Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Maarifçi realizm
Maarifçi realizm – XVII—XVIII əsrlərdə Avropa cəmiyyətində əsasını realizm təşkil edən mənəvi inkişaf. == Tarixi == Romantiklər öz tarixilik duyğularına və həyatı tarixi baxımdan göstərməyə meyllərinə görə bir-birindən fərqlənirdilər. Ona görə romantizm epoxasının özündə yazıcılar iki cəbhəyə ayrılırdılar. Onların bir hissəsi həyata fəlsəfi yüksəklikdən baxırdı. Digər hissəsi isə konkret həyat faktlarına, tarixiliyə daha artıq meyl edirdilər. Birincilər romantiklər, ikincilər isə maarifçi realistlər sayıla bilər. Lakin bu bölgü çox şərtidir. Maarifçi realizm termini sovet elmində 60-70-ci illərdə daha ətraflı əsaslandırılmışdır. Bu maarifçilik epoxasına marağın artması və maarifçi ədəbiyyatın spesifik tarixi mərhələ kimi təqdimi ilə bağlı idi. Bu realizmin əsas xüsusiyyətləri XVIII əsr maarifçilərinin Volter, Didro kimi müəlliflərin nəsrində özünü göstərmişdir.
Ken Robinson (maarifçi)
Ser Kennet Robinson (4 mart 1950, Liverpul – 21 avqust 2020, London) — İngiltərəli müəllif, natiq və incəsənət sahəsində hökumət, gəlir güdməyən təşkilatlar, təhsil və incəsənət qurumlarında təhsil üzrə beynəlxalq məsləhətçidir. Məktəblərdə İncəsənət Layihəsinin (1985–89) rəhbəri və Uorvik Universitetində İncəsənət Təhsili üzrə Professor (1989–2001) vəzifələrində çalışıb. Hal-hazırda həmin qurumda Professor Emeritus kimi fəaliyyət göstərir. 2003-cü ildə incəsənətə olan xidmətlərinə görə cəngavər tituluna layiq görülüb. Əslən, işçi sinfindən olan Liverpul ailəsinə mənsub olan Robinson hal-hazırda Los Ancelesdə həyat yoldaşı və iki övladı ilə yaşayır. == İlk illəri və təhsili == Liverpul, Merseysaydda anadan olan Robinson işçi sinfindən olan ailənin 7 övladından biridir. Qardaşlarından biri, Neil peşəkar futbolçu olmuş, Everton, Suonsi Siti, və Qrimsbi Taunda çıxış etmişdir. Sənayedə baş verən bədbəxt hadisədən sonra atası iflic olmuş, Robinson isə 4 yaşında poliomielitə yoluxmuşdur. Xəstəliyinin fiziki təsirlərinə görə Marqaret Bivan Xüsusi Məktəbinə daxil olmuş, daha sonra təhsilini Liverpul Universitet Məktəbində (1961–63), Ueyd Dikon Qrammatika Məktəbində (1963–68) davam etdirmişdir. O, daha sonra Bretton Holl Kollecdə İngilis dili və drama üzrə bakalavr təhsili almış (1968–72) və 1981-ci ildə London Universitetində təhsildə dram və teatr araşdırması üzrə Fəlsəfə Doktorluğu dərəcəsi almışdır.
Böyük yazıçı-maarifçi (film, 1938)
Realizm
Realizm (fəlsəfə) — daimi və ya ümumi mənası olmayan ortaq bir Avropa fəlsəfi termini. Realizm (ədəbiyyat) — Həyat həqiqətinin bədii yaradıcılığın bu və ya digər növünə məxsus spesifik təsvir vasitələrilə əks etdirilməsi. Realizm (rəssamlıq) — incəsənətdə istiqamət, burada əsas iş həqiqətin özünəməxsus bərpasına yönəldir.
