Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Məlikli
Məlikli — Azərbaycanda daha çox işlədilən soyad və təxəllüs, həmçinin Azərbaycanda bir neçə yaşayış məntəqələrinin adı və ya adlarının tərkib hissəsi: Tofiq Məlikli — tənqidçi, ədəbiyyatşünas, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1989), filologiya elmləri doktoru (1994) Kəndlər: Məlikli — Ağdərə rayonunda kənd. Məlikli — Qəbələ rayonunda kənd. Məlikli — Yardımlı rayonunda kənd. Məlikli — Zəngilan rayonunda kənd. Məlikli — Zərdab rayonunda kənd. Aşıq Məlikli — Cəbrayıl rayonunda kənd.
Aşıq Məlikli
Aşıq Məlikli — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun Xələfli kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Cəbrayıl rayonunun Aşıq Məlikli kəndi Sirik kənd Sovetinin tərkibində rayonun yaşayış məntəqələri siyahısına daxil edilmişdir. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. Kənd 9 noyabr 2020-ci ildə işğaldan azad olunub. == Toponimikası == == Tarixi == 1918-ci il avqustun sonlarında ermənilər səhər tezdən qəflətən Aşıq Məlikli kəndinə də hücum etmiş, kəndi atəşə tutmuşdular. Kəndin bir sakini ölmüş, üçü yaralanmışdı. Kənddən qaçanların bütün varidatını ermənilər talamış, sonra isə kəndə od vurmuşdular.
Məlikli (Ağdam)
Məlikli (əvvəlki adı: Maniklu) — Azərbaycan Respublikasının Ağdərə rayonunun Məlikli kənd inzibati ərazi dairəsində kənd. 1992-ci il martın 12-də Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunub. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Maniklu kəndi Ağdam rayonunun inzibati tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Ağdam rayonunun Maniklu kəndi Məlikli kəndi adlandırılmışdır. 2023-cü il sentyabrın 19–20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatı nəticəsində Məlikli kəndi Azərbaycanın nəzarətinə qayıtmışdır. 5 dekabr 2023-cü ildə yenidən Ağdərə rayonunun tərkibinə daxil edilib. Kəndin adı Manik çayının adından və -/M mənsubiyyət şəkilçisindən ibarətdir. Digər adı Adıgözəlbəylidir. Kənd vaxtilə Qarabağ xanları nəslindən olan, "Qarabağnamə" əsərinin müəllifi Mirzə Adıgözəl bəyə (1780–1848) mənsub olduğu üçün belə adlanırdı. 1992-ci ildən kəndin adı Məlikli kimi rəsmiləşdirilmişdir.
Məlikli (Qəbələ)
Məlikli — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd. Məlikli Bılıxdan 3 km. cənubda Göyçayın yatağı üstündə məlikli camaatı yaşayır. Ərazi mərkəzdən 43 km. uzaq olsa da burada da əhalinin rahatlığı üçün xeyli işlər görülüb. Orta məktəbi fəaliyyət göstərir. Son illər fərdi evlərin tikintisi tez-tez müşahidə olunur. Kənd 1999-cu ildə yaradılmışdır. Məlikli oyk., sadə. Qəbələ r-nunun eyniadlı i.ə.v.-də kənd.
Məlikli (Yardımlı)
Məlikli — Azərbaycan Respublikasının Yardımlı rayonunun inzibati ərazi vahidində kənd.
Məlikli (Zəngilan)
Məlikli — Azərbaycan Respublikasının Zəngilan rayonunun Zəngilan kənd inzibati ərazi dairəsində kənd. Məlikli kəndi Oxçu çayının sahilində, düzənlikdədir. Kəndi məlikli nəsli saldığına görə belə adlandırlmişdir. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 21 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.
Məlikli (Zərdab)
Məlikli — Azərbaycan Respublikasının Zərdab rayonunun inzibati ərazi vahidində kənd. Kənddə Məlikli kənd məscidi dini icması fəaliyyət göstərir.
