Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Məmlük
Məmlüklər ərəb. مملوك‎ [təkdə] 'məxsus', ərəb. مماليك‎ [cəmdə]) — Misirdə türk, çərkəz və abxaz əsilli əsirlərdən təşkil olunmuş qulam qvardiyası. Bu qvardiyanın idarə etdiyi dövləti sülalə (1250–1517). == Tarixi == Məmlük söz mənasıyla ağ kölə deməkdir. Ancaq bu söz zamanla bir termini ifadə etmişdi. Savaş əsiri və ya satın alınanlardan təşkil olunan hökmdarın muhafız birliklərinə bu ad verilmişdir. İlk dəfə Abbasi xəlifələri türk əsilli Məmlükləri ordu sıralarına cəlb etmiş, zamanla bunlar güclənərək öz dövlətlərini qurmuşlar. Misirdə qurulan Tulunoğulları (Tulunlular) və Ixşidilər (Axşidlər) belə ortaya çıxmışdılar. Misirdə qurulan Məmlük dövlətinin qurucusu İzzəddin Aybək də, Məmlük adı verilən Türkman əsilli sərkərdələrdən biriydi.
Məmlük Dövləti
Məmlük dövləti – Misir, Suriya və Hicazda hökm sürən müsəlman türk dövləti (1250–1517). Misirdə Əyyubi ordusundakı türk əsilli əmirlər tərəfindən qurulan, dövrün tarixçilərinin türk dövləti olaraq adlandırdığı Məmlüklər , Bahrilər və Burcilər olmaqla 2 dövrə ayrılır . == Tarixi == === Dövlətin yaranması === Əyyubi hökmdarı Əs-Saleh Əyyubun qıpçaq ölkəsi və Şimali Qafqazdan gətirdiyi türk əsilli məmlüklərdən ibarət olan və Məmalikül-Bahriyyə adını alan xüsusi birliklər çox keçmədən Əyyubi ordusunun ən önəmli hissəsinə çevrilmişdi. Əs-Saleh Əyyubun ölümünün dərhal ardından Fransa kralı IX Lüdoviqin rəhbərliyindəki səlib ordusuna qarşı qazanılan Mənsurə və kralla birlikdə bir çox xaçlı komandirinin əsir düşdüyü Fariskur (7 aprel 1250) döyüşlərində ən böyük rolu bu hərbi dəstələr oynamışdı. Ancaq yeni Əyyubi sultanı Turan Şah onların qazandığı nüfuzu öz taxtına rəqib hesab etdi və məmlüklər arasındakı güclü komandirləri vəzifədən almağa başladı. Bundan başqa taxta çıxarkən güclü dəstəyini aldığı türk əsilli ögey anası Şəcərəddür Xatunu atasının xəzinəsini gizlətməklə günahlandıraraq sarayda nəzarət altına aldı. Nəticədə Bahri əmirlərindən Baybars Əl-Bunduqdari və yaxın adamları sui-qəsd tərtibləyərək Turan Şahı öldürdülər. Onun ölümüylə Misirdə Əyyubilər dövrü başa çatmış, yerinə Məmlüklər adıyla tanınan yeni bir türk dövləti qurulmuş oldu. === Bahri Məmlükləri dövrü === Baybars Əl-Bunduqdari və adamları vaxtilə qulluq etdikləri Nəcməddin Əyyubun dul xanımı Şəcərəddür Xatunu taxta çıxarmış, onun qullarından İzzəddin Aybək Əl-Mənsuru da atabəy elan etmişdilər. Türk əsilli olması səbəbilə bir çox tarixçinin ilk Məmlük sultanı hesab etdiyi Şəcərəddür Xatun əsir tutulan Fransa kralıyla razılığa gələrək Dimyat bölgəsinin boşaldılması, ağır vergi və İslam ölkəsinə hücum edilməməsi şərtiylə onu azadlığa buraxdı.
Məmlük sülaləsi (İraq)
İraq Məmlük sülaləsi (ərəb: مماليك العراق) 18 və 19-cu əsrlərdə İraqda hökmranlıq edən bir sülalə idi. Osmanlı İmperiyasında Məmlük dövləti yıxıldı, əsir alınanlar özgür buraxıldı. Sülalədən bəzilər Osmanlı məktəblərində təhsil aldılar və sonra hərbi və inzibati vəzifələrə təyin edildilər. Məmlüklər, 1704-cü ildən 1831-ci ilə qədər Osmanlı İraqını idarə etmişlər. Osmanlı hakimiyəti 1831-ci ildə Məmlük sülaləsinin hakimiyətini ləğv etdi və bölgəni bir ayrı sülaləyə bağladı. Ancaq Bağdaddakı bir çox inzibati orqan, Məmlük sülaləsindən oluşmuşdu. Məmlüklər I Dünya Müharibəsinə qədər İraqda suveren bir siyasi qüvvə olaraq qaldı.
Abdullah Paşa (Məmlük sülaləsi)
Abdullah Paşa (ərəb. عبد الله باشا‎, osm. عبد الله پاشا; v. 1777, Bağdad, Bağdad əyaləti[d]) — Osmanlı Paşası, İraq Məmlük sülaləsi, Bağdad Paşalıq hökmdarı (1776–1777). == Həyatı == Abdullah Paşa tayfa olaraq bir Məmlüküydü. 1776-cı ilə qədər Diyarbəkir valisi vəzifəsindəydi. 1776-cı ildə Osmanlı sultanı I Əbdülhəmid Abdullah Paşaya, eləcə də Mosul valisi Süleyman Paşa və Ər-Rəqqə valisi Mustafa Paşaya Bağdad valisi Ömər Paşanı vəzifəsindən atılması üçün əmr etdi. Osmanlı qoşunları Bağdadı mühasirəyə aldılar və Ömər Paşa Bağdaddan qaçanda öldü. Bundan sonra Mustafa Paşa Bağdadın Paşalığına təyin oldu. O uzun müddət bu vəzifədə qala bilmədi.
