Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Səqərçin (Xudabəndə)
Səqərçin (fars. سقرچين‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 736 nəfər yaşayır (172 ailə).
Məhərin Məktəbi (1982)
Film Tovuz bölgəsindəki Bozalqanlı kəndinin qocaman kimya müəllimi Məhər Quliyevin pedaqoji fəaliyyətindən və onun qabaqcıl iş təcrübəsindən danışır. Film Azərbaycan Respublikası Maarif Nazirliyinin sifarişi ilə çəkilmişdir. Rejissor: Miri Rzayev Ssenari müəllifi: Ələkbər Abbasov, A.Əbilov Operator: Rəşid Nağıyev Səs operatoru: Şamil Kərimov Azərbaycan Respublikası Maarif Nazirliyi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 332.
Məhərin məktəbi (film, 1982)
Film Tovuz bölgəsindəki Bozalqanlı kəndinin qocaman kimya müəllimi Məhər Quliyevin pedaqoji fəaliyyətindən və onun qabaqcıl iş təcrübəsindən danışır. Film Azərbaycan Respublikası Maarif Nazirliyinin sifarişi ilə çəkilmişdir. Rejissor: Miri Rzayev Ssenari müəllifi: Ələkbər Abbasov, A.Əbilov Operator: Rəşid Nağıyev Səs operatoru: Şamil Kərimov Azərbaycan Respublikası Maarif Nazirliyi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 332.
Şəkərcik
Şəkərcik — Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi vahidində kənd. Kənd 1993-cü il avqustun 23-də Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunub. 9 noyabr 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. Kənd Şəkərciklər adı ilə də tanınır. Kəndin adı orta əsrlərdə Qarabağda yaşamış cavanşir tayfasına mənsub şəkərciklər tirəsinin adı ilə bağlıdır. Deyilənlərə görə bu kənd vaxtilə Şəkər adlı varlı bir qadının mülkü, bostan yeri olub. XIX əsrin əvvəllərində qarabulaqlı, dövlətli bir kişi bu yeri pul ilə ondan alıbdır. O vaxtdan həmin ərazi Şəkər xanımın bostanı, Şəkərin yeri kimi adlandırılmışdır. "Şəkər" sözünə "cik" hissəciyinin artırılması görünür ki, ərazinin kiçik olması ilə əlaqələndirilir. 1593-cü ilə aid olan Osmanlı qaynağında Şəkər mülk, yurd, torpağının adı kimi çəkilir.
Məzəcin
Məzəcin (fars. مزجين‎) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 542 nəfər yaşayır (124 ailə).
Mekertiç Portağalyan
Mekertiç Portağalyan (erm. Մկրտիչ Փորթուգալյան; 21 oktyabr 1848, Qumqapı, Konstantinopol, Osmanlı imperiyası – 26 sentyabr 1921, Marsel, Buş-dü-Ron) — Osmanlı ermənisi olan müəllim və Armenakan partiyasının qurucusu. Partiya 1885-ci ildə Van şəhərində qurulmuşdur. İstanbul şəhərində yaşayan bir bankirin oğlu olan Portağalyan Tokat şəhərində müəllimlik etmiş, 1878-ci ildə Qərbi Anadoluya və Balkanlara səyahət etdikdən sonra Van şəhərində bir məktəb açmışdır. Məktəb üzvlər arasında baş verən qarşıdurma səbəbilə ilin sonunda bağlanmışdır. Portağalyan 1881-ci ildə başqa bir məktəb açmış, lakin 1885-ci ildə Osmanlı rəsmiləri tərəfindən bağlanılmışdır. Bundan sonra o, Fransanın Marsel şəhərinə sürgün edilmişdir. Portağalyan 1885-ci ildə Marseldə məskunlaşaraq ilk inqilab tərəfdarı olan "Ermənistan" qəzetinin nəşrinə başlamışdır. == İstinadlar == == Xarici keçidlər == Mekertiç Portağalyan — Armenakan partiyasının rəsmi saytında.