Məlikli (Şot)
Məlikli (fars. ملك لو‎) - İranın Qərbi Azərbaycan ostanının Şövt şəhristanı ərazisinə daxil olan kənd.
Məlikli (Şövt)
Məlikli (fars. ملك لو‎) - İranın Qərbi Azərbaycan ostanının Şövt şəhristanı ərazisinə daxil olan kənd.
Məlikli bələdiyyəsi
Qəbələ bələdiyyələri — Qəbələ rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Tofiq Məlikli
Tofiq Məlikli (tam adı: Tofiq Davud oğlu Məlikov; 31 avqust 1942, Kirovabad) — Azərbaycan və Rusiya ədəbiyyatşünası, şərqşünası, tərcüməçisi, kulturoloqu, yazarı. İçtimai xadim. Filologiya elmləri doktoru, Azərbaycanın əməkdar elm xadimi (2011). Moskva Dövlət Linqvistika Universitetinin professoru. Beynəlxalq Türkoloji və Mədəniyyət Fondunun (BTMF) vitse-prezidenti (1991) Tofiq Məlikli 31 avqust 1942-ci ildə Gəncədə ziyalı ailəsində anadan olub. Orta məktəbi bitirdikdən sonra 1960-cı ildə Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsinə daxil olmuş, 1965-ci ildə oranı fərqlənmə diplomu ilə bitirmiş, elə həmin ildə də Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində diktor işləmişdir. 1966-cı ildə SSRİ Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun aspiranturasına qəbul olunur. 1968-ci ildə “XX əsrin 60-cı illərində türk poeziyası” mözusunda namizədlik, 1994-cü ildə “Yeni türk poeziyası: təşəkkülü və inkişafı” mövzusunda doktorluq dissertasiyalarını müdafiə etmişdir. 1969-1992-ci illərdə SSRİ EA Şərqşünslıq İnstitutunda, 1991-1994-cü illərdə İstanbul Universitetində Rus dili və ədəbiyyatı bölümünü qurmuş və ona başçılıq etmiş, 1994-2015-ci illərdə Moskva Dövlət Linqivistka Universitetində açdığı “Türk dili və mədəniyyəti mərkəzi”nin rəhbəri olmuşdur. 1998-ci ildə professor elmi adı almış T.Məlikli hazırda Moskva Dövlət Linqvistika (dillər) Universitetinin (MDLU) professorudur.
Məlikli (Ağdərə)
Məlikli (əvvəlki adı: Maniklu) — Azərbaycan Respublikasının Ağdərə rayonunun Məlikli kənd inzibati ərazi dairəsində kənd. 1992-ci il martın 12-də Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunub. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Maniklu kəndi Ağdam rayonunun inzibati tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Ağdam rayonunun Maniklu kəndi Məlikli kəndi adlandırılmışdır. 2023-cü il sentyabrın 19–20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatı nəticəsində Məlikli kəndi Azərbaycanın nəzarətinə qayıtmışdır. 5 dekabr 2023-cü ildə yenidən Ağdərə rayonunun tərkibinə daxil edilib. Kəndin adı Manik çayının adından və -/M mənsubiyyət şəkilçisindən ibarətdir. Digər adı Adıgözəlbəylidir. Kənd vaxtilə Qarabağ xanları nəslindən olan, "Qarabağnamə" əsərinin müəllifi Mirzə Adıgözəl bəyə (1780–1848) mənsub olduğu üçün belə adlanırdı. 1992-ci ildən kəndin adı Məlikli kimi rəsmiləşdirilmişdir.
Məlikli qum yatağı
Məliklik
Məliklik — xandan asılı vəziyyətdə olan, məlik tərəfindən başçılıq edilən kiçik feodal mülkiyyəti. Azərbaycanda XVIII əsrin 40-cı illərində Qarabağda 5 məliklik – Vərəndə, Dizaq, Gülüstan (Talış), Xaçın və Cəraberd məliklikləri var idi. Bu məlikliklər Qarabağ xanlığının xanına tabe idilər.