Davud Paşa (Məmlük sülaləsi)
Davud Paşa (Ərəbcə. داود باشا, Osmanlıca. داود پاشا, Gürcücə. დაუდ ფაშა; 1767–1851, Mədinə) — Osmanlı Paşası, İraq Məmlük sülaləsi, Bağdad Paşalıq hökmdarı (1816–1831). == Həyatı == İraq bu dövrdə rəsmi olaraq Osmanlı İmperiyasının bir hissəsiydi, lakin əməldə muxtar bir dövlət kimiydi. Məmlüklər əvvəlcə İslamı qəbul etmiş və Osmanlı İmperiyasında hərbi və inzibati vəzifələrə təyin edilmiş azad qullarıydı. Məmlük hökmdarları 1704-cü ildən 1831-ci ilə qədər Sultandan əldə edən muxtariyyətlə İraq və çevrə ərazini idarə etdilər. Müasir İraq sərhədlərinin tarixi 1749-cu ildən izləmək olar. Osmanlı İmperiyası Sultanı Bəsrə valiliyini Bağdad vilayətinə əlavə edilməsi və 1831-ci ilə qədər Məmlük hökmranlığı dövrü başlamağıyla izlənəbilir. 1816–17-ci illərdə Davud Paşa nəzarəti ələ keçirdikdən sonra Avropa təlimatçıları köməyiylə kanalların təmizlənməsi, sənayenin qurulması və ordunun islahatı kimi modernizələşməyə başlamışdır.
Həsən Paşa (Məmlük sülaləsi)
Bağdadda Həsən Paşa (1704–1723) (gürcü: ჰასან ფაშა), Qustəntiniyyədən göndərilən Osmanlı valisi,(Gürcü mənşəli olduqları düşünülən) Məmlük sülaləsindən, o və oğlu Əhməd Paşa (1723-47) ilə vilayətə rəhbərlik etdilər. == Həyatı == 1638-ci ildə IV Murad Bağdadı ələ keçirdi və Dəclə və Fərat çayları arasındaki bölgəyə nəzarət etdi. 17-ci əsrdə Səfəviylə döyüşlər, Osmanlı İmperiyasının İraqdakı qüvvələrini zəiflətdi. İraqda mərkəzi hakimiyyətin zəifləməsi, qəbilələrin çatışmasınn artmasına səbəb oldu və sünnilərlə şiələr arasında düşmənçiliyin güclənməsiylə nəticələndi. Bu vəziyyət Ərəbistanda Bədəvi tayfalarının istila edilməsindən sonra dahada pisləşdi. Bədəvilərin İraqa basqınları əyalət iqtisadiyyatını ciddi şəkildə məhv etdi. Baban sülaləsinin başçılıq etdiyi kürdlər üsyan qaldırdı və Osmanlı qüvvələrinə qarşı silahlı əməliyyatlara başladılar, qısa müddətdə bütün İraq Kürdüstanını nəzarətə götürdülər. 1625-1668 və 1694-1701 arasında Siyab qəbiləsindən olan yerli şeyxlər Bəsrəni müstəqil hökmdar kimi idarə etdilər və Osmanlı Paşanın Bağdaddakı gücünü rəsmiyətə tanımadılar. 17-ci əsrin sonuna qədər bütün İraqın cənubu davamlı üsyanlara şahid oldu. Bəsrənin hakimiyyəti ələ keçirməyə çalışan bədəvi tayfalarından, Muntəfik və Qubaidlər vardı.
Mustafa Paşa (Məmlük sülaləsi)
Mustafa Paşa (ərəbcə. مصطفى باشا, Osmanlıca. مصطفى پاشا; d. 1776) - Osmanlı Paşası, İraq Məmlük sülaləsi, Bağdad Paşalıq hökmdarı (1776). == Həyatı == Mustafa Paşa tayfa olaraq bir Məmlüküydü. 1776-cı ilə qədər Ər-Rəqqə valisiydi. 1776-cı ildə Osmanlı sultanı I Əbdülhəmid Mustafa Paşaya, eyni zamanda Mosul valisi Süleyman Paşa və Diyarbəkir valisi Abdulla Paşaya Bağdad valisi Ömər Paşanın vəzifədən alınmasını əmr etdi. Osmanlı qoşunları Bağdadı mühasirəyə aldılar və Ömər Paşanın həyatının sona ərmə zamanı oldu. Bundan sonra Mustafa Paşa Bağdad Paşası təyin edildi. Mustafa Paşa əyalətdəki inqilabi əhval-ruhiyyəni sakitləşdirə bilmədi.
Səid Paşa (Məmlük sülaləsi)
Səid Paşa (Ərəbcə. سعيد باشا, Osmanlıca. سعيد پاشا; vəf. 1817) - Osmanlı Paşası, İraq Məmlük sülaləsi, Bağdad Paşalıq hökmdarı (1813-1817). == Həyatı == Səid Paşa Böyük Süleyman Paşanın oğluydu. 1812-ci ildə İraqda güc kontrolu mübarizələrinə qatıldı. 1813-cü ildə Sultan II Mahmud, Səid Paşanın İraqdakı halimiyətini rəsmiyətə tanıdı. Səid Paşa 1817-ci ilə qədər İraqı idarə etdi. Onun hakimiyyəti illəri, yeni feodal qarışıqlıqları və Osmanlı hakimiyyətinin Məmlüklərin nüfuzuna son qoymaq hədəfiylə qarşılaşdı. 1817-ci ildə Səid Paşanı Davud Paşa (1816-1831) İraq valiliyindən kənara qoydu.
