Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Magellan boğazı
Magellan boğazı (isp. Estrecho de Magellenes). Boğaz Odlu Torpaq arxipelaqı ilə Cənubi Amerika materikini bir-birindən ayırır. Boğazın bəzi yerlərdə eni 3,5 km-ə çatır. Sahil hissələrində fiortlara rast gəlinir ki, bu da həmin hissədə gəmiçiliyə mane olur. Boğazın şərqdən qərbə ümumi uzunluğu 575 km təşkil edir. Ən dayaz yeri 20 m-dir. Bu boğazı keçən ilk avropalı Fernando Magellan olmuşdur. Uzun müddət Cənub torpağı adlı qitəsinin bir parçası olma ehtimalı vardı. == Tarixi == 21 oktyabr 1520-ci ildə güclü küləklər Magellanın gəmisini boğazın girişində olan buxtaya salır.
Ferdinand Magellan
Fernan Magellan (port. Fernão de Magalhães [fɨɾˈnɐ̃w̃ ðɨ mɐɡɐˈʎɐ̃ȷ̃s], isp. Fernando (Hernando) de Magallanes [(f)eɾ'nando ðe maɣa'ʎanes], lat. Ferdinandus Magellanus) (təq. 1480, Ponti-da-Barka[d], Portuqaliya krallığı – 27 aprel 1521, Maktan adası, Mərkəzi Visay[d]) — Portuqaliyalı dənizçi və səyyah. == Həyatı == Fernan Magellanın anadan olduğu yer Portuqaliyadır. Onun ailəsi haqqında da az məlumat vardır, ancaq onun əslən zadəgan ailəsindən olduğu məlumdur. Magellanın ailəsində özündən başqa 4 uşaq da olub. Portuqaliyalıların Hindistana qarşı bir neçə yürüşündə iştirak edib. Portuqaliyaya qayıtdıqdan sonra ona aşağı vəzifə verildiyinə görə öz ölkəsini tərk edərək İspaniyaya köçüb və burada da ailə həyatı qurub.
Fernan Magellan
Fernan Magellan (port. Fernão de Magalhães [fɨɾˈnɐ̃w̃ ðɨ mɐɡɐˈʎɐ̃ȷ̃s], isp. Fernando (Hernando) de Magallanes [(f)eɾ'nando ðe maɣa'ʎanes], lat. Ferdinandus Magellanus) (təq. 1480, Ponti-da-Barka[d], Portuqaliya krallığı – 27 aprel 1521, Maktan adası, Mərkəzi Visay[d]) — Portuqaliyalı dənizçi və səyyah. == Həyatı == Fernan Magellanın anadan olduğu yer Portuqaliyadır. Onun ailəsi haqqında da az məlumat vardır, ancaq onun əslən zadəgan ailəsindən olduğu məlumdur. Magellanın ailəsində özündən başqa 4 uşaq da olub. Portuqaliyalıların Hindistana qarşı bir neçə yürüşündə iştirak edib. Portuqaliyaya qayıtdıqdan sonra ona aşağı vəzifə verildiyinə görə öz ölkəsini tərk edərək İspaniyaya köçüb və burada da ailə həyatı qurub.
Fernando Magellan
Fernan Magellan (port. Fernão de Magalhães [fɨɾˈnɐ̃w̃ ðɨ mɐɡɐˈʎɐ̃ȷ̃s], isp. Fernando (Hernando) de Magallanes [(f)eɾ'nando ðe maɣa'ʎanes], lat. Ferdinandus Magellanus) (təq. 1480, Ponti-da-Barka[d], Portuqaliya krallığı – 27 aprel 1521, Maktan adası, Mərkəzi Visay[d]) — Portuqaliyalı dənizçi və səyyah. == Həyatı == Fernan Magellanın anadan olduğu yer Portuqaliyadır. Onun ailəsi haqqında da az məlumat vardır, ancaq onun əslən zadəgan ailəsindən olduğu məlumdur. Magellanın ailəsində özündən başqa 4 uşaq da olub. Portuqaliyalıların Hindistana qarşı bir neçə yürüşündə iştirak edib. Portuqaliyaya qayıtdıqdan sonra ona aşağı vəzifə verildiyinə görə öz ölkəsini tərk edərək İspaniyaya köçüb və burada da ailə həyatı qurub.