Mələkli
Mələkli — İğdır ilinin İğdır ilçəsində belde. Bələdiyyənin qüzeyində Evci, Tacirli və Özdəmir; şərqində Qaraqoyunlu və Göyçəli; qərbində Ağyumaq və İğdır; güneyində isə Aşağıərhacı yer alır.
Mənlik
Mənlik; öz varlıq, bir kimsəni şəxsi edən şey, onu başqalardan ayıran əsas şey, özlük olaraq fərqli biçimlərdə tanıla bilinən bir anlayışdır. Daha geniş anlamda isə mənlik özünə olaraq "mən"in obyekt olan "mən" haqqında düşünməsi olaraq ifadə edilə bilər. "Mənlik", türkcə "Benlik", rusca "Самость" sözləri almanca Selbst sözünün hərfi tərcümələridir.
Əlikli
Əliklilər və ya İlaqar — "Şahdağ milli etnik qrupu" kimi fərqləndirilən Azərbaycanın milli etnik nümayəndələri Məclis Şəmsəddinov. "Şah dağın ziynət kəməri". Bakı, "Nasir" nəşriyyatı, 2002, 116 səhifə.
İntiqam Mənsimli
İntiqam Rövşən oğlu Mənsimli (5 iyun 1998; Kəngərli, Tərtər rayonu, Azərbaycan — 17 oktyabr 2020; Talış, Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. İntiqam Mənsimli 5 iyun 1998-ci ildə Tərtər rayonunun Kəngərli kəndində anadan olmuşdur. O, bir müddət Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. 2020-ci ilin 14 iyul tarixində Tovuz döyüşləri zamanı general-mayor Polad Həşimovun şəhid olmasından sonra səfərbərlik başlamış, İntiqam Mənsimli səfərbər olunmuşdur. 21 sentyabr 2020-ci ildə hərbi təlim toplantılarına çağırılmışdır. Azərbaycan Ordusunun əsgəri olan İntiqam Mənsimli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. İntiqam Mənsimli 17 oktyabr 2020-ci ildə Tərtər rayonunun Talış kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İntiqam Mənsimli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən İntiqam Mənsimli ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Məlikil-Mulk
Məlikil-Mulk (ər. مالك الملك) — Allahın adlarından biri.
Mələkli ev
Mələkli ev — Bakı şəhərində, Nigar Rəfibəyli küçəsi ilə Rəsul Rza küçələrinin kəsişməsində yerləşən üçmərtəbəli bina. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli, 132 nömrəli qərarı ilə yerli əhəmiyyətli memarlıq abidəsi kimi qeydiyyata alınmışdır. Bu ev 1893-cü ildə milyonçu Sergey Tumayevin sifarişi ilə tikilib, tarix binanın kartuşunda döyülüb. Binanın damında cəmi dörd mələk var. İkisi meydana, ikisi isə arxaya, Xaqani bağına tərəf baxır. Keçmiş dövrlərin tədqiqatçıları hesab edirlər ki, mələklər burada "elə belə deyil, bunun mənası var". İki versiya mövcuddur: birinci versiyaya görə, mələkləri Tumayevlərin əkiz övladlarının dünyaya gəlməsi münasibətilə qoyublar; ikinci versiyaya görə isə, mələklər Sergey Tumayevin dənizdə batan qohumları Qriqori Tumayev və onun xanımının xatirəsinə həsr olunub. Evin üstünə döyülən hərflər isə heç də rus əlifbasının "ТС" deyil, latın qrafikasının "TG" hərfləridir, yəni Tumayev Grigori. 2000-ci ildə baş verən zəlzələ zamanı mələklərdən birinin başı və çiyninin bir hissəsi qopub düşüb. Hadisə qurbansız ötüşüb.