İdealist
İdealizm — fəlsəfədə, ən geniş mənasıyla, mənəvi güclərin kainatdakı bütün müddətləri ya da olub bitənləri təyin etdiyini müdafiə edən bütün fəlsəfə təlimlərini ehtiva edəcək şəkildə istifadə edilən termin. Mövcud olan hər şeyi "düşüncə"yə bağlayıb ondan törədən; düşüncə xaricində obyektiv bir həqiqətin var olmadığını, başqa bir deyişlə düşüncədən müstəqil bir varlığın ya da maddi həqiqətin ol/tapılmadığını dilə gətirən fəlsəfə axınını xarakterizə edər. İdealizm, varlığın düşüncədən müstəqil olaraq var olduğunu qəbul edən "realizm", "materializm" və "təbiiçilik" fəlsəfə anlayışlarının tam əks qütbündə iştirak etməkdədir. Fəlsəfədə İdealizm, dünyanın təməlləndirilməsində ən əhəmiyyətli vəzifənin, şüura ya da maddi olmayan zehinə istiqamətli bir həqiqət qaydas(n)ı inkişaf etdirmək olduğu düşüncəsi üstünə qurulmuşdur. İdealizm anlayışının təməlləri əvvəl Platonun "Idealar Dünyası Qaydasıyla" atılmış olmaqla birlikdə, daha sonra müxtəlif filosoflar tərəfindən təqdim edilən izahlarla gücləndirilmişdir. Fəlsəfi mənada idealizm dünyanın yalnız düşüncələrin, zehinin, ruhun, ya da daha doğrusu, fiziki dünya mövcudluqdan əvvəl mövcud olan İdeanın bir əks olunması olduğu fikrindən hərəkət edər. Duyğularımızla bildiyimiz maddi şeylər, qüsursuz İdeanın qüsurlu kopiyalarıdır. Andıq dövrdə bu fəlsəfənin ən tutarlı müdafiəçisi Platon idi. Ancaq idealizmin başlanğıcı b.e.ə.-ki əsr, Yunan fəlsəfəsində Ksenophanes tərəfindən qoyulmuşdur. Ksenophanes , çox olanı Birə indirgemiş və bu Biri "bütün düşünmə" olaraq təyin etmişdir.
Relikt
Relikt (lat. relictum - qalıq) - relikt bitki və heyvanlar — keçmiş geoloji dövrlərin müasir biosenozun tərkibinə daxil olan bitki və heyvan növləri, kiçik və geniş ərazini tuta bilər. Üçüncü dövr, pleystosen, postpleytosen reliktləri ayırırlar. Azərbaycan Respublikasında (əsasən Talış zonasında), yalanqoz, şabalıdyarpaq palıd, dəmirağac, ipək akasiyası, azat ağacı, bigəvər kolu, şümşad kolu üçüncü dövr reliktidir. Relikt endemlər (lat. relictum - qalıq) – keçmiş geoloji dövrlərdən indiyə kimi qalmış növlər. Relikt növlər olduqca məhdud sahədə qala bilər (məs., gingqo, eldar şamı, saqovnik, sekvoya və b.) həm də nisbətən məhdud ərazilərdə yayıla bilər (məs., üçüncü dövr reliktləri – azaliya, andromeda, budaqlı danaya, dəmirağac, şabalıdyarpaq palıd və s.) Əlverişli yaşama şəraitində (refiqiumlarda) qalan keçmiş fauna. Əlverişli şəraitlərdə fraqmentlər şəklində qalan qədim flora növlərinin məcmusu.
Maarif
Maarif — kişi adı. Bu adı olan tanınmış şəxslər Maarif Cəfərov — fizika-riyaziyyat elmləri doktoru. Maarif Əkbərov — riyaziyyatçı, filosof Marif Zeynalov — alim. Yaşayış məntəqələri Maarif (Gədəbəy) — Azərbaycanın Gədəbəy rayonunda kənd. Digər Maarif (təhsil) — bilik və təhsil yayımı. Maarif (nəşriyyat) — kitab çapı ilə məşğul olan nəşriyyat. Maarif (qəzet) — aylıq jurnal-qəzet. Maarif (telekanal) — Televiziya kanalı.
