Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Mələuez rayonu
Mələuez rayonu (başq. Мәләүез районы) — Rusiya Federasiyası, Başqırdıstan Respublikasının ərazisinə daxil olan inzibati rayon. İnzibati mərkəzi Meleuz şəhəridir. == Coğrafiyası == Rayon Başqırdıstanın cənubunda yerləşir. Rayonun sahəsi 3232 km²-dir. Rayon ərazisinin qərb hissəsi Pribelskaya təpəli düzənliyində, cənub hissəsi Ümumi Şırtın şimal bölgəsində, şərq hissəsində isə Başqırd (Cənubi) Uralının qərb silsilələri keçir. Hidroqrafik şəbəkə qeyri-bərabər paylanır. Aqidel çayı və onun qolları Nuquş, Suxail, Aşkadar, Meleuz çayları ilə təmsil olunur. İqlimi mülayim kontinental, qurudur. Tünd boz meşə torpaqları geniş yayılmışdır.
Kətəməz
Kətəməz — yeni bala vermiş heyvandan sağılan ilk süddən bişirilmiş xörək. Kətəməz bişirildikdən sonra adətən onun bir hissəsi qonşulara paylanır. Pay alan qonşular isə pay aldığı qaba imkan çatan hər hansı bir pay qoyur. Heç nəyə imkanı olmayan qonşular həmin qaba duz qoyub qaytararlar. Adət-ənənəyə görə qabı boş qaytarmaq olmaz. Kətəməzi ağuz südü olmadıqda süni surətdə hazırlamaq olur. Bunun üçün hər bir litr südə bir yumurta vurmaqla hazırlamaq olur. Qeyd edək ki, süni kətəməzi qonşulara pay vermək münasib sayılmır.
Mənəmən
Mənəmən — yumurta, bibər, pomidor və istəyə bağlı olaraq soğan istifadə edilərək hazırlanan Türkiyə yeməyi. İlk dəfə əhali mübadiləsi nəticəsində İzmirin Menəmən ilçəsinə gələn girit türkləri tərəfindən hazırlanmış və adını ilçədən almışdır.
Kələmə
Kələmə— İranın Buşehr ostanının Dəştistan şəhristanının Buşkan bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1,937 nəfər və 436 ailədən ibarət idi.
Ələyəz
Ələyəz (Dərələyəz) — İrəvan quberniyasının Şərur—Dərələyəz qəzasında, indi Keşişkənd (Yeğeqnadzor) rayonunda kənd. Alagöz — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Alagöz (Araqadz) rayonunda kənd. Böyük Camışlı.
Fərəməz Maqsudov
Maqsudov Fəraməz Qəzənfər oğlu (20 mart 1930, Naxçıvan – 30 iyul 2000, Bakı) — fizika-riyaziyyat elmləri doktoru, akademik, Azərbaycan Elmlər Akademiyasının (AEA) prezidenti (1997–2000). == Həyatı == Fəraməz Maqsudov 1930-cu il martın 20-də Azərbaycan Respublikası Naxçıvan şəhərində anadan olmuşdur. Maqsud xanın nəslindəndir. Fəraməz Maqsudov 1948-ci ildə Naxçıvan şəhərindəki 1 nömrəli məktəbi qızıl medalla bitirmişdir. == Elmi fəaliyyəti == 1954-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) fizika–riyaziyyat fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1959-cu ildə fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, 1974-cü ildə fizika-riyaziyyat elmləri doktoru elmi dərəcələrini, 1976-cı ildə professor elmi adını almış, 1976-cı ildə AEA-nın müxbir üzvü, 1980-ci ildə isə həqiqi üzvü seçilmişdir. 1954–2000-ci illərdə Riyaziyyat və Mexanika İnstitutunda əyani aspirant, kiçik elmi işçi, böyük elmi işçi, baş elmi işçi, elmi işlər üzrə direktor müavini, direktor vəzifələrində çalışmışdır. AEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi (1980–1997), AEA prezidenti (1997–2000), 1994–2000-ci illərdə Dövlət Ali Ekspert Komissiyasının sədri, Milli Məclisin üzvü olmuşdur. F.Maqsudov 2000-ci ildə Bakıda vəfat etmiş, Fəxri Xiyabanda dəfn edilmişdir. == Əsas elmi nailiyyətləri == F.Maqsudovun əsas elmi tədqiqatları funksional analiz, differensial tənliklər və funksiyalar nəzəriyyəsi sahəsinə aiddir.
