Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Manakin
Manakinlər çığıran sərəçəkimilər qrubuna aid olan klad quşudur. Bu qrubun 60-dan ibarət bəzi növləri Amerika tropik meşələri boyunca yayılıb. Manakin adı orta Niderland dilindən alınıb Niderlandca mannakijn "balaca adam" deməkdir. Onların boyu 7 sm-dən 15-ə dək (3sm-6 sm arası eni) çəkisi isə 8 q-dan 30 q-a qədərdir. Tyranneutes cinsi manakinlərin ən balacasıdır və Antilophia cinsi isə ən böyüyü hesab olunur ( Schiffornis cinsinin artıq manakin hesab edilməməsindən bəri). Onlar qıssa quyruqları, yuvarlaq və geniş qanadları və böyük başları ilə kip küdül quşlardır. Dimdikləri qıssa və geniş bir boşluğa sahibdir. Dişilərinin və bir illik erkəklərinin sönük yaşıl rəngli tükləri var; bir çox növü tüklərinə görə seksual dikromatikdirlər , erkəkləri əsasən qara rəngli olub və yamalarında parlaq rənglərə sahibdirlər, bəzi növlərinin uzun və dekorativ quyruqları və ya tac lələkləri və ya boğaz lələkləri olur. Bəzi iki illikdən dörd illiyə qədər olan növlərinin fərqləndirici alt yetkin tükləri var. Manakinlər Cənub Meksikadan şimal Argentina, Paraqvay, Cənubi Braziliya və Trinidad və Tobaqoda əraziləri daxilində mövcutdurlar.
Danidin
Danidin(ing. Dunedin,mao. Ōtepoti)– Yeni Zelandiyada, Cənub Adasının cənub-şərqində yerləşən şəhər,həmçinin Otaqo regionunun inzibati mərkəzidir. Şəhər 1848-ci ildə Şotlandiya azad kilsə icması tərəfindən salınmış,Edinburq şəhərinin (gel dilində – Dan Edinn,Dùn Èideann) şərəfinə adlandırılmışdır. Danidin, ölkənin dörd əsas mərkəzlərindən biri sayılır, baxmayaraq ki, əhali baxımından yalnız yeddincidir. Arxeoloji araşdırmalara əsasən, günümüzün Danidin ərazisində yaranan ilk insan qrupları burada 13-14-cü əsrin sonlarında sağ qalan moa axtarışında olan maorilər idi.Nəhəng quşların tükənməsindən sonra, maorilər, oturma həyatı yaşamış, balıqçılıq, ovçuluq və toplama ilə məşğul olmuşdur.İngilis dənizçilərin məlumatlarına görə, 19-cu əsrin əvvəllərində yerli əhali bu cənub adasında ən böyük idi. Otago Körfezi sahilində ilk ağ kişi, 25 Fevral - 5 Mart 1770-ci il tarixləri arasında buranı kəşf etmiş Ceyms Kuk idi.Gəminin jurnalında, Kuk yaxınlığında bir çox pinqvin və dəniz pişiklərini müşahidə etdiyinə diqqət çəkirdi.Axtarışa gəlmiş avropalı dənizçiləri və körfəzin sahillərində yaşayan aboriqenlər arasında tədricən qızışan münaqişələr, nəticədə 1810-1823-cü illərin "Pişik Müharibəsinə" (ing.Sealers' War) gətirib çıxardı.Mübahisələrin mövzusunun ortadan qalxmasından - pişiklərin məhv edilməsindən- sonra müharibə sona çatdı. 1815-ci ildə Vilyam Taker (İng. William Tucker) tərəfindən idarə olunan ingilis köçkünlərinin kiçik bir qrupu sahildə bir kənd qurdu.Əvvəlcə maorilərlə əlaqələri xeyirxah idi, Tucker hətta evinə yerləşən maori qızı ilə evləndi.Ancaq 1817-ci ilin dekabrında qonşu komandirlərdən biri əsgərləri ilə kəndə gəldi və kolonistlərdən xərac tələb etdi.Sakinlər onlara lideri məmnun edən əmlakı verdi və düşündükləri kimi təhlükə keçdi.Ancaq növbəti gün qəflətən sakinlərə hücum edildi.Yalnız bir qaçmaq və limanda ingilis gəmisinə çıxmağı bacardı.Taker da daxil olmaqla bütün qalanlar öldürüldü və yeyildilər. Maori Salnamələri hücumun səbəbi olaraq liderin hədiyyələrdən narazılığını göstərir.
