Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Mahrux Muradova
Mahrux Xəlil qızı Muradova (Ərdəbil – 2002) — tanınmış müğənni. == Həyatı == Ərdəbil şəhərində, molla ailəsində anadan olub. 1943-ci ildən Azərbaycanda yaşayırdı. Yasamal qəbristanlığda dəfn edilib. == Sənəti == Əvvəlcədən "Lalə" qızlar ansamblın solisti, sonra isə Azərbaycan Dövlət Filarmoniyasının solisti. Repertuarında həm bəstəkar mahnıları (Ş. Əbdülkərimov "Bala gəlin", Ə. Tağıyev "Külək" və digərləri), həm də xalq mahnıları ("Məryəmcan", "Sarı köynək"), muğam və təsnifləri var idi. Nəğmələri Ə. Quliyevin rəhbərliyi ilə, Baba Salahovun adına "Araz" ansamblları ilə oxuyub. 1990-cı illərdə azadlıqdan sonra Azərbaycan dövlət televizyasında xüsusi musiqili verlişə çəkilib. Musiqili verlişdə "Əziz dostum","Qaragilə","Ayrılıq" ,"Anam yadıma düşdü" ,"Aman təklik əlindən" və "Zabul Segah" muğamını ifa etmişdir. Mahrux Muradovanın ifasında Mahur, Şur və Cahargah təsnifləri ilə val buraxılıb (1975).
Mahruxsar xanım Fəxrəddövlə
Mahruxsar xanım Fəxrəddövlə — Qacar şahzadəsi, Abbas mirzənin ilkinci qızı, Məhəmməd şah Qacarın bacısı və Məhəmmədhəsən xan Sərdar İrəvaninin həyat yoldaşı idi.Şeir, rəssamlıq və xəttalıqda bacarıqlı idi.
Mamrux
Mamrux — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == 1 yanvar 1914-cü il tarixinə olan məlumata əsasən kənddə əsasən etnik saxurlardan ibarət hər iki cinsdən toplam 308 nəfər əhali yaşayırdı. Əhalinin əsas məşğuliyyəti taxılçılıq, tütünçülük, fındıqçılıq, tərəvəzçilik, bağçılıq və maldarlıqdır.
Şahrux
Şahrux Mirzə (20 Avqust 1377, Səmərqənd-13 Mart 1447, Rey; fars. ‎: شاهرخ (Šāhrukh Mīrzā) ) — Teymuri imperiyasının 3-cü hökmdarı. Şahrux Mirzə Əmir Teymurun 4-cü və kiçik oğludur. Anası Qarakitay qızı Tuqay Türkanağadır. Uşaq yaşlarından elmə, sənətə yüksək qiymət vermiş, incəsənətlə məşğul olmuşdur. Digər mirzələrdən fərqli olaraq gənc yaşlarında siyasi məsələlərdən uzaq olmuş, ordu işlərinə maraq göstərməmişdir. Bu səbəbdən atası tərəfindən çox sevilsə də, vəliəhd olaraq təyin edilməmişdir. 1397-ci ildə Əmir Teymur mərkəzi Herat şəhəri olan Xorasan əyalətinin idarəsini ona tapşırmışdı. Teymur ölümündən əvvəl nəvəsi Pir Məhəmmədi vəliəhd təyin etmişdi. Onun bu vəsiyyəti oğlanları arasında narazılığa səbəb oldu.