Reali
Reali — tərcüməşünaslıqda müəyyən bir xalqın məişətinə, tarixinə, coğafiyasına daxil olan əşya və anlayışları bildirən sözlərin digər dilə tərcüməsi zamanı olduğu kimi saxlanılan söz qruplarıdır. Realilərin başqa dillərdə tərcüməsini, qarşılığını tapmaq mümkün olmur. Realilər milli xarakterli, məişətlə bağlı əşyaların, anlayışların, mücərrəd varlıqların adlarını bildirir və tərcüməsi qeyri-mümkün hesab edilir. Bu səbəbdən realiləri ekvivalentsiz leksik vahidlər hesab etmək olar. Hər bir dildə müəyyən söz və ifadələr var ki, tərcümə prosesində onların ixtisarı və ya əvəzlənməsi mətnin və ya nitqin bütünlüyünü pozmur. Bu söz və ifadələr jarqonlar, ata sözləri, dialektik ifadələr ola bilər. Reali də bu prosesdə xüsusi yer tutmaqdadır. Reali — müəyyən bir coğrafi bölgəyə, mədəniyyətə, ölkəyə, qəbiləyə, həmçinin müəyyən tarixi dövrə aid xüsusi adları, əşyalar, anlayışlar, qavramlar, fenomenləri bildirən xüsusi sözlər və ya ifadələrdir. Bu söz qruplarının digər dillərdə qarşılığı olmadığından onların normal tərcüməsi mümkünsüz hesab edilir və tərcümə prosesinin tamamlanması üçün bu qrup sözlər xüsusi qaydada ötürülür. Realiləri təsnifləndirilməsində vahid bir sistem mövcud deyil.
Ageratina regalis
Ageratina regalis (lat. Ageratina regalis) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin ageratina cinsinə aid bitki növü.
Aster regalis
Callistephus (lat. Callistephus) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Yunancadan növün adı "gözəl bitki" kimi tərcümə edilir. Bu, gülün sarı mərkəz hissəsinin ağ ləçəklərlə əhatə edilməsi ilə izah olunur.Azərbaycanda dekorativ gülçülükdə onun bir növü- Çin kallistefusu (C.chinensis).Bunun çoxsaylı hibrid formaları vardır.Hazırda yabanı halda bitən bu növdən gülçülükdə istifadə olunmur.Çin astrası bir neçə qrupa bölünür:boruşəkilli astralar yığcamlığı ilə fərqlənirlər.Kürəşəkilli hamaşçiçəklilər yalnız boruşəkilli çiçəklərdən ibarətdir.Bu bitkilər qollu-budaqlı kol formasında olub,hamaşçiçəkləri ilə fərqlənirlər.Çin kallistefusunun hamaşçiçəkləri iri, sadə kürəşəkillidir.Birillik astralar fuzarioz xəstəliyinə yoluxa bilərlər.Xəstəliyin qarşısını almaq üçün toxumlarını əkindən əvvəl kimyəvi üsulla təmizləmək lazımdır.Qollu-budaqlı olması və iyunda yaxşı çiçəkləməsi üçün bitkiyə gübrə verməlidir.Astra olan əkin sahəsi vaxtaşırı alaqlardan təmizlənməlidir. == Sinonimləri == Amellus speciosus Gaterau Aster chinensis L. Aster lacinians Borbás Aster regalis Salisb. Asteriscodes chinense (L.) Kuntze Brachyactis chinensis (L.) Bureau & Franch. Callistemma chinensis (L.) Skeels Callistemma hortense Cass. Callistephus hortensis (Cass.) Cass.
