Qəzanın səbəbləri öyrənilmədən, heç bir ekspertiza aparılmadan təyyarənin qara qutusu məhv edilir. Bu terror aktı qəza hadisəsi kimi cəmiyyətə sırınır. Təsadüfən sağ qalmış Fəxrəddin Babayev İrəvan xəstəxanasına aparılsa da, «ermənilər arasında yaralı türkə yer yoxdu», - deyən daşnak xislətli erməni həkimləri onu müalicə etməkdən boyun qaçırırlar. Növbəti gün Türkiyədən Ermənistana uçuş keçirən Yuqоslаviyаnın АN-12 təyyаrəsi də qəzaya uğrayıb və 7 nəfər ekipaj üzvünün hamısı həlak olub. Bəzi iddialara görə erməni terrorçuları təyyarənin Türkiyəyə aid olmasını güman edərək onu vurublar. Babayev Fəxrəddin 2010-cu ildə vəfat edib. Heydər Əliyevin 1994-cü ildə imzaladığı sərəncamla ermənilərə yardıma gedən təyyarədə həlak olmuş 77 nəfərə şəhid statusu verilib.
Şuşa yaxınlığında Mi-8 helikopterinin vurulması
Şuşa yaxınlığında Mi-8 helikopterinin vurulması — 1992-ci il yanvarın 28-də Ağdamdan Şuşaya uçan "Mİ-8" mülki helikopterinin erməni terrorçuları tərəfindən Xankəndi istiqamətindən Stinger raketi ilə vurulması hadisəsi. Terror hadisəsi Şuşanın Xəlfəli kəndi yaxınlığında baş vermiş, hadisə nəticəsində əksəriyyəti qadın və uşaqlardan ibarət 41 sərnişin və 3 ekipaj üzvü, ümumilikdə 44 nəfər həlak olmuşdur. Hadisədən iki ay əvvəl - 20 noyabr 1991-ci ildə ermənilərin Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında "Mİ-8" helikopterini atəşə tutması nəticəsində Azərbaycanın bir çox dövlət xadimləri və jurnalistlər həlak olmuşdular. Həlak olanların arasında dövlət katibi Tofiq İsmayılov, baş prokuror İsmət Qayıbov, dövlət müşaviri, sabiq daxili işlər naziri Məhəmməd Əsədov, millət vəkilləri Vaqif Cəfərov, Vəli Məmmədov, baş nazirin müavini Zülfü Hacıyev, Prezident Aparatının şöbə müdiri, jurnalist Osman Mirzəyev, Qazaxıstan daxili işlər nazirinin müavini Sanlal Serikov, Azərbaycan Dövlət Televiziyasının jurnalisti Alı Mustafayev vardı. Ümumilikdə qəza nəticəsində 22 nəfər həlak olmuşdu. Abbasov Şahin Əli oğlu (d.01.06.1951, Ərikli, Laçın rayonu) — mülki Abbasova Səadət Şahin qızı (d.1980) — mülki Abbasova Sədaqət Kamran qızı (d.21.12.1959, Ağdam rayonu) — mülki Axundov Səfa Fətulla oğlu (d.1958, Masallı rayonu) — pilot, Azərbaycanın Milli Qəhrəmanı Cabbarov Xıdır Sədrəddin oğlu (d.5 fevral, 1969, Arduşlu, Laçın rayonu) — mülki Hüseynov Saleh Şahmar oğlu (d. 21 dekabr, 1936, Şuşa rayonu) — mülki. Mahmudov Ərəstun İspəndi oğlu (d.1957, Pirəbülqasım, İsmayıllı rayonu) — Azərbaycanın Milli Qəhrəmanı Salahov Şakir Şamil oğlu (d.1966, Cəmilli, Xocalı rayonu) — Azərbaycanın Milli Qəhrəmanı Seryogin Viktor Vasilyeviç (d.23 mart 1944, Tbilisi) — pilot, Azərbaycanın Milli Qəhrəmanı Sevindikov Qara Ərşad oğlu (d.1935, Ərikli, Laçın rayonu) — mülki Керимли Керим // Журналисты на войне в Карабахе / ред. — Илья Максаков. — М.: Права человека, 2002.