Denikin
Denikin Anton İvanoviç (16 dekabr 1872[…], Şpetal[d], Polşa çarlığı, Rusiya imperiyası – 8 avqust 1947[…], Ann-Arbor, Miçiqan) — rus hərbçisi, Oktyabr çevrilişindən (1917) sonra sovet hakimiyyətinə qarşı mübarizə aparmış hərbi qüvvələrin başçılarından biri, general-leytenant (1916). Birinci dünya müharibəsində (1914–1918) briqada, diviziya, korpus komandiri, cəbhə komandanı olmuşdur. Generallar L. G. Kornilov və M. Alekseyevlə birlikdə Donda Könüllü ordunun yaradılmasında iştirak etmiş, Kornilov öldürüldükdən sonra ordunun komandanı olmuşdur (1918). "Rusiyanın cənubundakı silahlı qüvvələr"in baş komandanı kimi bolşevik hakimiyyətinə qarşı barışmaz mübarizə aparmışdır. Denikin 1918 ilin iyulunda Moskva üzərinə hücuma keçərək, sovet hökuməti üçün ciddi təhlükə yaratmışdı. Denikin qoşunları 1919-cu ilin yazında bütün Şimali Qafqazı tutub, Dağıstana girmiş, Azərbaycan sərhədlərinə gəlib çatmışdı. "Vahid və bölünməz Rusiya" şüarı ilə çıxış edən Denikin Rusiya imperiyasının əsarəti altında olan xalqların öz müqəddəratını təyin etmək hüququnu qətiyyən qəbul etmirdi. Denikin təhlükəsinə qarşı Azərbaycanda Dövlət Müdafiə Komitəsi yaradıldı, ölkədə hərbi vəziyyət elan olundu. Denikin ordusu ilə Azərbaycan arasında demarkasiya xətti müəyyənləşdirildi (bax Könüllü ordu ilə Azərbaycan arasında demarkasiya xətləri). 1919-cu il iyunun 16-da Denikin təhlükəsinə qarşı Azərbaycanla Gürcüstan arasında hərbi-müdafiə paktı imzalandı.
Maneskin
Maneskin — İtaliyalı pop rok qrupu. İtaliyanı 2021 Avroviziya Mahnı Müsabiqəsində Zitti e buoni mahnısı ilə təmsil etmiş və müsabiqənin qalibi olmuşdur. Maneskin qrupunun üzvləri Damiano David, Victoria De Angelis və Thomas Raggi ilk dəfə Romada orta məktəb illərində tələbə kimi tanış olublar , Ethan Torchio daha sonra qrupa daxil olub .Qrupun yaranması 2015-ci ilə təsadüf etsədə,rəsmi olaraq 2016-cı ildə elan olunub . 2016 -cı ildə yerli musiqi yarışması olan”Pulse”üçün qeydiyyatdan keçməyə qərar veriblər. Buna görə qrupun adı olmalı idi. Ad seçimində çətinlik yaşanan vaxt yarı danimarkalı olan Viktoriya De Angelis bəzi Danimarka sözləri təklif edib və onlar Måneskin ("ay işığı") üzərində razılaşıblar. Müsabiqənin nəticəsində ilk mükafatlarını alıblar . 2017-2019 cu illərdə tanınmalarında “X Factor” müsabiqəsinin rolu olub . 2017-ci ildə onlar Manuel Aqnellinin rəhbərliyi altında İtaliyanın “X Factor” istedad şousunun on birinci mövsümündə iştirak edərək Lorenzo Licitradan sonra ikinci yeri tutublar . Səsləndirilən mahnılar “Beggin” ,”Somebody told me “ ,”Take me out” olub , ifa etdikləri orijinal mahnı isə sadəcə “Chosen “ mahnısıdır .