CBS Reality
CBS Reality — Bütün Avropa, Yaxın Şərq və Afrikada yayımlanan Amerika telekanalı. CBS Corporation-a daxildir. 14 sentyabr 2009-cu ildə CBS, CBS Studios International, 2009-cu ildə Böyük Britaniyada 6 CBS markalı kanal açmaq üçün Chellomedia ilə birgə müəssisə yaradıldığını elan etdi. Yeni kanallar, Zone Romantica, Zone Thriller, Zone Horror, Zone Reality, Zone Horror +1 və Zone Reality +1-i əvəz etməi idi. 1 oktyabr 2009-cu il tarixində elan edildi ki, CBS Reality, CBS Reality +1, CBS Drama və CBS Action bu kanaları əvəz edəcək: Zone Reality, Zone Reality +1, Zone Romantica və Zone Thriller-i. 5 aprel 2010-cu ildə Zone Horror və Zone Horror + rebrendinq olundu və müvafiq olaraq 1 Horror Channel və Horror Channel +1-ə çevrildi. 1 avqust 2012-ci ildə Chellomedia, Zone Reality-in Avropa versiyasını CBS Reality olaraq adlandırdığını açıqladı. Avropada, CBS Reality 3 dekabr 2012-ci ildə Zone Reality-ni əvəz etmişdir. 2 aprel 2014-cü il tarixindən etibarən, CBS Reality Birləşmiş Krallığın Freeview rəqəmsal televiziya şəbəkəsində mövcuddur. CBS Reality +1, YouView (TalkTalk Plus TV) -də 27 iyul 2014-cü ildə efirə çıxmağa başladı, lakin növbəti ilin 2 iyun tarixində ləğv edildi.
Lupinus × regalis
Magik realizm
Magik realizm — magik elementlərin dünyanın realist mənzərəsinə daxil edildiyi bədii metod. == Tarixi == XX əsrin 1930-1960-cı illərində Cənubi Amerikada realizmin növbəti milli forması – şərti olaraq magik realizm adlandırılan hadisə meydana çıxmışdır. Cənubi Amerikada ispanlarla yerli xalqların birləşib qarışmasından ispan dilində yeni bir ədəbi mədəniyyət yaranmış və tarixi tərəqqinin nisbətən aşağı səviyyəsindən müasir sivilizasiyaya qoşulmuş bu xalqların miflərini də realist nəsrə gətirmişdir. Miflərdən bədii vasitə kimi istifadə gerçəkliyi realist təsvirin imkanlarını artırır və Avropa ədəbi tənqidinə də maraqlı təsir buraxırdı. Əslində mifdən, rəmzdən, alleqorik obrazdan realist əsərlərdə, xüsusilə poeziyada istifadə həmişə olmuşdur, ona görə Cənubi Amerikada Jorji Amadu, Qabriel Qarsiya Markes kimi yazıçıların əsərlərində özünü göstərən magik realizmi simvolizm elementlərindən istifadənin milli bir ədəbiyyatda üzə çıxması kimi qiymətləndirmək olar. Mistik və ya fantasmaqorik realizm Qərbi Avropada macara nəsrinin bir forması kimi yaranmışdır. Bədii kino biznesinin inkişafı tamaşaçı cəlb etmək üçün yeni-yeni süjetlər tapmalı idi. Bu süjetlərin bir qismi qədim dini-mistik ədəbiyyatlarda və magiyaya dair kitablarda tapılmağa başladı. Qədim magiya və mistika bir qayda olaraq müasir həyata köçürülür. Lakin ciddi sosial-fəlsəfi realist nəsrdə mistik ümumiləşmələrə meyli daha artıq rus ədəbiyyatı, xüsusilə Nikolay Qoqol, Fyodor Dostoyevski və Anton Çexovun ədəbi təcrübəsi ilə bağlamaq daha düzgün olar.
Realizm (fəlsəfə)
Realizm, fəlsəfədə — daimi və ya ümumi mənası olmayan ortaq bir Avropa fəlsəfi termini. Avropa fəlsəfəsinin istiqamətlərini təyin etmək üçün, konsepsiyaların bu və ya digər əlaqələrini gerçəkliyə postulyasiya etmək üçün istifadə edilmişdir. Fərqli dövrlərdə tamamilə fərqli (və hətta əks) istiqamətlərə mənsub idi: sxolastikizmdəki realizm (Avropa orta əsr fəlsəfəsi): bu konsepsiyaya daxil olan fərdi nümayəndələrdən ayrı (ümumbəşəri problem) ümumi anlayışların (insan, ağcaqayın, ... kimi) real mövcudluğunu postulat edir. Əks istiqamət nominalizmdir. Realizmin yumşaldılmış bir versiyası var idi - konseptualizm (mülayim realizm); realizm, mistisizmə və daha geniş şəkildə idealizmə qarşı çıxan müasir dövrün fəlsəfi istiqamətini təyin etməyə xidmət edir. Bu cür realizmin nümayəndəsi Herbart və onun tərəfdarları idi; XX əsrin əvvəllərində Oxbridge ingilis fəlsəfəsindəki realizm. Bu realistlər həqiqi anlayışların birbaşa həqiqətə uyğun olduğuna inanırdılar. Qalan hər şey (bütün metafizika) “idealizm” adlanan yalan və artıq hesab olunurdu. Bu istiqamət öz missiyasını "idealizmə" qarşı çıxdı.
