Bəhruz Səmədov

Bəhruz Valeh oğlu Səmədov (29 aprel 1995, Bakı) — azərbaycanlı politoloq, siyasi tədqiqatçı, sülh aktivisti və siyasi məhbus; "OC Media"da müəllif.[1] O, Azərbaycan iqtidarı ilə bağlı tənqidi yazıları və Qarabağ münaqişəsində sülhpərvər mövqeyi ilə tanınır.[1]

Bəhruz Səmədov
Bəhruz Səmədov həbsindən bir neçə gün əvvəl
Bəhruz Səmədov həbsindən bir neçə gün əvvəl
Doğum tarixi 29 aprel 1995(1995-04-29) (29 yaş)
Doğum yeri
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Təhsili M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı (BM)
Mərkəzi Avropa Universiteti (M)
Karlov Universiteti (PhD)
Fəaliyyəti siyasi tədqiqatçı; siyasi məhbus
Fəaliyyət illəri 2016—
Partiyası
Tanınır Azərbaycan iqtidarı ilə bağlı tənqidi yazıları və Qarabağ münaqişəsində sülhpərvər mövqeyi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

2024-cü ilin avqustunda Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb və Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə həbs edilib.[1] Həbsi bir sıra yerli və beynəlxalq təsisatlar tərəfindən sərt tənqid etmişdi. Hazırda DTX-nin istintaq təcridxanasında saxlanılır.

Bəhruz Valeh oğlu Səmədov 1995-ci il aprelin 29-da Bakı şəhərində anadan olub. 2001–2012-ci illlərdə Nizami rayonunda 251 nömrəli tam orta məktəbdə təhsil alıb. 2012-ci ildə M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının filologiya fakultəsinə qəbul olub və 2016-cı ildə oranı fərqlənmə diplomu ilə bitirib. 2016–2018-ci illərdə həmin universitetdə filologiya üzrə magistr dərəcəsi, 2018–2019-cu illərdə isə Macarıstanda Mərkəzi Avropa Universitetinin beynəlxalq əlaqələr bölməsində magistr dərəcəsi təhsil alıb.[2] 2019-cu ildə ildən isə Çexiyanın Karlov Universitetinin Praqa Siyasi Araşdırmalar İnstitutunun siyasi elm bölməsinin doktorantura tələbəsidir.[3]

2021–2022-ci illərdə Praqada Beynəlxalq Münasibətlər İnstitutunda təcrübəçi, 2023-cü ildə isə Yenada Fridrix Şiller Universitetində elmi işçi olub.[3]

İctimai fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Bəhruz Səmədov 2013-cü ildə Azərbaycan Xalq Cəbhəsi Partiyasında üzvü olub, həmin ilin prezident seçimləri zamanı Milli Şuranın namizədi Cəmil Həsənlinin təbliğatında fəal iştirak edib. 2013–2020-ci illərdə NİDA Vətəndaş Hərəkatının sıralarında olub, 2017-2018-ci illərdə NİDA-nın İdarə Heyətində təmsil edilib.

1 noyabr 2015-ci ildə parlament seçimləri zamanı istifadə etdiyi bülletenin üstünə siyasi məhbusların adlarını və "siyasi məhbuslara azadlıq!" şüarı yazdığına görə bir gün sonra, noyabrın 2-də Bakı Şəhər Baş Polis İdarəsinə (BŞBPİ) çağırılıb.[4] İdarədə polislər Səmədovdan bülletenə şüar yazdığına görə üzr istəməsi üçün təyziqlər edib.[4] 3 saata yaxın idarədə saxlandıqdan sonra sərbəst buraxılıb.[4]

Səmədov dəfələrlə müxalifətin mitinqlərində, vətəndaş cəmiyyətinin aksiyalarda iştirak edib. Son olaraq 9 sentyabr 2020-ci ildə siyasi məhbus Tofiq Yaqubluya azadlıq tələbilə baş tutan aksiyası zamanı polislər tərəfindən saxlanıb.[5]

