Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
The Masquerade
The Masquerade — ABŞ indi-pop müğənnisi mxmtoon(en)-un debüt studiya albomu. 17 sentyabr 2019-cu ildə buraxılıb.
Manqup
Manqup (ukr. Мангуп, krımtat. Mangup, Мангуп) — Bağçasaray rayonu ərazisində mövcud olmuş şəhər-qala. Tarixi adı Baba-Dağ olmuşdur. Feodoro knyazlığınln paytaxtı olmuşdur. Sonradan türk qalasına çevrilmişdir. Dağ hündürlüyü 250 m olan vadidə yerləşir. Dağın hündürlüyü 583 metr təşkil edir. Platosunun sahəsi 90 ha-dır. Qalada iki bulaq vardır.
Manqus
Maskut
Məsqət — tarixi Azərbaycan ərazisinin bir hissəsi. Massaget tayfalarının məskunlaşdığı həmin ərazi e.ə. VII əsrdən müstəqil Massaget şahlığının ərazisi olsa da, sonradan Qafqaz Albaniyasının, daha sonra isə Şirvanşahlar dövlətinin tərkibinə daxil olmuşdur. Ərazidə ilk siyasi qurum olan Massaget şahlığı isə daha çox fars Əhəməni şahı II Kirin başını kəsərək qətlə yetirmiş cəsur qadın hökmdar Tomrisin adıyla məşhurlaşmışdır. == Tarixi == V–VII əsr erməni mənbələri maskut tayfalarının məskunlaşdıqları Məsqət vilayətinin adını çəkirlər. Sonralar IX–X əsr ərəb mənbələrində Samur çayı, Xəzər dənizi, ləkzlər ölkəsi və Şəbəranla həmsərhəd olan bərəkətli Məsqət – Maskut (indiki Müşkur) vilayətlərindən bəhs edilir. Onun ilkin adı – Maskut, yaxud Maşkut qədim massagetlərin adı ilə bağlıdır. Ammian Marsellinə (IV əsr) görə, alanlar qədim massagetlərdir və deməli, Məsqətin qədim sakinləridir. "Tarix-i əl-Bab"da Şirvana və Dərbəndə hücumlar edən alanların adı dəfələrlə çəkilir. Dərbəndin cənubunun hidronimikasında, ehtimal ki, alan dili leksikasına mənsub olan Rubas ("Tülkü") və Samur çay adları qalmışdır.
Matsue
Matsue (yap. 松江市) — Yaponiyanın Honşu adasında olan Çuqoku regionunda yerləşən Şimane prefekturasının paytaxtı.
Massuen
Massuen (fr. Massoins) — Provans-Alp-Kot-d'Azür regionunun, Fransanın cənub-şərqində yerləşən kommun, Dənizkənarı Alplar departamenti, Nitsa dairəsi, Vans kantonu . Mart 2015-ci ilə qədər kommun inzibati olaraq ləğv edilmiş Villar-syur-Var kantonunun (Nitsa dairəsi) bir hissəsi idi. Kommunanın sahəsi — 12,13 km², əhalisi — 128 nəfərdir (2006) artım tendensiyası ilə: 111 nəfər (2012), əhalinin sıxlığı 9,2 nəfər / km²-dir. == Əhalisi == 2011-ci ildə əhalinin sayı — 118 nəfər təşkil edirdi, 2012-ci ildə isə — 111 nəfər.