Realizm (incəsənət)
Realizm — incəsənətdə istiqamət, burada əsas iş həqiqətin özünəməxsus bərpasına yönəldir. Realizm bədii hərəkatı ən tez Avropada yayıldı. İtaliyadakı real mövzular Coakkino Tom, Antonio Rotta və Cüzeppe Pelissa da Volpedo tərəfindən və Milanda, növbəti əsrin 50-60-cı illərindən etibarən bir qrup gənc rəssamın həyatı realistlik tendensiyalarına həyat verəcəkdir.
Realizm (rəssamlıq)
Realizm — incəsənətdə istiqamət, burada əsas iş həqiqətin özünəməxsus bərpasına yönəldir. Realizm bədii hərəkatı ən tez Avropada yayıldı. İtaliyadakı real mövzular Coakkino Tom, Antonio Rotta və Cüzeppe Pelissa da Volpedo tərəfindən və Milanda, növbəti əsrin 50-60-cı illərindən etibarən bir qrup gənc rəssamın həyatı realistlik tendensiyalarına həyat verəcəkdir.
Realizm (ədəbiyyat)
Realizm — Həyat həqiqətinin bədii yaradıcılığın bu və ya digər növünə məxsus spesifik təsvir vasitələrilə əks etdirilməsi. Ədəbi termin kimi XIX əsrin 50-ci illərindən fransız ədəbiyyatının "realist məktəb" adlanan cərəyan nümayəndələrinin fəaliyyəti sayəsində yayılmağa başlamışdır. Adətən realizmə XIX əsrdə romantizmi əvəz etmiş, naturalizmə, müxtəlif modernist cərəyanlara qarşı yönəlmiş bir cərəyan kimi baxılır. Yaradıcılıq tipləri kimi realizm və romantizm bədii-estetik cəhətdən bir-birinə qarşı durmur, vahid tamın iki cəhətini təşkil edirlər; bədii həqiqət həyat həqiqəti ilə estetik idealın vəhdətində təzahür etdiyindən, adətən, romantik əsərlərdə realist, realist əsərlərdə isə romantik ünsürlər özünü göstərir. Dünya ədəbiyyatında O. Balzak, Q. Flober, G. Mopassan, Ç. Dikkens, M. Y. Dostoyevski, L. Araqon, P. Neruda və b. realizmin ən görkəmli nümayəndələri hesab olunurlar. Fransada realizm məsumluğun övladı kimi dünyaya gəldi. Elə bu zaman Floberin "Madam Bovari əsəri realizmin ilk nümunələrindən oldu. Ədəbiyyatda bovarizm termini bununla əlaqədərdir Azərbaycan ədəbiyyatında isə M. F. Axundov, M. Ə. Sabir, N. Vəzirov, C. Məmmədquluzadə, C. Cabbarlının əsərləri realist ədəbiyyatın parlaq nümunələridir.
