Bəhruz Hüseyinov

Bəhruz Hüseyinov (17 yanvar 1994, Yolüstü, Salyan rayonu19 oktyabr 2020, Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri,Aprel döyüşlərinin iştirakçısı,Vətən Müharibəsi şəhidi.[1]

Bəhruz Hüseynov
Şəxsi məlumatlar
Ləqəbləri Dəmir Cəngavəri
Doğum tarixi
Doğum yeri Varlı, Salyan rayonu, Azərbaycan
Vəfat tarixi (26 yaşında)
Vəfat yeri Xocavənd rayonu Düdükçü kəndi
Vəfat səbəbi Şəhid olmuşdur
Dəfn yeri Salyan rayonu
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Milliyyəti Azərbaycanlı
Atası Yavər Hüseynov
Təhsili
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Xidmət illəri

2015-2016

2020 İkinci Qarabağ müharibəsi
Rütbə Əsgər
Vəzifəsi Tuşlayıcı operator
Döyüşlər Aprel döyüşləri İkinci Qarabağ Müharibəsi
 • Füzulinin azad edilməsi
 • Cəbrayılın azad edilməsi
 • Hadrutun azad edilməsi
Təltifləri "Vətən uğrunda" medalı — 2020 "Xocavəndin azad olunmasına görə" medalı — 2020 "Füzulinin azad olunmasına görə" medalı — 2020 "İgidliyə görə" medalı — 2020

Həyatı[redaktə | mənbəni redaktə et]

Bəhruz Yavər oğlu Hüseynov 17 yanvar 1994-cü ildə Salyan rayonunun 1-ci varlı kəndində anadan olmuşdur. 2011-ci ildə Yolüstü kənd orta məktəbini bitirmiş və Azərbaycan Texniki Universitetinə qəbul olunmuşdur.

Hərbi xidməti[redaktə | mənbəni redaktə et]

2015-ci ildə universiteti bitirdikdən sonra Bəhruz hərbi xidmətə başlamışdır. O, hərbi xidmətdə tank taborunda tuşlayıcı operator olmuşdur. 2016-cı ildə Aprel döyüşləri zamanı Tərtər rayonu istiqamətində gedən döyüşlərdə şücaət göstərmişdir.

Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan İkinci Qarabağ müharibəsində tankçı olaraq ön cəbhə bölgəsinə göndərilmişdir. Füzuli, CəbrayılHadrut istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. Oktyabrın 19-da Xocavənd rayonu Düdükçü kəndi üzərindəki yüksəkliklərin azad edilməsi uğrunda gedən döyüşlərdə düşmənin atdığı minaatan mərmisi nəticəsində həlak olmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Bəhruz Hüseyinov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Bəhruz Hüseyinov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.[3]

Təltifləri[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "İkinci Qarabağ müharibəsində şəhid olmuş hərbi qulluqçuların siyahısı" (PDF). mod.gov.az (az.). 2022-08-22 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 18 yanvar 2021.
  2. 1 2 "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". 15.12.2020. 2020-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
  3. 1 2 "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 25.12.2020-ci il tarixli Sərəncamı". 25.12.2020. 2020-12-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25.12.2020.