Ömər Paşa (Məmlük sülaləsi)
Ömər Paşa (Ərəbcə: عمر باشا, Osmanlıca: عمر پاشا, Gürcücə: ომარ ფაშა; vəf. 1776) - Osmanlı Paşası, Məmlük sülaləsindən olan Bağdad Paşalıq hökmdarı (1762-1776). == Ümumi məlumat == 1638-ci ildə IV Murad Bağdadı ələ keçirdi və Dəclə və Fərat çayları arasındaki bölgəyə nəzarət etdi. 17-ci əsrdə Səfəviylə döyüşlər, Osmanlı İmperiyasının İraqdakı qüvvələrini zəiflətdi. İraqda mərkəzi hakimiyyətin zəifləməsi, qəbilələrin çatışmasınn artmasına səbəb oldu və sünnilərlə şiələr arasında düşmənçiliyin güclənməsiylə nəticələndi. Bu vəziyyət Ərəbistanda Bədəvi tayfalarının istila edilməsindən sonra dahada pisləşdi. Bədəvilərin İraqa basqınları əyalət iqtisadiyyatını ciddi şəkildə məhv etdi. Baban sülaləsinin başçılıq etdiyi kürdlər üsyan qaldırdı və Osmanlı qüvvələrinə qarşı silahlı əməliyyatlara başladılar, qısa müddətdə bütün İraq Kürdüstanını nəzarətə götürdülər. 1625-1668 və 1694-1701 arasında Siyab qəbiləsindən olan yerli şeyxlər Bəsrəni müstəqil hökmdar kimi idarə etdilər və Osmanlı Paşanın Bağdaddakı gücünü rəsmiyətə tanımadılar.Osmanlı sultanı Əmniyəti yenidən ələ gətirmək üçün Qaramaniyə Valisi, Məmlük sülaləsindən, Həsən Paşayı İraqa göndərildi. Həsən Paşa özünə inzibati sistem yaratdı, o cümlədən Daxili İşlər İdarəsi, Xəzinədarlıq və İdarə etmə işləri.
Əhməd Paşa (Məmlük sülaləsi)
Əhməd Paşa (Ərəbcə: أحمد باشا, Osmanlıca: أحمد پاشا; 1723 – 1747) — Osmanlı Paşası, Məmlük hanedanından hükümdar (1723-1734 ve 1736-1747). == Həyatı == Əhməd Paşa, Həsən Paşa'nın oğlu ve varisiydi. 1715 yılında Əhməd Paşa, Bəsrə Eyaləti valiliğinə seçildi. Həsən Paşa'nın ölümündən sonra Əhməd Paşa, Bağdad, Bəsrə ve Şəhrizor'un hökmdarı oldu ve Mosul paşalığı isə İraq sülaləsi Cəlili tərəfindən idarə edildi. Atası kimi, öz işlərində Məmlüklü inzibati və hərbi metodlarını əsas qoydu. Həsən Paşanın siyasətini davam etdirən Əhməd Paşa, İraqda nizam-intizam qurdu. İtaət etməyən bədəvi tayfalarını tabe etdi və xəzinəyə sabit vergi axınını təmin etdi. Həmçinin Səfəvilərin hərbi genişlənməsi təhlükəsini diqqətə alaraq İraqın müdafiəsiylə məşğul oldu. Ölkənin müdafiəsi üçün Əhməd Paşa 2000 nəfərlik Məmlüklərdən oluşan "qoruma muhafizləri" yaratdı. Əhməd Paşa 1723-1727, 1730-1736 və 1743-1746-cı illər, Osmanlı-Səfəvi müharibələrində yaxından iştirak etdi.
Əli Paşa (Məmlük sülaləsi)
Əli Paşa və ya Hafiz Əli (ərəbcə. علي باشا, Osmanlıca. علي پاشا, gürcücə. ალი ფაშა) - Osmanlı Paşası, İraq Məmlük sülaləsi, Bağdad Paşalıq hökmdarı (1802-1807). == Həyatı == 1802-ci ildə Böyük Süleyman Paşanın ölümündən sonra İraqda hakimiyyət uğrunda mübarizə başladı. Sonucda Məmlüklərdən Əli Paşa hamıya qalib gəldi. Əli Paşanın rəhbərliyiylə 1803 və 1806-cı illərdə İraq Məmlükləri Nəcəf və Hillədə Ərəb Vəhhabilərinin işğalını dəf edə bildi. 1807-ci ildə Əli Paşa öldürüldü və qardaşı oğlu Süleyman Paşa ("Kiçik" ləqəbli) (1807-1813) İraqda hakimiyyətə keçdi.
Həsən Paşa Kərküklü (Məmlük sülaləsi)
Həsən Paşa Kərküklü (ərəbcə. حسن باشا الكركوكلي, Osmanlıca. حسن پاشا الكركوكلي; vəf. 1779) - Osmanlı Paşası, İraq Məmlük sülaləsi, Bağdad Paşalıq hökmdarı (1778-1779). == Həyatı == Həsən Paşa Kərküklü tayfa olaraq bir Məmlüküydü. 1777-ci ildə Abdullah Paşanın ölümündən sonra Bağdadda hakimiyyət uğrunda iki namizəd, Məhəmməd Əl-Əcəmi və İsmayıl ağa mübarizə apardılar. Bağdadda hakimiyyət uğrunda mübarizə beş aydan çox sürdü. 1778-ci ilin mayında Osmanlı sultanından Bağdad paşalığına səlahiyyət alan Həsən Paşa Bağdada gəldi. Məhəmməd Əl-Əcəmi və İsmayıl ağa Bağdaddan Diyaləyə qaçdılar. 1778-ci ilin sonlarında Həsən Paşa Süleyman Paşa Böyük (1780-1802) ilə birlikdə Bəsrəni Zəndlərdən geri almağı bacardı və bu tarixdən sonra Həsən Paşa onu Vəli təyin edildi.
