Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Mansi dili
Mansi dili (köhnə adı voqul dili Vagil (Voqulka) — mansi dilində Vool) çayının adından götürülüb) — mansi xalqının dili. Mansilər fin-uqor dilləri ailəsinin uqor yarımailəsinin ob-uqor qrupuna aiddir. Təxmini hesablamara görə mansi dilini ana dili kimi 37,1 % təşkil edir. Rus dilini doğma dil kimi 62 %, 1 %-dən azı sibir-tatar dili, komi, xantı və nenes dillərini qəbul edir. Tədqiqatlara görə mansı dili ural dillərindən ən çox macar dilinə yaxınır. Oxşarlıq leksikda, qramatikada və fonetikada özünü göstərir. 4 dialekt qrupu var: Şimal (пSosva, Lyapin və Yuxarı Lozva çayları sahillərində) Qərb (orta və aşağı Lozva, Pelm) Şərq (Konda üzrə) Cənub (Tavda üzrə). Ərazi böyülüyünə görə dialektlər arasında fərq çox güclüdür. Sosvin və kondin dialketlər arasında fərq isə həddən artıq böyükdür. Ədəbi mansı dilinin əsası kimi sosvin dialketi götürülüb.
Xantı-Mansi
Xantı-Mansi ya da İştək-Voğul (tatar. Иштәк-Вогул, İştək-Voğul)— Rusiya Federasiyasında yerləşən şəhər Xantı-Mansi muxtar dairəsinə daxildir.
Xantı-Mansi Muxtar Dairəsi
Xantı-Mansi Muxtar Dairəsi — Rusiya Federasiyasının subyektlərindən biri.
Laetitiya Mansieri
Laetitiya Mansieri (19 aprel 1983) — Fransanı təmsil edən bədii gimnast. Laetitiya Mansieri Fransanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 9-cu pillənin sahibi olub.
Mansilər
Mansilər ((Mansi: Мāньси / Мāньси мāхум, Māńsi / Māńsi māhum) - Ural xalqlarının fin-uqor qrupunun uqor qoluna mənsub olan xalq. Mansilər Rusiya Federasiyasının Tümen vilayətinin Xantı-Mansi muxtar dairəsinin yerli əhalisidir. Onlar özlərini mansi ("adam") adlandırırlar. XX əsrin əvvəllərinə qədər voqul adlandırılmışlar. Ural dilləri fin-uqor qrupunun uqor qoluna mənsub olan mansi dilində danışırlar. Antropoloji cəhətdən ağ (Avropa) irqi ilə sarı (monqoloid) irqi arasında keçid irqi sayılan Ural tipinə aiddirlər. Mansilər Sibirin Rusiya tərəfindən işğalından sonra zorla pravoslavlaşdırılmalarına baxmayaraq, özlərinin qədim dini görüşlərinin və şamançılığı hələ də saxlamaqdadırlar. Numi-Torı (Tanrı) adlandırdıqları Tanrıya inanırlar. Ayını müqəddəs sayırlar. 1989-cu il məlumatına görə mansilərin sayı 8500 nəfərdir.