Maniklu
Məlikli (əvvəlki adı: Maniklu) — Azərbaycan Respublikasının Ağdərə rayonunun Məlikli kənd inzibati ərazi dairəsində kənd. 1992-ci il martın 12-də Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunub. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Maniklu kəndi Ağdam rayonunun inzibati tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Ağdam rayonunun Maniklu kəndi Məlikli kəndi adlandırılmışdır. 2023-cü il sentyabrın 19–20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatı nəticəsində Məlikli kəndi Azərbaycanın nəzarətinə qayıtmışdır. 5 dekabr 2023-cü ildə yenidən Ağdərə rayonunun tərkibinə daxil edilib. Kəndin adı Manik çayının adından və -/M mənsubiyyət şəkilçisindən ibarətdir. Digər adı Adıgözəlbəylidir. Kənd vaxtilə Qarabağ xanları nəslindən olan, "Qarabağnamə" əsərinin müəllifi Mirzə Adıgözəl bəyə (1780–1848) mənsub olduğu üçün belə adlanırdı. 1992-ci ildən kəndin adı Məlikli kimi rəsmiləşdirilmişdir.
Manikür
Manikür (ing. Manicure) — əl dırnaqları və əllər üçün bir kosmetik gözəllik müalicədir ki, ev və ya dırnaq salonunda aparılır. Manikür müalicəsi yalnız təbii dırnaqlar üçün deyil, həm də əllər üçün müalicədir. Minu Molazadə. "Venus makiyaj və bəzəmə təlimi". (fars.) Manikür necə tətbiq olunur?
Manilik
Manixeizm və ya Manilik ( bəzən Maniçilik də adlanır) — qnostik dini təlim olub, Mani (216-277) tərəfindən qurulmuşdur. III əsrdə Babildə ortaya çıxmış olan bu təlim bütün dünyada və xüsusilə Şimali Afrikada yayılmışdır. Xristianlıq başda olmaq üzrə; Məzdəkilik, Buddizm və Mesopotamiya dinlərindən bir çox ünsürləri içinə aldığından eyni zamanda sinkretik bir xüsusiyyət daşımaqdadır. Mani, dinini yaymaq üçün biri fars digər altısı süryani dilində olmaq üzərə yeddi kitab və yetmiş risalə yazmış, ayrıca Hindistan başda olmaq üzərə bir çox ölkəyə səyahətlər etmişdir. Manilik ən parlaq dövrünü 8-ci əsrdə Uyğur dövlətinin milli dini olaraq elan edilməsi ilə yaşamışdır. Mani sözü qədim Türk dilində "Mengü" və Çağatay türkcəsində "Tanrı" deməkdir. Manixeist Uyğurlar, ölümdən sonra ruhun bir başqa bədəndə həyatına davam etdiyini ("re-enkarnasiya" və ya "yenidən təcəssüm") qəbul edirdilər. Maniçilik əslində Zərdüşt dualizmi, Babil folkloru, Buddist əxlaq prinsipləri və xristian ünsürlərin qarışığından ibarətdir. Bu tərkibdə öndə gələn anlayış iki əzəli qanunun, yaxşı və pisin münaqişəsidir. Bu baxımdan din tarixi araşdırmaları, Maniçiliyi bir növ dini dualizm (ikiçilik) olaraq qeyd etmişdirlər.