Şuşa yaxınlığında Mi-8 vertolyotunun vurulması
Şuşa yaxınlığında Mi-8 helikopterinin vurulması — 1992-ci il yanvarın 28-də Ağdamdan Şuşaya uçan "Mİ-8" mülki helikopterinin erməni terrorçuları tərəfindən Xankəndi istiqamətindən Stinger raketi ilə vurulması hadisəsi. Terror hadisəsi Şuşanın Xəlfəli kəndi yaxınlığında baş vermiş, hadisə nəticəsində əksəriyyəti qadın və uşaqlardan ibarət 41 sərnişin və 3 ekipaj üzvü, ümumilikdə 44 nəfər həlak olmuşdur. Hadisədən iki ay əvvəl - 20 noyabr 1991-ci ildə ermənilərin Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında "Mİ-8" helikopterini atəşə tutması nəticəsində Azərbaycanın bir çox dövlət xadimləri və jurnalistlər həlak olmuşdular. Həlak olanların arasında dövlət katibi Tofiq İsmayılov, baş prokuror İsmət Qayıbov, dövlət müşaviri, sabiq daxili işlər naziri Məhəmməd Əsədov, millət vəkilləri Vaqif Cəfərov, Vəli Məmmədov, baş nazirin müavini Zülfü Hacıyev, Prezident Aparatının şöbə müdiri, jurnalist Osman Mirzəyev, Qazaxıstan daxili işlər nazirinin müavini Sanlal Serikov, Azərbaycan Dövlət Televiziyasının jurnalisti Alı Mustafayev vardı. Ümumilikdə qəza nəticəsində 22 nəfər həlak olmuşdu. Abbasov Şahin Əli oğlu (d.01.06.1951, Ərikli, Laçın rayonu) — mülki Abbasova Səadət Şahin qızı (d.1980) — mülki Abbasova Sədaqət Kamran qızı (d.21.12.1959, Ağdam rayonu) — mülki Axundov Səfa Fətulla oğlu (d.1958, Masallı rayonu) — pilot, Azərbaycanın Milli Qəhrəmanı Cabbarov Xıdır Sədrəddin oğlu (d.5 fevral, 1969, Arduşlu, Laçın rayonu) — mülki Hüseynov Saleh Şahmar oğlu (d. 21 dekabr, 1936, Şuşa rayonu) — mülki. Mahmudov Ərəstun İspəndi oğlu (d.1957, Pirəbülqasım, İsmayıllı rayonu) — Azərbaycanın Milli Qəhrəmanı Salahov Şakir Şamil oğlu (d.1966, Cəmilli, Xocalı rayonu) — Azərbaycanın Milli Qəhrəmanı Seryogin Viktor Vasilyeviç (d.23 mart 1944, Tbilisi) — pilot, Azərbaycanın Milli Qəhrəmanı Sevindikov Qara Ərşad oğlu (d.1935, Ərikli, Laçın rayonu) — mülki Керимли Керим // Журналисты на войне в Карабахе / ред. — Илья Максаков. — М.: Права человека, 2002.
Seyidlər kəndi yaxınlığında Mi-26 helikopterinin vurulması
Seyidlər kəndi yaxınlığında Mi-26 helikopterinin vurulması — 3 mart 1992-ci il tarixində Gülüstan kəndinə uçuş edən ruslara məxsus Mi-26 helikopteri ermənilər tərəfindən Azərbaycana məxsus olduğu güman edilərək vurulub. Helikopterdə elə ermənilərə yardım aparan 12 nəfər ölüb. Hadisədən bir ay əvvəl - 1992-ci il yanvarın 28-də Ağdamdan Şuşaya uçan "Mİ-8" mülki helikopteri erməni terrorçuları tərəfindən Xankəndi istiqamətindən qumbaraatanla vurulmuşdu. Terror hadisəsi Şuşanın Xəlfəli kəndi yaxınlığında baş vermiş, hadisə nəticəsində əksəriyyəti qadın və uşaqlardan ibarət 41 sərnişin və 3 ekipaj üzvü, ümumilikdə 44 nəfər həlak olmuşdu.
