Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Malakanlar
Malakanlar (rus. Молокане [Molokane], gürc. მალაკნები [Malaknebi], erm. Մոլոկաններ [Molokanner], ukr. Молокани [Molokanı], türk. Malakanlar) — xristianlığın pravoslav qolunun sektalarından biri. == Ümumi məlumat == XVIII əsrin ikinci yarısında Rusiyada yaranmışdır. Onlar kilsəni və keşişləri inkar edir, ibadət mərasimi adi evlərdə keçirirlər. Malakan icmasına qocalar və ya seçilmiş şəxslər başçılıq edir. 1820-ci ildən başlayaraq, malakanlar Cənubi Qafqaza, Krıma, 1870-ci illərdə isə Sibirə, Zakaspi və Qars vilayətlərinə köçürülmüşlər.
Malakanlar məhəlləsi
Malakanlar məhəlləsi — XIX əsrdə Xan bağının boş qalmış ərazisində Gəncəyə köçürülən malakanların saldıqları məhəllə.Xalq arasında bura həm də "Malaqannar", "Kələmlik" kimi də adlanır. == Tarixi == Gəncə xanlığının dövründə Xan bağının ətrafında çay daşından və gil palçıqdan hündür hasar çəkilmişdi. 1803-cü ilin dekabrında Sisianovun qoşunları ilə gəncəlilər arasında Quru qobu döyüşündən sonra ikinci şiddətli toqquşma məhz Xan bağında olmuşdur. Həmin toqquşma zamanı 200 şəmşəddilli, 300 erməni iki saat keçməmiş düşmənə təslim olmuş, 250 nəfər müdafiəçi həlak olduqdan sonra podpolkovnik Simonoviçin dəstəsi bağı tutmuşdur. Hasarların əhatəsində müxtəlif ağacların yaşıllıqların içərisində xanın imarəti, Xan xəlvətxanası və heyvanxana var idi. Sonradan bu yerlər dağıdılmış və ərazi boş qalmışdır. XIX əsrin 30-cu illərində Gəncəyə köçürülən sektantlar-malakanlar Xan bağının boş qalmış ərazisində yerləşdirilmiş, bundan sonra həmin ərazilər xalq arasında "Malaqannar", "Kələmlik" kimi çağırılmağa başlamışdır.
Mamakan
Mamakan (Urmiya)
Chalempon Malakam
Chalempon Malakam (tay เฉลิมพล มาลาคำ, ing. Chalermpol Malakham; 10 oktyabr 1962) — Tailand musiqiçisi musiqi etiketi altında Topline Diamond.
Mamakan (Urmiya)
Mamakan (fars. ممكان‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 640 nəfər yaşayır (98 ailə).
Neoseiulus malaban
Neoseiulus malaban (lat. Neoseiulus malaban) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin neoseiulus cinsinə aid heyvan növü.
Mamakan xatun kilsəsi
Mamakan xatun kilsəsi və ya Vaçar kilsəsi — Qafqaz Albaniyasının Vaçar yaşayış məntəqəsində yerləşən tarix-memarlıq abidəsi. XII-XIII əsrlərin tağtavanlı zal kilsələrinin xüsusiyyətlərini daşıyan abidə, Xaçın knyazı Həsən Cəlalın həyat yoldaşı olan Mamakan xatun tərəfindən inşa etdirilmişdir. == Tarixi == Kilsə XIII əsrdə, Xaçın knyazı Həsən Cəlalın həyat yoldaşı Mamakan xatunun sifarişi ilə inşa edilmişdir. Kilsənin inşaat kitabəsində deyilir: == Memarlıq xüsusiyyətləri == Kilsə binası 9.30 metr uzunluğa və 6.15 metr enə malikdir. Kilsənin arxa hissəsində yerləşən kiçik qapıdan gizli kitabxanaya keçid açılır.Tağtavanlı zala malik olan kilsənin damı bir ədəd dayaq sütunu tərəfindən saxlanılır. Sütun xeyli qabağa çıxan divar dayaqları üzərində ucaldılır və həmin dayaqlar zalı sanki iki hissəyə bölür. Planda yarımdairəvi formaya malik olan altar hissəsinin hündürlüyü apsidadan bir qədər irəli çıxır. Aşağı yarusa aparan iki pilləkan zalın şərq hissəsinin yarısını tutur. Bu xüsusiyyəti ilə Vaçar kilsəsi Ürəkvəng kilsəsini xatırladır.