Sadəlövh realizm
Sadəlövh realizm — fəlsəfədə və gündəlik şüurda qnoseoloji mövqe, ona görə normal insanın normal şəraitdə qavradığı və ümumi qəbul edilmiş və faktlara uyğun gələn dildə təsvir etdiyi hər şey realdır. Sadəlövh realistin nöqteyi-nəzərindən reallıq onun duyğularının köməyi ilə şəxsən qavradıqları, eləcə də hissiyyatla qavranılan dünya haqqında düşündükləri və bildikləridir. Gündəlik həyatda sadəlövh realizm sağlam idrak psixologiyasına ziyan vurur, elmdə isə nəzəri anlayışların doqmatizminə və tənqidi olmayan hipostazına gətirib çıxarır. Sadəlövh elmi realizmə görə, elmi ictimaiyyət tərəfindən qəbul edilmiş nəzəriyyə tam həqiqətə malikdir, yəni təsvir olunan obyektlər sisteminin tam və dəqiq təsvirini verir. Sadəlövh realizmin alternativi hər hansı elmi nəzəriyyəni yalnız nümunəvi mənada doğru hesab edən və bilik subyektinin yaradıcı fəaliyyətini vurğulayan tənqidi realizmdir. Sadəlövh realizm nəzəriyyəsini beş inancın qəbulu kimi xarakterizə etmək olar: Maddi obyektlər dünyası var. Bu obyektlər haqqında deyilənlərin həqiqəti hiss təcrübəsinin köməyi ilə yoxlanıla bilər. Bu cisimlər təkcə qavranılan zaman deyil, həm də dərk edilmədiyi zaman da mövcuddur. Bu qavranılan obyektlər qavrayışdan müstəqildir. Bu cisimlər qavranılan zaman, hətta qavranılmayanda da müşahidə etdiyimiz keyfiyyətləri özündə saxlaya bilir.
Sosial realizm
Sosial realizm və ya sosial realizm — XIX–XX əsrlərdə əsası qoyulmuş, sosial və ya siyasi məzmun daşıyan realist üslublu əsərlərin nümunələrini təsvir etmək üçün istifadə edilən bir termindir. Konsepsiya bir çox aspektlərdə tənqidi realizmə bənzəyir, lakin daha çox plastik sənətlərdən, xüsusən də rəssamlıqdan əsərlər üçün istifadə olunur. Bu cəhət də realizmlə bağlıdır. Realizm ilə arasındakı ən böyük fərq konseptual deyil, xronolojidir. Əsas konseptual fərqlilik tənqidi realizmdə olduğu kimi sosialist realizmindədir. Xüsusilə sosialist realist əsərlərində görünən aydın siyasi yan sosial realizmdə görünmür. Cəmiyyəti və şəxsi sosial və real cəhətləri ilə təqdim etmək məqsədi daşıyır. O, sosialdır, cəmiyyətin problemlərindən xəbərdardır və onlara həssaslıqla yanaşır; Realistdir və sənətkarın mövzu ilə bağlı şəxsi hiss və düşüncələri aydın başa düşülən ifadəyə çevrilir. Sosial realizm romantizmin təbliğ etdiyi idealizmə və şişirdilmiş eqoya qarşı bir reaksiya olaraq inkişaf etmişdir. Sənaye İnqilabının nəticələri aydın oldu; şəhər mərkəzləri böyüdü, gecəqondular yuxarı təbəqələrin sərvətinin nümayişindən fərqli olaraq yeni miqyasda çoxaldı.
Tigris regalis
Pələng (lat. Panthera tigris) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinə aid heyvan növü. Böyük pişiklər ailəsinin dörd üzvündən biri. Yırtıcı heyvandır və vəhşi təbiətdə rast gəlinən ən böyük, ən güclü pişik növüdür. Dünyada təbii mühitdə yaşayan pələnglərin 80%-i Hindistan yarımadasının payına düşür. Şimalda Sibir, cənubda Hindistan ilə Malakka yarımadası arasındakı bölgələrdə yaşayırlar. Pələnglərin 8 növə bölürlər ki, onlardan 3 növü artıq nəsli kəsilmişdir. Bütün dünyada təbiətdə təxminən 7700 pələng yaşayır. Uzaq Şərqdə dünyanın ən böyük pələngləri yaşayırlar. Yetkin erkəklərin çəkisi 390 kiloqrama çatır.