Seyidlər kəndi yaxınlığında Mi-26 vertolyotunun vurulması
Seyidlər kəndi yaxınlığında Mi-26 helikopterinin vurulması — 3 mart 1992-ci il tarixində Gülüstan kəndinə uçuş edən ruslara məxsus Mi-26 helikopteri ermənilər tərəfindən Azərbaycana məxsus olduğu güman edilərək vurulub. Helikopterdə elə ermənilərə yardım aparan 12 nəfər ölüb. Hadisədən bir ay əvvəl - 1992-ci il yanvarın 28-də Ağdamdan Şuşaya uçan "Mİ-8" mülki helikopteri erməni terrorçuları tərəfindən Xankəndi istiqamətindən qumbaraatanla vurulmuşdu. Terror hadisəsi Şuşanın Xəlfəli kəndi yaxınlığında baş vermiş, hadisə nəticəsində əksəriyyəti qadın və uşaqlardan ibarət 41 sərnişin və 3 ekipaj üzvü, ümumilikdə 44 nəfər həlak olmuşdu.
Kreml divarı yaxınlığındakı nekropol
Kreml divarı nekropolu — vəfat edənlərin külü üçün kolumbarium kimi xidmət edən Kremlin divarının yaxınlığındakı Moskva Qırmızı meydanında xatirə qəbiristanlığı. Sovet dövlətinin dövlət, partiya xadimlərinin və hərbi rəhbərlərinin 1917-ci il Oktyabr İnqilabının iştirakçılarının dəfn yeri . 1920-1930-cu illərdə burada xarici ölkələrin kommunist inqilabçıları: məsələn yazıçı və jurnalist Con Rid, Yaponiya Kommunist Partiyasının qurucusu Sen Katayama, inqilabçı Klara Setkin, alman siyasətçisi Frits Hekkert və başqaları da dəfn edilmişdir. 1974-cü ildən bəri nekropol dövlət tərəfindən mədəniyyət abidəsi kimi qorunur . == Nekropolun təsviri == Qırmızı Meydanın şimal hissəsinə baxan Nikolskaya və Spasskaya qüllələri arasındakı divara yaxın ərazilər dəfn üçün istifadə olunur və yandırılanların külləri üçün kolumbariem kimi istifadə edilir. Xalq arasında ona "Kommunarların Divarı" ləqəbi verilmişdir. Qranit lövhələrin arxasındakı boşluqlarda inqilabçıların, ilk komissarların, Kominternin üzvlərinin, hərbi komandirlərin, astronavtların və görkəmli elm adamlarının külü olan 114 küp var. İlk qranit lövhə 1925-ci il aprelin 5-də qoyulmuşdur: inqilabın qocalarından olan Ali İqtisadi Şura sədrinin müavini Miron Vladimirovun nəşinin külü divarın içinə hörülmüşdür. Bu lövhədəki yazı: "Fəhlə sinfinin azad edilməsi uğrunda mübarizə aparan, sosialist quruculuğunun fədakeşi Miron Konstantinoviç Vladimirov (yoldaş Leva)". == Məzarlığın tarixi == === Çar dövrü === Çar dövründə Kremlin divarı boyunca yalnız Spasski və Nikolskii darvazaları arasında on beş kiçik qəbiristanlıq var idi - bu zaman adi insanlar divarın yanında dəfn olunurdular.

Значение слова в других словарях