Sanidin
Sanidin — mineral, kalium çöl şpatının (K, Na) [AlSi3O8] monoklinik modifikasiyası. Sanidin tərkibində kalium komponentinin miqdarı 38–100 mol % arasında dəyişir, lakin təbii sanidin bu miqdar adətən 67%-dən çox olur. CaO miqdarı 1,5%-ə qədər, qalan komponentlərin (Va, Fe3+, Rb, Mg, Li, Ti) miqdarı 1%-dən azdır. Şüşəli, şəffaflıq ikiləşmə çox vaxt karlsbad qanunu üzrə, bəzən baven və manebax qanunları üzrə. Pertit cücərtiləri olmur; −2V=15–500. Turş tərkibli effuzivlərdə, bəzən isə hipabissal süxurlarda. Cavan kaynozoy süxurların izotop yaşını (kalium-arqon üsulu), qədim süxurların yaşını (rubidium-stronsium üsulu) təyinində istifadə edilir. Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006, 679 səh.
Xanakin
Hənakin (ərəb. خانقين‎, kürd. خانەقین) — İraqın Diyalə mühafəzəsində şəhər.
Anilin
Anilin (aminobenzol, fenilamin) – C6H5NH2 formulasına malik olan üzvi birləşmədir, sadə aromatik amindir. Rəngsiz, yağa bənzər maye olub xarakterik iyə malikdir. Suda yaxşı həll olmur, üzvi həlledicilərdə yaxşı həll olur. Havada tez oksidləşərək tünd qırmızı rəng alır. Zəhərlidir. “ Anilin “ sözü tərkibi “ İndigofera anil “ adlı bitkidən götürülüb (bitkinin müasir beynəlxalq adı “ İndigofera suffruticosa “-dır). Anilin ilk dəfə 1826-cı ildə alman kimyaçısı Otto Unferdorben tərəfindən indiqo ilə əhəngin qovulmasından alınmışdır ki, o da ona “ kristalin “ adını vermişdir. 1834-cü ildə Fridlib Ferdinand Runge daş kömür qətranında anilini kəşf edib və “ kianol “ adlandırıb. 1840-cı ildə Yuliy Fritsşe indiqo ilə KOH məhlulunu qızdırmaqla anilin almışdır və “ anilin “ adlandırmışdır. 1841-ci ildə Nikilay Zinin nitrobenzolu (NH4)2S təsirində reduksiya etməklə anilin almışdır və onu “ benzidam “ adlandırmışdır.
Maliki
Maliki (ərəb. مالكي‎) məzhəbi — Sünni İslamın içərisində İslam hüquqşünaslığının dörd böyük məktəbindən biri. Onun əsası 8-ci əsrdə Malik ibn Ənəs tərəfindən qoyulmuşdur. Maliki fiqh məktəbi ilkin mənbə kimi Quran və hədislərə əsaslanır. Digər İslam fiqhlərindən fərqli olaraq Maliki fiqhi də Mədinə əhalisinin icmasını İslam hüququnun etibarlı mənbəyi hesab edir. Maliki məzhəbi sünni müsəlmanların ən böyük qruplarından biridir, tərəfdarlar arasında Şafi məzhəbi ilə müqayisə oluna bilər, lakin Hənəfi məzhəbindən daha kiçikdir. Maliki doktrinasına əsaslanan şəriətə əsasən Şimali Afrikada (Şimali və şərqi Misir istisna olmaqla), Qərbi Afrikada, Çadda, Sudanda, Küveytdə, Bəhreyndə, Qətərdə, Dubay Əmirliyində (BƏƏ) və Səudiyyə Ərəbistanının şimal-şərq hissələrində mövcuddur. Orta əsrlərdə Maliki məktəbi həmçinin Avropanın İslam hakimiyyəti altında olan bölgələrində, xüsusən də İslam İspaniyası və Siciliya Əmirliyində mövcud olub. 9-cu əsrdən 11-ci əsrə qədər Maliki təliminin əsas tarixi mərkəzi Tunisin Uqbə məscidində olmuşdur. İslamın sünni qolunun dörd hüquq məktəblərindən biri də Maliki fiqh məzhəbidir.
