Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Makaroni
Makaroni (it. Maccheroni) - boruşəkilli makaron məmulatı. Əsasən İtaliya mətbəxinə xas yeməkdir. == Makaron məmulatları == Makaron məmulatları təsdiq edilmiş qaydalara uyğun olaraq reseptlərin sanitar qaydalarını və texnoloji təlimatlarını gözləmək şərtilə standartın tələblərinə əsasən hazırlanmalıdır. Bu məmulatların əsasən makaron, vermişel, əriştə və s. kimi növləri var. == Tarixi == Makaron dediyimiz zaman ağlımıza gələn ilk şey İtaliya olsa da, makaronun Çin, Yaponiya, Fransada kəşf olunduğunu iddia edənlər də vardır. Hətta bu gün makaron istehlakının ən yüksək olduğu İtaliyaya da bu yeməyin XIV əsrdə italyan taciri və səyyahı Marko Polo (1254-1324) tərəfindən Çin səyahətindən sonra gətirildiyi iddia edilir. Sözsüz ki, italyanlar bu iddianı rədd edirlər. Çində makaronun I əsrdə kəşf olunduğu, hətta 960-1280 illər arasında hökmdarlıq etmiş Sun xanədanlığı zamanında populyarlığının artıb, xüsusi makaron dükanlarının da açıldığı bilinməkdədir.
Makaroni (dəb)
Makaroni (İngilis. macaroni, daha qədimdən maccaroni), XVIII əsrin 70-ci illərində İngiltərədə dəbli geyinməyi sevən, dəb dalınca qaçan və öz ədəbazlığı ilə diqqəti cəlb etməyə çalışan gənclərə verilən addır (ləqəbdir). == Xronologiya == Sözün əsli italyancadır. Müxtəlif dillərdən alınan sözlərin qarışıq şəkildə işlədilməsi yolu ilə yaradılan satirik və gülməli şeirlərə makaronik poeziya deyirdilər. XV əsrdə İtaliyada latın sözləri və qafiyələri ilə italyan sözləri və qafiyələrini qarışıq işlədilən poetik əsərlərə bu adı verirdilər. XVIII əsrin ingilis gəncləri moda dalınca qaçanda bəzək-düzəkdə bir çox elementləri qarışdırdıqlarına görə onlara "makaroni" ləqəbi verilmişdi. Bu gənclər Londonda özləri üçün xüsusi "Makaronilər klubu" düzəltmişdilər. == İstinad == Çarlz Dikkens - Oliver Tvistin Macəraları, səhifə 9. Bakı Qanun Nəşriyyatı, 2015.
Makaron
Makaron (it. pasta) — un məhsulu. İtaliya mətbəxinin əsas məhsuludur. İlk dəfə 1154-cü ildə Siciliyada ortaya çıxmışdır. Əsasən su və yumurtadan yoğrulmuş buğda unu xəmirinin qurudulmasından hazırlanmış yeyinti məhsulu, habelə ondan hazırlanmış xörəkdir. Dilimizə italyanca maccherone sözündən keçmişdir. == İstehsalı == 2015–2016 illərdə dünyanın ən böyük makaron istehsal edən ölkələr İtaliya (3,2 mln. ton), ABŞ (2 mln. ton), Türkiyə (1.3 mln. ton), Braziliya (1.2 mln.
Maroni
Maroni (fr. Maroni, nid. Marowijne) — Cənubi Amerika çayı. Çay Surinam və Fransa Qvianası ərazisindən axır, çox hissəsi sərhəd bölgəsindən keçir, bundan sonra estuari yaradaraq Atlantik okeanına tökülür. Çayın uzunluğu 520 km (digər mənbələrə görə 680 km və ya 725 km), su götürmə sahəsi 65830 km²-dir. Çayın sahilləri əsasən tropik cəngəlliklərlə örtülüdür, mənbəyi Braziliya sərhədi yaxınlığındakı Tumuk Umak dağlarında yerləşir. Əsas qolları Tapanahoni və Lavadır. Çay ətrafında Sen-Loran-dü-Maroni (Fransız Qvianası) və Albina (Surinam) limanları yerləşir. Kiçik gəmilər çay estuarisindən 100 km məsafədə üzə bilərlər, daha sonraki yerlərdə çoxsaylı astanalar və şəlalələr var. Çayın orta axınında qızıl mədəni yerləşir.
Macarşin (Üskü)
Macarşin (fars. مجارشين‎) — İranın Şərqi Azərbaycan ostanının Üskü şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,112 nəfər yaşayır (304 ailə).