Qələmə qovağı
Səmavi Mələkə
Səmavi Mələkə (lat. Regina Caeli) əsasən Katolik Kilsəsinin xristianları və daha az dərəcədə Anqlikanizm, Lüteranizm, və Şərqi Pravoslavlıqda xristianlar tərəfindən Bakirə Məryəmə verilən ünvandır. . Bu mövzuya dair katolik təlimi 1954-cü ildə Papa XII Pius tərəfindən nəşr edilmiş Ad Caeli Reginam ensiklopediyasında ifadə edilir. Məryəmin oğlu İsa Məsih İsrailin və İsrailin padşahı, eyni zaman da səmavi kral olduğuna görə Məryəmin də Cənnət Kraliçası adlandırıldığını bildirir. Həqiqətən də, İsrailin Davud ənənəsi padşahın anasını İsrailin Ana Kraliçası kimi tanıyırdı. "Səmavi Mələkə" titulu uzun müddətdir ki, katolik ənənəsi olub, dualara və sədaqət ədəbiyyatına daxil edilib və Qərb sənətində yüksək orta əsrlərdən Məryəmin tacqoyma mərasimi, ona kilisə tərəfindən rəsmi tərif statusu verilməmişdən çox əvvəl görülürdü. Səmavi Mələkə (lat. Regina Caeli) İsanın anası Məryəmin istifadə etdiyi bir çox Kraliça titullarından biridir. Bu titul qismən qədim katolik təlimindən irəli gəlir ki, Məryəm yer üzündəki həyatının sonunda bədən və ruhən cənnətə qəbul edilib və orada Kraliça kimi şərəfləndirilib. Pius XII 13 may 1946-cı ildə Fatimaya radio mesajında Kraliça titulunun teoloji səbəblərini izah etdi, Bendito seja :O, Allahın Oğlu, səmavi Anası üzərində Onun padşahlığının izzətini, əzəmətini və hökmranlığını əks etdirir, çünki insan Qurtuluş işində Şəhidlər Padşahı ilə … Ana və əməkdaşlıq edən kimi iştirak edərək, o, qalır.
Ümmü Sələmə
Hind, Əbi Üməyyə Məxzumi qızı ləqəbi Ümmü Sələmə(ər:أم سلمة) olan islam peyğəmbərinin (s.a.s) zövcəsi. Ümmü sələmə alim birisi idi elə ki dini və Əhli-Beyti yaxşı tanıması üçün çoxlu kitablar oxuyub və hər sözü rahatlıqla təsdiqləməzdi. Buna görə də toplum arasında(قاریةالکتب) çox kitab oxuyan adı ilə məşhur olmuşdur. == Yaşayışı == Ümmü Sələmə və ilk əri Əbdüllah ibni Əbdüləsəd ilk müsəlmanlardan idi. Əri Uhud döyüşündə öləndən sonra peyğəmbərin xanımı oldu. Onun adı Əhli beytə görə hədislər nəql etdiyi üçün müsəlmanlar arasında məşhur olmuşdur. Bunun səbəbi də Fatimə binti Əsəd (Əlinin anası) vəfat etdikdən sonra Məhəmməd onu Fatimənin himayəçiliyinə verdi.