Mini Mansions
Mini Mansions – Zak Daues, Tayler Parkford və Queens of the Stone Age qrupunun bas ifaçısı Maykl Şumen tərəfindən yaradılmış amerikan indi-pop qrupu. Mini Mansions 2009-cu ildə yaranıb. Onlar 2009-cu ildə öz adlarını daşıyan doqquz parçadan ibarət mini-albom buraxıb. 2014-cü ildə onlar 24 mart 2015-ci ildə buraxılmış ikinci studiya albomu The Great Pretenders-dən "Death Is a Girl" adlı sinqlı buraxdılar. 2015-ci ilin noyabrında "Any Emotions", "Freakout!", Arctic Monkeys-dən Aleks Törnerin yer aldığı "Vertigo", "Mirror Mountain", "Double Visions", "Creeps" və "The End, Again" (hamısı The Great Pretenders-dan) mahnılarının klipləri onların Vevo səhifəsində yayımlandı. Həmçinin The B-52-dən Fred Schneider-in yer aldığı B tərəfi "Cheap Leather" üçün də bir klip yayımlandı. 2016-cı ildə qrup PledgeMusic vasitəsilə The Great Pretenders albomunun yayımlanmamış B-tərəflərindən ibarət olan Flashbacks-i buraxdı. 14 mart 2017-ci ildə Mini Mansions-ın üç üzvünün 24 mart 2017-ci ildə Şotlandiyanın Qlazqo şəhərində BBC Radio 6 Musiqi Festivalında Sparks musiqi qrupu ilə çıxış edəcəyi elan edildi. 12 fevral 2019-cu ildə qrupun üçüncü albomu Guy Walks Into a Bar... 26 iyul 2019-cu ildə buraxılacağı məlum oldu.
Manis
Panqolinlər (lat. Pholidota) — euarxontoqlireslər dəstəüstünə aid heyvan dəstəsi.
Manui
Manui adası (fr. Manui) — Qambe arxipelaqına daxil olan kiçik ada (Fransa Polineziyası). Taiti adasından 1650 km şimal-qərbdə yerləşir. Adanın sahəsi 0,1 km²-dir. Maksimal hündürlüyü 54 metrdir. Ərazisinin böyük hissəsi qayalıqlarla örtülüdür. İnzibati baxımından Qambe kommunasına daxildir. 2002-ci il məlumatına əsasən adada daimi yaşayış yoxdur. Bununla belə digər adaların sakinləri bəzən adaya balıq tutmağa gəlirlər.
Nansi
Nansi (fr. Nancy) - Fransada şəhər. Lotaringiya regionunda yerləşir. Ətraf qəsəbələrlə birlikdə böyük Nansinin əhalisi 410.508 nəfərdir (1999-cu il statistikası), şəhərin özündə isə 105.100 nəfər yaşayır.
Şansi
Şansi və ya Şanşi (çin. 山西|Pinyin: Shānxī) — Çinin şimalında olan bir inzibati bölgə. Şərqdə Hebei, cənub və cənub-şərqdə Henan, qərbdə Şensi inzibati bölgələri, şimalda isə Daxili Monqolustan Muxtar Rayonu ilə əhatə edilmişdir.
Ansi
Ansi, həmçinin Annesi (fr. Annecy) – Fransanın şərqində şəhər. Yuxarı Savoyya departamentinin inzibati mərkəzi. Əhalisi 51 min (2005). Dəmir yolu qovşağı. Savoyya Alp dağlarının ətəklərində, Cenevrə–Qrenobl avtomobil yolu üstündədir. Elektrometallurgiya, diyircəkli yataq və ülgüc ləvazimatı istehsalı zavoddları, toxuculuq, kimya, kağız sənayesi müəssisələri var. İqlim kurortudur. Turizm inkişaf etmişdir.
Mani
Mani – “Şur” ladında qurulan zərbi muğamlardan biridir. Xalq – peşəkar musiqiçilər bu muğamı “Osmanı” da adlandırırlar. Marşvari ritm (4/2 ölçüsündə) bu muğamın sonuna qədər davam edir. Mani zərbi muğamı bir qayda olaraq təsniflə tamamlanır. Bu zərbi muğamda cəmi bir təsnif oxunur.
Elios Manzi
Elios Manzi (28 mart 1996) — İtaliyalı cüdoçu. Elios Manzi İtaliyanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Elios Manzi birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 60 kq çəkidə, 1/16 final mərhələsində Cənubi Koreyanın nümayəndəsi Kim Von-jin ilə üz-üzə gəldi. Həmin görüşdə Elios Manzi rəqibinə 0:1 hesabı ilə uduzdu.