Manihi
Manihi (fr. Manihi) — Tuamotu arxipelaqına daxil olan kiçik atoll (Fransa Polineziyası). Papeetedən 500 km şimal-şərqdə yerləşir. Ovalvari formaya malikdir. Atollun uzunluğu 27 км, eni — 8 km, quru sahəsi isə 13 km²-dir. Daxilində böyük laqun vardır. Laqunun sahəsi 160 km²-dir. Laqun okeanla adanın cənub-qərbində yerləşən Tairapa boğazı ilə birləşir. Ərazisində ən geniş yayılmış bitki Kokos palmasıdır. Kommunaya Manihi və Ahe adaları daxildir.
Nankin
Nankin — Çin Xalq Respublikasının şəhəri. 2014-cü ildə Yeniyetmələrin II Yay Olimpiya Oyunları Nankin şəhərində keçirilmişdir.
Anton Denikin
Denikin Anton İvanoviç (16 dekabr 1872[…], Şpetal[d], Polşa çarlığı, Rusiya imperiyası – 8 avqust 1947[…], Ann-Arbor, Miçiqan) — rus hərbçisi, Oktyabr çevrilişindən (1917) sonra sovet hakimiyyətinə qarşı mübarizə aparmış hərbi qüvvələrin başçılarından biri, general-leytenant (1916). Birinci dünya müharibəsində (1914–1918) briqada, diviziya, korpus komandiri, cəbhə komandanı olmuşdur. Generallar L. G. Kornilov və M. Alekseyevlə birlikdə Donda Könüllü ordunun yaradılmasında iştirak etmiş, Kornilov öldürüldükdən sonra ordunun komandanı olmuşdur (1918). "Rusiyanın cənubundakı silahlı qüvvələr"in baş komandanı kimi bolşevik hakimiyyətinə qarşı barışmaz mübarizə aparmışdır. Denikin 1918 ilin iyulunda Moskva üzərinə hücuma keçərək, sovet hökuməti üçün ciddi təhlükə yaratmışdı. Denikin qoşunları 1919-cu ilin yazında bütün Şimali Qafqazı tutub, Dağıstana girmiş, Azərbaycan sərhədlərinə gəlib çatmışdı. "Vahid və bölünməz Rusiya" şüarı ilə çıxış edən Denikin Rusiya imperiyasının əsarəti altında olan xalqların öz müqəddəratını təyin etmək hüququnu qətiyyən qəbul etmirdi. Denikin təhlükəsinə qarşı Azərbaycanda Dövlət Müdafiə Komitəsi yaradıldı, ölkədə hərbi vəziyyət elan olundu. Denikin ordusu ilə Azərbaycan arasında demarkasiya xətti müəyyənləşdirildi (bax Könüllü ordu ilə Azərbaycan arasında demarkasiya xətləri). 1919-cu il iyunun 16-da Denikin təhlükəsinə qarşı Azərbaycanla Gürcüstan arasında hərbi-müdafiə paktı imzalandı.
Kanikan (Bicar)
Kanikan (fars. كاني كن‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 223 nəfər yaşayır (46 ailə). Əhalisini kürdlər təşkil edir.