Ələyəz (Dərələyəz)
Ələyəz, Alagöz — İrəvan quberniyasının Şərur—Dərələyəz qəzasında, indi Keşişkənd (Yeğeqnadzor) rayonunda kənd. == Tarixi == Rayon mərkəzində 15 km şimal-şərqdə, Alagöz çayının yanında, Alagöz çayının sağ qolu olan Yoğun su çayının sahilində yerləşir. Kəndin adı 1728-ci il tarixdə tərtib edilmiş «İrəvan əyalətinin icmal dəftəri»ndə Ələyəz, Qafqazın 5 verstlik xəritəsində Alagöz, «Сборник сведений о Кавказе» toplusunda Alagöz və Alayaz (364, N° 770) formasında qeyd edilmişdir. Erməni mənbələrində Alayaz, Alagəz, Alagöz kimi qeyd edilir. Fikrimizcə, Kəndin ilkin və əsil adı «Alagöz«dür. Burada XI-XIII əsrlərə aid azərbaycanlılarla bağlı tarixi abidələr vardır. Kəndin adı V əsrdən xatırlanır. Toponim alagöz türk etnonimi əsasında əmələ gəlmişdir. Alagöz türk tayfası haqqında ilk məlumata Vamberinin 1863 - cü ildə türk tayfaları ilə bağlı məlumatında rast gəlinir. Etnotoponimdir.
Ələyəz dağı
Alagöz dağı — Ermənistanın ən yüksək dağıdır. Hündürlüyü 4090 metrdir. İrəvan şəhərindən 40 km şimal-qərbdə yerləşən sönmüş bir stratovulkandır. == Toponim == Alagöz dağı - İrəvan xanlığı ərazisində ən böyük dağın adı. V əsrə aid ermənicə mənbələrdə yazılışı Araqadz kimidir (Favst Buzald, III, kitab, 24-cü fəsil, Moisey Xorenasi, I kitab, 12-ci fəsil). Qədim ermənicə dağın adı Qaxtik (Xaldik adının qədim erməni dilində l səsi olmadığına görə yazılışıdır, Urartuluların etnik adı olan Xaldi, Haldi adındandır) olmuşdur. Bir sıra tədqiqatçıların Alagöz adının erməni dili əsasında etimologiyası haqqında axtarışları nəticəsiz qalmışdır. Qax rayonunun Sarıbaş kəndi yaxınlığında Alagöz dağının adı ilə mənaca eynidir. Əslində bu oronim qədim türkcə olmaq etibarilə ala və kəz (gəz) hissələrindən ibarətdir. Adın birinci komponenti olan ala sözü türk dillərində geniş (böyük) mənasındadır və bu söz məsələn, Alazan (əsli Alaözən) Geniş çay çayının adında da vardır.
Ələyəz rayonu
Araqats rayonu, Alagöz rayonu[mənbə göstərin], Ələyəz rayonu[mənbə göstərin] — Ermənistanda mövcud olmuş rayon. 1937-1951-ci illərdə mövcud olmuşdur. Mərkəzi Alagöz kəndi idi. 1972-ci ildə yenidən yaradılarkən Araqats rayonu adı ilə yaradılmış, mərkəzi isə Saxkaovit kəndi olmuşdur. Ermənistan SSR Ali Soveti Rəyasət heyətinin 15 mart 1972-ci il fərmanı ilə Abaran, Artik və Spitak rayonlarının bəzi əraziləri - kəndləri əsasında yaradılmışdır. Sahəsi 382,2 km² - dir. Rayonun adı Azərbaycan dilində Ələyəz formasında qeyd edilir. Ələyəz «Alagöz»ün fonetik formasıdır. Rayon Alagöz (Ələyəz) dağının ətəyində yerləşir. Toponim alagöz türk etnonimi əsasında əmələ gəlmişdir, Etnotoponimdir.
