Mamakan xatun kilsəsi

Mamakan xatun kilsəsi və ya Vaçar kilsəsiQafqaz Albaniyasının Vaçar yaşayış məntəqəsində yerləşən tarix-memarlıq abidəsi. XII-XIII əsrlərin tağtavanlı zal kilsələrinin xüsusiyyətlərini daşıyan abidə, Xaçın knyazı Həsən Cəlalın həyat yoldaşı olan Mamakan xatun tərəfindən inşa etdirilmişdir.[1]

Mamakan xatun kilsəsi
Ölkə  Azərbaycan
Şəhər Kəlbəcər
Yerləşir Bazarkənd
Aidiyyatı Alban Həvari Kilsəsi
Erməni Qriqoryan Kilsəsi
Sifarişçi Mamakan xatun
Tikilmə tarixi 1251-ci il
Üslubu Qafqaz Albaniyasının memarlığı
Mamakan xatun kilsəsi (Azərbaycan)
Mamakan xatun kilsəsi

Kilsə XIII əsrdə, Xaçın knyazı Həsən Cəlalın həyat yoldaşı Mamakan xatunun sifarişi ilə inşa edilmişdir. Kilsənin inşaat kitabəsində deyilir:

" Mən, çariça Mamakan, Cəlal Dövlənin həyat yoldaşı, Baqk çarının qızı ruhumu xilas etmək üçün 700-cü ildə (1251) bu kilsəni tikdirdim və Əlincədə torpaq bəxşiş etdim.[2] "

Memarlıq xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Kilsə binası 9.30 metr uzunluğa və 6.15 metr enə malikdir.[1] Kilsənin arxa hissəsində yerləşən kiçik qapıdan gizli kitabxanaya keçid açılır.[1]

Tağtavanlı zala malik olan kilsənin damı bir ədəd dayaq sütunu tərəfindən saxlanılır. Sütun xeyli qabağa çıxan divar dayaqları üzərində ucaldılır və həmin dayaqlar zalı sanki iki hissəyə bölür. Planda yarımdairəvi formaya malik olan altar hissəsinin hündürlüyü apsidadan bir qədər irəli çıxır. Aşağı yarusa aparan iki pilləkan zalın şərq hissəsinin yarısını tutur. Bu xüsusiyyəti ilə Vaçar kilsəsi Ürəkvəng kilsəsini xatırladır.[1]

  • Мамедова, Гюльчохра, Зодчество Кавказской Албании, Баку: Чашыоглу, 2004
  • Мкртчян, Ш.М, Историко-Архитектурные Памятники Нагорного Карабаха, Ереван, 1989
  • Бархударянц, Макар, Арцах, Баку, 1895