Xəlil Məliki
Xəlil Məliki (1903, Təbriz – 1969, Tehran) — İranlı sosialist, intellektual və siyasi xadim. Erkən 1940-cı illərdə Məliki Rza Şah tərəfindən həbs edilmiş 53 solçu ziyalılardan biri olmuşdur. Azad olandan sonra Tudə Partiyası (yəni kütlələrinin partiyası)nın orijinal yaradıcılarından biri olmuşdur. Siavoshi, Sussan, Liberal Nationalism in Iran: The Failure of a Movement, Westview Press, March 1990.
Orta mənzilli ballistik raket
Orta mənzilli ballistik raket (OMBR) KMBR-dən daha çox mənzilə sahib olan ballistik raket növüdür. KMBR-lər də olduğu kimi nüvə başlıq daşıma tutumuna malikdir.
Qısa mənzilli ballistik raket
Qısa mənzilli ballistik mərmi mənzili 1000 km və ya daha az olan ballistik raketlərdir. Ayrıca nüvə başlıq daşıya bilmə tutumuna sahibdirlər. Ballistik raketlərin müasir hərbi hərəkatlarında istifadəsi İkinci Dünya müharibəsi illərinə təsadüf edir. Faşist Almaniyasının 1942-ci ilin sonlarından etibarən inkişaf etdirdiyi V-2 ballistik raketlərinin atası sayılır. Bu mərmilər içlərinə yerləşdirilən primitiv bir avtomatik pilot sisteminin köməyi ilə 800-1000 metr hündürlükdə 500 km/saat sürətlə uça bilirlər və 1000 kq partlayıcı maddə ehtiva edən hərb başlığını 250 km uzaqlığa çatdıra bilirlər.
Adolf Hitlerin Münhen mənzili
Adolf Hitlerin Münhen mənzili, əsası 1920-ci ildə Münhendə qoyulan Nasional Sosialist Alman Fəhlə Partiyasının doğum yeri və paytaxtı olan alman şəhəri Münhenin Prinzregentenplatz 16 küçəsində yerləşən, Adolf Hitlerin yaşadığı bir mənzildir. == Daha öncəki mənzil == Hitlerin 1920-ci ilin martında Alman ordusundan tərxis olunmasından sonra o, Münhenə geri döndü və bu şəhərdə yerləşən Nasional Sosialist Alman Fəhlə Partiyasında bütün gün ərzində işləməyə başladı. 1920-ci ildən 1929-cu ilədək o, Tierştrasse 41 küçəsində kiçik yataq otağını kirayə tutdu. Daha sonra isə ofis kimi istifadə üçün ikinci bir otağı kirayə tutdu. 1936-cı ildə Münhen şəhər bələdiyyəsi binanın üzərinə lövhə vurdu və onun üzərində bu sözlər yazılmışdır: "Adolf Hitler 1920-ci ilin may ayınınn 1-dən 1929-cu il oktyabr ayının 5-ə dək bu binada yaşamışdır". Bina hələ də durur; Hitlerin köhnə otağı isə anbar kimi işlədilir. == Prinzregentenplatz == 1929-cu ildə Hitler Prinzregentenplatz 16 küçəsində yerləşən, 9 otaqlı lüks mənzilə köçdü. Mənzil ikinci mərtəbədə yerləşirdi və (Avropa konqresinə görə; Amerika konqresinə görə üçüncü mərtəbədə) buraya 2 mətbəx və 2 hamam otağı daxil idi. Onun naşiri başlanğıcda mənzil üçün ödəniş edirdi lakin 10 il sonra Hitler bunu tamamən ona geri ödədi. Nəhayət bütün bina Nasional Sosialist Alman Fəhlə Partiyasının mülkünə çevrildi.