Bəhruz Səmədov 2016-cı ildən tədqiqatçı olaraq tanınır.[6] Səmədov məqalələrində Azərbaycan Prezidenti İlham Əliyevin 20 ildən çoxdur davam edən iqtidarını tənqid edirdi, onun dövlət idarəetməsini avtoritar adlandırırdı.[7] Məqalə və tərcümələri "OC Media",[8] "Eurasianet",[9] "openDemocracy"[10] müstəqil xəbər platformalarında,[9] Müharibə və Sülh Xəbərləri İnstitutu (IWPR),[11] Bakı Araşdırmalar İnstitutu[12]İtaliyanın Beynəlxalq Siyasi Araşdırmalar İnstitutunda,[13] həmçinin "International Journal of Politics",[14] "New Eastern Europe"[15] və "Qafqaz nəşri: Münaqişələrin transformasiyası" jurnallarında dərc olunub. Səmədovun mütamadi olaraq "Azadlıq Radiosu", "BBC News", Rusiyanın "Настоящее время" və "Дождь", Çexiyanın "ČT24" televiziyalarında siyasi şərhçi olaraq çıxış edib.

Bəhruz Səmədovun 2020-ci ildə İkinci Qarabağ müharibəsi zamanı, post-müharibə dövründə və 2022–2023-cü illərdə baş verən hərbi əməliyyatların əleyhinə çıxış etmiş,[16] Qarabağ münaqişəsinin həllini sülhdə gördüyünü bildirmişdi,[17] hərbi əməliyyatlar zamanı baş vermiş müharibə cinayərlərini tənqid etmişdi.[18] Səmədovun müharibə və sülh mövzusunda olan məqalələri dəfələrlə iqtidaryönlü media tərəfindən "hədəf" alınmış, Səmədov "xain", "ermənipərəst" adlandırılaraq aşağılanmışdı.

Səmədovun 2021-ci ilin aprelində "Eurasianet" müstəqil xəbər platformasında dərc olunan "Azərbaycan avtoritarizmi və Bakının Hərbi Qənimətlər Parkı" sərlövhəli məqaləsində Hərbi Qənimətlər Parkında ölmüş erməni əsgərlərinin dəbilqələrinin nümayişini dehumanizasiya adlandırması, on illərdir Azərbaycan iqtidarının erməniləri düşmən olaraq təqdim etməsini tənqid etməsi, həmçinin 2023-cü ilin aprelində "OC Media"da dərc olunan "Azərbaycana millətçi militarizmə alternativ lazımdır" sərlövhəli məqaləsində[19] "Azərbaycanda ermənilərə faşizmə yaxın münasibət var" yazdığına görə də iqtidaryönlü xəbər saytlarında tərəfindən "xain", "ermənipərəst" adlandırılaraq aşağılanmışdı.[20][21][22]

Səmədov 2023-cü aprelində "OC Media"ya müsahibəsində Laçın dəhlizində baş verənləri mühasirə adlandırmış və bunun əsas məqsədinin Dağlıq Qarabağın ermənilərdən təmizlənməsinə hazır olduğunu bildirmişdi. Onun proqnozu həmin ilin sentyabrında təsdiqini tapmışdı.

Bəhruz Səmədov poststrukturalist və psixoanalitik nəzəriyyələrə əsaslanaraq Azərbaycanda hegemoniya və siyasi diskursları, həmçinin kimlik məsələləri, siyasi stabillik və populizm kimi mövzuları üzrə araşdırmaçıdır.