Maksi Lopez
Maksimiliano "Maksi" Qaston Lopez (3 aprel 1984[…], Buenos-Ayres) — Argentinalı keçmiş peşəkar futbolçu. Meydanda əsasən hücumçu mövqeyində oynayıb. Maksi Lopez həm Argentina, həm də İtaliya pasportuna malikdir. Futbolçu El Rubio ("Sarışın") və La Gallina de Oro ("Qızıl Toyuq") ləqəbləri ilə tanınır. Lopez karyerasına 1997-ci ildə "River Pleyt" klubunda başlayıb. "River Pleyt"in heyətində 19 avqust 2001-ci ildə, 17 yaşında "Talleres de Kordoba" ilə oyunda debüt edir. Elə həmin mövsüm o, gənclər komandasında ilə beş mövsüm keçirdikən sonra rəsmi olaraq komandanın əsas heyətinə yüksəlir. Klub ilə 2002, 2003 və 2004-cü illərdə Torneo Klausuranın qalibi olur. Lopez 2005-ci ilin yanvarında İspaniya nəhəngi "Barselona" klubuna keçənə qədər klubda qalır. "River Pleyt"in heyətində 56 oyuna çıxaraq, 13 qol vurub.
Maksi Rodriges
25 yaşlı yarımmüdafiəçi 2002-ci ildən İspaniya çempionatında çıxış etsə də, DÇ-2006-dək Argentina millisində cəmi 13 oyun keçirmişdi və adıçəkilən ölkələrdən kənarda yaxşı tanınmırdı. Avropadakı karyerasına 2002-ci ildə «Saraqosa»da başlasa da, elə həmin il «Espanyol»a keçib və 2005-ci ilə kimi burada oynayıb. Həmin dövrdə klubda beş məşqçi dəyişsə də, onun əsas heyətdəki yeri toxunulmaz qalıb. 2004/05 mövsümündə «Espanyol»un heyətində İspaniya primerosunda 15 qol vuraraq ölkənin aparıcı klublarının diqqətini cəlb edib və ötən ilin yayında Madrid «Atletiko»suna keçib. Yeni komandasında isə ötən çempionatda 10 dəfə fərqlənib. O, 2005-ci ildə Argentina yığmasının heyətində Konfederasiyalar kubokunda hücumçu kimi yer alıb (2 oyun keçirib). DÇ-2006-da isə hücuma meylli yarımmüdafiəçi mövqeyində çıxış etməyinə baxmayaraq, məhsuldar oyun nümayiş etdirir. O, ilk 4 oyunda 3 qol vuraraq yarışın bombardirləri arasında qərarlaşıb. Bundan başqa, 1/8 finalda Argentina – Meksika (2:1) matçının ən yaxşı oyunçusu seçilib. 25 yaşlı futbolçu meydanda etibarlı oyunu ilə seçilir və məşqçinin tapşırıqlarını dəqiq yerinə yetirməyə çalışır.
Mandi Ceyms
Mandi Ceyms (9 dekabr 1978) — Birləşmiş Ştatları təmsil edən bədii gimnast. Mandi Ceyms Birləşmiş Ştatları 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 9-cu pillənin sahibi olub.
Manni Ayyulo
Manni Ayyulo (ing. Manny Ayulo; 20 oktyabr 1921, Berbank — 16 may 1955, İndianapolis) — 1950-55-ci illərdə yalnız 500 mil Indianapolis yarışında iştirak edən amerikalı Formula 1 yarış avtomobili sürücüsü. Bir dəfə 1951-ci ildə o, məsafənin ortasında Cek Makqratı əvəz edən podiumda birinci olmuşdur. Los Ancelesdə Peru mənşəli ailədə anadan olub. Atası Peru konsulu idi və anası isə Cənubi Karolina doğumlu amerikalı idi. Manni 1940-cı illərdə həvəskar yarışlara qatılmağa başladı. Bir dostu və komanda yoldaşı Cek Makqrat ilə birlikdə, yarışda yolları düzgün istifadə etməyə başladı. Bəzi məlumatlara görə, mexanikanın xidmətlərindən istifadə etmədi, avtomobili müstəqil olaraq dəyişdirdi. 1948-ci ildə ilk dəfə AAA Çempionatında iştirak etdi. Onun ən yaxşı nəticəsi 1954-cü ildə iki qalibiyyətlə - Darlingtonda və Miluokidə iki yarışda da ikinci oldu.