Mamakan (Sumay-i Şimali dehistanı)
Mamakan (fars. ممكان‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,457 nəfər yaşayır (245 ailə).
Amalaka
Amalaka (sanskr. आमलक) — Hindistanda orta əsr məbədi binalarının simvolik şəkildə şərh edilən memarlıq detalları. Sanskrit dilindən "lotus meyvəsi" kimi tərcümə olunur. Yastıladılmış nahamar disk formasına malikdir. Bu, Şimali Hindistanın məbədi qüllələrini – şikharaların baş hissələrində olurdu. Dərin mənasıya malik amalakanın kökü buddizmdən əvvəlki inanclara qədər gedib çıxır. Kainatın modelini simvollaşdırır. == İstinadlar == == Əlavə ədəbiyyat == Harle, J.C., The Art and Architecture of the Indian Subcontinent, 2nd edn.
Balaban
Balaban — Azərbaycanın qədim xalq musiqi alətidir. Arxa hissəsində bir, üzərində səkkiz dəlik açılaraq əsasən tut ağacından hazırlanan nəfəsli musiqi aləti. Xalq arasında balaban və ya "yastı balaban" adı ilə tanınır. Yumşaq və həzin səsə malik balabandan ansambl, orkestr və solo aləti kimi nəfəsli alətlər qrupunu, o cümlədən aşıqlar dəstəsini müşayiət etmək üçün istifadə edilir. Balaban ərik, qoz, tut və armud ağaclarından xüsusi dəzgahlarda yonulub, içərisi oyulduqdan sonra müəyyən bitki yağları ilə yağlanır, xüsusi temperaturda uzun müddət qurudulur. == Etimologiya == "Balaban" sözünün mənası "bala" (kiçik) və "ban" (səs tembrinin xoruz banına bənzədilməsi) sözləri ilə bağlı olub, "kiçik ban" (ilk, erkən ban) deməkdir. El arasında ona "yastı balaban", "balaman", "mey" də deyilir. == Tarixçəsi == Mingəçevir qədim yaşayış məskənində sümükdən hazırlanmış e.ə. I əsrə aid balabanın prototipi olan nəfəsli musiqi aləti tapılmışdır. Balabanın adına Azərbaycan eposu sayılan "Kitabi Dədə Qorqud" dastanında eləcə də klassik Azərbaycan şairlərinin əsərlərində rast gəlinir.
Balakən
Balakən — Azərbaycanda şəhər, Balakən rayonunun inzibati mərkəzi. Bakı şəhəri ilə arasındakı məsafə 394 km–dir. == Tarixi == Balakənə 1965-ci ildə şəhər statusu verilmişdir. 2011-ci ildə Milli Məclisin qəbul etdiyi qanuna əsasən Balakən şəhərinin ərazisi genişləndirilib. Belə ki, qəbul edilmiş qanuna əsasən Balakən rayonunun Gərəkli, Hənifə, Qullar, Mahamalar, Qasbinə və Tülü kəndlərinin ərazilərinin müəyyən bir hissəsi Balakən şəhərinin inzibati ərazisinə verildi. == Tarixi abidələri == Şəhərdə XVII-XIX əsrlərdə tikilmiş qeyri-adi minarəsi olan gözəl bir məscid yerləşir. Şəhər muzeyində bu regionun ənənəvi sənətlərin eksponatları yığılmışdır. Bir çox arxeoloji tapıntılar bu ərazilərdə hələ neolit dövründə yaşayış məskəninin olduğunu göstərir. Balakəndə 7,5 hektar sahəsi olan böyük şəhər parkı var. Parkda həmçinin kanat yolu tikilmişdir.