Mamrux kilsəsi
Mamrux məbədi — Qax rayonunun Güllük və Zaqatala rayonunun Mamrux kəndləri yaxınlığında Armatay dağının zirvəsində inşa olunmuş qədim alban kilsəsi. Bəzi tədqiqatçıların fikrincə, kilsə Ay və Günəş tanrıları məbədi əsasında inşa edilmişdir. Mamruxdakı məbəd mütəxəssislər tərəfindən, kompozisiya baxımından Kilisədağdakı rotonda (dörd tərəfi bərabər olan bina) ilə Qax rayonunun Ləkit kəndindəki tetrakonx arasında bilavasitə vəsilə kimi qiymətləndirilir. Kilsənin kiçik yan otaqlarla əhatə olunmuş altar hissəsi daha yaxşı saxlanmışdır. Lakin, digər hissələrin divar qalıqları da ən azı yerdən bir metr hündürlüyə qalxır. Məbədin planlaşdırma strukturu onu, üçyaruslu məkan kompozisiyası ilə təmin edir. Mamrux məbədinin kompozisiya özəlliyini kvadratşəkilli günbəzaltı məkan təşkil edir və bu, onunla Kilsədağ məbədi arasındakı prinsipial fərqi müəyyən edir. Dörd əzəmətli pilon sütunları əvəz etmişdir, onlardan xarici divarlara doğru geniş ölçülü tağlar salınmışdır. == Tarixi == Mamruxdakı məbəd mütəxəssislər tərəfindən, kompozisiya baxımından Kilisədağdakı rotonda (dörd tərəfi bərabər olan bina) ilə Qax rayonunun Ləkit kəndindəki tetrakonx arasında bilavasitə vəsilə kimi qiymətləndirilir. Məbədin təqribən IV əsrdə Albaniya hökmdarı III Mömün Vaçaqanın hakimiyyəti dövründə kilsəyə çevrildiyi güman edilir.
Mamrux məbədi

Sultan Şahrux
Şahrux Mirzə (20 Avqust 1377, Səmərqənd-13 Mart 1447, Rey; fars. ‎: شاهرخ (Šāhrukh Mīrzā) ) — Teymuri imperiyasının 3-cü hökmdarı. Şahrux Mirzə Əmir Teymurun 4-cü və kiçik oğludur. Anası Qarakitay qızı Tuqay Türkanağadır. Uşaq yaşlarından elmə, sənətə yüksək qiymət vermiş, incəsənətlə məşğul olmuşdur. Digər mirzələrdən fərqli olaraq gənc yaşlarında siyasi məsələlərdən uzaq olmuş, ordu işlərinə maraq göstərməmişdir. Bu səbəbdən atası tərəfindən çox sevilsə də, vəliəhd olaraq təyin edilməmişdir. 1397-ci ildə Əmir Teymur mərkəzi Herat şəhəri olan Xorasan əyalətinin idarəsini ona tapşırmışdı. Teymur ölümündən əvvəl nəvəsi Pir Məhəmmədi vəliəhd təyin etmişdi. Onun bu vəsiyyəti oğlanları arasında narazılığa səbəb oldu.
Şahrux (ad)
Şahrux — kişi adı.
Şahrux (şirvanşah)
Şahrux ibn II Fərrux Yasar – Şirvanşahlar dövlətinin qırx üçüncü hökmdarı, Şirvanşah II Fərrux Yasarın oğlu. Şirvanşah Şahrux Şirvanşahlar dövlətinin son hökmdarıdır. Onun 1538 – cu ildə Təbrizdə Azərbaycan Səfəvilər dövlətinin şahı I Təhmasib tərəfindən öldürülməsi ilə Şirvanşahlar dövləti və xanədanı süqut etmişdir. Özündən sonra vərəsəsi olmayan II Xəlilullah h.942 (1535)-ci ildə öldükdən sonra Şirvanın feodal əyanları Fərrux Yasarın oğlu və Şeyxşahın nəvəsi on beş yaşlı Şahruxu təcili Dağıstandan Şamaxıya gətirərək Şirvanşahlar taxtına oturtdular. h.942 (1535/6)-ci ildə Şamaxıda Şahruxun adından gümüş sikkə kəsilmişdir. Bu dövrdə Dərbəndi Şirvanşahlar xanədanı tənəzzülə uğradı. Şirvanda hakimiyyət, əslində dövləti azyaşlı Şahruxun adından idarə edən feodal zadəganlarının – başda vəkil Hüseyn bəy Lələ olmaqla, Şirvan əmirlərinin əlində idi. Mənbələrdə heç bir qayda-qanun qalmamış Şirvanda feodal zülmü və özbaşınalığından, xalq kütlələrinin ağır vəziyyətindən, "ölkədə açıq-aşkar ictimai hərc-mərclik yaranmasından" xəbər verilir. Tezliklə, h.944 (1537)-cü il qışın əvvəllərində Şirvanda özünü Şeyxşahın oğlu Sultan Məhəmməd adlandıran qələndəri başçılığı ilə xalq kütlələrinin üsyanı başlandı. O, başına saysız-hesabsız dəstələr toplayaraq Salyanı tutdu və Şamaxıya doğru hərəkət etdi.