Maksim Marinin
Maksim Marinin (rus. Максим Маринин; d. 23 mart 1977, Volqoqrad, Rusiya) — Rusiyanı təmsil edən fiqurçu. Maksim Marinin, Totmyanina ilə birgə 1997-ci ildən 2006-cı ilə qədər beynəlxalq yarışlarda mübarizə aparıb. Totmyanina və Marinin cütlüyü, 2006-cı ildə İtaliyanın Turin şəhərinin ev sahibliyində baş tutan XX Qış Olimpiya Oyunlarında qızıl medala sahib olub. Totmyanina və Marinin cütlüyü, həmdə 2002 və 2003-cü illərdə baş tutan Dünya Çempionatlarının gümüş medalına, 2004 və 2005-ci illərdə baş tutan çempionatların isə qızıl medalına sahib olub, 2002 və 2005-ci illərdə ISU Qran-Pri Finalında qızıl medala, üç dəfə (2002, 2003 və 2004-cü illərdə) isə Rusiya Çempionatının qızıl medalına sahib olub. Totmyanina və Marinin cütlüyü, ISU Çin və Yaponiya Qran-Priləri istisna olmaqla, digər dörd Qran-Pri mərhələsinin hamısında qalib olmağı bacaran azsaylı idmançılardandır. Totmyanina və Marinin cütlüyü 2 dəfə Fransa Qran-Prisinin (2002 və 2005-ci illərdə), 2 dəfə Kanada Qran-Prisinin (2002 və 2003-cü illərdə), 2 dəfə Rusiya Qran-Prisinin (2003 və 2005-ci illərdə) və 1 dəfə ABŞ Qran-Prisinin (2002-ci il) qalibi olub. Karyerası ərzində 50 yarışa qatılan Totmyanina və Marinin cütlüyü, onların 20-də qızıl medal, 8-də gümüş medal, 7-də isə bürünc medal qazanıb. 2007-ci ildə Rusiya Federasiyası Prezidenti Vladimir Putin tərəfindən "Şərəf" ordeni ilə təltif ediliblər.
Maliki məzhəbi
Maliki (ərəb. مالكي‎) məzhəbi — Sünni İslamın içərisində İslam hüquqşünaslığının dörd böyük məktəbindən biri. Onun əsası 8-ci əsrdə Malik ibn Ənəs tərəfindən qoyulmuşdur. Maliki fiqh məktəbi ilkin mənbə kimi Quran və hədislərə əsaslanır. Digər İslam fiqhlərindən fərqli olaraq Maliki fiqhi də Mədinə əhalisinin icmasını İslam hüququnun etibarlı mənbəyi hesab edir. Maliki məzhəbi sünni müsəlmanların ən böyük qruplarından biridir, tərəfdarlar arasında Şafi məzhəbi ilə müqayisə oluna bilər, lakin Hənəfi məzhəbindən daha kiçikdir. Maliki doktrinasına əsaslanan şəriətə əsasən Şimali Afrikada (Şimali və şərqi Misir istisna olmaqla), Qərbi Afrikada, Çadda, Sudanda, Küveytdə, Bəhreyndə, Qətərdə, Dubay Əmirliyində (BƏƏ) və Səudiyyə Ərəbistanının şimal-şərq hissələrində mövcuddur. Orta əsrlərdə Maliki məktəbi həmçinin Avropanın İslam hakimiyyəti altında olan bölgələrində, xüsusən də İslam İspaniyası və Siciliya Əmirliyində mövcud olub. 9-cu əsrdən 11-ci əsrə qədər Maliki təliminin əsas tarixi mərkəzi Tunisin Uqbə məscidində olmuşdur. İslamın sünni qolunun dörd hüquq məktəblərindən biri də Maliki fiqh məzhəbidir.
Nankin Universiteti
Nankin Universiteti (çin. 南京大學) — Çin Xalq Respublikasının Nankin şəhərində yerləşən ali təhsil müəssisəsi. Universitetin əsası 1902-ci ildə qoyulmuşdur. Çində qızların qəbul edildiyi ilk ali məktəbdir. 1937-ci il İkinci Çin-Yapon müharibəsi dövründə Nankin Universiteti Tsinxua və Pekin Milli universitetləri ilə, daha sonra isə Kunmin əyalətində yerləşən Birləşmiş Cənub-Qərbi Milli Universiteti ilə Çanqşa şəhərində Çanqşa Müvəqqəti Universiteti adı altında birləşdirilmişdir. Universitetin zəngin kitabxana fondu var. Şərqi Asiya Tədqiqat Universitetləri Assosiasiyasının üzvüdür.
