Gövhər Sultan (II Mehmedin qızı)

Gövhər Sultan - II Mehmedin Gülbahar Xatundan doğulan, tarixdə bilinən yeganə qızıdır.

Gövhər Sultan
گوھرخان سلطان
Şəxsi məlumatlar
Doğum tarixi 1460
Doğum yeri
Vəfat tarixi 1514
Vəfat yeri
Dəfn yeri
Atası II Mehmed
Anası I Gülbahar Xatun
Həyat yoldaşı Uğurlu Məhəmməd bəy
Uşağı Gödək Əhməd
Ailəsi Osmanlı sülaləsi

Həyatı[redaktə | mənbəni redaktə et]

Ağqoyunlu hökmdarı Uzun Həsənin oğlu Uğurlu Məhəmmədlə 1474-cü ildə evləndirilmişdir. Atası tərəfindən Sivas bəylərbəyi təyin edilən Uğurlu Məhəmmədin 1477-ci ildə öldürülməsi nəticəsində Gövhər Sultan İstanbula geri döndü. Geri qalan ömrünü xeyir işlərlə məşğul olan Gövhər Sultanın yeganə övladı Gödək Əhməd 1497-ci ildə Azərbaycana gedərək burada taxt iddia etmiş və Ağqoyunlu taxtına oturmuşdur.[1]

Gövhər Sultan 1477-ci ildə vəfat etdi və cənazəsi anasının Fateh külliyyəsində yerləşən Gülbahar Xatun türbəsinə dəfn edildi.

Mənbə[redaktə | mənbəni redaktə et]

  1. Bahadıroğlu, Yavuz (2007). Resimli Osmanlı tarihi. İstanbul: Nesil yayınları.ISBN 9789752692992.