Magellan buludları
Magellan buludları — anlayış özündə Böyük Magellan Buludu və Kiçik Magellan Buludunu birləşdirir. Bizim kimi şimal yarımkürəsinin digər sakinləri də bu gözəlliyi görməkdən məhrumdurlar. Bu qalaktikalar, yəni Böyük və Kiçik Magellan buludları cənub yarımkürəsindən müşahidə olunur. Hətta binoklsuz və ya teleskopsuz belə, cənub yarımkürəsində onları görmək mümkündür. Təxminən 180 min işıq ili uzaqlıqda yerləşən Magellan Buludları bizim qalaktikamızın çox yaxınındadırlar. Bizim qalaktikamız Süd Yolu qalaktikasının peykləri hesab olunan bu qalaktikalar "cırtdan" qalaktikalar hesab olunur. Cırtdan dedik sizə kiçik bir cisim kimi gəlməsin. Belə ki, Böyük Magellan Buludu 30 min işıq ili genişliyindədir və 1 milyarda qədər ulduza ev sahibliyi edir. Kiçik Magellan Buludu isə bir az daha kiçik olub, 20 min işıq ili genişliyindədir. Bu qalaktikaya isə 3–5 milyon ulduz daxildir.
Magellan buludu
Magellan buludları — anlayış özündə Böyük Magellan Buludu və Kiçik Magellan Buludunu birləşdirir. Bizim kimi şimal yarımkürəsinin digər sakinləri də bu gözəlliyi görməkdən məhrumdurlar. Bu qalaktikalar, yəni Böyük və Kiçik Magellan buludları cənub yarımkürəsindən müşahidə olunur. Hətta binoklsuz və ya teleskopsuz belə, cənub yarımkürəsində onları görmək mümkündür. Təxminən 180 min işıq ili uzaqlıqda yerləşən Magellan Buludları bizim qalaktikamızın çox yaxınındadırlar. Bizim qalaktikamız Süd Yolu qalaktikasının peykləri hesab olunan bu qalaktikalar "cırtdan" qalaktikalar hesab olunur. Cırtdan dedik sizə kiçik bir cisim kimi gəlməsin. Belə ki, Böyük Magellan Buludu 30 min işıq ili genişliyindədir və 1 milyarda qədər ulduza ev sahibliyi edir. Kiçik Magellan Buludu isə bir az daha kiçik olub, 20 min işıq ili genişliyindədir. Bu qalaktikaya isə 3–5 milyon ulduz daxildir.
Magellan pinqvini
Magellan pinqvini (lat. Spheniscus magellanicus) — Eynəkli pinqvinlər cinsinə daxil olan növ. Növ Fernan Magellanın şərəfinə adlandırılmışdır. O, pinqvinlərin yaşama arelını kəşf etmişdir. == Arelı == Bu canlıların əsas yayılma arealı Pataqoniya sahilləri, Odlu Torpaq arxipelaqı, Xuan Fernandez adaları və Folklend adalarıdır. Bəzi fərdlər hətta Rio-de-Janeyro və Perunun cənub sahillərində müşahidə edilmişdir. Yumurtaya hər iki valideyn 40 gün müddəti ərzində nəzarət edir. Dişi adətən 1 və ya iki yumurta qoyur. Bu növə daxil olan fərdlərin ümumi sayi 1,8 milyon baş olması ehtimal edilir == Xarici görüşü == Yetkin xərdlər 70–80 sm uzunluğa, 5–6 kq çəkiyə malik olurlar. Arxa hissəsi qara, ön hissəsi isə ağ rəngdə olur.