Baylakan
Baylakan — orta əsrlərə aid şəhər, indiki Örənqala qədim şəhər yerində, Kür və Arazın qovuşduğu yerə yaxın, tarixi Aran bölgəsində (klassik Qafqaz Albaniyası), hal-hazırda is müasir Azərbaycanın Mil düzündə yerləşir. Orta əsrlərdə bu şəhər Qafqazdan Yaxın Şərqə gedən yolda böyük ticarət mərkəzi idi. Qala Sasani şahı I Qubad tərəfindən salınıb. Bir çox tarixçilərin, xüsusilə erməni tarixçilərinin əsərlərində adı çəkilən qalanın Qafqaz Albaniyasının Paytakaran şəhərinin yerində salındığı qeyd edilir. Beyləqan qalası dövrümüzə qədər qorunub saxlanmayıb. Lakin tarixi mənbələrdə onun haqqında kifayət qədər məlumat var. Ərəb səyyahı ibn Xordabeh "Yollar və ölkələr haqqında kitab" əsərində Bərdə və Beyləqan qalalarının təsvirini verib, onların çiy kərpicdən tikildiyini qeyd edib. Qala divarlarının qalınlığı 6 metr olub. 1953-1954-cü illərdə Örənqala ərazisində aprılmış qazıntı işləri zamanı qalanın xarabalıqları aşkar edilib. == İstinadlar == == Ədəbiyyat == Əhmədov Q.M. Örnəqala.
Kamlakan
Kamlakan — Azərbaycan Respublikasının Astara rayonunun inzibati ərazi vahidində kənd. Kamlakan Astara rayonunun Hamoşam inzibati ərazi vahidində kənd. Hamoşam çayı sahilində, dağətəyi ərazidədir. Yerli əhalinin məlumatına görə, oykonim Kamalakəon adının təhrif formasıdır. Kamal (ŞƏRQa.) və Talış dilindəki kəon (evlər) komponentlərindən düzəlmiş bu toponim "Kamala məxsus evlər" mənasındadır. Tədqiqatçılara görə, kəmləkan Talış dilində "böyürdə salınmış evlər, azlıqda qalan evlər" mənasındadır. == Etimologiyası == Oykonim Kamal şəxs adı, «a» birləşdirici sait və talış dilindəki kəon «evlər» sözlərindən ibarətdir. Digər mənası tərkibindəki kəm «azlıqda qalan», «lə» birləşdirici sait, kan isə «kənd», «məskən yeri» mənasındadır.
Malakka
Malakka (Jawi: ملاك; Malayca: Melaka) — Malayziyada bir ştatdır. Malay yarımadasının cənubunda yerləşir. Paytaxtı Malakka şəhəridir. Şimalında Neqeri Sembilan, şərqində isə Cohor ştatları yerləşir. Malaziyanın 3 ən kiçik əyalətidir. Sahəsi 1,650 km², əhalisinin sayı 713,000 nəfərdir.
Malaxay
Malaxay - türk və altay mifologiyasında cəza tanrısıdır. Mankalay və ya Mangalay olaraq da tanınır. Yakutların inancında, yeraltı aləmində günahkar insanların cəzalarını tərtib edən tanrılardan biridir. Adı süvari, atlı mənaları daşıyır.
Mamalan
Mamalan (az.-əbcəd مامالان‎, fars. مامالان‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Gilvan bəxşinin Gilvan qəsəbəsinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 359 nəfər yaşayır (126 ailə).
Mamağan
Mamağan — İranın Şərqi Azərbaycan ostanının Azərşəhr şəhristanının Mamağan bəxşində yerləşən bir şəhərdir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 10,872 nəfər və 3,258 ailədən ibarət idi. Əhalisi azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar.