Maqsud Cavadov
Maqsud Əlisimran oğlu Cavadov (13 aprel 1912, Basqal, Şamaxı qəzası – 25 may 1972, Bakı) — fizika-riyaziyyat elmləri doktoru(1957), professor(1959), Əməkdar müəllim(1943), Əməkdar elm xadimi(1962), Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü(1962). == Həyatı == Maqsud Əlisimran oğlu Cavadov 13 aprel 1902-ci ildə Şamaxı qəzasının (hazırda İsmayıllı rayonunun) Basqal qəsəbəsində kəlağayı toxucusu ailəsində anadan olmuşdur. Atası Əlisimran Cavadov 1913-cü ildə, anası Mələk Qulu qızı isə 1918-ci ildə vəfat etmiş, 16 yaşlı Maqsud Cavadov valideyn himayəsindən məhrum olmuşdur. İbtidai təhsilini Basqal məktəbində almış, 1914–1918-ci illərdə isə Şəkidə yaşayan dayısı Ağaəli Quliyevin köməyi ilə təhsilini Şəki gimnaziyasında davam etdirmişdir. 1918-ci ildə doğulduğu kəndə qayıtmış və orada özündən kiçik olan iki qardaşının qayğısını öz üzərinə götürərək kənd təsərrüfatı işləri ilə məşğul olmağa başlamışdır. 1919-cu ildə kənddə baş verən bədbəxt hadisə nəticəsində onun sol əli amputasiya olunmuşdur. Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Maqsud Əlisimran oğlu Cavadov 1924-cü ildə Bakıya gəlmiş, Azərbaycan Dövlət Pedaqoji Universitetinə daxil olmuş və 1927-ci ildə həmin institutun Fizika-riyaziyyat fakültəsini orta məktəblər üçün riyaziyyat müəllimi ixtisası üzrə bitirmişdir. Azərbaycan Dövlət Pedaqoji Universiteti bitirdikdən sonra xüsusi istedadı nəzərə alınaraq Maarif Nazirliyi tərəfindən Bakıda saxlanılmış və təhsilini davam etdirmək məqsədilə Bakı Dövlət Universitetinə göndərilmişdir. O, 1930-cu ildə Bakı Dövlət Universitetinin də Fizika-riyaziyyat fakültəsini bitirmiş, Azərbaycan Elmi Tədqiqat İnstitutunun aspiranturasına qəbul olunmuşdur. 1932-ci ildə həmin institutun aspiranturasını Ali məktəb müəllimi ixtisası üzrə bitirmişdir.
Maqsud Cəlilov
Cəlilov Maqsud Fərhad oğlu — fəlsəfə elmləri doktoru, professor. == Həyatı == Maqsud Cəlilov 1935-ci il mayın 2-də əzəli Azərbaycan torpağı olan Göyçə mahalının Basarkeçər rayonunun Nərimanlı kəndində dünyaya gəlmişdir. Orta məktəbin 4-5-ci siniflərini bir ildə tamamlayaraq, məktəbi bitirdikdən sonra Qazax 2 illik Müəllimlər İnstitutuna daxil olmuşdur. Sonradan İnstitut Şəki şəhərinə köçürülmüşdür. Şəki Müəllimlər İnstitutunu bitirib Lənkəran rayonunun Şağlaser kəndində bir il müəllim işlədikdən sonra Azərbaycan Dövlət Pedoqoji İnstitutunun Tarix-Filologiya fakültəsinə daxil olmuşdur. İnstitutda oxuduğu müddətdə "Lenin" adına təqaüd almış, 1960-cı ildə institutu fərqlənmə diplomu ilə bitirmişdir. İnstitutu bitirdikdən sonra doğma kəndinə qayıtmış, əvvəlcə kənd orta məktəbində müəllim, sonra isə rayon qəzetində müxbir işləmişdir. 1966-cı ildə Azərbaycan Elmlər Akademiyası Fəlsəfə institutunun aspiranturasına daxil olmuş, 1969-cu ildə "Dinlə ictimai şüurun başqa formaları arasında qarşılıqlı əlaqə" mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə edərək fəlsəfə elmləri namizədi alimlik dərəcəsi almışdır. 1968-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinin fəlsəfə kafedrasında işləmişdir. 1976-cı ildən ömrünün sonunadək kafedra müdiri vəzifəsində çalışmışdır.