Mansa Musa
Mansa Musa (təq. 1280, Mali imperiyası – ən tezi 1332 və ən geci 1337) — 1307/12-1332/37-ci illərdə hakimiyyətdə olmuş orta əsr Mali dövlətinin mansası (ali hökmdar). Keyta sülaləsinin nümayəndəsi idi. Mali dövlətinin banisi Sundiat Keytanın qardaşı oğlu idi. May ayının ilk ongünlüyündə anadan olmuş, bu təxminən 1 maydan 8 maya qədərdir və avqustun son ongünlüyündə ölmüşdür - bu isə 24-31 avqust aralığını əhatə edir. Onun hakimiyyəti illərində Mali tarixində ən böyük ərazilərə sahib idi. Ölkə əhəmiyyətli dərəcədə böyümüş və mədəni inkişafının zirvəsinə çatmışdır. Musanın hökmranlığı əsasən o dövrün ərəb salnaməçilərinin qeydlərindən məlumdur: ən dolğun məlumatları - Şihab əd-din Əhməd ibn Yəhya ibn Fadlallah əl-Omari ad-Dimashki (ərəb. شهاب الدين احمد ابن يحيى ابن فضل الله العمري الدمشقي‎), İbn-Bətutə Əbu Abdullah Məhəmməd ibn Abdullah al-Lavati at-Tancı (ərəb. أبو عبد الله محمد ابن بطوطة‎‎) və Əbu Zeyd Əbdürrəhman ibn Məhəmməd ibn əl Hədrami (ərəb.
Nansi (rayon)
Nansi (fr. Nancy) — Fransanın Lotaringiya regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Mört və Mozel. Suprefektura — Nansi. Rayon əhalisi 2006-cı ildə 418 352 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 277 nəf / km². Rayon ərazisi — 1509 km².
Nansi Maneyro
Nansi Metkalf
Nansi Metkalf — ABŞ voleybolçusu. 1978-ci ildə anadan olan voleybolçu Nansi Metkalf 186 sm boya malikdir. 2000-ci ildən ABŞ yığmasının şərəfini qoruyan Metkalf bu komanda ilə dünya çempionatının gümüş (2002), dünya Qran-Prisinin (2003, 2004) və dünya kubokunun bürünc medallarına sahib olub. Panamerika kubokunun qalibi (2003) və üçüncüsü (2010) adını qazanıb. Karyerası ərzində "İndias Mayaguez" (Puerto-Riko, 2002–2003), "Peruca" (İtaliya, 2003–2004), "Əczaçıbaşı" (Türkiyə, 2004–2005, 2007–2009), "Mursiya" (İspaniya, 2006–2007), "Minas" (Braziliya, 2009–2010) və "Kriollas de Kaguas" (Puerto-Riko, 2010) klublarında çıxış edib. Klub karyerasında Türkiyə, İspaniya çempionatının və kubokunun qalibi adını qazanıb. Onun Avropada ən böyük uğuru 2007-ci ilə təsadüf edib. Amerikalı voleybolçu "Mursiya"nın heyətində "Top-komandalar" kubokuna sahib olub. Metkalf 2010-cu ildə Bakının "Lokomotiv" komandasına transfer olunub. 2012-ci ildə Superliqanın gümüş mükafatçısı kimi Lokomotivdən böyük ümüdlərlə İqtisadçıya transfer olunmuşdu.