Magellan çovdarçıları
Magellan çovdarçıları (lat. Pluvianellidae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinə aid heyvan fəsiləsi. == Təsviri == Magellan çovdarçısının kürək və döşü açıq boz rəngdə, digər yerləri isə ağ rəngdə olur. Qısa qırmızı ayaqları və qırmızı gözləri var. Cavan fərdlərdə göz və ayaqlar sarımtıl rəngdə olur. Quşların çağırışları göyərçinlərin çağırışına bənzəyir. == Çoxalması == Magellan çovdarçısı suya yaxın yerdə yuvalayır və yerə 2 iri yumurta qoyur. Adətən bir cücəsi sağ qalır. == Qidalanması == Magellan çovdarçısı xırda onurğasızlarla qidalanır.
Hörmüz boğazı
Hörmüz boğazı (Ərəbcə: مَضيق هُرمُز‎ Maḍīq Hurmuz, Farsca:تَنگِه هُرمُز Tangeh-ye Hormoz) Oman körfəzi ilə Fars körfəzi arasında strateji cəhətdən əhəmiyyətli boğazdır. Boğaz avestada qeyd olunan xeyir tanrısı Hörmüzün adını daşıyır. Şimal sahilində, İran və cənub sahilində Birləşmiş Ərəb Əmirlikləri və Omanın eksklavı Musandam yerləşir. Boğazın ən ensiz yerindəki genişliyi 54 km (34 mil) dir. Bu neft ixrac edən Fars körfəzinin geniş sahələri üçün açıq okeana yeganə dəniz keçididir və dünyanın strateji cəhətdən ən əhəmiyyətli Tıxanma nöqtələrindəndir. == İstinadlar == == Əlavə oxumaq == Wise, Harold Lee. Inside the Danger Zone: The U.S. Military in the Persian Gulf 1987-88. Annapolis: Naval Institute Press. 2007. ISBN 1-59114-970-3.
Kabot boğazı
Kabot boğazı - Kanadanın şərqində Müqəddəs Lavrentiya körfəzinin bir hissəsi olaraq Keyp-Breton adası ilə Nyufaundlend adası arasında yerləşir. Uzunluğu 110 km, eni 9,1–18 km, dərinliyi 3660 m təşkil edir. Boğazın adı italiyalı dənizçi Con Kabotun şərəfinə adlandırılmışdır. Hər iki sahilində iri şəhərlər vardır: Sanel-Port-o-Bask və Sidney.
Kafirefs boğazı
Kafirefs boğazı (yun. Καφηρέας) — Egey dənizi akvatoriyasında yerləşən Evbeya və Andros adaları arasında yerləşir. Adı qədim yunan əfsanəsi ilə əlaqədardır. Eni 11 km təşkil edir. Boğazda güclü axınlar müşahidə edilir. Şimaldan cənuba doğru yönələn axınlar Qara dənizdən Mərmərə dənizinə və oradan da Aralıq dənizi istiqamətinə yönəlir. Boğazda eyni adlı burun vardır. Bu burunun qədim yunan əsatirlərində adı çəkilir.
Kalmarsund boğazı
Kalmarsund boğazı (isv. Kalmarsund) - İsveçə məxsus Eland adasını Skandinaviya yarımadasından ayırır. Uzunluğu 130 km, eni 5 – 25 km təşkil edir. 1972-ci ildə boğazın üzərində Eland körpüsü inşa edilmişdir. Materik ilə ada arasında körpü hər iki tərəfin avtomagistral xətlərini birləşdirir. Bölgədə ekoloji vəziyyət gərgindir. Belə ki, kənd təsərrüfatında istifadə edilən azot və fosfor gübrələri buna yol açır. Ərazi Şimali Avropada ən qədim yaşayış məskənləri məhz burada yerləşir.
Kammon boğazı
Kammon boğazı (yap. 関門海峡) — Kyuşu adası ilə Honşu adası arasında yerləşən boğaz. Bəzən Anato (yap. 穴戸海峡), Bakan (yap. 馬関海峡), Şimonoseki (yap. 下之関海峡). Bəzi hallarda ayrı-ayrı boğazlar şəbəkəsi olaraq qeyd edilir. == Əhali == Boğazın yerləşdiyi rayon ərazisində 1.3 milyon insan yaşayır. Boğazın Honsü adası sahillərində Şimonoseki, Kyuşu adası sahilində isə Kitakyuşu şəhəri yerləşir. Yaxınlıqdakı Kitakyusyu hava limanı 2006-cı ildə inşa edilmişdir.
