Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bəhruz
Bəhruz — Azərbaycanlı kişi adı.
Bəhruz (Kəleybər)
Bəhruz (fars. بهروز‎) - İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Məlumat yoxdur.
Bəhruz Abdullayev
Bəhruz Musa oğlu Abdullayev (17 dekabr 1935, Qazax) — Azərbaycan tarixçisi, əməkdar müəllim, tarix elmləri doktoru, professor, Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq münasibətlər kafedrasının müdiri, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Müdafiə Şurasının üzvü. Tərəqqi medallı, "Qabaqcıl təhsil işçisi", "Azərbaycan əməkdar müəllimi" dövlət mükafatları almış, bir çox fəxri fərman və təşəkkürlərə layiq görülmüşdür. == Həyatı == Bəhruz Abdullayev 17 dekabr 1935-ci ildə Qazax rayonunun Qaymaqlı kəndində anadan olmuşdur. Orta məktəbi kənddə bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsinə daxil olmuşdur. 1959-cu ildə Universiteti bitirdikdən sonra Elmlər Akademiyasının Tarix institutunda elmi işçi vəzifəsində çalışmışdır. == Elmi və pedaqoji fəaliyyəti == Azərbaycan Politexnik İnstitutunda pedaqoji fəaliyyət göstərmiş, sonralar pedaqoji fəaliyyətini Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda davam etdirmişdir. 1965-ci ildə tarix elmləri namizədi alımlik dərəcəsi almış və uzun müddət Azərbaycanın alı məktəblərində ictimai-siyasi fənlərdən mühazirələr oxumuşdur. 1985-ci ildə tarix elmləri doktoru alimlik dərəcəsi almışdır. Azərbaycan Politexnik İnstitutunda pedaqoji fəaliyyət göstərmiş, sonralar pedaqoji fəaliyyətini Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda davam etdirmişdir. 1965-ci ildə tarix elmləri namizədi alımlik dərəcəsi almış və uzun müddət Azərbaycanın alı məktəblərində ictimai-siyasi fənlərdən mühazirələr oxumuşdur.
Bəhruz Abuşov
Bəhruz Atakişiyev
Bəhruz Axundov
'Bəhruz Həsən oğlu Axundov (2 yanvar 1954 – 30 iyun 2017, Bakı) — Azərbaycan Naşirlər və Poliqrafçılar Birliyinin sədri, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Ağsaqqallar Şurasının üzvü. == Həyatı == 1954-cü il yanvarın 2-də ziyalı ailəsində anadan olmuşdur. 1977-ci ildə ADU-nun (indi BDU) jurnalistika fakültəsini bitirmişdir. 1970-ci ildən əmək fəaliyyətinə başlamış, Ağdam rayon fəhlə-gənclər məktəbində, pioner və məktəblilər evində (1970–1973), Ağdam rayon Komsomol Komitəsində bölmə və şöbə müdiri, sonra isə raykomun katibi və ikinci katibi vəzifələrində (1973–1980) çalışmışdır. 1981-ci ildən əmək fəaliyyəti Bakı şəhəri ilə bağlıdır. Bakı "Yeni kitab" mətbəəsində (sonralar 3№-li mətbəə), sonra isə "Kommunist" (indiki "Azərbaycan") nəşriyyatında müxtəlif vəzifələrdə işləmiş (1981–1984), Azərbaycan Respublikası Maarif Nazirliyi (indi Təhsil Nazirliyi) mətbəəsinin direktoru (1985–1992) vəzifəsində çalışmışdır. 1992-ci ilin sonlarında Azərbaycanda yaradılan son, müstəqil Azərbaycanın isə ilk dövlət nəşriyyatı olan "Təhsil"in yaradıcısı və direktoru olmuş, respublikada özəlləşdirmə proqramı həyata keçirilənədək bu vəzifədə çalışmışdır. 2007-ci ildən hal-hazıra qədər "Təhsil Nəşriyyat-Poliqrafiya" MMC-nin təsisçisi və baş direktorudur. Onun rəhbərliyi ilə yüzlərlə adda dərslik və dərs vəsaiti, ictimai-siyasi, elmi-kütləvi, bədii-publisistik ədəbiyyatlar və akademik nəşrlər işıq üzü görmüşdür. Başçılıq etdiyi "Təhsil" nəşriyyatı ardıcıl olaraq 2005–2010-cu illərdə "İlin nəşriyyatı", nəşr etdiyi kitabların bir çoxu "İlin kitabı" və s.
Bəhruz Dehqani
Behruz Dehqani — Behruz Təbrizi kimi də tanınan Cənubi Azərbaycanlı yazıçı, tərcüməçi və partizan Əşrəf Dehqani və Ruhəngiz Dehqaninin qardaşı və İran Xalq Fədai Partizanlar Təşkilatının məşhur üzvlərindən idi. O, SAVAK tərəfindən həbs ediləndən sonra, həbsxanada işgəncə və böyrəklərinin zədələnməsi səbəbindən öldürülüb.