Şahrux Mirzə

Şahrux Xan
Şahrux Xan (ing. Shahrukh Khan, hind. शाहरुख़ ख़ान; 2 noyabr 1965[…], Yeni Dehli) — daha çox Şah Rux Xan, rəsmi olaraq SRK kimi tanınan məşhur Hindistan film aktyoru. Mediada tez-tez Bollivudun Padşahı, Kral Xan, Romantikanın Kralı və Bollivudun kralı kimi tanınan Şahrux Xan romantik dram janrından tutmuş hərəkət trilleri janrına kimi olan 80-dən çox filmdə rol almışdır. O töhfələri ilə kino istehsalında çoxlu nailliyyətlər, o cümlədən 14 Filmfare Mükafatı əldə etmişdir. 2005-ci ildə isə Hindistan Hökuməti tərəfindən verilən Hindistanın dördüncü ən yüksək mülki mükafatı hesab olunan Padma Şri mükafatına, Fransa Hökuməti tərəfindən verilən Fransanın ikinci dərəcəli mükafatı hesab olunan İncəsənət və Ədəbiyyat ordeni və dördüncü dərəcəli mükafat olan Fəxri Legion Cəngavəri mükafatına layiq görülüb. Xan, Asiya və Hindistan diasporası tərəfindən xüsusilə izlənilir. Tamaşaçı kütləsi və gəlir baxımından dünyanın ən uğurlu film ulduzlarından biri kimi hesab olunur. Xan, öz karyerasına 1980-ci illərin sonunda bir neçə televiziya serialı ilə başlayıb. 1992-ci ildə Dəlisov məhəbbət (Deewana) filmi ilə Hind dilli film sahəsində debüt etmişdir.
Şahrux bəy
Şahrux biy (1680–1722) — Kokand xanlığının Minq sülaləsindən ilk hökmdarı. Şahrux bəy Aşur biy oğlu 1680-ci ildə Fərqanədə doğulmuşdu. Minq tayfasındandır. Əbülfeyz xanın ona verdiyi atalıq ünvanı ilə tanınırdı. Xanlıqda yaşayan minqlərin sayı və dəstəyi ona imkan verdi ki, hökmüranlıq uğrunda mübarizəyə başlasın. O, fiziki cəhətdən güclü, sərkərdəlik qabliyyəti cəhətdən mahir idi. Hakimiyyəti ələ keçirdikdən sonra mərkəz Talakurqanı seçdi. Burda meydan, məscid, hamam və bazar tikdirdi. Sonra hakimiyyətini Kokand, İsfar, Çadak, Çust və Nəməngana yaydı.
Şahrux şah
Şahrux şah Əfşar (1734-1796) — Əfşarlar sülaləsindən olan Xorasan şahı (1748-1796). Şahrux Mirzə Rzaqulu Mirzə oğlu 1734-cü ilin mart ayının 21-də Məşhəd şəhərində doğulmuşdu. Saray təlim-tərbiyəsi, təhsili almışdı. Şahrux mirzə Nadir şah öləndən sonra bir at minib Mərv tərəfə qaçmışdı. Dostməhəmməd Çəhçəheyi onu təqib edib tutur. Onu və İmamqulu mirzəni Kəlata gətirir. Nadir şahın övladlarını və nəvələrini Kəlatda öldürüb, Şahrux mirzəni Məşhədə gətirirlər. Əliqulu xanın fikri o idi ki, əgər xalq onu şahlığa qəbul eləsə, Şahrux mirzəni öldürsün, əgər qəbul etməsə onu şahlığa çatdırıb, özü hakimiyyəti ələ keçirsin. Əliqulu xan 1747-ci il iyun ayının 6-da Adil şah adı ilə özünü İran şahı elan etdi. Özündən kiçik qardaşı İbrahim (Məhəmmədəli) xanı mərkəzi İsfahanda olmaqla Azərbaycan və İraqa hakim təyin etdi.