Həbs edilməsi

[redaktə | mənbəni redaktə et]
Bəhruz Səmədov Səbail Rayon Məhkəməsinə gətirilən zaman

Bəhruz Səmədov 2024-cü ilin avqustunda həbs edilib.[23] Avqustun 21-də sosial şəbəkələrdən dostları Bəhruz Səmədovdan 6 saatdan çoxdur xəbər ala bilmədiklərini bildirdilər. Onun dostu Ayxan Zayıdzadə bildirib ki, saat 16:25 radələrində Səmədov telegramdan ona həbs ediləcəyi ilə bağlı mesaj yazmışdı.[24][25][26] Bu mesajdan sonra ondan heç bir xəbər alına bilmədi.[27] Nənəsi Zibeydə Osmanovanın sözlərinə görə avqustun 21-də saat 16:00 radələrində Bəhruz dostu ilə görüşmək üçün evdən çıxıb.[28] Bundan təxminən yarım saat sonra evlərinə 5–6 nəfər gəldi, özlərini Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları kimi təqdim etdilər və Bəhruzdan narkotiklə məşğul olduğu haqqında şikayət olduğunu dedilər.[28] Axtarış zamanı onlar evdən Bəhruzun kompüterini, sənədlərini, diplomlarını, ingilis dilində içində Bəhruzun məqaləsi olan kitabı götürüblər.[28][29] Daha sonra Vəfa adlı bir vəkil ona zəng edib və Səmədovun "dövlətə xəyanət"də şübhəli bilindiyini, guya ermənilərlə yazışmasının müəyyən edildiyini, onların sifarişi ilə məqalələr yazdığını dedi.[28] Bəhruz Səmədov barədə 2 gün ərzində nə ailəsinə, nə də onun hüquqlarının müdafiəsi üçün ailəsi tərəfindən tutulan vəkil Zibeydə Sadıqova məlumat verilmədi.[30] Avqustun 23-də Bəhruz Səmədov barəsində Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət) maddəsi ilə ittiham irəli sürüldü və Səbail Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçildi.[31][32] İttihamları rədd edən[33] Bəhruz Səmədov DTX-da psixoloji və fiziki zorakılığa məruz qaldığını bildirdi.[34] Hazırda DTX-nin istintaq təcridxanasında saxlanılır.

Bəhruz Səmədovun həbsi bir sıra yerli və beynəlxalq təsisatlar tərəfindən sərt təndiq edilib. Çexiyanın Xarici İşlər Nazirliyi onun həbsindən narahat olduğunu, vəziyyəti yaxından izlədiyini bildirmişdi.[35] Avropa İttifaqının (Aİ) xarici məsələlər üzrə sözçüsü Peter Stano rəsmi Brüsselin “Cənubi Qafqazda sülhü müdafiə edən gənc alim” və Praqanın Karlov Universitetinin doktorantı Bəhruz Səmədovun işini “narahatlıqla izləyini” bildirmiş, jurnalistlərin və ictimai fəalların dəmir barmaqlıqlar arxasına salındığı həbs dalğası fonunda Azərbaycanı iqtidarını tənqid edəndən sonra həbs edilən tanınmış alimin hüquqlarına hörmət etməyə çağırmışdı. "Freedom House" isə müraciətində Azərbaycan iqtidarından politoloq Bəhruz Səmədovun cinayət təqibini dayandırmasını tələb etmiş, onu və iqtidarın digər tənqidçiləri azad etməyi çağırmışdı.[36] Həmçinin Səmədovun oxuduğu Karlov Universitetinin rəhbərliyi onun həbsindən narahat olduğunu, prosesləri izlədiyini bildirdi.[37]

Tarixçi Altay Göyüşov Səmədovun həbsini Azərbaycan və Ermənistan arasında “müharibə zamanı sülh və mehriban qonşuluq münasibətlərinin tərəfdarı olanlara” qarşı yönəlmiş daha geniş repressiya dalğasının bir hissəsi olduğunu bildirmişdi.[38]