Nankin müqaviləsi
Nankin sazişi — 29 avqust 1842-ci ildə Böyük Britaniya ilə Birinci tiryək müharibəsində (1840–1842) məğlub olan Çin (Tsin imperiyası) arasında bağlanmış müqavilə. Nankin müqaviləsi Çinin xarici ölkələrlə bağladığı ilk qeyri-bərabər hüquqlu müqavilə idi. Müqaviləyə əsasən İngiltərə Çinin Kanton şəhərindən başqa daha dörd şəhəri (Amoy, Fuşjou, Ninbo və Şanxay) şəhərləri xarici dövlətlərlə ticarəti üçün açıq elan edildi. İngiltərə həmin şəhərlərdə konsulluq yaratmaq hüququ əldə etdilər. Beləliklə, "açıq qapılar" adlı sistemin əsası qoyuldu. Honkonq adası İngiltərənin sərəncamına keçdi. Çinə gətirilən ingilis mallarından alınan gömrük rüsumu 5%-dən artıq olmamalı idi. İngiltərənin ardınca ABŞ, Fransa, Rusiya və digər dövlətlər də Çini qeyri-bərabər hüquqlu müqavilələr bağlamağa məcbur etdilər. Birinci tiryək müharibəsi Çinin yarımmüstemlekeye çevrilmesinin başlanğıcını qoydu.
Nankin qırğını
Nankin qırğını ( çin. ənən. 南京大屠殺, sadə. 南京大屠杀, pinyin: nánjīng dàtúshā - İkinci Çin-Yapon Müharibəsinin bir epizodu. Bu zaman Çin Respublikasının paytaxtı Nankin şəhərində yapon əsgərləri dinc əhaliyə qarşı kütləvi qətllər və zorlamalar törətmişlər. Zorakılıq 1937-ci il dekabrın 13-dən, yaponların şəhəri tutduğu gündən başlayaraq altı həftə davam etdi. Bu dövrdə Yapon İmperator Ordusunun əsgərləri müxtəlif hesablamalara görə 40.000-dən 500.000-ə qədər çinli mülki şəxs və tərksilah edilmiş əsgərləri qətlə yetirmiş, həmçinin çoxlu sayda zorlama və soyğunçuluq törətmişlər. Bu cinayətlərin əsas günahkarlarından bir neçəsi Uzaq Şərq üzrə Beynəlxalq Hərbi Tribunal və Nankin Müharibə Cinayətləri Tribunalı tərəfindən mühakimə olunaraq edam edilmişlər. Bununla belə, bu qırğınların törədilməsində əsas günahkar kimi güman olunan Yapon imperator ailəsinin üzvü olan şahzadə Asako, əvvəlcədən anti-Hitler koalisiyasındakı müttəfiqlərdən mühakimə olunmaqdan immunitet aldığı üçün, cinayət məsuliyyətinə cəlb olunmaqdan kənarda qalmağa müvəffəq oldu. Nankin qırğınına həsr olunmuş yapon hərbi arxivlərin əksəriyyəti 1945-ci ildə Yaponiyanın təslim olmasından qısa müddət sonra məxfiləşdirilərək məhv edildiyi üçün tarixçilər zorakılıq qurbanlarının dəqiq sayını bilmirlər.
Nankin sazişi
Nankin sazişi — 29 avqust 1842-ci ildə Böyük Britaniya ilə Birinci tiryək müharibəsində (1840–1842) məğlub olan Çin (Tsin imperiyası) arasında bağlanmış müqavilə. Nankin müqaviləsi Çinin xarici ölkələrlə bağladığı ilk qeyri-bərabər hüquqlu müqavilə idi. Müqaviləyə əsasən İngiltərə Çinin Kanton şəhərindən başqa daha dörd şəhəri (Amoy, Fuşjou, Ninbo və Şanxay) şəhərləri xarici dövlətlərlə ticarəti üçün açıq elan edildi. İngiltərə həmin şəhərlərdə konsulluq yaratmaq hüququ əldə etdilər. Beləliklə, "açıq qapılar" adlı sistemin əsası qoyuldu. Honkonq adası İngiltərənin sərəncamına keçdi. Çinə gətirilən ingilis mallarından alınan gömrük rüsumu 5%-dən artıq olmamalı idi. İngiltərənin ardınca ABŞ, Fransa, Rusiya və digər dövlətlər də Çini qeyri-bərabər hüquqlu müqavilələr bağlamağa məcbur etdilər. Birinci tiryək müharibəsi Çinin yarımmüstemlekeye çevrilmesinin başlanğıcını qoydu.