Kamçatka boğazı
Kamçatka boğazı — Sakit okeanda yerləşən Berinqa adasını Kamçatka yarımadasından ayırır. Sakit okeanını Berinq dənizi ilə birləşdirir. Uzunluğu 150 km, eni isə 191 km təşkil edir. Ən dərin yeri 4420 m-dir. Sahilləri girintili-çıxıntılıdır, uca və sıldırımlı dağlarla əhatəlidir. Boğazın sahəsi 335,34 km² təşkil edir. Boğazın qərb hissəsində Kamçatka körfəzi yerləşir. Qərb hissədə boğazın orta dərinliyi 3500 m, şərq hissədə (Berinqa adası yaxınlığında) orta dərinlik isə 200 m-dir. Suyun duzluluğu dərinlikdən asılı olaraq 32,4–34,7‰ arası dəyişir. Adına gəldikdə isə Kamçatka yarımadasına yaxınlığı səbəbindən bu cür adlandırılmışdır.
Kennedi boğazı
Kennedi boğazı ing. Kennedi Channel - Qrenlandiya adasını Elsmir (ada)sından ayırır. Nersa boğazının davamında yerləşir. Keyna körfəzini Xoll körfəzi ilə birləşdirir. Boğazın uzunluğu 130 km, eni isə 24–32 km arası dəyişir. Dərinliyi 180–340 m təşkil edir. Boğaz 1854-cü ildə şimal qütbünə təşkil edilən ekspedisiya rəhbəri İlaysem Keyro tərəfindən kəşf edilir. Adına gəldikdə isə bir neçə variant vardır. Bəziləri Kennedi adı Keynanın dostu Vilyam Kennedinin şərəfinə adlandırıldığı bildirilir. Oda qütb tətqiqatçısıdır.
Kerç boğazı
Kerç boğazı (ukr. Керченська протока, krımtat. Керич богъазы, Keriç boğazı) — Boğaz Atlantik okeanın akvatoriyasına daxil olan Azov dənizini Qara dənizlə birləşdirir. Krıma daxil olan Kerç yarımadasını isə Taman yarımadasından ayırır. Boğazın eni 4,5–15 km-ə qədərdir. Ən dərin yeri 18 m, əsas limanı Kerç şəhəridir. XVIII əsrin sinlarından XX əsrə qədər ruslar boğazı Tavriya, Enikal, Kerç-Enikal, Qədim yunanlar boğazı Kimmer Bosforo (q.yun. Βόσπορος Κιμμέριος) adlandırırdılar. Ad isə ərazidə yaşıyan Kimmerlərin adından götürülmüşdür. Kerç boğazı bir çox balıq növlərinin ovlandığı bölgədir.
Kij boğazı
Kij boğazı (rus. Кижский пролив) - Kareliya Respublikası ərazisində Oneqa gölündə yerləşən Klimenes adasını materikdən ayırır. Ən dar yerdə eni 100 m təşkil edir, bu hissə gəmiçilik üçün təhlükəlidir. Uzunluğu 20 km, dərinliyi 10 m təşkil edir.
Kildinski boğazı
Kildinski boğazı (rus. Килдинский пролив)- Barens dənizində yerləşən Kildin adasını Kola yarımadasından ayırır. Uzunluğu 19 km, eni 0.7–4 km arası dəyişir. Dərinliyi 142 m təşkil edir. Mərkəz hissədə 14 m dərinliyə malik dayazlıq vardır. Sahilində Priqonnıy, Koroviy, Maqilnıy (Kildin adası) və Toporkova Paxta, Cevray (Kola yarımadası) burnuları vardır. Cənub hissədə Kopenkol və Puçi, şimalda Moqilnıy buxtası yerləşir. Boğaza Zarubıxa və Çörpaya çayları axır. Boğaz adını eyni adlı adanın adından götürmüşdür. Burada Şərqi və Qərbi Kildin yaşayış məntəqələri vardır.