Ələyəz məbədi
Ələyəz məbədi — Dərələyəz mahalının Keşişkənd (06.12.1957-ci ildən — Yeğeqnadzor) rayonunun Ələyəz kəndinin şərqində yerləşən alban xristian məbədidir. == Haqqında == XIII yüzildə tikildiyi ehtimal olunan və planı düzbucaq şəklində olan bu günbəzli məbədin ətrafı geniş qəbiristanlıqla əhatələnmişdir. Qəbiristanlığın çox hissəsi hazırda bağ və əkin sahələrinə çevrilmişdir. Qəbirüstü sənduqə və daşların üzərindəki yazılardan onların 1301, 1318, 1325, 1342, 1345, 1349-cu illərə aid olduqları anlaşılır. Məbədin cənub tərəfində qəbiristanlıqda böyük sərdabənin divarlarının qalıqları var idi. Qədimdən Türk-Oğuz boylarının yurdu olan Ələyəz kəndinə (11 ailədə 58 nəfər) 1828–1829-cu illərdə İrandan ermənilər köçürülüb gətirilmişlər.
Həbib ibn Məsləmə
Əbu Əbdürrəhman (Əbu Məsləmə) Həbib ibn Məsləmə bin Malik əl-Fihri (610-cu illər, Məkkə – 662, Ermənistan) — Suriya, Anadolu və Naxçıvan fəthlərinə qatılan ərəb sərkərdəsi, Ərməniyyənin valisi. == Həyatı == Həbib ibn Məsləmə 610-cu ildə doğulmuşdu. Qureyş qəbiləsinin Fihr qoluna mənsubdur. Anadoluya etdiyi bir çox basqın səbəbiylə Həbibür-Rum deyə də anılır. 630-cu ildə müsəlman oldu. Həzrət peyğəmbərlə qəzavatda iştirak etmək üçün Mədinəyə getdi və Təbük qəzasında oldu. Ancaq onun səhabə olmadığını söyləyənlər də vardır. Xalid ibn Vəlid onu, Büsr ibn Əbu Ərtat ilə birlikdə Gūtatü Dəməşqin bəzi kəndlərinə basqın etmək üçün göndərdi. Həbib, 636-cı ildə bir avanqard süvari birliyinin başında Yermük savaşına qatıldı və Suriyanın önəmli bir qismini fəth etdi. Ayrıca İyaz ibn Qanın ilə birlikdə Əntakiyəni ikinci dəfə fəth etdi (638) və Cürcümə şəhəri üzərinə yürüdü.
Məhəməd xan Təkinski
Məhəmməd xan Təkinski (1880, Aşqabad qəzası[d], Rusiya imperiyası – 18 mart 1938) — Azərbaycanlı siyasətçi, diplomat, dövlət xadimi. İxtisasca ali təhsilli hüquqşünasdır. == Həyatı == Məhəmməd xan Təkinski 1879 və yaxud 1880-ci ildə Mərkəzi Asiyada Axal-Təki vadisində rusların türkmənlərlə müharibəsi zamanı anadan olsa da, Naxçıvanda böyüyüb boya-başa çatmış, Kəngərlilər nəslinin nümayəndələrindən biri olan Ehsan xanın oğulluğu olmuşdur. Son illərə qədər onun doğum tarixi dəqiq məlum olmasa da, tədqiqatçı Ataxan Paşayevin Odessa vilayətinin dövlət arxivində apardığı araşdırmalar nəticəsində Təkinskinin İmperator Novorosiysk Universitetinin hüquq fakültəsinin tələbəsi olarkən hazırlanmış şəxsi işini aşkarlaması bu suallara aydınlıq gətirmişdir. Tədqiqatçı A. Paşayev "Məhəmməd xan Təkinski kimdir?" adlı məqaləsində yazır ki, Tiflis şəhəri birinci gimnaziyanın şagirdləri haqqında verilmiş məlumatda M. Təkinskinin atasının adı qrafasında "Ehsan xan Təkinski", qəyyumu adlı qrafada "Cəfərqulu xan Naxçıvanski" göstərilmiş, milliyyəti "türkmən", dini etiqadı "müsəlman", təvəllüdü "1879-cu il" qeyd olunmuşdur. 