Simona Hankin
Simona Hankin (d. 28 fevral 1973) — Avstraliyanı təmsil edən su poloçusu. Simona Hankin, Avstraliya yığmasının heyətində 2000-ci ildə baş tutan XXVII Yay Olimpiya Oyunlarına qatılıb və qızıl medal qazanıb. Simona Hankin, 2000-ci ildə Avstraliya yığması ilə birgə XXVII Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların həlledici, final görüşündə Birləşmiş Ştatlar yığmasını 4:3 hesabı ilə məğlub edən Avstraliya yığması, XXVII Yay Olimpiya Oyunlarının çempionu oldu.
Stuart Pankin
Stuart Pankin (ing. Stuart Pankin; 8 aprel 1946) — ABŞ aktyoru, "Oskar" mükafatı laureatı.
Vladimir Markin
Vladimir Markin (rəssam)
Mixail Malkin
Mixail Malkin (30 iyul 1996, Biləcəri) — Azərbaycanı təmsil edən batut gimnastı, dünya (2023) və Avropa (2018) çempionatlarının qalibi. Mixail Malkin 30 iyul 1996-cı ildə Biləcəridə anadan olub. Milliyətcə rusdur. Malkin 2011 və 2012-ci illərdə tamblinq üzrə Azərbaycan Çempionatlarının qalibi oldu. 2017-ci ildə FIG World Cup beynəlxalq turnirinin Portuqaliya mərhələsini qızıl, Azərbaycan mərhələsini gümüş, İspaniya mərhələsini isə bürünc medallarla başa vuran Mixail Malkin 2018-ci ildə tamblinq üzrə Avropa Çempionatının qalibi oldu.
Хаnаkin
Malıgin boğazı
Malıgin boğazı (rus. Пролив Малыгина) -Şimal Buzlu okeanına daxil olan Kara dənizində yerləşir. Belı adasını Yamal yarımadasından ayırır. Boğaz dayazdır, dərinliyi 19 m təşkil edir. Sahilləri alcaqdır, qum və gil suxurları ilə örtülüdür. Sahilində Malıgin, Sedexanqensalya, Sadevanqutsalya, Şuberya (Belı adası), Qolovina, Yonba, Pendadasalya və Xelya (Yamal yarımadası) vardır. Uzunluğu 63 km, eni 9–27 km arası dəyişir. Boğaza Nyarka-Monqatayaxa, Sidyanyannqnqeboyaxa, Myanqnqevoyaxa və Yxadiyaxa çayları axır. Boğazın şimalında Paxa buxtası vardır. Qərqində Ostovoy, şərqində isə Tabnqo və Tyobsyanqo adaları vardır.
Matıkil adası
Matıkil — Yam adaları qrupuna daxil olan ön böyük ada. Sahəsi 8,7 km², hündürlüyü 697 m təşkil edir. Adada dəniz şirlərinin (Eumetopias jubatus) yatağı vardır. Üstəlik üzərində bir çox dəniz quşları yuva qurur. Flora baxımından örtüyü zəngin deyildir.
İvan Malıqin
İvan Malıqin (22 yanvar (3 fevral) 1888 – 20 sentyabr 1918, Türkmənistan) — dövlət xadimi, 26 Bakı komissarından biri. 1917-ci ildə yaranan Bakı kommunasında Qafqaz ordusunun hərbi-inqilab komitəsinin sədri İvan Malıqin 1918-ci ildə ingilislər tərəfindən güllələnib.