Osmanlı-məmlük müharibəsi (1516-1517)
Osmanlı-məmlük müharibəsi (1516–1517) (ərəb. حرب المملوكي العثماني‎, türk. Osmanlı – Memlük Savaşı (1516–17)) — Osmanlı imperiyası ilə Məmlük sultanlığı arasındakı ikinci müharibə. Osmanlılarla Məmlüklər arasındakı qarşıdurmaya, hər iki dövlətin iddia etdiyi Kiçik Asiyadakı mübahisəli ərazilər səbəb oldu. İlk Osmanlı-məmlük müharibəsi 1491-ci ildə təsir dairələrinin bölünməsi ilə sona çatdı. Lakin həm Ramazanoğulları bəyliyi, həm də Dulqədiroğulları bəyliyinin hökmdarları hər iki tərəfdən davamlı təzyiq altında idilər. XVI əsrin əvvəllərində bölgə üzərində nəzarəti ələ almağa çalışan üçüncü bir qüvvədə peyda oldu — Səfəvi şahı I İsmayıl. Çaldıran döyüşü ilə şərqdəki ən güclü rəqibini məğlub edən Sultan Səlimin şərqi və cənub-şərqi Anadolunu zəbt etmək istəyi, həmin bölgədəki mühüm şəhərlərə sahib olan Məmlük sultanı Kansu Qavrini narahat etməyə başlamışdı. II Bəyazid dönəmində baş tutan toqquşmalar, Dulqədiroğulları bəyliyi məsələsi və Hicaz bölgəsinin idarəsi uğrunda gedən mübarizə iki dövlət arasındakı münasibətləri daha da gərginləşdirdi. Bölgəni nəzarətə almağa çalışan Osmanlı Sultanı I Səlim Dulqədiroğulları bəyliyini tutduqdan sonra Məmlük dövlətinə qarşı müharibəyə başladı.
Süleyman Paşa Böyük (Məmlük sülaləsi)
Süleyman Paşa Böyük və ya Böyük Süleyman (ərəbcə. سليمان الكبير, Osmanlıca. سليمان پاشا الكبير, gürcücə. სულეიმან ბუიუქი) - Osmanlı Paşası, İraq Məmlük sülaləsi, Bağdad Paşalıq hökmdarı (1780-1802). == Həyatı == Süleyman Paşa tayfa olaraq bir Məmlüküydü və Bağdadın hökmdarı olmamışdan öncə Mosul valisiydi. 1776-cı ildə Türk Sultanı I Əbdülhəmid'in əmriylə Diyarbəkir valisi Abdullah Paşa və Əl-Rəqqə valisi Mustafa Paşa ilə birlikdə Bağdad hökmdarı Ömər Paşanı devirdi. Fitnə səbəbindən o, Şiraza sürgünə göndərildi və 1779-cu ildə geri qaytarıldı. II Həsən Paşa Bağdad sakinləri tərəfindən devrildikdən sonra Süleyman Paşa 1780-ci ildə Bağdadın hakimi oldu. Süleymanın hakimiyyəti Məmlüklər hakimiyyətinin möhkəmlənməsinə səbəb oldu. Ö cinahını gücləndirmək üçün çox sayda Məmlükü işə aldı.
Süleyman Paşa Kiçik (Məmlük sülaləsi)
Süleyman Paşa Kiçik və ya Küçük Süleyman (Ərəbcə.سليمان باشا الصغير, Osmanlıca. سليمان پاشا الصغير; vəf. 1812) - Osmanlı Paşası, İraq Məmlük sülaləsi, Bağdad Paşalıq hökmdarı (1807-1812). == Həyatı == Süleyman Paşa Kiçik, Süleyman Paşa Böyükün oğlu idi. 1807-ci ildə əmisi Əli Paşanın öldürülməsindən sonra Süleyman Paşa İraq valisi oldu. Bağdadı ələ keçirməyə çalışan 50.000-lik vəhhabi ordusunu geri qaytarmağı bacardı. 1810-cu ildə Sultan II Mahmud (1808-1839) İraq əyaləti üzərində kontrolu artmaq məqsədiylə Bağdadda olan Məmlükləri qovmağa çalışdı. 1812-ci ildə Osmanlı qüvvələri Süleymanı devirdi və öldürdü, ancaq bölgəyi kontrol edə bilmədi. 1813-cü ildə Böyük Süleyman Paşanın oğlu Səid Paşa İraqda hakimiyyəti ələ keçirdi. Osmanlı hökuməti gönülsüz olaraq onun hakimiyyətini rəsmiyətə tanıdı.
Süleyman Əbu Leyla Paşa (Məmlük sülaləsi)
Süleyman Əbu Leyla (Ərəbcə: سليمان باشا أبو ليلة, Osmanlıca: سليمان پاشا أبو ليلا, gürcü: სულეიმან აბუ ლიილი; d. 1762) - Məmlük sülaləsindən olan İraq hökmdarı (1749-1762). == Ümumi məlumat == Məmlük sülaləsindən olan Bağdad Paşalıq'ın ilk hökmdarı Həsən Paşa Bağdada 1702-ci ildə gəldi və 1704-cü ildə İraq hökmdarı oldu. Onun varisi Əhməd Paşanın rəhbərliyi ilə vilayətin idarəçiliyində islahatlar aparıldı və İraqın müdafiə sistemini sahmanlaşdırdı. Bağdad Paşalıq əyalətini idarə etmək üçün Məmlüklüdən gələn mühacirlər tez-tez iştirak edirdi və Əhməd Paşanın rəhbərliyi altında iki min Məmlüklərdən bir Mühafizə Birliyi yaradıldı. == Həyatı == Süleyman Əbu Leyla Paşa Məmlük sülaləsindən idi və "Məmlük Qvardiyasında" xidmət etmişdir. sonra Əhməd Paşanın kürəkəni oldu. Əhməd Paşanın ölümündən sonra türk sultanı I Mahmud İraqdakı Məmlükları hakimiyyətdən uzaqlaşdırmağa çalışdı. 1747-1748-ci illərdə Osmanlı sultanı Bağdadda 3 qubernator dəyişildi. Türk hakimiyyətinin hərəkətləri yerli əhali və Məmlüklərin narazılığı ilə qarşılandı.
