MƏZLUM

sif.is. [ ər. ]
1. Zülm çəkmiş, zülm olunmuş, zülmə məruz qalmış, zülm altında olan (zalım əksi). Məzlum xalq. Məzlum adam.
– Məzlumların göz yaşı dərya olacaqmış; Dəryaları, ümmanları neylərdin, ilahi?! M.Ə.Sabir.
Ölümlərin pəncəsində hıçqıran; Məzlumların nəvasından yarandım. M.Müşfiq.

2. Fağır, yazıq, zavallı, dilsiz-ağızsız. Məzlum uşaq.
– Onu qaçırsa Səfər ilə Ballı qaçıracaq, yoxsa Allahın məzlumudur. A.Şaiq.
[Qədir] təcrübəsiz, aciz, məzlum bir insan idi. Mir Cəlal.

Синонимы

  • MƏZLUM həlim — mülayim — yumşaq
  • MƏZLUM aciz — həqir — bədbəxt — zəlil — yazıq — itaətli — məhkum — fağır — sadə
  • MƏZLUM məzlum bax yazıq 1

Антонимы

  • MƏZLUM MƏZLUM – ZALIM Məzlumlar da, zalımlar da Rusiya təbəəsi olmaq və konsulxana himayəsinə girməyə öyrənmişdi (M
MƏZKUR
MƏZLUM-MƏZLUM
OBASTAN VİKİ
Məzlumların Sosialist Partiyası
Məzlumların Sosialist Partiyası (MSP; türk. Ezilenlerin Sosyalist Partisi , ESP; kürd. Partiya Sosyalîst a Bindestan, PSB) — Türkiyə Respublikasında marksist–leninist siyasi partiya. Partiya özünü "Türkiyə və Şimali Kürdüstanda fəhlə-zəhmətkeş federativ respublikası uğrunda mübarizə aparan mübariz inqilabçı sosialist partiyası" olaraq təyin etmişdir. Bəzi mənbələr, o cümlədən dövlət məmurları, ESP-nin qadağan edilmiş ICOR filialı Marksist–Leninist Kommunist Partiyası üçün hüquqi cəbhə olduğu qənaətindədirlər. Qurucuları arasında Xalqların Demokratik Partiyasının keçmiş həmsədri Fiqan Yüksəkdağ da var. Partiya 2012-ci ildə Xalqların Demokratik Partiyasının yaradılmasında mühüm rol oynayan siyasi təşəbbüs olan Xalqların Demokratik Konqresinin iştirakçılarından biridir.

Значение слова в других словарях