1881-ci il yanvar ayının 12-si günü baş vermiş rusların türkmənlərlə Göytəpə qalasını ələ keçirmək uğrunda apardıqları mübarizə zamanı bütün qohumları rus əsgərləri tərəfindən məhv ediləndə, onu bir saman tayasının yanında rus ordusunun polkovniki olan II Ehsan xan tapmış və oğulluğa götürmüşdür. AMEA Naxçıvan Bölməsinin əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Musa Quliyevin yazdığına görə sonralar Naxçıvana gələn II Ehsan xan bu uşağı da özü ilə bərabər gətirmişdir. Gələcəkdə Azərbaycan tarixində özünəməxsus rol oynayacaq Məhəmməd xan Təkinski Cəfərqulu xan, Rəhim xan və Hüseyn xan Naxçıvanskilərin əhatəsində böyümüşdür. === Təhsili === Tiflis birinci kişi gimnaziyasını, 1908-ci ildə isə Odessada yerləşən İmperator Novorosiysk Universitetinin hüquq fakültəsini bitirən Məhəmməd xan Təkinskininin 1918-ci ilə qədərki fəaliyyəti ilə bağlı məlumatlar demək olar ki, yox səviyyəsindədir. Bu universitetdə Naxçıvanın XX əsr tarixində rol oynamış digər görkəmli simalar – Azərbaycan Xalq Cumhuriyyətinin Batumdakı konsulluğunun katibi olmuş Əziz bəy Qədimbəyov, Əliqulu xan Kəlbəlixanov, Hidayət bəy Sultanov, Həmid bəy Şahtaxtılı da təhsil almışlar.
Məsləmə ibn Əbdülmalik
Məslamə bin ʿƏbd əl-Malik bin Mərvān (ərəb. مسلمة بن عبد الملك‎‎‎) — Xəlifə Əbdülmalikin oğlu, 716-718 (hicri 98-99)-ci illərdə Konstantinopolun mühasirəsiylə şöhrət qazanmış ən məşhur Əməvi sərkərdələrindən biri. Kiçik Asiyada bir çox uğur qazanan əmisi Məhəmməd ibn Mərvan kimi, o da kənizdən doğulduğundan Xilafətə vərəsəlikdən məhrum olmuşdu. Doğum tarixi naməlumdur. 738(hicri 121\124)-ci ilin dekabrında(məhərrəm)ayında vəfat edib. Atasının son hakimiyət ili olan 705(86)-ci ildən başlayaraq, Məslamə, Bizans ərazisində mütəmadi yay, bəzən qışa qədər uzanan, yürüşləri keçirir. == Qafqazda vali vəzifəsində == 709-ci ildə Məslamə Azərbaycanın və Ərməniyyənin valisi vəzifəsində öz əmisi Məhəmməd ibn Mərvanı əvəz edir. Xilafətin şimal-qərb ərazilərinə nəzarət edərək Bizansa bir sıra yürüş edir. 712-ci ildə Amasyanı alır, 714-ci ildə Malatyanı. Məslamənin başçılığı altında ərəb qoşunları Qafqazda irəliləyir.
Menemen
Menəmən (türk. Menemen) — İzmir ilinin ilçəsi. İzmirin şimalında yer alır. İl mərkəzinə uzaqlığı 37 km-dir. İlçənin şimalında Əliağa və Foça, cənubunda Çiğli, Qarşıyaxa və Bornova ilçələri, şərqində Manisa ili, qərbində İzmir körfəzi yerləşir. İlçənin sahəsi 573 km2-dir. 2019-cu ilin statistikasına əsasən ilçə əhalisi 179,881 nəfərdir.
Menemən
Menəmən (türk. Menemen) — İzmir ilinin ilçəsi. İzmirin şimalında yer alır. İl mərkəzinə uzaqlığı 37 km-dir. İlçənin şimalında Əliağa və Foça, cənubunda Çiğli, Qarşıyaxa və Bornova ilçələri, şərqində Manisa ili, qərbində İzmir körfəzi yerləşir. İlçənin sahəsi 573 km2-dir. 2019-cu ilin statistikasına əsasən ilçə əhalisi 179,881 nəfərdir.