Bəhruz Haqverdiyev
Aktyor == Həyatı == 1982-ci ildən Naxçıvan teatrında aktyor işləyir. Orta təhsillidir. 2000-ci ildə Naxçıvan MR. Əməkdar artisti fəxri adına layiq görülüb. Teatrda işlədiyi müddətdə H.Cavid "İblis"də Vasif, "Topal Teymur"da Ağbuğa, İ.Səfərli "Xeyir və Şər"də Xeyir, Ü.Hacıbəyov "Arşın mal alan"da Vəli, N.Həsənzadə "Atabəylər"də Ruz, İ.Əfəndiyev "Hökmdar və qızı "nda Əbülfət ağa, "Şeyx Xiyabani"də Həsən Soltan, H.Arzulu "Mərhəmət məhəbbət deyil"də Fərid, Ə.Əylisli "Vəzifə"də Əjdər, G.Xuqayev "Mənim qaynanam"da Elbrus, İ.Coşğun "Ana laylası"nda Musa, A.Babayev "Yarımçıq şəkil"də Rüfət, H.Arzulu "Əlincə qalası"nda Qasım, Ə.Əsgərov "Qız atası"nda Heydər, C.Məmmədquluzadə "Dəli yığıncağı"nda Şimrəli,Mir Cəlal "Dirilən adam"da Qiyas,A,Məmmədov "Həmyerlilər"də Sarı Sarızadə və s. rollar oynayıb. 9 may 2012-ci il tarixdə Əməkdar artist fəxri adına layiq görülmüşdür. 30 aprel 2014-cü ildə və 6 may 2023-cü ildə Prezident Mükafatına layiq görülmüşdür.
Bəhruz Hümbətov
Bəhruz Hüseyinov
Bəhruz Kəngərli
Bəhruz Kəngərli (tam adı: Bəhruz (Şamil) Şirəlibəy oğlu Kəngərli; 10 (22) yanvar 1892, Naxçıvan – 7 fevral 1922, Naxçıvan, Naxçıvan İŞC) — Azərbaycan rəngkarlıq sənətində ilk akademik rəsm üslubunda işləyərək realist əsərləri ilə novatorluğa yol açmış Azərbaycan rəssamı. Bəhruz Kəngərlinin 2000-ə yaxın mövzu və janr etibarilə müxtəlif və rəngarəng əsərlərindən ibarət bədii irsi geniş ictimaiyyətin diqqətini cəlb etmiş, ardıcıl olaraq toplanıb sərgi və muzey ekspozisiyalarının bəzəyinə çevrilmişdir. == Həyatı == === Erkən illəri === Bəhruz Kəngərli 1892-ci ilin yanvar ayının 22-də Naxçıvan şəhərində anadan olmuşdur. Rəssamın doğma anası Əziz xanım Bəhruzun körpəliyində vəfat edib, bundan sonra atası Şirəli bəy Şirin xanımla evlənib. Bu izdivacdan iki qızı — Tahirə və Mənsurə anadan olub. 1910-cu illərdə Şirəli bəyin vəfatından sonra Şirin xanım rəssamın əmisi Qədir ağaya kəbin edilib. Bu evlilikdən üç uşaq — Davud, Rüstəm və Gültac dünyaya gəlib. Atası Şirəli bəy gimnaziyada təhsil almış, fars və rus dillərini öyrənmiş, Şərq və Avropa ədəbiyyatı ilə tanış olmuş, qabaqcıl ziyalı kimi tanınmış, şəhər məhkəməsində tərcüməçi vəzifəsində işləmişdir. O, oğlunu "Xeyriyyə" adlı yeni tipli şəhər məktəbində oxumağa qoymuşdu. Bəhruz Kəngərli atasının evə gətirdiyi kitab və şəkilli kitablardan faydalanır, kiçik yaşlarından rəsm çəkməyə maraq göstərir, şəkillərin surətini çıxarmaqla məşğul olur, rus dilini öyrənərək özünün bilik səviyyəsini artırmağa çalışır.