Bahri Məmlüklərinin siyahısı
Bahri Məmlükləri — 1250-ci ildən 1382-ci ilədək Misirdə hakimiyyəti əlində saxlayan məmlük qrupudur. Bu qrupdan hakimiyyətə gələn Məmlük sultanları isə bunlardır: == Mənbə == Abu al-Fida, The Concise History of Humanity. Al-Maqrizi, Al Selouk Leme'refatt Dewall al-Melouk, Dar al-kotob, 1997. Idem in English: Bohn, Henry G., The Road to Knowledge of the Return of Kings, Chronicles of the Crusades, AMS Press, 1969. Al-Maqrizi, al-Mawaiz wa al-'i'tibar bi dhikr al-khitat wa al-'athar, Matabat aladab, Cairo 1996, ISBN 977-241-175-X Idem in French: Bouriant, Urbain, Description topographique et historique de l'Egypte, Paris 1895. Ayalon, D.: The Mamluk Military Society. London, 1979. Ibn Taghri, al-Nujum al-Zahirah Fi Milook Misr wa al-Qahirah, al-Hay'ah al-Misreyah 1968 Idem in English: History of Egypt, by Yusef. William Popper, translator Abu L-Mahasin ibn Taghri Birdi, University of California Press 1954. Shayyal, Jamal, Prof.
Burci Məmlüklərinin siyahısı
Burci Məmlükləri — 1382-ci ildən 1517-ci ilədək Misirdə hakimiyyəti əlində saxlayan məmlük qrupudur. Bu qrupdan hakimiyyətə gələn Məmlük sultanları isə bunlardır: == Mənbə == The Mamluk Sultans: 1291–1517, Mustafa M. Ziada, A History of the Crusades: The fourteenth and fifteenth centuries, Vol. III, ed. Kenneth Setton, (University of Wisconsin Press, 1975), 490. Aleppo:the Ottoman Empire's caravan city, Bruce Masters, The Ottoman City Between East and West: Aleppo, Izmir, and Istanbul, ed. Edhem Eldem, Daniel Goffman, Bruce Master, (Cambridge University Press, 1999), 20.Kenneth Meyer Setton (1969). A History of the Crusades: The fourteenth and fifteenth centuries, edited by ... Univ of Wisconsin Press. p. 502.
Məmlüklər
Məmlüklər ərəb. مملوك‎ [təkdə] 'məxsus', ərəb. مماليك‎ [cəmdə]) — Misirdə türk, çərkəz və abxaz əsilli əsirlərdən təşkil olunmuş qulam qvardiyası. Bu qvardiyanın idarə etdiyi dövləti sülalə (1250–1517). == Tarixi == Məmlük söz mənasıyla ağ kölə deməkdir. Ancaq bu söz zamanla bir termini ifadə etmişdi. Savaş əsiri və ya satın alınanlardan təşkil olunan hökmdarın muhafız birliklərinə bu ad verilmişdir. İlk dəfə Abbasi xəlifələri türk əsilli Məmlükləri ordu sıralarına cəlb etmiş, zamanla bunlar güclənərək öz dövlətlərini qurmuşlar. Misirdə qurulan Tulunoğulları (Tulunlular) və Ixşidilər (Axşidlər) belə ortaya çıxmışdılar. Misirdə qurulan Məmlük dövlətinin qurucusu İzzəddin Aybək də, Məmlük adı verilən Türkman əsilli sərkərdələrdən biriydi.
Mənlik
Mənlik; öz varlıq, bir kimsəni şəxsi edən şey, onu başqalardan ayıran əsas şey, özlük olaraq fərqli biçimlərdə tanıla bilinən bir anlayışdır. Daha geniş anlamda isə mənlik, özünə olaraq "mən"in obyekt olan "mən" haqqında düşünməsi olaraq ifadə ediləbilər. == Etimologiya == "Mənlik", türkcə "Benlik", rusca "Самость" sözləri almanca Selbst sözünün hərfi tərcümələridir.
Məlik
Məlik — ərəb dilində kral. Ərəb monarxlarının, xarici dillərə tərcümə olunmayan əmir, yaxud sultan kimi titullarından fərqli olaraq malik (məlik) sözü (titulu), adətən, kral kimi tərcümə edilir. Məlik Azərbaycanda vilayətlərə tabe olan mahalların başçılarına verilən ünvan idi.
Mələk
Mələk və ya əvvəlki mənbələrdə füriştə — iudaistik, xristian və müsəlman ənənələrində Allaha xidmət edən fərdiləşdirmiş bədənsiz və qanadlı varlıq. Rəvayətlərə görə miqdarca saysız mələklər nurabənzərlərdir. Xristian ənənəsində doqquz dənə mələk rütbə var (serafimlər, xeruvimlər, taxt-taclar, hökmranlıqlar, qüvvələr, hakimiyyətlər, başlanğıclar, arxmələklər və mələklər). == İslamda mələklər == Mələklər, Quranda 21 surədə qeyd olunduğu kimi, Allah tərəfindən müəyyən vəzifələri yerinə yetirmək məcburiyyətindədirlər. İslam dinində mələklər, yeməyən, içməyən erkəyi və dişisi olmayan, yatmayan, günah işləməyən , gözə görünməyən, nurdan ya da oddan yaranan varlıqlar kimi insanlara bilinir. Mələklər yalnız Allaha qulluq edirlər. Insanlar və cinlərdən fərqli olaraq, onların iradə azadlığı yoxdur və öz fövqəltəbii məskənlərinə təyin olunmuşlar. Buna görə də günahsız varlıqlardır İslamda ən müqərrəb (məqamı daha uca olan) mələk vəhy mələyi olan Cəbrayıl hesab olunur. Əzrayıl, Mikail, İsrafil də müqərrəb mələklərdir. Cəhənnəm mələkləri arasında məşhur olan Maalik, Zəbanilar və İblisdir.