Menəmən
Menəmən (türk. Menemen) — İzmir ilinin ilçəsi. İzmirin şimalında yer alır. İl mərkəzinə uzaqlığı 37 km-dir. İlçənin şimalında Əliağa və Foça, cənubunda Çiğli, Qarşıyaxa və Bornova ilçələri, şərqində Manisa ili, qərbində İzmir körfəzi yerləşir. İlçənin sahəsi 573 km2-dir. 2019-cu ilin statistikasına əsasən ilçə əhalisi 179,881 nəfərdir.
Telemea
Telemea pendiri-Telemea ənənəvi olaraq qoyun südündan hazırlanmış Rumıniya pendirinin adıdır. İndiyə qədər termin inək südündən hazırlanmış pendir, bəzi hallarda isə keçi və ya camış südünündən hazırlanır. == Etimologiyası == Rumın dilində Telemean adı "yuvarlanmış" mənasını verir ki bu da türk termini olub teleme sözündən götürülmüşdür. == Təsviri == Yunan pendiri Feta'a oxşar olub, Telemea yüksək miqdarda sudan ibarət olmaqla yumşaq quruluşa malik , krem tərkibli və ağızda qalan dada malik pendir növüdür. Alternativ olaraq, pendir daha qarışıq, daha ətirli və duzlu hala gətirən yaşlanma prosesindən keçirilir. Cirə toxumları bəzən ədviyyatlı, ceviz ləzzəti vermək üçün əlavə olunur. Bu pendir qəlyanaltılar, salatlar və müxtəlif yeməklər (məsələn, omlet, blinçik, piroq) üçün masa pendiri kimi istifadə olunur. == İstehsalat == Telemea pendiri hazırlanarkən, südə pendir mayası əlavə edib çürüdülür. Ən çox inək və qoyun südü istifadə olunur, keçi və inək südündən hazırlandıqda isə daha zərif olur. Nəticədə çürümüş süd süzgəcdən keçirilir və xüsusi pendir qablarında saxlanılır, gecə boyu sıxılır, sonra kvadrat hissələrə bölünür.
Meleuz
Meleuz — Rusiya Federasiyasında yerləşən şəhər Başqırdıstan Respublikasına daxildir
Sən gəlməz oldun
“Sən gəlməz oldun” — bəstəkar Ələkbər Tağıyevin şairə Mədinə Gülgünün sözlərinə bəstələdiyi mahnı. Mahnını vaxtı ilə Zeynəb Xanlarova, Məmmədbağır Bağırzadə, Faiq Ağayev və s. ifa ediblər. Xarici müğənillərdən Türk dilində Sibel Can və Gülay Sezər, Azərbaycan dilində Sati Kazanova, Rus dilində Soqdiana (“Məni yada sal” adı ilə).
Kelemen Mikeş
Kelemen Mikeş (mac. Mikes Kelemen; avqust 1690, Zebala[d], Kovasna – 2 oktyabr 1761, Təkirdağ) — Transilvaniya doğumlu macar siyası xadimi. Habsburq monarxiyası əleyhinə etdiyi üsyankar fəaliyyətlərinə görə tanınır. Mikeşə "Macarıstanın Götesi" deyə istinad edirlər. "Türkiyədən məktublar" adlı əsəri ilə məşhurlaşmışdır. Mikeş macar ədəbi nəsrinin banislərindəndir və Macarıstanın ilk nasirlərindən hesab olunur. Zaqonda anadan olmuş və Zebaledə böyümüşdür. Reç Pospolitaya, Fransaya və, nəhayət, sonunda Osmanlı İmperiyasına qaçmağa məcbur olanadək Habsburqlara qarşı mübarizə aparmışdır. Transilvaniya şahzadəsi Ferens Rakoçi ilə birlikdə Təkirdağda sürgündə olarkən məqalələrini tamamlamışdır. 1735-ci ildə Rakoçinin ölümündən sonra ölümünə qədər sürgündə qaldı.