Manakin
Manakinlər çığıran sərəçəkimilər qrubuna aid olan klad quşudur. Bu qrubun 60-dan ibarət bəzi növləri Amerika tropik meşələri boyunca yayılıb. Manakin adı orta Niderland dilindən alınıb Niderlandca mannakijn "balaca adam" deməkdir. == Açıqlama == Onların boyu 7 sm-dən 15-ə dək (3sm-6 sm arası eni) çəkisi isə 8 q-dan 30 q-a qədərdir. Tyranneutes cinsi manakinlərin ən balacasıdır və Antilophia cinsi isə ən böyüyü hesab olunur ( Schiffornis cinsinin artıq manakin hesab edilməməsindən bəri). Onlar qıssa quyruqları, yuvarlaq və geniş qanadları və böyük başları ilə kip küdül quşlardır. Dimdikləri qıssa və geniş bir boşluğa sahibdir. Dişilərinin və bir illik erkəklərinin sönük yaşıl rəngli tükləri var; bir çox növü tüklərinə görə seksual dikromatikdirlər , erkəkləri əsasən qara rəngli olub və yamalarında parlaq rənglərə sahibdirlər, bəzi növlərinin uzun və dekorativ quyruqları və ya tac lələkləri və ya boğaz lələkləri olur. Bəzi iki illikdən dörd illiyə qədər olan növlərinin fərqləndirici alt yetkin tükləri var. == Yayılması və yaşayış sahəsi == Manakinlər Cənub Meksikadan şimal Argentina, Paraqvay, Cənubi Braziliya və Trinidad və Tobaqoda əraziləri daxilində mövcutdurlar.
Maqadan
Maqadan — Rusiya Federasiyasında yerləşən şəhər, Maqadan vilayətinin mərkəzi.
Marakana
Marakana stadionu — Braziliyanın Rio-de-Janeyro şəhərində yerləşən dünyanın ən böyük stadionu. == Tarixi == Braziliyanın 1950-ci ildə FİFA Dünya Kubokuna ev sahibliyi etməyə haqq qazanmasının ardından turnir üçün yeni bir stadion tikilməsinə qərar verildi. Stadionun planları Raphaël Galvão və Pedro Paulo Bernardes Bastos adlı iki mühəndis tərəfindən çəkildi. Təməli 2 avqust 1948-də atıldı. 16 iyun 1950-ci ildə Wings birliyi - Paul McCartney konserti ardınca edilən açılış matçında Rio da Janeiro All-Stars ilə São Paulo All-Stars qarşı-qarşıya gəldi. Matçı Rio da Janeiro All-Stars 3-1 qazandı. Didi stadionda qol vuran ilk futbolçu oldu. Açılış günündə edilən matçı 184 min adam izləmişdi. Marakana Stadionunun yəni "Maracana Arena"nın istehsalında yarım milyon torba sement ilə 10.000 ton dəmir istifadə edilmişdir. Finalda Uruqvay Braziliyanı 2-1 hesabı ilə məğlub etmiş və bu nəhəng finalı qaçaq girənlərlə birlikdə 200 min adam izləmişdir.
Molalan
Molalan (Masallı) — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. Molalan (Lerik) — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd.
Məlekan
Məlekan — İranın Şərqi Azərbaycan ostanının şəhərlərindən biri və Məlekan şəhristanının inzibati mərkəzidir. 2006-cı ilin əhali siyahıyaalınması əsasən bu şəhərdə 23.989 nəfər və 6.356 ailə yaşayır.. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və Azərbaycan dilində danışırlar.
Məlikan
Məlekan — İranın Şərqi Azərbaycan ostanının şəhərlərindən biri və Məlekan şəhristanının inzibati mərkəzidir. 2006-cı ilin əhali siyahıyaalınması əsasən bu şəhərdə 23.989 nəfər və 6.356 ailə yaşayır.. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və Azərbaycan dilində danışırlar.