Maqsud Hacıyev
Maqsud Hacıyev – Ədəbiyyatşünas, tərcüməçi, publisist. == Həyatı == Maqsud İbrahim oğlu Hacıyev 10 sentyabr 1935-ci ildə keçmiş Qonaqkənd rayonunun (indiki Quba rayonu) Gümür kəndində anadan olmuşdur. Azərbaycan EA Dilçilik İnstitutunda böyük elmi işçi vəzifəsində çalışır. Əmək veteranıdır. O, bir sıra beynəlxalq simpoziumlarda məruzələrlə iştirak etmişdir.İxtisasca şərqşünasdır."Tat dilinin Qonaqkənd ləhcəsi"(1971), "İranın tarixi-etnoqrafik oçerki, fars dilinin qısa qrammatikası və farsca-rusca texniki lüğət" (İsfahan, 1973, 1974), "Beş il qonşu diyarda" (1976), "İran etüdləri" (1979), "Dörd ildə gördüklərim"(1985), "Əfqan şerində Lenin və oktyabr mövzusu" (Kabul, 1987), "Əfqan ədəbiyyatında milli barışıq siyasətinin inikası" ( rus və dəri dillərində, Kabul, 1988), "Əfqanıstan görüşləri" (1989), "Azərbaycan tatlarının dili" (1995)və sair bu kimi elmi, elmi-publisist əsərləri ilə daha çox tanınmışdır.O, İran və Əfqanıstanın bir sıra görkəmli ədəbi simalarının əsərlərini dilimizə tərcümə etmiş, Ç.Çaplinin "Səhnə işıqları", Şərq xalqlarının həyatına dair "Məzəli əhvalatlar", əfqan xalqının nağıllarından ibarət "Çilan və şeytan" kimi tərcümə kitablarını oxuculara təqdim etmişdir."Azərbaycan Sovet Ensiklopediyası"nın 4-cü, 7-ci və 9-cu cildlərinin əsas müəlliflərindəndir.Maqsud Hacıyev Azərbaycan Yazıçılar və Azərbaycan Jurnalistlər Birliklərinin üzvü, "Bilik" Maarifçilik Cəmiyyətinin Yaxın və Orta Şərq ölkələri üzrə siyasi icmalçısı, Azərbaycan Ziyalılar Cəmiyyətinin Fəxri Filologiya doktoru, Beynəlxalq Şərqşünaslar Assosiasiyanın həqiqi üzvü, Mahir Sənətkar diplomçusu, Nailiyyət Ali Jurnalist mükafatı laueratı, Respublika Tat mədəniyyət mərkəzinin sədri, Azərbaycan Ziyalılar Universitetinin professoru, Əfqanıstan müharibəsi iştirakçısı, Əmək veteranıdır.
Maqsud Maqsudov
Maqsud Maqsudov — Göyçay Rayon Xalq Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri, Azərbaycan Kommunist Partiyası İmişli Rayon Partiya Komitəsinin birinci katibi, Azərbaycan Kommunist Partiyası Balakən Rayon Partiya Komitəsinin birinci katibi. == Həyatı == Maqsud Maqsudov 30-cu illərdə bir sıra mühüm dövlət vəzifələrində çalişmış, əvvəlcə Xaçmaz, sonra isə Şəki rayonlarında MTS-lər üzrə partiya komitəsinin katibi işləmişdir. 1935-ci ildə Balakən Rayon Partiya Komitəsinin birinci katibi, 1 il sonra isə İmişli Rayon Partiya Komitəsinin birinci katibi vəzifələrində çalışmışdır. 1939-cu ildə Göyçay Pedagoji Texnikumunun direktoru, 1947-ci ildə isə Göyçay rayon Icraiyyə Komitəsinin sədri seçilmişdir.
Maqsud Mirzə
Maqsud Mirzə — Ağqoyunlu şahzadəsi. == Həyatı == Uzun Həsənin oğlu və Bağdad valisi idi. Uğurlu Məhəmmədi dəstəkləmiş, daha sonra həbs olunmuşdur. "Tarixi Əmini" əsərində təriflənmişdir.Sultan Xəlil tərəfindən öldürülmüşdür. == Ailəsi == Rüstəm Mirzə adlı oğlu olmuşdur.
Maqsud Məmmədov
Maqsud Məmmədov (baletmeyster) (1929–2024) — azərbaycanlı baletmeyster, rəqs quruluşçusu, libretto müəllifi. Maqsud Məmmədov (aktyor) (d. 1969) — aktyor, qrim rəssamı. Maqsud Məmmədov (dövlət xadimi) (1887–1938) — 1929-cu ildə Bakı Dövlət Universitetinin rektoru.
Maqsud Narikbayev
Maqsud (Maksut) Sultan oğlu Nərikbayev (qaz. Мақсұт Сұлтанұлы Нәрікбаев; 30 mart 1940, Elkeldi rayonu[d], Almatı vilayəti – 12 oktyabr 2015, Astana) — Sovet və Qazaxıstan dövlət xadimi, Qazaxıstan Baş Prokuroru (1995–1996), Qazaxıstan Ali Məhkəməsinin sədri (1996–2000), Qazaxıstan Ali Məhkəmə Şurasının üzvü, 2-ci dərəcəli dövlət ədliyyə müşaviri, ən yüksək hakim ixtisas dərəcəsi, hüquq doktoru, professor. == Həyatı == 1940-cı ildə Qazaxıstan SSR, Almatı vilayətinin Taldı-Kurqan rayonu, Erkin kəndində anadan olub. Ukraynada bir texniki məktəbdə oxuyan Qazaxıstan Prezidenti N. A. Nazarbayevin tələbə yoldaşı. Huac qəbiləsindən gəlir. 1959-cu ildə Ukraynada bir texniki məktəbi bitirdikdən sonra mədəni və informasiya təşkilatlarında çalışdı: bir klub rəhbəri, Taldı-Kurqan Radio və Televiziya Müdirliyinin müxbiri və redaktoru. Taldı-Kurgan Rayon İşçi Xalq Deputatları Sovetinin icraiyyə komitəsinin mədəniyyət şöbəsinə rəhbərlik edirdi. Qazaxıstan Dövlət Universitetini bitirib. S. M. Kirov, hüquq sahəsində ixtisaslaşmışdır. 1974-cü ildə universiteti bitirdikdən sonra Taldı-Kurqan şəhər prokurorluğunda stajyer olaraq çalışdı və daha sonra böyük müstəntiq oldu.