Şahrux şah Əfşar

Şahrux Əkbəri Dilməqani
Şahrux Əkbəri Dilməqani — Cənubi Azərbaycanlı heykəltaraş. Onun əsərləri abstrakt tərzdə yaradılıb.
Şahrux ibn Fərrux Yasar
Şahrux ibn II Fərrux Yasar – Şirvanşahlar dövlətinin qırx üçüncü hökmdarı, Şirvanşah II Fərrux Yasarın oğlu. Şirvanşah Şahrux Şirvanşahlar dövlətinin son hökmdarıdır. Onun 1538 – cu ildə Təbrizdə Azərbaycan Səfəvilər dövlətinin şahı I Təhmasib tərəfindən öldürülməsi ilə Şirvanşahlar dövləti və xanədanı süqut etmişdir. Özündən sonra vərəsəsi olmayan II Xəlilullah h.942 (1535)-ci ildə öldükdən sonra Şirvanın feodal əyanları Fərrux Yasarın oğlu və Şeyxşahın nəvəsi on beş yaşlı Şahruxu təcili Dağıstandan Şamaxıya gətirərək Şirvanşahlar taxtına oturtdular. h.942 (1535/6)-ci ildə Şamaxıda Şahruxun adından gümüş sikkə kəsilmişdir. Bu dövrdə Dərbəndi Şirvanşahlar xanədanı tənəzzülə uğradı. Şirvanda hakimiyyət, əslində dövləti azyaşlı Şahruxun adından idarə edən feodal zadəganlarının – başda vəkil Hüseyn bəy Lələ olmaqla, Şirvan əmirlərinin əlində idi. Mənbələrdə heç bir qayda-qanun qalmamış Şirvanda feodal zülmü və özbaşınalığından, xalq kütlələrinin ağır vəziyyətindən, "ölkədə açıq-aşkar ictimai hərc-mərclik yaranmasından" xəbər verilir. Tezliklə, h.944 (1537)-cü il qışın əvvəllərində Şirvanda özünü Şeyxşahın oğlu Sultan Məhəmməd adlandıran qələndəri başçılığı ilə xalq kütlələrinin üsyanı başlandı. O, başına saysız-hesabsız dəstələr toplayaraq Salyanı tutdu və Şamaxıya doğru hərəkət etdi.
Şahrux mirzə Qovanlı-Qacar
Şahrux mirzə Bəhmən mirzə oğlu Qovanlı-Qacar (15 sentyabr 1844, Şuşa, Kaspi vilayəti – 10 oktyabr 1915, Cəbrayıl, Qaryagin qəzası) — Polkovnik Şahzadə Şahrux mirzə Kazak polkunun leyb-qvardiya polkovniki olmuşdur. Şahzadə 1915-ci ildə Cəbrayılda vəfat etdi. Dörd oğlu, üç qızı olub: Kamran Mirzə, Camal Mirzə, Darab mirzə Qovanlı-Qacar və Qəhrəman mirzə Qovanlı-Qacar, Fəxrisoltan, Tacülmülk və Nimtac xanım idi. Oğlu Qəhrəman mirzə Şahrux mirzə oğlu Qovanlı-Qacar — müəllim, Bəhmən mirzə Qovanlı-Qacarın nəvəsi. Qəhrəman mirzə Şahrux mirzə oğlu 1888-ci ildə Şuşa şəhərində anadan olmuşdu. Şuşa real məktəbini, sonra Puşkin adına İrəvan Müəllimlər məktəbinə daxil olmuşdu. Müəllimlər şurasının qərarı ilə müəllimlik şəhadətnaməsi almışdı. Azərbaycanın bir çox məktəblərində müəllim işləmişdi.