  1. 1 2 3 Ülviyyə Quliyeva / Voice of America (VOA). "Bəhruz Səmədov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib" (az.). 25 avqust 2024. 2024-08-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 avqust 2024.
  2. JAM News. "Azerbaijani political analyst charged with treason". www.jam-news.net (ing.)). 25.08.2024. 2024-08-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25.08.2024.
  3. 1 2 Caucasus Studies Jena - Friedrich-Schiller-Universität Jena. "Bahruz Samadov". www.kaukasiologie.uni-jena.de (ing.)). 25.08.2024. İstifadə tarixi: 25.08.2024.
  4. 1 2 3 Meydan TV. "NİDA üzvü saxlanıldı və buraxıldı (yenilənib)". www.meydan.tv (az.)). 25.08.2024. 2024-08-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25.08.2024.
  5. "Gözətçi" Siyasi Hüquqlara dair Məlumat Portalı. "Police detained more than 20 participants of protest demanding freedom for Tofig Yagublu". www.gozetci.az (ing.)). 25.08.2024. 2024-08-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25.08.2024.
  6. Peter Steiniger / Neues Deutschland. "Einkassiert: Regierungskritiker in Aserbaidschan festgenommen". www.nd-aktuell.de (alm.)). 25.08.2024. 2024-08-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25.08.2024.
  7. CivilNet. "Bahruz Samadov, an Azerbaijani researcher and freelance journalist known for his peace advocacy and criticism of Aliyev's regime, was detained in Baku, reportedly on treason charges". www.civilnet.am (ing.)). 25.08.2024. 2024-08-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25.08.2024.
  8. OC Media. "Bahruz Samadov's articles published in OC Media". www.oc-media.org (ing.)). 25.08.2024. 2024-08-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25.08.2024.
  9. 1 2 Eurasianet. "Bahruz Samadov's articles published in Eurasianet". www.eurasianet.org (ing.)). 25.08.2024. 2024-07-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25.08.2024.
  10. openDemocravy. "Bahruz Samadov's articles published in openDemocravy". www.opendemocracy.net (ing.)). 25.08.2024. 2024-08-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25.08.2024.
  11. Institute for War and Peace Reporting (IWPR). "Bahruz Samadov's articles published in Institute for War and Peace Reporting". www.iwpr.net (ing.)). 25.08.2024. 2024-08-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25.08.2024.
  12. Baku Research Institute. "Bahruz Samadov's translation published in Baku Research Institute". www.bakuresearchinstitute.org (ing.)). 25.08.2024. 2021-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25.08.2024.
  13. Italian Institute for International Political Studies. "Bahruz Samadov's articles published in Italian Institute for International Political Studies". www.ispionline.it (ing.)). 25.08.2024. İstifadə tarixi: 25.08.2024.
  14. International Journal of Politics, Culture, and Society. "Bahruz Samadov's articles published in International Journal of Politics, Culture, and Society". www.ips-journal.eu (ing.)). 25.08.2024. 2024-08-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25.08.2024.
  15. New Eastern Europe. "Bahruz Samadov's articles published in New Eastern Europe". www.neweasterneurope.eu (ing.)). 25.08.2024. 2024-08-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25.08.2024.
  16. Voxpot. "Ázerbajdžánské úřady zadržely publicistu kritického k vládě. Psal i pro Voxpot". www.voxpot.cz (çex.)). 25.08.2024. 2024-08-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25.08.2024.
  17. ro:Ziarul de Gardă. "Un politolog din Azerbaidjan, arestat sub acuzația de „trădare de țară", după ce a criticat guvernarea statului și războiul din Karabakh". www.zdg.md (rum.)). 25.08.2024. 2024-08-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25.08.2024.
  18. Europa Liberă România. "Activistul și jurnalistul azer Bahruz Samadov, reținut la Baku și acuzat de trădare". www.romania.europalibera.org (rum.)). 25.08.2024. 2024-08-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25.08.2024.
  19. Bəhruz Səmədov / OC Media. "Opinion". www.oc-media.org (ing.)). 25.08.2024. 2024-05-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25.08.2024.