Bəhruz Mansurov
Mənsurov Bəhruz Qəhrəman oğlu (13 mart 1975, Telavar, Yardımlı rayonu – 16 mart 1995, Bakı) — Azərbaycanın Milli Qəhrəmanı, Mart hadisələri zamanı həlak olub. == Həyatı == Bəhruz Mənsurov 1975-ci il 13 mart tarixində Yardımlı rayonunun Telavar kəndində doğulmuşdur. 1993-cü ildə Bakı Ali Birləşmiş Komandirlər Məktəbinin sərhəd qoşunları fakültəsinə daxil olmuşdur. 1995-ci il Mart hadisələri baş verərkən ordu sıralarında xidmət edirdi. 13-17 mart hadisələri zamanı həlak olub. == Ailəsi == Subay idi. == Milli Qəhrəman == Azərbaycan Respublikası Prezidentinin 04 aprel 1995-ci il tarixli 307 saylı Fərmanı ilə Mənsurov Bəhruz Qəhrəman oğlu ölümündən sonra "Azərbaycan Milli Qəhrəmanı" adına layiq görülmüşdür. Yardımlı rayonunun Telavar kəndində dəfn edilib. Dövlət Sərhəd Xidmətinin Göytəpə Sərhəd Dəstəsinin 16-cı zastavası Bəhruz Mənsurovun adını daşıyır. Oxuduğu orta məktəb onun adını daşıyır.
Bəhruz Məhərrəmov
Bəhruz Abdurrəhman oğlu Məhərrəmov (22 avqust 1983 və ya 1983, Ağabağı, Zərdab rayonu) — hüquqşünas alim, hüquq üzrə fəlsəfə doktoru, dosent. Azərbaycan Respublikasının Milli Məclisinin VI və VII çağırış deputatı, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü. == Həyatı == Bəhruz Məhərrəmov 22 avqust 1983-cü ildə Zərdab rayonunun Ağabağı kəndində anadan olub. Rayonun Ağabağı və Gəndəbil kənd məktəblərində, 1996-cı ildən isə Bakı şəhər 194 saylı və paytaxtda məskunlaşmış Zəngilan rayon 24 saylı məktəblərdə təhsil alıb. 2000–2004-cü illərdə BDU Jurnalistika fakültəsində təhsil alıb. 2007–2011-ci illərdə BDU Hüquq fakültəsinin tam ali təhsil kursunu başa vurmuş, 2012–2015-ci illərdə BDU Hüquq fakültəsinin Hüquq üzrə fəlsəfə doktoru proqramı üzrə Doktoranturada təhsil alımış, "Avropa İnsan hüquqları məhkəməsinin qərarlarının milli məhkəmələr tərəfindən tətbiqi" mövzusunda dissertasiya işi müdafiə edərək hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. 2018-ci ildə Prezident yanında Ali attestasiya komissiyasının qərarı ilə dosent elmi adı almışdır. 2004–2005-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Sülhməramlı bölüyünün tərkibində İraq respublikasında ABŞ Dəniz Piyadalari korpusunda hərbi xidmətdə olub. Hazırda BDU hüquq fakültəsinin Hüquq üzrə elmlər doktoru proqramı üzrə doktorantıdır, İnsan hüquqları, İnformasiya hüququ sahəsində elmi araşdırmalar aparır. 2012-ci ildən BDU hüquq fakültəsində elmi-pedaqoji fəaliyyətlə məşğuldur.
Bəhruz Məmmədov
Bəhruz Mənsurov
Mənsurov Bəhruz Qəhrəman oğlu (13 mart 1975, Telavar, Yardımlı rayonu – 16 mart 1995, Bakı) — Azərbaycanın Milli Qəhrəmanı, Mart hadisələri zamanı həlak olub. == Həyatı == Bəhruz Mənsurov 1975-ci il 13 mart tarixində Yardımlı rayonunun Telavar kəndində doğulmuşdur. 1993-cü ildə Bakı Ali Birləşmiş Komandirlər Məktəbinin sərhəd qoşunları fakültəsinə daxil olmuşdur. 1995-ci il Mart hadisələri baş verərkən ordu sıralarında xidmət edirdi. 13-17 mart hadisələri zamanı həlak olub. == Ailəsi == Subay idi. == Milli Qəhrəman == Azərbaycan Respublikası Prezidentinin 04 aprel 1995-ci il tarixli 307 saylı Fərmanı ilə Mənsurov Bəhruz Qəhrəman oğlu ölümündən sonra "Azərbaycan Milli Qəhrəmanı" adına layiq görülmüşdür. Yardımlı rayonunun Telavar kəndində dəfn edilib. Dövlət Sərhəd Xidmətinin Göytəpə Sərhəd Dəstəsinin 16-cı zastavası Bəhruz Mənsurovun adını daşıyır. Oxuduğu orta məktəb onun adını daşıyır.