Şahrux xan Tatılı-Zülqədər
Şahrux xan Tatılı-Zülqədər (?-1586) — qızılbaş sərkərdəsi, Fars bəylərbəyi. Zülqədər Tatılı oymağının məşhur əmirlərindən biri Şahrux bəy Tatıoğludur. Şahrux bəy şahdan öncə sultan, sonra xan ünvanı almışdı. 1578-ci ildə II Şah Ismayıl öləndən sonra məmləkəti müvəqqəti idarə etmək üçün "ağsaqqalar şurası" yarandı. Şuraya Zülqədər elindən möhrdar Şahrux xəlifə, Ustaclı elindən Pirə Məhəmməd xan Çavuşlu, Türkman elindən Əmir xan Mosullu, Şamlı elindən Sultan Hüseyn xan Bəydili, Təkəli elindən Müseyib xan Şərəfəddinli, Avşar elindən Məhəmmədqulu xan Araşlı daxil idi. 1580-ci ildə Osmanlı sultanının göstərişi ilə Krım tatarları da Azərbaycana soxuldular. Möhrdar Şahrux xan Zülqədər qızılbaş əmirləri ilə birgə onlara qarşı döyüşə başladı. Şirvan tatarlardan təmizləndi. Bəylərbəyi Araz xan Rumlu osmanlılara qarşı döyüşdə öldürülmüşdü. Yeni bəylərbəyi təyin etmək gərəkliyi düşünüldü.
Şahrux şah Qırxlı-Avşar
Şahrux şah Əfşar (1734-1796) — Əfşarlar sülaləsindən olan Xorasan şahı (1748-1796). Şahrux Mirzə Rzaqulu Mirzə oğlu 1734-cü ilin mart ayının 21-də Məşhəd şəhərində doğulmuşdu. Saray təlim-tərbiyəsi, təhsili almışdı. Şahrux mirzə Nadir şah öləndən sonra bir at minib Mərv tərəfə qaçmışdı. Dostməhəmməd Çəhçəheyi onu təqib edib tutur. Onu və İmamqulu mirzəni Kəlata gətirir. Nadir şahın övladlarını və nəvələrini Kəlatda öldürüb, Şahrux mirzəni Məşhədə gətirirlər. Əliqulu xanın fikri o idi ki, əgər xalq onu şahlığa qəbul eləsə, Şahrux mirzəni öldürsün, əgər qəbul etməsə onu şahlığa çatdırıb, özü hakimiyyəti ələ keçirsin. Əliqulu xan 1747-ci il iyun ayının 6-da Adil şah adı ilə özünü İran şahı elan etdi. Özündən kiçik qardaşı İbrahim (Məhəmmədəli) xanı mərkəzi İsfahanda olmaqla Azərbaycan və İraqa hakim təyin etdi.