Kolvill boğazı
Kolvill boğazı (ing. Colville Channel) - Sakit okeanı ilə Xaurak körfəzini birləşdirir. Burada üç boğazdan biridir (ikisi isə Celliko boğazı və Kredok boğazı). Boğaz Okslendən şimal-şərqdə yerləşir. Kolvill boğazı Qreyt-Barrier adasını Şimali adasından ayırır. Boğazın ən dərin yeri 120 m təşkil edir. Boğazın eni 100 km, uzunluğu isə 150 km-dir. Suları balıq və dəniz məhsulları ilə zəngindir.
Koreya boğazı
Koreya boğazı Yapon dənizi ilə Şərqi Çin dənizini birləşirdirir. Boğaz Koreya yarımadasını Yapon arxipelaqına daxil olan iki - Kyusyu və cənub-qərb sonuncunda isə Honşu adalarından ayırır. Uzunluğu 324 km, ən dar hissədə eni isə 180 km təşkil edir. Ən dayaz yeri 73 m-dir. Boğazda yerləşən Tsuşima adası boğazı iki yerə şərqi və qərbi boğazlara bölür. Şərqdə yerləşən keçid Tsuşima boğazı adlanır.
Kolıma boğazı
Kolıma boğazı (rus. Колымский пролив) — materiki Dedveji adalarından (Krestovıy adası) ayırır. Şimal Buzlu okeanına daxil olan Şərqi Sibir dənizinin cənubunda yerləşir. Boğazın dərinliyi 5–6 m, şərq hissədə isə 10 m təşkil edir. Boğaz inzibati cəhətdən Rusiya Federasiyası Yakutiya Respublikası ərazisinin Kolıma ulusuna daxildir.
Kunaşir boğazı
Kunaşir boğazı (yap. 根室海峡) — Sakit okeanına daxil olan Kunaşir adasını Hokkoyda adasındasından ayırır. Oxot dənizini Xəyanət boğazı ilə birləşdirir. Uzunluğu 74 km, eni şimalda 24 km, cənubda isə 43 km təşkil edir. Dərinliyi 2500 km-dir. Sahilləri yüksəkdir. Burada Znamenka, Alexina, İvanovskiy burunları vardır. Boğaza Asin, Valentina, Alexina, Ozernaya, Krivonojka, Temnaya, Tyoryoy-Qava, Kotanuki-Qava çayları tökülür. Sahillərində sualtı və suüstü qayalı daşlara rast gəlinir. Şərqində Alexina buxtası yerləşir.
Kuroçkin boğazı
Kuroçkin boğazı (rus. Пролив Курочкина ) — Mоrjov adasını Taymır yarımadasından ayırır. Morjov adası Kamennıy arxipelaqına daxildir. Şimal Buzlu okeanına daxil olan Kara dənizi akvatoriyası olan Pyasins körfəzində yerləşir. Boğazın eni dar yerdə 11–20 km arasında dəyişir. İlin böyük qismi buzla örtülü olur. Sahilində Makarov buxtası yerləşir. Bölgə inzibati cəhətdən Krasnoyarsk diyarı ərazisində yerləşir.
Lankaster boğazı
Lankaster boğazı (ing. Lancaster Sound ) — boğaz Kanada Arktik arxipelaqına daxil olan Baffin Torpağı və Baylot adalarını Devon adasından ayırır. == Coğrafiyası == Boğaz Kanada Arktik arxipelaqının şərqində Şimal-Qərb keçidinin üzərində yerləşir. Barrou boğazı, Vaykaunt-Melvill boğazı və Mak-Klur boğazı kimi keçidlərin ardını təşkil edir. Qərbində Barrou, cənub-qərbdə Şahzadə Rinjet boğazları ilə qovuşur. Boğaz Şimal Buzlu okeanına daxil olan Baffin dənizini Butiya körfəzi ilə birləşdirir. Boğazın maksimal eni 80 km, minimal eni 50 km, uzunluğu 400 km təşkil edir. Maksimal dərinlik 1232 m, minimal dərinlik137 m-dir. Boğaz qütb dairəsi daxilində yerləşir və ilin 9–10 ayı buzla örtülü olur. Buzqıran gəmilərin sayəsində naviqasiya yayın ortalarından qar düşənədək davam edir.