Abani Mukerci
Abani Mukerci (hindcə: অবনীনাথ মুখার্জি, rus. Абанинатх Трайлович Мукерджи; 3 iyun 1891 və ya 1891, Cəbəlpur, Britaniya Hindistanı – 28 oktyabr 1937 və ya 1937, Moskva) — Hindistan kommunisti, SSRİ-də yaşamış mühacir, Hindistan Kommunist Partiyasının həmtəsisçisi, Stalin repressiyalarının qurbanı olan nadir hindlilərdən. == Həyatı == Abani Mukerci 3 iyun 1891-ci ildə Cubbulpur kəndində anadan olub. Məktəbi bitirdikdən sonra 1910-cu ildə pambıqçı olaraq çalışıb. 1912-ci ildə Almaniyaya və Yaponiyaya göndərilib. Almaniyada ikən sosializm ilə tanış olub və bu ideologiyanın yolu ilə getməyə başlayıb. Sonra Kəlküttəyə qayıdıb və pambıqçı Endrü Yuli Millin yanında çalışıb. 1914-cü ildə Raşbehari Bose ilə görüşüb inqilabi fəaliyyətə atıldı. 1915-ci ildə silah oğurlamaq üçün Yaponiyaya göndərildi. Sinqapurda ikən tutuldu və Fort Kemminq Həbsxanasında 2 il dustaq oldu.
Mererin gündəliyi
Mererin gündəliyi — Böyük Xeops ehramının tikintisində iştirak edən işçilərin gündəlik həyatını təsvir edən 4500 il əvvəl yazılan mətndir. 2013-cü ildə Əl-Cərf Vadisi mağarasında papirus üzərində yazılmış halda aşkar edilmişdir. Bu papirus tapılan ən qədim papirusdur. Mererin gündəliyi Firon Xeopsun hakimiyyətinin 27-ci ilinə təsadüf edir. Burdakı yazılar 3 ay ərzində əhəng daşlarının Toradan Cizəyə daşınmasını təsvir edir.
Pranab Mukerci
Pranab Kumar Mukerci (benq. প্রণব মুখোপাধ্যায়, ing. Pranab Mukherjee ; d. 11 dekabr 1935, Mirati kəndi, Benqaliya, Britaniya Hindistanı) — Hindistan dövlət xadimi, Hindistanın 13-cü prezidenti (25 iyul 2012 — 25 iyul 2017). Pranab Kumar Mukerci 11 dekabr 1935-ci ildə Benqaliyanın Mirati kəndində anadan olmuşdur. Kəlküttə universitetini bitirmişdir. 25 iyul 2012-ci ildə Hindistanın prezidenti seçilmişdir.
Rani Mukerci
Rani Mukherci (ing. Rani Mukerji və ya Rani Mukherjee) — əslən Hindistanlı film aktrisası. Mukherci-Samart ailəsində anadan olan Rani aktyorluq sahəsində hələ məktəbdə oxuyarkən Biyer Phool (1996) filmi ilə debüt etmişdir. Bollivudda əsas karyerasına 1997-ci ildə çəkildiyi Mənim kralım gələcək filmi ilə başlayıb. Növbəti il isə Karan Coharın rekordlar qıran və romantika janrında olan Nəsə baş verir filmində rol alıb. Bu filmdəki performansına görə Filmfare Ən Yaxşı Köməkçi Aktrisa Mükafatına layiq görülüb. 21 Aprel 2014 Rani və Aditya Çopra ilə evlənib. Rani Mukherci 21 mart 1978-ci ildə Qərbi Benqaliyanın Kəlkütə şəhərində anadan olmuşdur. Mukherci ailəsi özünə görə çox tanınmış ailə sayılır. Raninin atası Ram Mukherci tanınmış rejissor, anası isə müğənnidir.
Şəkərcik yaşayış yeri
Şəkərcik — Azərbaycanın Füzuli rayonu ərazisində qədim yaşayış yeri. Yaşayış yeri Şəkərcik kəndinin ərazisində yerləşir. Şəkərcik ərazisində tədqiqatlar zamanı söbut olunmuşdur ki, burada e.ə. I minilliyin əvvəllərində Son Tunc dövrünə aid yaşayış yerləri olub. Arxeoloji axtarış və kəşfiyyat qazıntısı zamanı bu ərazidən küpə, cam, çölmək, qazan, xeyrə və s. gil qab qırıqlarının nümunələri aşkar olunmuşdur ki, bunlar da əldə və dulus çarxında hazırlanmışdır. Buradan dəvəgözü (obsidian) qəlpələri, dəndaşı, daş toxalar da aşkar edilmişdir. Qabların bəzisinin səthi səliqə ilə cilalanmış, hamarlanmış, kəsmə naxışla bəzədilmişdir. Tədqiqatlar bunu deməyə əsas verir ki, qədim dövrlərdə bu ərazilər oturaq əkinçi-maldar tayfalarına məxsus olmuşdur.