Palavan
Palavan (taqal Palawan) — Filippin arxipelaqına daxil olan ada. Uzunluğu 425 km, eni 8,5 – 40 km arası dəyişir. Adanın sahəsi — 12 188,6 km². İnzibati mərkəzi və ən iri şəhəri Puerto-Prinsesdir. Palavan Cənubi Çin dənizi (şimal-qərb) ilə Sulu dənizi (cənub-şərq) arasında yerləşir. == Relyef və iqlim == Adanın böyük hissəsini dağlar, cəngərliklər və Manqrov meşələri tutur. Sıra dağlar adanı iki yerə bölür, bu gölgü sayəsində adada iqlim fərqlilikləri yaranır. O cənub-qərb Mussonlarının təsirinə məruz qalır. Yağıntı əsasən may-dekabr ayları düşür. Qalan vaxtlar isə quru, isti hava olur.
Qalağan
Qalağan — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd.
Sazakan
Sazakan - türk ve altay mifologiyasında Qasırğa Cini. Yaz mövsümündə buludların arasında gəzir. Baharda yağışdan əvvəl ortaya çıxır. Əjdahaya bənzəyən böyük bir varlıqdır. Buynuzları vardır. Heç gözlənilməz bir qar fırtınası və tipi bastırırsa və ya birdən yağış başlayarsa "Sazakan oynayır" deyilər. Yağışı gücləndirir, şimşəyin daha şiddətli çaxmasına səbəb olar. Çox çox oynasa ağaclar kökündən sökülür, evlər yıxılar. Sonra yerin altına girib itər. Girdiyi yerdə dərin bir çuxur meydana gələr.
Tarakan
Tarakan (lat. Blatta) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin tarakankimilər dəstəsinin tarakanlar fəsiləsinə aid heyvan cinsi.
Kalavan
Əmirxeyir (1991-ci ildən Kalavan) — Qaraqoyunlu mahalında kənd. İndiki adı Kalavan.İrəvan xanlığının Göycə mahalında kənd adı == Haqqında == Əmirxeyir (1991-ci ildən Kalavan) Ermənistan SSR-in Krasnoselsk (Mixaylovka – Çəmbərək) rayonunda, rayon mərkəzindən 33 km şimal-qərbdə azərbaycanlılar yaşamış kənd. Bəriabad kəndi ilə birləşdirilmişdir. 1873-cü ildə 161, 1926-cı ildə 216, 1931-ci ildə 250, 1959-cu ildə 342, 1970-ci ildə 712 nəfər azərbaycanlı əhalisi olmuşdur. 1988-ci ilin faciəli olayları zamanı azərbaycanlıların hamısı qovulmuşlar. == Əhalisi == 1988-ci ildə ancaq kənddə yaşayanları nəzərə alsaq, cəmi 300 ailədən ibarət olan Salah və Əmirxeyir kəndlərində doğulmuş olan 11 elmlər doktoru, 29 elmlər namizədi var idi. Bu rəqəm hər 7–8 ailəyə bir alim düşdüyünü göstərir. Bu, çox yerlərdə rast gəlinməyən, kifayət qədər yüksək göstərici idi. 1988-ci ildə kəndin əhalisi Azərbaycana qovulmuşdur. == Toponimi == Kəndin adı Əmir şəxs adından və türk dillərində kair "vadinin suvarılan hissəsi" sözlərindən ibarətdir.
Abakan
Abakan (xak. Ағбан) — Rusiya şəhəri, Xakasiya Respublikasının paytaxtı. Şəhər Abakan şəhər dairəsini təşkil edir. Əhalisi 167,4 min (2002) nəfərdir. Minusa çökəkliyinin mərkəzində, Abakan çayının Yeniseyə töküldüyü yerdədir. Dəmiryolu və avtomobil yolları qovşağıdır. Çay portu və aeroport yerləşir. Xakasiyanın iri sənaye, mədəniyyət və elm mərkəzidir. Ağır maşınqayırma, yüngül və yeyinti sənayesi, meşə və ağac emalı, tikinti materialları istehsalı müəssisələri; 11 ali məktəb (filialları ilə birlikdə), 4 kitabxana, muzeylər, 5 teatr, filarmoniya var. Abakan şəhəri 18 əsrin axırlarında salınmışdır.