Laperuz boğazı
Laperuz boğazı (rus. Пролив Лаперуза) və ya Soya boğazı (yap. 宗谷海峡) - Sakit okeanda Saxalin adası və Hokkaydo adalarını ayırır, Yapon dənizi və Oxot dənizilərini birləşdirir. Uzunluğu 94 km, eni isə 43 km təşkil edir. Orta dərinlik 20–40 m-dir. Ən dərin yeri isə 118 m təşkil edir. Qışda boğazın ərazisi donur. Boğazın adına gəldikdə isə fransız səyyahı Jan Fransua de Laperuz 1787-ci ildə boğaz ərazisini üzərək keçir. Yaponiya sahillərində Vakkanay limanı yerləşir. Boğaz ərazisində sərt qayalıqlardan ibarət olan Təhlükəliklər adası mövcuddur.
Boğazdı
Boğazdı — ayaq üçün nəzərdə tutulan geyim növü. Ayağı fiziki zədələnmələrdən və soyuqdan qoruyur. Boğazdı (uzunboğaz çəkmə) varlı elat kişiləri arasında dəbdə idi. Ayaqlığı başmaqla eyni cür olan boğazdının altı aşılanmış göndən, üstü isə bahalı material sayılan tumac, xrom və ya müşküdən tikilirdi.
Macella
Jaegeria (lat. Jaegeria) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == === Heterotipik sinonimləri === Aganippea DC. Heliogenes Benth.
Aleksandr Yagellon
Aleksandr Yagellon (rus. Aleksander Jagiellończyk; 5 avqust 1461, Krakov – 19 avqust 1506, Vilnüs) — 1492–1506-cı illərdə Böyuk Litva knyazı, 1501–1506-cı illərdə Polşa kralı. 1505-ci ildə maqnatların xeyrinə kral hakimiyyətini məhdudlaşdıran qanunlar məcəlləsini – Radom konstitusiyasını tətbiq etmişdir. Aleksandr Yagellon 1492–1494-cü və 1500–1503-cü illərdə Rusiya ilə muharibələrdə məğlub olmuş, Litvanın əvvəllər zəbt etdiyi rus torpaqlarını Moskvaya qaytarmışdır. == İstinadlar == == Xarici keçidlər == Pages and Forums on the Lithuanian History Marcin Latka. "Detail of Miracle of Saint Simeon Stylites". artinpl. 27 July 2019 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 31 May 2019.
Yagellon Universiteti
Yagellon Universiteti (pol. Uniwersytet Jagielloński, lat. Universitas Jagellonica Cracoviensis) — Polşanın Krakov şəhərində yerləşən, ölkənin və Avropanın ən qədim universitetlərindən biri. == Tarixi == Universitetin yaranması barədə fərman 12 may 1364-cü ildə III Böyük Kazimir tərəfindən imzalanıb. On bir kafedra, o cümlədən səkkiz hüquq, iki tibb və bir azad sənətləri kafedrası yaradıldı. İlahiyyət kafedrası Roma Papasından icazə alınmadığına görə yaradılmadı. Universitetin inkişafı üçün rektor vəzifəsinə ölkənin kansleri təyin edildi. Təşkilati və inşaat işləri başladı, ancaq kralın ölümündən sonra universitet fəaliyyətini dayandırdı. == Xarici əlaqələri == Utrext Şəbəkəsinin və Koimbra qrupunun üzvüdür. == Ədəbiyyat == Гайдукевич Лешек, Карась Мечислав.
Achyrocline macella
Achyrocline macella (lat. Achyrocline macella) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin achyrocline cinsinə aid bitki növü.