Nansi Niro
Nansi Niro (21 sentyabr 1966) — Kanadalı qadın ağır atlet. 58 kq çəki dərəcəsində yarışır və beynəlxalq yarışlarda Kanadanı təmsil edir. Nansi Niro dünya çempionatlarında iştirak etmişdir. Son dəfə 1999 Ağır atletika üzrə Dünya Çempionatında mübarizə aparmışdır.
Sansi almazı
"Sansi" almazı — Məşhur qiymətli daşlardan biri. Sansi almazı açıq-sarı rəngdədir, həcmi 55,23 karatdır. Bu təxminən 11,046 qram deməkdir. Sansi almazı barədə müxtəlif rəvayətlər mövcuddur. Ancaq bilinən budur ki, bu almaz heç bir sahibinə xeyir gətirməyib. Ya o evdə uşaqlardan biri ölüb, ya da almazın sahibi taxt-tacdan salınıb, qaçaq düşüb, yaxud öldürülüb. Rus tədqiqatçısı Valeyevin sözlərinə görə almaz ilk dəfə 1064-cü ildə Şərqi Hindistanda tapılıb. Onu yontalamayana qədər 100 karatdan çox olub. Almazı tapan Tacir Caqattunq onu evində saxlamağa qorxarmış. Çünki, almazın onda olmasını nəinki yerli kəndlilər, eləcə də sarayda da bilirmişlər.
Syzygium manii
Syzygium manii (lat. Syzygium manii) — mərsinkimilər fəsiləsinin siziqium cinsinə aid bitki növü.
Tyto manusi
Manus alabayquşu (lat. Tyto manusi) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin bayquşkimilər dəstəsinin alabayquşlar fəsiləsinin alabayquş cinsinə aid heyvan növü.
Mani yarımadası
Mani yarımadası (yun. Μάνη) — Yunanıstanda yerləşən yarımada. Peloponnes yarımadasının cənubunda yerləşən üç yarımadadan biridir. Sahillərini qərbdən Aralıq dənizi və onun körfəzləri olan Mesiniakos və Lakonikos yuyur. Maniu yarımadası iki hissədən ibarətdir:Daxili və Xarici Mani. Xarici Mani təbiət baxımından zəngindir. Çimərliklərə sahibdir. Tayqet dağı turistlər və alpinistlər arasında məşhurdur. Mani yarımadasında antik dövrdə Spartalır aid kəndlər olmuşdur. Burada sərt qanunlar hökm sürmüş, hərbi qaydalar tətbiq olunmuşdur.
Mans (İzer)
Mans (fr. Mens) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Matezin-Triyev kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38226. Kommunanın 2006-cı il üçün əhalisi 1810 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 405 ilə 700 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 520 km cənub-şərqdə, Liondan 130 km cənub-şərqdə, Qrenobldan 45 km cənubda yerləşir.
Misere Mani
Misere Mani – Eric Levinin Era musiqi layihəsi adından çıxardığı Era 2 albomundan olan üçüncü və sonuncu sinql. Sinql 2000-ci ildə Birləşmiş Krallıq və Avropada satışa çıxarılmışdır. Mahnıya həmçinin klip də çəkilmişdir.
Missere Mani
Misere Mani – Eric Levinin Era musiqi layihəsi adından çıxardığı Era 2 albomundan olan üçüncü və sonuncu sinql. Sinql 2000-ci ildə Birləşmiş Krallıq və Avropada satışa çıxarılmışdır. Mahnıya həmçinin klip də çəkilmişdir.