Şahrux Xanın aldığı mükafatların və nominasiyaların siyahısı
Şahrux Xan (2 noyabr 1965) ən çox hallarda Shah Rukh Khan, rəsmi olaraq isə SRK kimi göstərilən məşhur hind aktyorudur. "Bollivudun Kralı" kimi tanınan aktyor 70-dən çox hind filmində yer almışdır. O karyerasına 1980-ci illərin sonlarında çəkildiyi bir neçə televiziya serialı ilə başladı. Film karyerasında isə debütü "Dəlisov məhəbbət" (1992) filmində olmuşdur və bu filmdəki roluna görə Filmfare Ən Yaxşı Debüt Mükafatı'na layiq görülmüşdür. Növbəti illərdə o tənqidçilər tərəfindən bəyənilən detektiv janrında olan "Qumarbaz" filmində rol aldı və bu filmdəki roluna görə ilk Filmfare Ən Yaxşı Aktyor Mükafatını qazandı. Xan 15 dəfə Filmfare Mükafatlarına layiq görülmüşdür ki, bunlardan 8-ni Filmfare Ən Yaxşı Aktyor kateqoriyası üzrə almışdır, bununla da Dilip Kumar ilə ən yüksək nəticəni göstərir. O həmçinin "The Star of the Decade Award (Bu Onilliyin Mükafatı Ulduzu)" daxil olmaqla 6 dəfə IIFA Mükafatına, 8 dəfə Zee Cine Mükafatları və bunlardan 6-na Ən Yaxşı Aktyor (həmçinin rekord) kateqoriyası üzrə, 13 dəfə Star Screen Mükafatlarına, 3 dəfə Bollivud Film Mükafatına, 2 dəfə Qlobal Hind Film Mükafatına və Asiya Film Mükafatlarının Ən Yaxşı Aktyor kateqoriyası üzrə bir çox mükafatlarına və nominasiyalarına layiq görülmüşdür. Xan 1997-ci ildə bir çox milli və beynəlxalq mükafatlar sırasında olan Ən Yaxşı Hindistan Vətəndaşı Mükafatına, 2005-ci ildə isə Padma Şri, Hindistan Hökuməti tərəfindən verilən Hindistanın dördüncü ən yüksək mülki mükafatına layiq görülüb. O həmçinin 2002-ci ildə "Əyləncə Sahəsində Mükəmməllik" nailiyyətlərinə görə Raciv Qandi Mükafatını alıb. 2007-ci ilin aprel ayında aktyorun Londonda yerləşən Madame Tussauds Mum Muzeyində yaşam ölçülərində mum heykəli quraşdırılmışdır.
Lahrud
Lahrud və ya Ları— İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı nın Şərqi Meşgin bəxşində şəhər və bəxşin paytaxtıdır. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 2,961 nəfər və 782 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar.
Maarul
Avarlar (Qafqaz avarları) (avar. аварал, магІарулал) — Dağıstan Respublikasında ən böyük, Azərbaycanda sayca altıncı böyük etnik qrup. Qafqazın ən qədim yerli xalqlarından biri. Həmçinin, Rusiyanın Çeçenistan, Kalmıkiya və digər federasiya subyektlərində məskunlaşmışlar. Azərbaycanda əsasən Balakən Qax Şəki və Zaqatala rayonlarında yaşayırlar. Avarların etnik-mədəni ərazisi Avariya və ya Avarıstan adlanır. Mərkəzi Xunzaxdır. == Etimologiya == Bir çox mənbələrdə eyni zamanda Qafqaz Avarları olaraq anlandırılır. Özlərini "магIарулал" olaraq adlandırırlar. Mənası "dağların xalqı", "dağlılar" deməkdir.
Mahmud
Mahmud — Kişi adı. Mahmud Qaşqarlı — görkəmli türk filoloqudur. Mahmud Əhmədinejad — İran İslam Respublikasının 6-cı prezidenti. Mahmud Şəbüstəri — Mahmud xan Əlaülmülk — Mahmud Rüstəmov (I) — Mahmud Əfşar Tus — Mahmud Əli Yusuf — Sultan Mahmud Qəznəli — Qəznəvilər dövlətinin hökmdarı (998–1030).
Şahrud
Şahrud — İranın Simnan ostanının şəhərlərindən və Şahrud şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 126,916 nəfər və 35,548 ailədən ibarət idi.
