1. Razı olan, razı, xoşnud.
Neyləmişsən Molla Səfi, Bəybaba; Məmnundu, əzizim, bu qədər səndən.
[Kor Seyid] Məsmənin bu təşəbbüsündən məmnun deyilmiş.
// Zərf mənasında. Razı, xoşhal; sevincək. Məmnun qayıtmaq.
□ Məmnun etmək – sevindirmək, şad eləmək, razı salmaq, razı etmək.
[Xanımın] gülər üzü studenti çox məmnun etdi.
Məmnun qalmaq – razı qalmaq, xoşhal olmaq.
Səyahətçilər müəssisə müdirinin verdiyi ziyafətdən məmnun qaldılar.
Sənin məmnun olduğun gün; Ruhum məndən məmnun qalır.
Məmnun olmaq – razı düşmək, xoşhal olmaq, sevinmək, şad olmaq.
[Şeyda:] Ah, bilsəniz bu xəbərdən nə qədər məmnun oldum.