Puan Maharani
Puan Maharani (6 sentyabr 1973[…], Cakarta) — İndoneziya siyasətçisi, 2014-cü ildən Coko Vidodonun Kabinetində İnsan İnkişafı və Mədəniyyət İşləri üzrə Əlaqələndirici naziri vəzifəsində olub. İndoneziya parlamentində ən böyük və prezidentin partiyası olan PDI-P üzvüdür. 2009-cu ildə seçkilərdən bəri Hökumət Nümayəndəsi Şurasının üzvü, 2012-ci ildən partiya fraksiyasının rəhbəri vəzifəsini 2014-cü il kabinetə təyin olunana qədər yerinə yetirmişdir. O, nazirlik vəzifəsinə təyin olunmuş səkkiz qadın nazirdən yeganə koordinasiya naziri olmuşdur. O, keçmiş prezident və indiki PDI-P lideri Meqavati Sukarnoputrinin ən kiçik uşağı, yeganə qızı və İndoneziyanın qurucu prezidenti Sukarnonun nəvəsidir. Onun atası Tofiq Kiemas Xalq Məsləhət Şurasının sədri olaraq 2009-cu ildən etibarən 2013-cü ildə ölümünə qədər xidmət edib. == Ailə və şəxsi həyat == === Erkən həyatı === 1970-ci ildə Meqavatinin ilk həyat yoldaşı Surindro Supcarsodan iki uşağı var idi — o Biak yaxınlığında qəzaya uğrayıb öldü. Misirli diplomatla qısa bir ailə qurduqdan sonra Meqavati Tofiq Kiemasla evləndi və Maharani 1973-cü ildə anadan oldu. Prezident Sukarnonun 1965-ci il 30 sentyabr Suxarto tərəfindən devrilməsindən sonra Kiemas bir neçə il həbsxanada bir siyasi məhbus olaraq ailənin iqtisadi və sosial qarşılıqlı təsirlərini məhdudlaşdırdı. === Təhsili === Onun ilk 12 illik məktəbi Cikinidə başa çatdı və 1991-ci ildə İndoneziya Universitetinə kütləvi ünsiyyəti öyrənmək üçün daxil oldu.
Ülvi Bacarani
Ülvi İlqar oğlu Bacarani (27 yanvar 1995, Bakı) — Azərbaycan şahmatçısı, qrosmeyster (2013). == Həyatı == Ülvi Bacarani 27 yanvar 1995-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. Şahmatla beş yaşından məşğul olmağa başlayıb. Birinci dərəcəni 7 yaşında alıb, 9 yaşda olarkən Bakı çempionatında qalib olub, daha sonra 10 yaşında Avropa və Dünya çempionatlarındakı medallarına görə FİDE ustası olub, 14 yaşında Beynəlxalq usta adını və 16 yaşında ən yüksək şahmat titulunu – Beynəlxalq qrosmeyster titulunu qazanıb. İlk müəllimi atası - İlqar Bacarani (beynəlxalq usta, beynəlxalq hakim, əməkdar məşqçi) olub. == Uğurları == Respublika Şahmat Mərkəzində keçirilən U14 pempionatının qalibi, Bakı (Noyabr, 2004) 10 yaşa qədər oğlanlar arasında Bakı çempionu (2004, 2005) U12 kateqoriyasında 3 dəfə çempoin, Əbu-Dabi, BƏƏ (Avqust, 2005, 2006 və 2007) U10 kateqoriyasında beynəlxalq şahmat turnirinin qalibi, Tehran, İran (Fevral, 2005) U14 kateqoriyasında "Prezident kuboku" beynəlxalq şahmat turnirinin qalibi, Bakı (May, 2006) Açıq şahmat turnirinin mükafatçısı, Əbu-Dabi (BƏƏ, Avqust, 2006) U16 kateqoriyasında "Xəzər kuboku" beynəlxalq şahmat turnirinin qalibi, Rəşt, İran (Dekabr, 2007) Dubay-U12 kateqoriyasının qalibi (İyul, 2007) U20 kateqoriyasında beynəlxalq "Ramazan kuboku" şahmat turnirinin qalibi, Əbu-Dabi, BƏƏ (Sentyabr, 2008) U14 kateqoriyasında "Capella La Grande" açıq şahmat turnirinin qalibi, Fransa (Mart, 2009) U14 və U20 Azərbaycan Gənclər Çempionatının qalibi, Baku (Aprel, 2009) U14 kateqoriyasında "Dubay-Open" şahmat turnirinin qalibi, BƏƏ (İyul, 2009) U18 kateqoriyasında "Aeroflot-Open" beynəlxalq şahmat turnirinin qalibi, Moskva (Fevral, 2010) "PETROVSKAYA LADYA" turnirində ikinci yer, Peterhof, Rusiya (İyul, 2010) "Dünya gənc ulduzlar" turnirinin mükafatçısı, Kirişi, Rusiya (May, 2011) "İbn-Sina kuboku" turnirinin mükafatçısı, Həmədan, İran (İyun, 2011) U18 kateqoriyasında "Baku-Open" qalibi, Bakı, Azərbaycan (Avqust, 2011) Dünya azərbaycanlılarının həmrəyliyi günü münasibətilə bağlı turnirinin qalibi, Bakı, Azərbaycan (Dekabr, 2011) Azərbaycanın birini liqasının qalibi Bakı, Azərbaycan (Noyabr-Dekabr, 2012) U18 kateqoriyasında Azərbaycan Gənclər Çempionatının qalibi, Bakı, Azərbaycan (Mart, 2013) Ramazan blitz turnirinin qalibi, Əbu-Dabi, BƏƏ (İyul, 2013) Alushta GM Payız turnirinin qalibi, Ukrayna (Sentyabr, 2013) Milli müstəqillik günü münasibətilə Açıq turnirinin qalibi, Bakı, Azərbaycan (Oktyabr, 2013) Dünya azərbaycanlılarının həmrəyliyi günü münasibətilə Blitz turnirinin qalibi, Bakı, Azərbaycan (Dekabr, 2013) Şahmat üzrə kişilər arasında Azərbaycan çempionatının qalibi (İyun, 2014) Fuad Cəfərov xatirə turnirinin qalibi (play off) Bakı, Azərbaycan (Noyabr, 2014) U20 kateqoriyas;nda Najdorf Open A 2014 xatirə turnirinin qalibi, Varşava, Polşa (İyul, 2015) Blitz turnirinin mükafatçısı Arad, Rumıniya ( Avqust, 2015) Brasschat Open turnirinin qalibi, Belçika (Avqust, 2015) Fuad Cəfərov xatirə turnirinin qalibi (blitz), Bakı (Dekabr, 2015) Azərbaycan Respublikası Silahlı Qüvvələri günü münasibətilə sürətli şahmat turnirinin qalibi, Bakı (İyun, 2016) Azərbaycan Respublikası Silahlı Qüvvələri günü münasibətilə blitz turnirinin qalibi, Bakı (İyun, 2016) == İstinadlar == == Xarici keçidlər == Qrossmeyster Ülvi Bacarani: Şahmatda hələ çox inkişaf edəcəm – MÜSAHİBƏ (az.) Rəsmi saytı (az.) Ulvi Bajarani. Chess-DB.com Arxivləşdirilib 2016-07-29 at the Wayback Machine (ing.) Ulvi Bajarani. 365chess.com (ing.) Ulvi Bajarani. fide.com (ing.) Ulvi Bajarani.
Makaron şirniyyatı
Makaron (fr. macaron, /makaʁɔ̃/) —Yumurtanın ağından, şəkər tozundan, ovulmuş badamlardan hazırlanmış Fransız şirniyyatıdır. == Hazırlanması == Adətən peçenye formasında olub, ikisinin arasına krem və ya cem qoyulur. İtalyanca makaron "dağıtmaq, parçalamaq" mənasındadır. Onun əsas inqrediyenti badam ovuntusudur. Hazır şirniyyatlar yumşaq olub, üzəri hamar olur, ağızda əriyir, müxtəlif dadda olurlar. == Tarixi == Makaronun resepti üzərində daima münaqişələr mövcuddur. Belə ki, elə düşünürlər ki, makaron məhz İtaliyanın Venesiya bölgəsində yaradılıb. Bəzi fərziyyələrdə isə 791-ci ildə Fransanın Kormeri bölgəsində meydana gəlmişdir. Bəzi rəvayətlərə görə şirnini Fransaya İtaliyalı aşbazlar tərəfindən Yekatirina Mediçinin II Henrix ilə nikahından sonra gətirilmişdir.1830-cu ildə makaronları likör ilə təqdim edirdilər.
Fərid Macari
Fərid Macari (ing. Fareed Majari; XX əsr, Almaniya Federativ Respublikası) — İran mənşəli Almaniya kinorejissoru və mədəniyyət meneceri. O həmçinin, Höte İnstitutunun Los-Anceles şöbəsinin direktorudur. Macari əvvəllər Höte İnstitutunun Livan (Beyrut) və Fələstində (Ramallah) şöbələrinin direktoru vəzifəsində çalışmış, həmçinin Moskva və Münhendə işləmişdir. O, 1995 və 1996-cı illərdə Konnektikut Universitetində professor olmuşdur. Macari Ramallahda çəkilən "Matabb" serialının prodüseri və həmmüəllifidir.
Sen-Loran-dü-Maroni (rayon)
Sen-Loran-dü-Maroni (fr. Arrondissement de Saint-Laurent-du-Maroni) — Fransanın Fransa Qvianası regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Fransa Qvianası. Suprefektura — Sen-Loran-dü-Maroni. Rayon əhalisi 2011-ci ildə 78 849 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 1,9 nəf / km². Rayon sahəsi — 40 945 km².