Əmlak
Əmlak — hər hansı bir fiziki şəxsə, hüquqi şəxsə və ya ictimai hüquq subyektinə məxsus olan əşyalar (pul və qiymətli kağızlar daxil olmaqla), habelə sahiblərinə hər hansı bir fayda gətirən digər şəxslərdən əşyalar və ya əmlak məmnuniyyəti almaq üçün mülkiyyət hüquqları. ... Mülkiyyətindən asılı olaraq sahibinin istehlak etmək, dəyişdirmək, bölmək, yenidən qeydiyyatdan keçirmək, icarəyə götürmək, girov qoymaq, satmaq, dəyişdirmək, köçürmək, bağışlamaq və ya məhv etmək, habelə başqalarını bu proseslərdən kənarlaşdırmaq hüququ vardır , və bəlkə də onu tərk et. Mülkiyyətin təbiətindən asılı olmayaraq, mülkiyyətçi ondan düzgün istifadə etmək və ya ən azı yalnız saxlamaq hüququna malikdir. Mülkiyyət tez-tez maddi və qeyri-maddi olaraq bölünür. Əmlak aşağıdakıları ifadə etmək üçün işlədilən termin: müəyyən şəxsin sahibliyində olan əşyaların və maddi sərvətlərin məcmusu (bu mənada "əmlak" terminindən qanunvericilikdə daha çox istifadə olunur); başqa şəxsdən əldə edilən əşyaların və əmlak hüquqlarının məcmusu; sahibinin əmlak vəziyyətini səciyyələndirən əşyaların, əmlak hüquq və vəzifələrinin məcmusu. == Daşınmaz və daşınar əmlak == Daşınar əmlak — qanunla daşınmaz əmlak kimi təsnif edilməyən hər hansı bir şey (pul və qiymətli kağızlar daxil olmaqla). Daşınmaz əmlaka torpaqla möhkəm bağlı olan hər şey, yəni məqsədlərinə nisbətsiz ziyan dəymədən hərəkəti mümkün olmayan obyektlər (binalar, tikililər və s.) Daxildir. Rusiya qanunvericiliyi daşınmaz əmlaka da aiddir: təyyarə və dəniz gəmiləri, daxili naviqasiya gəmiləri və kosmik obyektlər. Əşyaları daşınan (və ya daşınmaz) kateqoriyasına aid edərkən iki kriteriyadan istifadə olunur: maddi (əşyaların ərazi ilə əlaqəsi dərəcəsi) və qanuni (torpaqla əlaqəsindən asılı olmayaraq əşyaları daşınmaz kateqoriyasına aid etmək).
Arxangel (mələk)
Arxangel (yun. Αρχάγγελος — mələklərin başçısı) — iudaizmdə və xristianlıqda mələklərin ali dərəcəsi; “səma iyerarxiyası”na görə mələklərin 9 dərəcəsindən 8-cisi. == Mənbə == Azərbaycan Ensiklopediyası. 2011, t. 2.
Bağ Məlik
Bağ Məlik — İranın Xuzistan ostanının şəhərlərindən və Bağ Məlik şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 20,844 nəfər və 4,025 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti bəxtiyarilərdən ibarətdir, bəxtiyari dialektində danışırlar və şiə müsəlmandırlar.
Cəbrayıl (mələk)
Cəbrayıl (Cibril) — iudaistik, xristian və müsəlman ənənələrinə görə Allaha ən yaxın olan mələklərdən biri. Xristianlıqda o, arxmələkdir və əvvəlcə Vəftizçi Yəhyanın, sonra isə Məryəmə İsanın doğulacağını (Müjdə) qabaqcadan xəbər verir. İslam ənənəsinə görə o, Allahın iradəsini Qurana köçürmüş və ayrı-ayrı vəhylər şəklində Məhəmməd peyğəmbərə çatdırmışdır. Roland haqqında nəğmədə o, Böyük Karla baş verən hadisələri xəbər verir. Cəbrayıl Azərbaycan folkloruna da daxil olmuşdur. Rəvayətlərdə Cəbrayılın Məhəmməd (ə.s) peyğəmbərə gah Pak Ruh gah da cavan oğlan kimi göründüyü bildirilir. == Etimologiyası == Üç səmavi dində adı keçən bu mələk İbranicə Gavriel; Latınca Gabrielus; Yunanca Gabriel; Aramicə Gabr-el və Ərəbcədə isə Cəbrayıl və ya Cibril olaraq bilinir. Təbəriyyə görə "Cəbrayıl" sözü "Cəbr" və "İl" sözlərinin birləşməsindən yaranmışdır. Burada "Cəbr" "Əbd" (qul) mənasında "İl" isə Allah deməkdir. Dolayısı ilə bu söz Allahın qulu mənasına gəlir.