Meleqet hili
Menemen hadisəsi
Menemen hadisəsi ya da Kubilay hadisəsi — 23 dekabr 1930 günü həyata keçən, İzmir'in Menemen ilçəsində, əsgərliyini ehtiyatda olan zabit olaraq etməkdə olan müəllim Mustafa Fəhmi Kubilay'ın və yardımına gələn gözətçilər Həsən və Şövqi'nin şəriət istəyən bir qrup tərəfindən başı kəsilib bir çubuğun üzərinə bağlanaraq küçələrdə gəzdirilməsilə başlayan hadisələr zənciri. Respublika tarixinin ən önəmli hadisələrindən biridir. Hadisələrin ardından bölgədə hərbi vəziyyət elan edilmiş, General Mustafa Muğlalı idarəsində qurulan Divan-i Hərbdə günahkarlar müxtəlif cəzalara məhkum edilmişdir. == Hadisələrin inkişafı == Mustafa Fəhmi Kubilay, 1930-cu ildə Menemendə ehtiyat zabit sifətilə əsgərlik vəzifəsini etməkdə idi. 23 dekabr 1930 səhəri Menemendə cərəyan edən hadisələr ümumi deyilənə görə bu seyri izləmişdir: Şeyx Əsədin Manisada Nəqşibəndi təriqətini yaymaqla vəzifələndirdiyi Laz İbrahim tərəfindən istiqamətləndirilən, Manisa tərəfindən gələn çəmbər saqqallı, sarıqlı və cübbəli dördü silahlı 6 şəxs, 23 dekabr 1930-da sübh namazından sonra məsciddən aldıqları Yaşıl Sancağı yola dikərək silah gücü ilə ətraflarına adam toplamağa çalışırlar. Başçılar arasında, Kritli Dərviş Məhəmməd, Şamdan Məhəmməd, Sütçü Məhəmməd Əmin, Nalıncı Həsən, Kiçik Həsən var idi. Derviş Məhəmməd məsciddə namaz qılanlara özünü "Mehdi" olaraq tanıtdı və dini qorumağa gəldiklərini söylədi. Arxalarında 70 min nəfərlik Xəlifə ordusu olduğunu, günorta saatlarına qədər şəriət bayrağı altında toplanmayanların qılıncdan keçiriləcəyini söylədilər. Məsciddəki yaşıl bayrağı alıb, uzun bir çubuğa taxdılar və Menemen şəhər meydanında qazdıqları bir çuxura dikdilər. Bayrağın çevrəsində dönməyə, təkbir gətirməyə, zikr etməyə və "Papaq geyən kafirdir!
Menemen qırğını
Menemen qırğını — 16–17 iyun arası 1919-cu ildə qərbi Türkiyədəki Menemen şəhərində yunanlar tərəfindən törədilmiş kütləvi qətl. Qırğın yunan qoşunlarının İzmir ətrafı şəhərlərin işğalından dərhal sonra baş vermişdir. Menemendə kütləvi formada insanların qətlini yerli yunanlarla birlikdə müttəfiq dövlətləri təmsil edən krit briqadasının dörd generalı başçılıq edirdi. 1919-cu ildə hazırlanmış oktyabr hesabatında şəhərdəki yerli silahsız etnik türklər arasında bir gün ərzində 200 nəfərdən 1.000 nəfərə qədər adam qətlə yetirilməsi qeyd edilir. Bu təxmini sayı həmçinin müttəfiq dövlətlər tərəfindən yaradılmış xüsusi komissiyada təsdiq etmişdir. Ancaq buna baxmayaraq elə həmin il komissiya bu qırğının zəncirvari reaksiya olması və təsadüfi, ehtiraslı müharibə hisslərinə görə olduğunu iddia etmişdir. Sonradan rəqəmlərin də yüksəldilməsini şişirtmə adlandırmışlar. Buna baxmayaraq tarixçi-alim Castin Makkarti İnter-müttəfiq komissiyanın iddialarını rədd edərək bildirmişdir ki, türklərə qarşı həyata keçirilmiş Menemen qırğını əvvəlcədən təşkil edilmiş və planlı şəkildə olmuşdur. Belə ki, şəhərdəki qırğının başlanmasından əvvəl yunanların yaşadıqları evlər ağ xaçlarla işarələnmiş və bir nəfər də olsun yunan nə yaralanmamış, nə qətlə yetirilmiş nə də əmlaklarına hər-hansı bir ziyan dəymişdir.