Farux
Fərrux — Azərbaycan Respublikasının Xocalı rayonunun Pirlər kənd inzibati ərazi dairəsində kənd. Kənd Əsgərandan 16 km, Xankəndidən 32 km aralı yerləşir. == Tarixi == Kənddə 1932-ci ildə kolxoz təşkil olunub. 1958-ci ildə kəndə elektrik xətti çəkilib. 1988-ci ildə Qarabağ hadisələri başlayandan Fərrux kəndində yuva qurmuş əsasən İrəvandan, Livandan, Suriyadan gəlmiş erməni silahlıları, muzdluları Ağdamın Cinli, Əlimədədli və digər yaxın kəndləri atəşə tutur, dinc insanları qətlə yetirir və yaralayırdılar. Münaqişənin ilk illərində dəfələrlə ermənilər Fərruxdan Cinli kəndinə hücum edib. Münaqişə dövründə kənd və yaxınlıqdakı Fərrux yüksəkliyi xüsusi strateji əhəmiyyətə malik bir yer idi. 31 yanvar 1992-ci ildə Azərbaycan ordusunun birlikləri olan Şirin Mirzəyevin batalyonu və Ağdamın yerli OMON qüvvələri Fərrux kəndini erməni quldurlarından azad edilməsi əməliyyatında iştirak etdi. 1993-cü ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. 2005-ci ildə Dağlıq Qarabağda keçirilən əhalinin siyahıyaalmasına əsasən Fərrux kəndinin əhalisinin sayı 42 nəfər təşkil edirdi.
Gahru
Gahru— İranın Çahar-Mahal və Bəxtiyari ostanının Kiyar şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 6,093 nəfər və 1,464 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti bəxtiyarilərdən ibarətdir, bəxtiyari dilində danışırlar və şiə müsəlmandırlar.
MARUV
Anna Borisovna Korsun (ukr. Анна Борисівна Корсун, rus. Анна Борисовна Корсун) peşəkar şəkildə Maruv adı ilə tanınan, Ukraynalı müğənni, bəstəkar, şair və prodüserdir. Kiyevdə yaşayır və işləyir. Korsun 2017-ci ilin fevralından 2018-ci ilin martınadək Maruv qrupunun üzvü idi. The Pringlez qrupunun davamçısı idi. Daha sonra, Korsun bir müsahibə verdi, o vaxtdan bəri Maruv təxəllüsü altında çalışdığını izah etdi. == Həyatı == Müğənni Ukraynanın Pavloqrad şəhərində Anna Popeliux olaraq anadan olub. Məktəbdə musiqi və rəqs oxudu. 2014-cü ildə, Xarkovdakı Xarkov Politexnik İnstitutundan qeyri-musiqi fənni üzrə məzun oldu.
Parux
Fərrux — Azərbaycan Respublikasının Xocalı rayonunun Pirlər kənd inzibati ərazi dairəsində kənd. Kənd Əsgərandan 16 km, Xankəndidən 32 km aralı yerləşir. Kənddə 1932-ci ildə kolxoz təşkil olunub. 1958-ci ildə kəndə elektrik xətti çəkilib. 1988-ci ildə Qarabağ hadisələri başlayandan Fərrux kəndində yuva qurmuş əsasən İrəvandan, Livandan, Suriyadan gəlmiş erməni silahlıları, muzdluları Ağdamın Cinli, Əlimədədli və digər yaxın kəndləri atəşə tutur, dinc insanları qətlə yetirir və yaralayırdılar. Münaqişənin ilk illərində dəfələrlə ermənilər Fərruxdan Cinli kəndinə hücum edib. Münaqişə dövründə kənd və yaxınlıqdakı Fərrux yüksəkliyi xüsusi strateji əhəmiyyətə malik bir yer idi. 31 yanvar 1992-ci ildə Azərbaycan ordusunun birlikləri olan Şirin Mirzəyevin batalyonu və Ağdamın yerli OMON qüvvələri Fərrux kəndini erməni quldurlarından azad edilməsi əməliyyatında iştirak etdi. 1993-cü ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. 2005-ci ildə Dağlıq Qarabağda keçirilən əhalinin siyahıyaalmasına əsasən Fərrux kəndinin əhalisinin sayı 42 nəfər təşkil edirdi.