Daşınar əmlak
Daşınar əmlak — torpaqla əlaqədar olmayan, ona təhkim olunmayan, daşınmaz əmlakın əksi olan əmlak. Özü hərəkət edə bilən əşyalar (heyvanlar) daşınar əmlaka aid edilirlər. Pullar, məcburi tələb hüquqları, qiymətli kağızlar, borc şəhadətnamələri, icra vərəqələri d.ə. hesab olunurlar. Daşınar əmlakın rəsmi reyestrlərində qeydiyyata alınan daşınar əşyalar və dövlət qeydiyyatına alınmalı olan qiymətli kağızlar istisna olmaqla, istənilən daşınar əmlak, habelə hüquqlar və tələblər, o cümlədən gələcəkdə yüklülük sahibinin mülkiyyətində olacaq daşınar əmlaklar Daşınar Əmlakın Yüklülüyünün Dövlət Reyestrində mpcr.cbar.az qeydiyyatdan keçirilə bilər.
Daşınmaz əmlak
Daşınmaz əmlak — üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri (sututarlar) və torpaqla möhkəm bağlı olub təyinatına tənasübsüz (hədsiz) zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan bütün əşyalar, o cümlədən binalar, qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr. İnternetin inkişafı ilə birlikdə daşınmaz əmlak bazarıda saytlara daşınaraq onlayn xidmət göstərməyə başladı. == Haqqında == Qanunvericiliyə görə daşınmaz əmlak – üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri (sututarlar) və torpaqla möhkəm bağlı olub təyinatına hədsiz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan bütün əşyalar, o cümlədən binalar, qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələrdir. Daşınmaz əmlakın dövlət qeydiyyatına alınması üçün qanunvericiliklə göstərilən əsaslardan birinin olması yetərlidir. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; Qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; Daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; Qanuni qüvvəyə minmiş məhkəmə qərarları; Azərbaycanda 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; Mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); == Mülkiyyət müxtəlif şərhlərlə mürəkkəb bir hüquqi termindir == Müxtəlif hüquq normalarında, əhatə dairəsindən asılı olaraq, bu anlayış müxtəlif mənalarda istifadə edilə bilər. Kollektiv və tərkibində müxtəlifdir. Mülkiyyət ayrı bir şey kimi və ya maddi dəyərlərin müəyyən bir birləşməsi kimi qəbul edilə bilər. Başqa bir mənada, bu müddət mülkiyyət hüquqlarını da əhatə edə bilər . Vərəsəlik qanununda, "mülkiyyət" anlayışı yalnız maddi dünyanın və qanunun obyektlərini deyil, vəsiyyətçinin öhdəliklərini də əhatə edir. İndiyə qədər hüquqi ədəbiyyatda mülkiyyət haqqında vahid bir anlayış yoxdur.
Dizəc Məlik
Dizəc Məlik (fars. ج ملک‎) - İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı, Üzümdil mahalı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,123 nəfər yaşayır (238 ailə).
Menduk
Cadugər — cadugərliklə bağlı fəaliyyətləri həyata keçirən şəxs. Fövqəltəbii gücləri olduğuna inanılır. Gecələri gəzərək və uçaraq pislik edir. Anadolu türkcəsində "cazı, cadı" olaraq da deyilər. == Sözün mənşəyi == Azərbaycanca "cadugər" və Hindcə "जादूगर" (jādūgar) Fars dilində جادوگر sözündən gəlirlər.Azərbaycanda "cadugər" adlanan bu şəxsləri Afrikanın cənubunda "kuaren deyro", qərbində "nqombo", mərkəzində "menduk", Yava adalarında "dikun", Qrenlandiyada "anqanok", Peruda "bruco", Rusiyada "çarodey", "koldun", Uzaq Şərqdə "yoq", "fakir" adlandırırlar. Albıs türklərdə cadugər bənzəri bir varlıq olaraq bilinər. Cadu, pis üsullara müraciət edərək bir insanın iradəsini əlindən almaq deməkdir. Müxtəlif yollarla, üsulları sui-istifadə edərək bir insanı idarə altına almağa, ona istənilənləri etdirməyə ümumi olaraq cadu deyilər. Cadu ilə insanı istəmədiyi şeylərə məcbur etmək, ona istəmədiyi hərəkətləri etdirmək mənasını verər. Məqsədi təbiətin üzvi gücünü sahiplenmektir və də bu gücü dilədiyincə istifadə etməkdir.
Temrük
Temrük — Rusiya Federasiyasında şəhər, Krasnodar diyarının Temrük rayonunun inzibati mərkəzi.
Yemlik
Yemlik (lat. Tragopogon) — mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Melun
Melön (fr. Melun) — Sena və Marna departamentinin ən böyük şəhərlərindən biridir. Şimaldan Fontenblo meşəsi ilə əhatələnib. Parisdən 45 km cənub-şərqdə yerləşir. Əhalisi 40503 nəfərdir (2012). == Tarixi == Sena çayı sahilində yerləşir. Sent-Əten adasıda bura daxildir. Ada da Notr-Dam qalasının divarları yerləşir. 1016-1031-ci illərdə II Robert tərəfindən yaardılmışdır. Orta əsrlərdə Melön romalılar tərəfindən işğal olunub.
Mumlu
Mumlu — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 2 aprel 2010-cu il tarixli, 982-IIIQ saylı Qərarı ilə Dəvəçi rayonunun Mumlu kəndi Düz Bilici kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, mərkəzi Taxtalar kəndi olmaqla, Taxtalar kənd inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir. == Coğrafiyası və iqlimi == Kənd 19 iyul 2013-cü ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin iştirakı ilə açılışı olmuş Şabran-Pirəbədil-Zeyvə avtomobil yolunun üstündədir.