Adolf Hitlerin Münhendəki mənzili
Adolf Hitlerin Münhen mənzili, əsası 1920-ci ildə Münhendə qoyulan Nasional Sosialist Alman Fəhlə Partiyasının doğum yeri və paytaxtı olan alman şəhəri Münhenin Prinzregentenplatz 16 küçəsində yerləşən, Adolf Hitlerin yaşadığı bir mənzildir. == Daha öncəki mənzil == Hitlerin 1920-ci ilin martında Alman ordusundan tərxis olunmasından sonra o, Münhenə geri döndü və bu şəhərdə yerləşən Nasional Sosialist Alman Fəhlə Partiyasında bütün gün ərzində işləməyə başladı. 1920-ci ildən 1929-cu ilədək o, Tierştrasse 41 küçəsində kiçik yataq otağını kirayə tutdu. Daha sonra isə ofis kimi istifadə üçün ikinci bir otağı kirayə tutdu. 1936-cı ildə Münhen şəhər bələdiyyəsi binanın üzərinə lövhə vurdu və onun üzərində bu sözlər yazılmışdır: "Adolf Hitler 1920-ci ilin may ayınınn 1-dən 1929-cu il oktyabr ayının 5-ə dək bu binada yaşamışdır". Bina hələ də durur; Hitlerin köhnə otağı isə anbar kimi işlədilir. == Prinzregentenplatz == 1929-cu ildə Hitler Prinzregentenplatz 16 küçəsində yerləşən, 9 otaqlı lüks mənzilə köçdü. Mənzil ikinci mərtəbədə yerləşirdi və (Avropa konqresinə görə; Amerika konqresinə görə üçüncü mərtəbədə) buraya 2 mətbəx və 2 hamam otağı daxil idi. Onun naşiri başlanğıcda mənzil üçün ödəniş edirdi lakin 10 il sonra Hitler bunu tamamən ona geri ödədi. Nəhayət bütün bina Nasional Sosialist Alman Fəhlə Partiyasının mülkünə çevrildi.
Selikli qişa
Selikli qişa (lat. tunica mucosa) — yumşaq, nəm, bir çox nahiyələrdə büküşlü membran olub, çəhrayı və tünd qırmızı rəngdə olur, artıq dərəcədə genəlmə qabiliyyətinə malikdir. Əsasını lifli birləşdirici toxumadan əmələ gəlmiş xüsusi səfhə - lat. lamina propria mucosae təşkil edir; boşluğa baxan səthi müxtəlif şəkilli (yastı və silindrəbənzər) epitel ilə örtülüdür. Çoxqatlı yastı epitel ilə örtülü olan nahiyələrdə lifli birləşdirici toxumadan məməciklər - lat. papillae əmələ gəlir. Selikli qişanın bəzi nahiyələrində saya əzələ liflərindən təşkil olunmuş əzələ səfhəsində - lat. laminamuscularis mucosae təsadüf olunur. Selikli qişa həzm və tənəffüs aparatında ağız boşluğunu, ağız vəzilərinin axacaqlarını, əsnəyi, udlağı, eşitmə borularını və onun əlavə boşluqlarını (ciblərini), göz yaşı-burun axacaqlarını, qırtlağı, nəfəs borusunu, bronxları, qida borusunu, mədəni, bağırsaqları, ödlüyü, öd axacaqlarını və pankreas axacağını örtür. Sidik-cinsiyyət aparatında isə bu qişa sidik üzvlərindən böyrək ləyənini, sidik axarlarını, sidikliyi və sidik kanalını, kişi cinsiyyət üzvlərindən - xaya artımları axacaqlarını, toxum kisəciklərini və qadın cinsiyyət üzvlərindən - uşaqlıq borularını, uşaqlığı və uşaqlıq yolunu örtür.