Yuxarı Ləməz (Arxangel)
Yuxarı Ləməz (başq. Үрге Ләмәҙ, rus. Верхние Лемезы) — Başqırdıstan Respublikasının Arxangel rayonunda yerləşən kənd. Kənd İnzer kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Arxangel): 50 km, kənd sovetliyindən (Mışatkan): 11 km. ən yaxın dəmiryol stansiyasından (Rriural stansiyası): 56 km. Kənd ərazisindən İnzer çayı axır. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə başqırdlar (93%) üstünlük təşkil edir.
Sələmə ibn əl-Əkva
Sələmə ibn əl-Əkva (ərəb. سَلَمَة بن الأكْوَع‎) — İslam peyğəmbəri Məhəmmədin səhabələrindən biri. Onun tam adı Sələmə ibn əl-Əkva əl-Əsləmidir. O, görkəmli hədis ravilərindəndir. O, əla idmançı və çox sürətli qaçışı ilə tanınır və onun atdan daha sürətli qaça bildiyi və qışqırmasının 5 mil məsafədən eşidildiyi deyilirdi. Məhəmmədin dövründə o, "Zu Qarad hərbi ekspedisiyası"nın komandiri idi.
Harri Potter və Mələz Şahzadə (roman)
Harri Potter və Yarımqan Prins (ing. Harry Potter and the Half-Blood Prince) — Harri Potter haqqında kitabların altıncı tomu. Bu kitab Ginnesin rekordlar Kitabına dünyanın ən çox satılan kitabı kimi düşüb. 2005-ci ildə kitabın əsasında film ekran üzü gördü.
Harri Potter və Mələz Şahzadə (film, 2009)
Harri Potter və Yarımqan Prins (ing. Harry Potter and the Half-Blood Prince) — Harri Potter seriyasnın altıncı kitab əsasında çəkilən film. == Məzmunu == Harri Potter və "Yarımqan Prins"də Voldemortun geri dönüşünü Sehr Nazirliyinin də qəbul etməsiylə artıq insanlar Harrini "Seçilmiş Insan" deyə çağırmağa başlayırlar. Bu vaxt Harri, özünə vəftiz atası Siriusdan miras mallar qaldığını öyrənir. Bu mallar, Simruq Ordeninin gizli qərargahı olan Grimmauld meydanındakı, Blek ailəsinin evi və yaşlı ev elfi Kriçerdir. Harry, professor Sneypin Qaranlıq sənətlərə Qarşı Müdafiə müəllimi olduğu xəbərini eşitdikdə çaşıb qalır. Sneypin yeri, Harry-nin fərqində olmadan müəllimlik etməsi üçün razı etdiyi Horace Slughorn doldurur. Bu bir baxıma Harrinin faydasına olmuşdur çünki; Slughorn, Harrini Sneypin istədiyindən daha aşağı bir OSS (Orta sehrbazlıq səviyyəsi) balı ilə FYBS (Faciəvi Yorucu sehrbazlıq imtahanları) Eliksir sinifinə qəbul edər. Beləcə Harry seherbaz (ölüm yeyənlərlə döyüşən cadugər) ola bilməsi üçün lazım olan dərsləri ala bilər. (Harrinin gələcəkdə etməyi düşündüyü tək peşə sehrbazlıqtır.