Məmun
Əbu Əl-Abbas Abdullah ibn Harun Ər-Rəşid (ərəb. أبو العباس عبد الله بن هارون الرشيد‎) (13 sentyabr 786, Bağdad – 9 avqust 833, Bağdad) — 7. Abbasi xəlifəsi. == Həyatı == Harun ər-Rəşidin oğlu Məmun (813–833) atasının siyasətlərini davam etdirdi. Məmunun türklərdən ibarət ordu qurmasının ən böyük səbəblərindən biri dövlətdəki Fars (İran) təsirini qırmaqdı.Mərvdə ikən baş verən olaylar Məmunun farslara və ərəblərə olan güvənini sarsdı. Məmun sadəcə İran ünsürünə dayanmanın yanlışlığını anlamışdı. Atası Harun dönəmindəki Bərməkilər olayında İran əhlinə olan güvəni azalmışdı. Ərəblərin Əmini dəstəkləməsiylə də onlara güvəni qalmamışdı. O qardaşı Əmin ilə xilafət mübarizəsində — xəzinənin və ordunun Əminin tərəfində qalmasından çəkinərək- dayıları olan Türk xaqanlarına sığınmaq istəmişdi. Fəqət vəzir Fəzl bin Səhl buna əngəl olaraq dayılarına sığınmamasını, amma onlardan yardım alaraq Əminə qarşı mübarizə etməsini tövsiyə etmişdi.
Məmur
Məmur — Dövlət idarələrində (əsasən, məhkəmə, polis və s.) çalışan qulluqçu; dövlət xidmətçisi, çinovnik.
Bərk məhlul
Bərk məhlul– müxtəlif elementlərin atomlarının ümumi kristallik qəfəsdə yerləşdiyi dəyişən tərkib fazaları. == Təsnifat == Nizamsız (atomların xaotik yerləşməsi ilə), tam və ya qismən nizamlı ola bilərlər. Eksperimental olaraq, nizamlılıq əsasən rentgen struktur analizi ilə müəyyən edilir. Bərk məhlul yaratma qabiliyyəti bütün kristallik bərk cisimlər üçün xarakterikdir. Bir çox hallarda bu dar konsentrasiya həddləri ilə məhdudlaşır, lakin davamlı bərk məhlullar sıralı sistemlər də məlumdur (məsələn, Cu-Au, Ti-Zr, GaAs-GaP). Əslində, təmiz hesab olunan bütün kristallik maddələr, çox az tərkibli qarışığı olan bərk məhlullardır. Üç növ bərk məhlul var: əvəzedilmiş bərk məhlullar; daxil edilmiş bərk məhlullar; çıxarılmış bərk məhlullar.Yum-Rozerinin yarıempirik qaydalarına əsasən, əvəzedilmiş bərk məhlulların davamlı sırası metallik sistemlərdə ancaq o elementlərlə yaradılır ki, onlar birincisi, ölçülərinə görə bir-birinə yaxın olan atom radiuslarına malikdirlər (15%-dən çox fərqli olmamaq şərtilə) və ikincisi, gərginliyin elektrokimyəvi sırasında bir-birindən çox uzaq yerləşmirlər. Bu zaman elementlər eyni tip kristallik qəfəsə malik olmalıdırlar. Yarımkeçirici və dielektrik əsaslı bərk məhlullarda, daha “boş” kristallik qəfəslər sayəsində əvəzedilmiş bərk məhlulların yaranması atom radiuslarının böyük fərqi zamanı da mümkündür. Əgər komponentlərin atomları öz ölçülərinə və ya elektron strukturuna görə əhəmiyyətli dərəcədə fərqlənirlərsə, bir elementin atomlarının digər elementin yaratdığı qəfəsin düyün birləşmələrinin arasına daxil edilməsi mümkündür.
Doymuş məhlul
Doymuş məhlul — mövcud şəraitdə (temperatur və təzyiqdə) həll olmuş maddə ilə sabit kimyəvi tarazlıqda olan məhlul. Belə məhlulda şərait dəyişmədikcə həmin maddənin bir hissəsi həll olmamış halda, yəni ilk götürüldüyü kristal halında qalır. Doymuş məhlulun qatılığına, yəni onda həll olmuş maddənin miqdarına həmin maddənin həllolma əmsalı deyilir. Məlum həlledicidə yaxşı həll olan maddənin həllolma əmsalı xeyli böyük, pis həll olanınkı isə çox kiçik ola bilər. Həll olmuş maddənin miqdarı eyni şəraitdə götürülən doymuş məhluldakından az olan məhlullar doymamış məhlul adlanır. Doymuş məhlulda maddənin kristalları qalmamışsa, soyuduqda kristallaşma getməyə bilər və belə məhlula ifrat doymuş məhlul deyilir. Onda doymuş məhluldakından bir qədər artıq həll olmuş maddə olur. Belə məhlula həll olmuş maddənin kiçik bir kristalı salındıqda məhluldan kristallar ayrılır.
Məmnun Hüseyn
Məmnun Hüseyn (23 dekabr 1940, Aqra, Britaniya Hindistanı – 14 iyul 2021, Kəraçi) — Pakistanın 12-ci prezidenti. == Həyatı == Məmnun Hüseyn 1940-cı ildə 23 dekabrda Hindistanda anadan olub. == Siyasi fəaliyyəti == Məmnun Hüseynin hakim Pakistan Müsəlman Liqasının Nəvaz Şərif fraksiyasından namizədliyi verilmişdir. Məmnun Hüseyn iş adamı, Sind əyalətinin sabiq qubernatoru idi. Məmnun Hüseynin namizədliyini parlamentin aşağı və yuxarı palatalarının deputatları, həmçinin bütün əyalətlərin parlamentləri dəstəkləyib. Məmnun Hüseynin andiçmə mərasimi 2013-cü il sentyabrın 9-na təyin edilib. Məmnun Hüseyndən əvvəlki prezident Asif Əli Zərdarinin səlahiyyət müddəti sentyabrın 5-də baş çatmışdır. 2013-cü il iyulun 30-da Pakistanın 12-ci prezidentini seçilib.