Banşi
Banşi (ing. Banshee) — İrland folklorunun personajı. Azərbaycan folklorunda bayquşla müqayisə oluna bilər. Evlərin pəncərəsi qarşısında oturan xəyali qadın obrazıdır. İnanclara görə, hansı evin qarşısında ağlayarsa, o evdə müsibət və ölüm-itim olur. İrlandların inanclarına görə Başinin səsi eşidilən evdə tezliklə bir nəfərin ölüm xəbəri gəlməli idi. Digər bir inanca görə Banşi sadəcə təmiz irland qanına sahib insanların evlərinə gəlməkdədir. Şotland yazıçı Valter Skott tərəfindən 1830-cu ildə yazılmış Demonologiya və Cadugərliklə bağlı yazılar (ing. Letters on Demonology and Witchcraft) əsərində Şimali Şotlandiyada yaşayan insanlarda Banşi inancının güclü olduğunu qeyd etmişdir.
Mannı
Mannı və ya irmək, yarma buğdasının üyüdülməsi və ələnməsi nəticəsində əldə edilən qidadır. Mannı dənələri 125–140 mikrometr, sarı rəngli, parlaq və bucaqlıdır. Ümumiyyətlə sərt buğdadan mannı hazırlanmasında istifadə olunur Mannı, yüksək qida dəyəri olan bir qidadır. Tərkibində 73% karbohidrat var. 100 qram mannıda təxminən 360 kcal enerji var. Mannı makaronun əsas tərkib hissəsidir. Ayrıca, Türkiyə, Yunanıstan, İran, Hindistan və Pakistan kimi ölkələrdə mannı halvası və Ərəbistanda hazırlanan südlü mannı deserti, desert olaraq istehlak edilir.
Mantı
Mantı (türk. mantı; qaz. мәнті; qırğ. манты; özb. manti), mantu, buuz, pozı və ya mandu (kor. 만두, 饅頭) — Mərkəzi Asiya, Türkiyə, Tatarıstan, Başqırdıstan, Krım, Koreya və Monqolustan xalqların ənənəvi ətli xörəyləri. Mantı, müxtəlif ədviyyatlarla dadlandırılan qıymanın, kiçik xəmir parçalarının içinə qoyulması və bu xəmir parçalarının suda qaynadılması ilə edilən ətli xəmir yeməyidir. Türk mətbəxinin olduğu qədər digər Orta Asiya mətbəxlərinin də bir parçası olan mantı, köhnə SSRİ ölkələrində də məşhur bir yeməkdir. Orta Asiyadan Anadoluya köçəri Türklər tərəfindən gətirilmişdir. Bəzi bölgələrdə mantıya tatar böreği deyilməsi, mantının köçəriliklə olan əlaqəsini təsdiqləməkdədir.
Mannı halvası
Mannı halvası, manna yarmasının un, şəkər, yağ (marqarin və ya kərə yağı) və istəyə görə ağac fıstığı, su və süd kimi digər qatqılarla qovulması nəticəsində hazırlanmış bir Türk mətbəxinə məxsus desertdir. İsti və ya soyuq şəkildə yeyilə bilər. Nisbətən aşağı kalorili olan manna yarması liflə zəngindir. Kərə yağı əridilir və ağac fıstığı qovrulur. Daha sonra mannı əlavə edilir və mannının rəngi qaralıncaya qədər davamlı qarışdırılaraq qovurma prosesi davam etdirilir. Ayrı bir qazanda su, şəkər və süd qarışdırılıb qaynadılır və şərbət hazırlanır. Qaynadılmış mannının üzərinə isti şərbət tədricən davamlı qarışdırılaraq əlavə edilir. Zəif odda 10 dəqiqə bişirilir, sonra dincəldilir və süfrəyə verilir.
Mannı kaşa
Mannı pudinqi və ya mannı sıyığı mannıdan hazırlanmış, südlə və ya süd və su qarışığı ilə hazırlanan düyü pudinqi və pudinq növüdür. Ümumiyyətlə şəkər, kakao tozu, darçın, kişmiş, meyvə və ya şərbət ilə verilir. Düyü pudinqinə bənzər bir tutarlılıq daha çox manna yarması istifadə etmək və onu qaynatmaq əvəzinə bişirməklə də əldə edilə bilər. Mannı pudingi qarğıdalı əsaslı mannılara bənzəyir və Qədim Roma dövründən bəri Avropada yeyilir. Apicius və ya de re coquinaria farinadan hazırlanmış badam və irmik pudinqi təsvir edilmişdir. Mannı pudingi, həmən (toz formasında) və ya yeməyə hazır qida şəklində də mövcuddur. Krem, vanil, meyvə, ədviyyat və ya süni dad verici maddələr tez-tez əlavə olunur. Bu məhsullardan bəziləri süd və ya su ilə hazırlanmalıdır. Yalnız su tələb olunursa, süd tozu hazır qidaların bir hissəsinə çevrilir.