  20. Axar.az. "Ermənidən artıq erməni olan Bəhruz kimdir?". www.axar.az (az.)). 25.08.2024. 2024-08-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25.08.2024.
  21. "Yeni Müsavat" onlayn ictimai-siyasi qəzet. ""Erməni dığaları Bəhruz kimi yaza bilmir"". www.musavat.com (az.)). 25.08.2024. 2023-05-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25.08.2024.
  22. Milli.az. ""Bəhruz Səmədov" rəzilliyi - Erməni mediasının yeni "ulduzu" peyda olub". www.news.milli.az (az.)). 25.08.2024. 2024-08-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25.08.2024.
  23. BBC News Руссkая Служба. "Ученого-миротворца арестовали в Азербайджане за измену родине. Он переписывался с армянами". www.bbc.com (rus.)). 25.08.2024. 2024-08-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25.08.2024.
  24. რადიო თავისუფალი ევროპა/რადიო თავისუფლება. "ბაჰრუზ სამადოვი: ვინ არის აქტივისტი, რომელიც ბაქოში „ღალატის" ბრალდებით დააკავეს". www.radiotavisupleba.ge (gürc.)). 25.08.2024. 2024-08-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25.08.2024.
  25. OC Media. "OC Media contributor Bahruz Samadov reportedly detained in Baku for 'treason'". www.oc-media.org (ing.)). 25.08.2024. 2024-08-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25.08.2024.
  26. Hetq. "Scholar Critical of Azerbaijani Government Detained in Baku on Drug Possession Charges". www.hetq.am (ing.)). 25.08.2024. 2024-08-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25.08.2024.
  27. Новая газета Европа. "Азербайджансkого ученого задержали на родине за госизмену из-за переписоk с армянами". www.novayagazeta.eu (rus.)). 25.08.2024. 2024-08-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25.08.2024.
  28. 1 2 3 4 Turan İnformasiya Agentliyi. "Young political scientist Bahruz Samedov detained". www.turan.az (ing.)). 25.08.2024. 2024-08-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25.08.2024.
  29. Agos. "Azerbaycan'da araştırmacı-gazeteci Bahruz Samadov gözaltına alındı". www.agos.com.tr (türk.)). 25.08.2024. 2024-08-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25.08.2024.
  30. Turan İnformasiya Agentliyi. "Zibeyda Sadygova cannot get meeting with Bahruz Samedov (updated)". www.turan.az (ing.)). 25.08.2024. 2024-08-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25.08.2024.
  31. Turan İnformasiya Agentliyi. "Court arrests Bahruz Samedov for 4 months". www.turan.az (ing.)). 25.08.2024. 2024-08-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25.08.2024.
  32. Радио Азатутюн. "Ադրբեջանում վերջին մեկ ամսվա ընթացքում երկրորդ գիտնականն է ձերբակալվել՝ հայերի օգտին լրտեսության մեղադրանքով". www.azatutyun.am (erm.)). 25.08.2024. 2024-08-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25.08.2024.
  33. Bianet - Bağımsız İletişim Ağı. "Azerbaycanlı siyaset bilimci Bahruz Samadov'a 4 ay hapis". www.bianet.org (türk.)). 25.08.2024. 2024-08-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25.08.2024.
  34. Новая газета Европа. "Азербайджансkого ученого Бахруза Самедова арестовали на четыре месяца по делу о «госизмене»". www.novayagazeta.eu (rus.)). 25.08.2024. 2024-08-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25.08.2024.
  35. Rasmus Canback / Blankspot. "Czech MFA: "We are informed about the situation of Mr Bahruz Samadov"". www.blankspot.se (isveç.)). 25.08.2024. 2024-08-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25.08.2024.
  36. Кавkазсkий Узел. "Freedom House призвала власти Азербайджана освободить Бахруза Самедова". www.kavkaz-uzel.eu (rus.)). 25.08.2024. 2024-08-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25.08.2024.
  37. Brno Daily. "Charles University Raises Alarm Following Arrest of Doctoral Student In Azerbaijan". www.brnodaily.com (ing.)). 25.08.2024. 2024-08-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25.08.2024.
  38. Dor Shabashewitz / Eurasia Review. "Azerbaijani Researcher, Aliyev Critic Bahruz Samadov Charged With Treason – OpEd". www.eurasiareview.com (ing.)). 25.08.2024. 2024-08-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25.08.2024.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]