Denikin

Denikin Anton İvanoviç (16 dekabr 1872[1][2][…], Şpetal[d], Polşa çarlığı, Rusiya imperiyası[5]8 avqust 1947[3][4][…], Ann-Arbor, Miçiqan[3]) — rus hərbçisi, Oktyabr çevrilişindən (1917) sonra sovet hakimiyyətinə qarşı mübarizə aparmış hərbi qüvvələrin başçılarından biri, general-leytenant (1916).

Anton Denikin
Şəxsi məlumatlar
Doğum tarixi 16 dekabr 1872(1872-12-16)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 8 avqust 1947(1947-08-08)[3][4][…] (75 yaşında)
Vəfat yeri
Dəfn yeri
  • Donskoye qəbiristanlığı[d]
Vətəndaşlığı
Təhsili
  • Rusiya Federasiyası Silahlı Qüvvələri Baş Qərargahının Hərbi Akademiyası[d]
Hərbi fəaliyyəti
Mənsubiyyəti Rusiya imperiyası
Qoşun növü piyada
Xidmət illəri 1895-ci ildən
Rütbəsi general-leytenant (1916)
Komandanlıq edib
Döyüşlər
Təltifləri III dərəcəli Müqəddəs Georgi ordeni 4-cü dərəcəli "Müqəddəs Georgi" ordeni 3-cü dərəcəli "Müqəddəs Vladimir" ordeni 4-cü dərəcəli "Müqəddəs Vladimir" ordeni qılınclı 2-ci dərəcəli "Müqəddəs Anna" ordeni qılınclı 2-ci dərəcəli "Müqəddəs Stanislav" ordeni 2-ci dərəcəli "Müqəddəs Stanislav" ordeni qılınclı və bantlı 3-cü dərəcəli "Müqəddəs Anna" ordeni 3-cü dərəcəli "Müqəddəs Stanislav" ordeni 1914–1918 hərbi xaçı Cəsur Mixay ordeni Knight Commander of the Order of the Bath "İgidliyə görə" qızıl qılıncı Medal "In memory of the 300th anniversary of Romanov dynasty" Medal 100 year 1812
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Birinci dünya müharibəsində (1914–1918) briqada, diviziya, korpus komandiri, cəbhə komandanı olmuşdur. Generallar L. G. Kornilov və M. Alekseyevlə birlikdə Donda Könüllü ordunun yaradılmasında iştirak etmiş, Kornilov öldürüldükdən sonra ordunun komandanı olmuşdur (1918). "Rusiyanın cənubundakı silahlı qüvvələr"in baş komandanı kimi bolşevik hakimiyyətinə qarşı barışmaz mübarizə aparmışdır. Denikin 1918 ilin iyulunda Moskva üzərinə hücuma keçərək, sovet hökuməti üçün ciddi təhlükə yaratmışdı. Denikin qoşunları 1919-cu ilin yazında bütün Şimali Qafqazı tutub, Dağıstana girmiş, Azərbaycan sərhədlərinə gəlib çatmışdı.

Denikin Birinci Dünya Müharibəsində

"Vahid və bölünməz Rusiya" şüarı ilə çıxış edən Denikin Rusiya imperiyasının əsarəti altında olan xalqların öz müqəddəratını təyin etmək hüququnu qətiyyən qəbul etmirdi. Denikin təhlükəsinə qarşı Azərbaycanda Dövlət Müdafiə Komitəsi yaradıldı, ölkədə hərbi vəziyyət elan olundu. Denikin ordusu ilə Azərbaycan arasında demarkasiya xətti müəyyənləşdirildi (bax Könüllü ordu ilə Azərbaycan arasında demarkasiya xətləri). 1919-cu il iyunun 16-da Denikin təhlükəsinə qarşı Azərbaycanla Gürcüstan arasında hərbi-müdafiə paktı imzalandı. Azərbaycan Xalq Cümhuriyyəti Dağıstan xalqlarının Denikinə qarşı mübarizəsini dəstəkləmişdi. Bu məqsədlə də, dövlət büdcəsindən 50 milyon rubl (2.5 milyon funt sterlinq) ayrılmışdır, bu da AXC nin büdcəsinin 1/8-ni təşkil edirdi. Hərbi uğursuzluqlar, sovet ordusunun qaçılmaz qələbəsi şəraitində Denikin 1920-ci il fevralın 7-də Cənubi Qafqaz respublikalarının müstəqilliyini tanıdığını bildirmişdi. 1920-ci ilin martında Könüllü ordu Şimali Qafqazda sovet ordusu tərəfindən məğlub edildikdən sonra Denikin Krıma qaçmış, komandanlığı general Vrangelə təhvil verərək (1920, 4 aprel), xaricə mühacirət etmişdir.

  1. 1 2 Anton Iwanowitsch Denikin // Brockhauz Ensiklopediyası (alm.).
  2. 1 2 Anton Ivanovič Denikin // Gran Enciclopèdia Catalana (kat.). Grup Enciclopèdia, 1968.
  3. 1 2 3 4 Деникин Антон Иванович // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  4. 1 2 Anton Ivanovich Denikin // Encyclopædia Britannica (ing.).
  5. 1 2 Deutsche Nationalbibliothek Record #119112361 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]