Tənqidi realizm
Tənqidi realizm – ədəbi cərəyan. XIX əsrin birinci yarısında Fransada romantizmlə eyni vaxtda tənqidi realizm cərəyanı da inkişaf etdi. Qısa bir vaxtda tənqidi realizmin Stendal və Onore de Balzak kimi klassikləri meydana çıxdı, Qərbi Avropada və Rusiyada realist cərəyanın inkişafına mühüm təsir göstərdi. O zaman Avropada realizmə natural məktəb də deyirdilər, əslində natura və reallıq sözləri eyni mənaya gəlirdi və bunlar sinonim terminlər idi. Realizm sözünün mənası da ilk növbədə yaradıcılığın real dünya həqiqətlərinə əsaslanması və bədii uydurmaya verilən yerin azlığı mənasını daşıyırdı. Lakin sonradan realizm termini daha artıq işlənməyə başladı. Tənqidi realizm ifadəsindəki tənqid sözü kapitalist gerçəkliyinə aid idi. Balzak kimi tənqidi realistlər insanın bədii təsvirində sentimentalizmin və romantizmin nailiyyətlərinə prinsipial bir şey əlavə etməmişdilər. Onların əsas yeniliyi burjua cəmiyyətini təhlil və tənqid etmək, insanların qüsur və problemlərini, qəddarlığını açıb göstərməklə bağlı idi. Məhz bu xüsusiyyətlər tənqidi realistlərin ədəbi tərəqqiyə verdikləri əsas töhfələr idi.
Elementar realizm
== Giriş == Realizm həyat həqiqətinin bədii yaradıcılığın bu və ya digər növünə məxsus spesifik təsvir vasitələrilə əks etdirilməsidir. "Realist məktəb" adlanan məktəb XIX əsrdə fransız ədəbiyyatında ədəbi termin kimi yaranmışdır. Bu məktəbin meydana çıxma amillərinə aşağıdakılar daxildir: 1. Parisin Latın məhəlləsində yaşayan və romantikləri ələ salan o qədər də məşhur olmayan yazıçılar və rəssamlar. 2. Barbizon Məktəbi rəssamları İtalyan klassik ənənəsinin köhnəlmiş hesab edilən o dövründə təbiəti birbaşa müşahidə etməyə çağırdı və reallıqdan qaçan romantiklərə qarşı reaksiya verdi. == Elementar realizm == Realizmin bu növü Balzakın əsərlərindən başlayır. Elementar realizm özünü doğru, dolğun və dürüst sosial mühiti və müasir dünyanı yeniləməyə sadiqdir, lakin bu yenilənmə çox sadədir və nümunə təklif olunmur. Bundan əlavə, Elementar realizm pessimist və gələcəyə məyusdur. Bu məktəbdə yazılmış əsərlərə Tolstoyun "Hərb və Sülh", Fyodor Dostoyevskinin "Cinayət və Cəza" və "Karamazov qardaşları" daxildir.
Lupinus regalis
Lupinus regalis (lat. Lupinus regalis) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin acıpaxla cinsinə aid bitki növü.
Consolida regalis
Consolida regalis (lat. Consolida regalis) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin üsgüyotu cinsinə aid bitki növü.
Anoectochilus regalis
Anoectochilus regalis (lat. Anoectochilus regalis) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin anoectochilus cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Anoectochilus roxburghii var. regalis (Blume) Pradhan === Heterotipik sinonimləri === Anoectochilus frederici-augusti Rchb.f.
Dualist monarxiya
Dualistik monarxiya — konstitusiya monarxiyasının iki növündən biridir (parlamentar monarxiya ilə birlikdə). Mütləq monarxiyadan parlamentli monarxiyaya keçidin tarixi formasını nəzərə alaraq demək olar ki, Dualistik Monarxiyada monarxın səlahiyyəti Konstitusiya ilə məhdudlaşdırılır, lakin monarx həm formal (Konstitusiya normalarına uyğun olaraq), həm də praktiki olaraq geniş səlahiyyətləri özündə saxlayır. demokratik təsisatların zəifliyinə görə) və bu dövlətin siyasi sisteminin mərkəzində dayanır. Dualistik monarxiyada hökumət rəsmi olaraq monarx və parlament qarşısında cavabdehdir, lakin praktikada Hökumət yalnız monarxa tabe olması ilə seçilir. Hazırda dualistik monarxiyanın müasir, yəni dəyişdirilmiş forması Mərakeş, İordaniya, Tayland, Nepal və Malayziyada qorunub saxlanılır. Çünki hazırda keçmişdə belə idarəetmənin ənənəvi forması özünü göstərib. Həmçinin bax: Monarxiya .