Marum
Qaraqınıq (lat. Origanum) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinə aid bitki cinsi. Qaraqınıq dalamazkimilər fəsiləsinə, qaraqınıq cinsinə aiddir. Qaraqınıq bitkisinə xalq arasında qara yarpız və ya kəkotu da deyirlər. Onun boyu 90 sm hündürlüyə qədər qalxa bilir. Qaraqınıq möhkəm kök və budaq sisteminə malikdir. Onun ətri kəklikotunun ətrinə çox bənzəyir. Qaraqınıq otunun gövdəsi düz, yarpaqları kiçik, tünd yaşıl rəngdə, yumurta formasında və yumşaq olur. Qaraqınıq otunun çiçəkləri xırda, qoxulu, bənövşəyi-qırmızı və ya bənövşəyi-çəhrayı rəngdə olur. Onun çiçəkləri budaqların uc hissəsində bitir.
II Mahmud
II Mahmud (osm. محمود ثانى‎ — Mahmud-i sânî) (20 iyul 1785, Konstantinopol – 1 iyul 1839, Konstantinopol) — 30-cu Osmanlı sultanı və 109-cu İslam xəlifəsi. == Həyatı == === İlk illəri və taxta çıxışı === 20 iyul 1785-ci ildə dünyaya gəlmişdir. Atası 27. Osmanlı sultanı I Əbdülhəmid, anası isə onun xanımlarından Nəqşidil Sultandır. Anasının fransız əsilli olması ilə bağlı məlumat düzgün deyil. Adli təxəllüsü doğumundan dərhal sonra verilmişdir. Əmisi Sultan Səlimin taxtdan endirilməsi (29 may 1807), böyük qardaşı Sultan Mustafanın cülusu və ardından Ələmdar Mustafa Paşa tərəfindən taxtdan endirilməsinin ardından 28 iyul 1808-ci ildə taxta oturdu. Sultan Səlimin öldürülməsi əsnasında o da təsadüflə ölümdən xilas olmuş, 31 il davam edən səltənəti yeniçəri üsyanları, mərkəzi idarəçiliyi zəiflədən özbaşına əyalət rəisləri və əyanların aradan qaldırılması, serb və yunan ayaqlanmaları, İran və Rusiya ilə gedən müharibələr və xüsusilə də, Misir hakimi Mehmed Əli Paşanın üsyanı ilə tarixə düşmüşdür. Ancaq bununla yanaşı, Sultan Mahmud səltənəti Osmanlı imperiyasının struktur baxımından yenidən formalaşması, istər idarəetmə, istərsə də mədəni həyatında yeni çağın başlaması ilə də xarakterizə olunur.
I Mahmud
I Mahmud (Osmanlı türkcəsi: محمود اول — Mahmud-i evvel; 2 avqust 1696, Ədirnə – 13 dekabr 1754, Konstantinopol) — 24-cü Osmanlı sultanı və 103-cü İslam xəlifəsi. == Həyatı == === İlk illəri === 2 avqust 1696-cı ildə Ədirnədə dünyaya gəlmişdir. Atası 22. Osmanlı sultanı II Mustafa, anası isə yunan əsilli Saliha Sultandır. Uşaqlıq illəri Ədirnədə keçmiş, ilk təhsilini də burada dövrün şeyxülislamı Seyid Feyzullah Əfəndinin oğlu İbrahim Əfəndidən almışdır. Atasının taxtdan endirilməsiylə nəticələnən Ədirnə hadisələrinin ardından (1703) qardaşlarıyla birlikdə İstanbula gətirildi. 2 il sonra isə qardaşlarıyla birlikdə sadə bir mərasimlə sünnət edildi. Adətən zərgərliklə məşğul olduğu 27 illik qəfəs həyatının ardından Patrona Xəlil üsyanı nəticəsində taxta çıxarılmışdır (2 oktyabr 1730). Üsyan nəticəsində taxtdan endirilən əmisi Sultan Əhməd onu öz əlləriylə taxta oturtmuş, xeyir-dualar verərək dövlət idarəsini öz əlində cəmləməsini məsləhət görmüşdür. === Patrona Xəlil dönəmi === Sultan Mahmud səltənətinin ilk həftələrində üsyan rəhbərlərinin tələblərini yerinə yetirməyə məcbur oldu.