Nəcib Məhfuz
Nəcib Məhfuz (ərəb. نجيب محفوظ‎; 11 dekabr 1911[…], Qahirə, Misir – 30 avqust 2006[…], əl-Cizə mühafəzəsi[d]) — Misir yazıçısı, tanınmış roman ustası, dramaturq, ssenarist, Ədəbiyyat üzrə Nobel mükafatı alan yeganə ərəb (1988). Müsəlman dünyasının ədəbiyyat sahəsində ilk Nobel mükafatı laureatı, ərəb yazıçısı, dramaturq və ssenariçi Nəcib Məhfuz Qahirədə, məmur ailəsində doğulmuşdu. Yeddi uşağın böyüdüyü ailə dindarlığı və islam ehkamlarına dərindən bağlılığı ilə seçilirdi. Nəcib Məhfuz müsahibələrinin birində belə mühitdən yazıçı yetişəcəyini heç kəsin ağlına gətirməyəcəyini demişdi. O, 1934-cü ildə Qahirə universitetinin fəlsəfə fakültəsini bitirmişdi. Sonra təxminən qırx il Misirin müxtəlif nazirliklərində çalışmışdı. "Ağılsızlıq rüzgarı" (1938) adlı ilk hekayələr məcmuəsi ərəb cəmiyyətinin təzadlarından bəhs edirdi. Təxminən yetmiş il davam edən yaradıcılıq həyatı dövründə Nəcib Məhfuz 34 roman, 350-dən çox hekayə, 5 pyes və bir neçə film ssenarisi yazmışdı. Tovfiq əl-Hakimlə birlikdə o, ərəb ədəbiyyatının yenilənməsi prosesinin öncüllərindən idi.
Şəhruz Abdıyev
Şəhruz Mustafayev
Şəhruz Mustafayev - Azərbaycan futbolçusu. Şəhruz Mustafayev 8 sentyabr 1975-ci ildə Mingəçevirdə anadan olmuşdur. Əv­vəl­ki klub­la­rı: Kür-Nur Mingəçevir, MOİK Bakı, Şəmkir, Kəpəz Gəncə, MKT-Araz, Olimpik Bakı. 2007-ci il­dən Qəbələdə çı­xış edir. Azər­bay­ca­nın 21 ya­şı­na qə­dər fut­bol­çu­lar­dan iba­rət yığ­ma ko­man­da­sı­nın üz­vü olub.
Bəhruz Zeynalov
Bəhruz Səmədov
Bəhruz Nuriyev
Bəhruz Nəcəfov
Bəhruz Pənahi
Bəhruz Pənahi (d. 23 iyul 1953, Bakı) — Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya İnstitutunun şöbə rəhbəri, geologiya-mineralogiya elmləri doktoru. == Həyatı == Bəhruz Pənahi 23 iyul 1953-cü ildə Bakıda anadan olub.
Bəhruz Quliyev
Bəhruz Quliyev (jurnalist)
Bəhruz Qəndilov
Bəhruz Seyfəddin oğlu Qəndilov — Azərbaycan Respublikası Milli Məclisinin II çağırış deputatı. == Həyatı == 1958-ci il dekabrın 21-də Bakı şəhərində anadan olmuşdur. Ümumittifaq Kinematoqrafıya İnstitutunun iqtisadiyyat fakültəsini bitirmişdir. Fəlsəfə elmləri doktoru, professor (2008). Rus və ingilis dillərini bilir. Evlidir, 3 övladı var. == Siyasi fəaliyyəti == Bitərəfdir. 2000-ci il noyabrın 5-də 34 saylı Tərtər-Yevlax-Ağdaş-Göyçay seçki dairəsindən deputat seçilmişdir. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının üzvü olmuşdur.
Mehriz
Mehriz — İranın Yəzd ostanının şəhərlərindən və Mehriz şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 26 364 nəfər və ya 6 954 ailədən ibarət idi.
Behruz Dehqani
Behruz Dehqani — Behruz Təbrizi kimi də tanınan Cənubi Azərbaycanlı yazıçı, tərcüməçi və partizan Əşrəf Dehqani və Ruhəngiz Dehqaninin qardaşı və İran Xalq Fədai Partizanlar Təşkilatının məşhur üzvlərindən idi. O, SAVAK tərəfindən həbs ediləndən sonra, həbsxanada işgəncə və böyrəklərinin zədələnməsi səbəbindən öldürülüb.
Behruz Maqsudlu
Behruz Maqsudlu- Arxitektor, qrafik dizayner, yazıçı, prodüser və rejissor Maqsudlu Gürgan Hava Limanı və Sari Dəşti Naz Hava Limanı kimi binaların dizaynın və tikintisin etmişdir.
Behruz Təbrizi
Behruz Dehqani — Behruz Təbrizi kimi də tanınan Cənubi Azərbaycanlı yazıçı, tərcüməçi və partizan Əşrəf Dehqani və Ruhəngiz Dehqaninin qardaşı və İran Xalq Fədai Partizanlar Təşkilatının məşhur üzvlərindən idi. O, SAVAK tərəfindən həbs ediləndən sonra, həbsxanada işgəncə və böyrəklərinin zədələnməsi səbəbindən öldürülüb.
Mehriz şəhristanı
Mehriz şəhristanı— İranın Yəzd ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Mehriz şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 43,363 nəfər və 11,855 ailədən ibarət idi.