Mannı yarması
Manna yarması — buğdanın üyüdülüb ələnilməsiylə əldə edilən bir qida maddəsidir. Manna yarması dənəcikləri 125-140 mikro metr böyüklüyündə, sarı rəngdə, parlaq və bucaqlıdır. Manna yarması istehsalında ümumiyyətlə sərt buğda istifadə edilir. Manna yarması uşaq və pəhriz qidası üçün geniş istifadə olunan əsas qida məhsuludur. Bu yarmanı un dəyirmanında buğdanın sortlu üyüdülməsi nəticəsində alırlar. Manna yarmasının çıхarı emal olunan dənin 2%-ni təşkil edir. Yumşaq və bərk buğdadan alınan manna yarması tərkibindən və quruluşundan asılı olaraq "M", "MT" və "T" markası ilə buraхılır. "M" markalı yarmanı yumşaq yarımşüşəvari və şüşəvari buğdadan, "T" markalı yarmanı bərk buğdadan, "MT" markalı yarmanı isə bərk və yumşaq buğdaların qarışığından alırlar. Manna yarmasından birinci хörəklərin, sıyıqların və şirin хörəklərin hazırlanmasında istifadə edilir. Manna yarması qida dəyəri yüksək olan bir yeməkdir.
Manuşi Çxillar
Manuşi Çxillar (14 may 1997) — Hindistanlı model; 2017-ci ilin Dünya Gözəli Manuşi Çxillar 14 may 1997-ci ildə Hindistanın Haryana ştatında həkim ailəsində anadan olmuşdur.
Mendelson marşı
Toy marşı — alman bəstəkarı Feliks Mendelson tərəfindən bəstələnmiş məşhur musiqi əsəri. Hazırda qərb ölkələrində, o cümlədən Azərbaycan toylarının, demək olar ki, əksəriyyətində bu musiqi ifa olunur. Əsər qısa kontekstli olmasına baxmayaraq, bu gün dünyada ən məşhur musiqi bəstələrindən sayılır. Bu kompozisiya 1842-ci ildə Uilyam Şekspirin "Yay gecəsində yuxu" əsərinə bəstələnmişdir. Qərb ölkələrindəki toylarda ən çox ifa olunan bu musiqi, bəzi məlumatlara görə, ilk dəfə 1847-ci ildə Doroti Karyu və Tom Denielin toyunda çalınmışdır. Lakin nədənsə ilk dəfə ifa olunma populyarlığı Viktoriya və Fridrixin Londondakı Müqəddəs Ceyms Sarayındakı təmtəraqlı toyuna aid edilir. Belə ki, bəzi məlumatlara görə dünyaca məşhur olan bi marş ilk olaraq, 25 yanvar 1858-ci ildə Britaniya şahzadəsi Viktoriya ilə Prussiya kralı III Fridrixin toy mərasimində ifa olunmuşdur. Britaniya kraliçası Viktoriyanın qızı olan şahzadə Viktoriya bəstəkarın yaradıcılığını çox sevdiyinə görə, bu mahnıya üstünlük verilmişdi. Məhz bu səbəbdən, həmin toyda "Toy marşı"nı bəstəkar Mendelson özü ifa etmişdi. Onun ifa etdiyi orqan indi Tottenhemdəki Müqəddəs Anna Kilsəsində saxlanır.