Yüksək tezlikli ticarət
Yüksək tezlikli treydinq, yüksək tezlikli ticarət (ing. high-frequency trading, HFT) — maliyyə bazarlarında alqoritmik ticarətin əsas formasıdır, müasir avadanlıq və alqoritmlərdən qiymətli kağızların sürətlə ticarəti üçün istifadə olunur. HFT, kompüterlərin saniyənin bir hissəsində mövqeləri alqı-satqısı etdiyi xüsusi ticarət strategiyalarından istifadə edir. 2009-cu ildə yüksək tezlikli ticarətin ABŞ bazarlarındakı əməliyyatların ümumi həcminin 60-73% -ni təşkil etdiyi təxmin edilirdi, 2012-ci ildə bu pay təxminən 50% -ə düşdü. Yüksək tezlikli treyderlər hər ticarətdə kiçik bir qazanc əldə etmək üçün (bəzən səhm yüzdə fraksiya səviyyəsində) qısa müddətli mövqeləri böyük həcmdə açır və bağlayırlar. HFT şirkətləri çox kapital tələb etmir, mövqelər yığmırlar və bir gecə ərzində portfel saxlamırlar. Nəticədə, yüksək tezlikli ticarət üçün potensial Sharpe nisbəti (risk və mükafat ölçüsü) alış və saxlayın kimi ənənəvi strategiyalardan on qat daha yüksəkdir Ümumiyyətlə, HFT alverçiləri yalnız bir-biri ilə rəqabət aparırlar, lakin uzunmüddətli investorlarla rəqabət etmirlər . HFT şirkətləri ticarət başına az gəlirliliyə sahibdirlər, lakin milyonlarla əməliyyatla yüksək həcmdə ticarət edirlər. Yüksək tezlikli ticarət texnologiyalarının inkişafı üçün stimullardan biri, əməliyyatlar üçün sifarişlərin ötürülməsindəki müxtəlif gecikmələrin əvvəlcədən məlumat əldə edənlərə üstünlük verdiyi (məsələn, daha az gecikmə ilə rabitə kanallarından istifadə etmək) üstünlük verən strategiyanın hazırlanması idi . Yüksək tezlikli ticarət birjanın ticarət sisteminin yerləşdiyi eyni məlumat mərkəzində ticarətə birbaşa giriş və avadanlıq yerləşdirmə üstünlüyünə malikdir.
Albalı selikli mişarcısı
Albalı selikli mişarcısı-(lat. Caliroa cerasi) buğumayaqlılar tipinin pərdəqanadlılar dəstəsinin həqiqi mişarcılar fəsiləsinə aid olan növ == Xarici quruluşu == Yetkin mişarcı qanadları açılmış halda 10 mm-dir. Bədəni qara, ön ayaqların baldırları isə sarımtıldır. Qanadlar olduqca şəffafdır. Yalançı tırtıl yaşılımtıl sarıdır. Axırıncı yaşda 15-20 mm uzunluqda olur. Bədəni ön tərəfdən yoğun, arxaya doğru getdikcə nazilir. Pupu ağımtıl rəngdə olur. Albalı mişarcısı torpağın 2-5 sm dərinliyində baramalar içərisində qışlayır. Yazın axırlarında tırtıllar puplaşır, 7-10 gündən sonra puplardan yetkin mişarcılar uçur.
Selikli Sporlular sinfi
Selikli Sporlular sinfi (lat. Myxosporıdıa ) — Heyvan qamçılıları yarımsinfinə aid olan sinif. Miksosporidilər, əsasən balıqlarda, qisməndə də suda-quruda yaşayanlarda və sürünənlərdə parazitlik edir. Bu parazitlərin 700-ə qədər növü məlumdur. Parazitlər balıqların əzələlərini, qəlsəmələrini, beynini, böyrəklərini, sidik kisəsini və digər orqanlarını zədələyərək, balıqçılıq təsərrüfatına böyük ziyan vururlar. Miksosporidilər inkişaflarının ilk mərhələsindən birnüvəli formada olurlar, sonradan isə protoplazma kütləsinə malik olan çoxnüvəli formaya keçir. Bədən boşluğunda yaşayan miksosporidilər çılpaq olub, amöbvarı hərəkət edir. Toxumalarda yaşadıqda isə onlar örtüklə əhatə olunurlar və bir neçə mm-dən bir sm-ə qədər ölçüyə malik olurlar . Balıqlar sporu udmaqla parazitə yoluxurlar . Balığıın bağırsağında həzm fermentlərinin təsirindən spor açılır və dalayıcı kapsula xaricə atılaraq bağırsağın divarına yapışır.