Maqsud Nəcəfov
Maqsud Ağaqulu oğlu Nəcəfov (25 oktyabr 1948; Ağdü, Zəngəzur, Ermənistan SSR – 22 aprel 2021; Bakı, Azərbaycan) — Azərbaycan Respublikasının əməkdar müəllimi (2012), Azərbaycan Dövlət Pedaqoji Universitetinin Riyaziyyat və İnformatika fakültəsinin dekanı (1998–2019), riyaziyyat üzrə elmlər doktoru, professor. Maqsud Nəcəvfov 91-lər siyahısına daxil olan ziyalılardan biri olmuş, həmçinin 1999, 2004, 2009 və 2014-cü illərdə keçirilən bələdiyyə seçkilərində Xətai rayon bələdiyyəsinə üzv seçilmişdir. == Həyatı == Maqsud Nəcəfov 1948-ci il oktyabrın 25-də Ermənistan SSR Qarakilsə rayonunun Ağdü kəndində anadan olmuşdur. 1966-cı ildə Ağdü kənd orta məktəbini bitirərək, Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə daxil olmuş,1971-ci ildə təhsilini əla qiymətlərlə başa vurmuşdur. 1972-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin aspiranturasına daxil olmuşdur. 1975-ci ildə aspiranturanı fərqlənmə diplomu ilə bitirmişdir. 22 aprel 2021-ci ildə vəfat etmişdir. === Ailəsi === Ailəli idi. 3 övladı var. == Fəaliyyəti == === Elmi fəaliyyəti === 1975-ci ildən 1981-ci ilə qədər ADPU-da laborant, baş laborant, müəllim, baş müəllim vəzifələrində işləmişdir.
Maqsud Paşa
Maqsud Paşa (ö. sentyabr 1644) — IV Murad və Sultan İbrahim səltənətlərində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi, Misir bəylərbəyi. == Həyatı == Doğum tarixi haqqında məlumat yoxdur. Sipahi ocağında yetişərək dəftərdar Ömər Əfəndinin xidmətinə alındı. Ardından Ömər Əfəndinin kəndxudası və saray miraxuru oldu. 1640-cı ildə vəzir rütbəsiylə Diyarbəkir bəylərbəyi təyin edilsə də, bir il sonra vəzifədən alındı. 3 oktyabr 1642-ci ildə Misir bəylərbəyi oldu. Ancaq burada yerli əyanlarla və orduyla problemlər yaşadı. Nəhayət, ordu qarşısındakı acizliyi bəhanə göstərilərək 21 aprel 1644-cü ildə vəzifədən alınaraq paytaxta çağırıldı. Gələr-gəlməz Yeddiqüllə zindanlarına həbs edilən Maqsud Paşa mal-mülkü müsadirə edildikdən sonra həmin ilin sentyabrında edam edildi.
Maqsud Qocamonov
Məqsəd Qocamanov Hüseyn oğlu (d.1960 - cı ildə Qazax rayonu) texnika elmləri doktoru, professor. == Həyatı == Məqsəd Qocamanov 1960 - cı ildə Qazax rayonunda anadan olub. 1977- ci ildə orta məktəbi fərqlənmə ilə, 1982-ci ildə Moskva Dövlət Geodeziya və Kartoqrafiya Universitetini (MİİQAiK) «astronomo-geodeziya» ixtisası üzrə bitirib. == Elmi fəaliyyəti == 1989-cu ildə namizədlik, 2005-ci ildə doktorluq dissertasiyası müdafiə edib. 1989-1992- cı illərdə Azərbaycan Neft və Kimya institutunda assistent, 1992 - ci ildən Bakı Dövlət Universitetinin «Geodeziya və kartoqrafiya» kafedrasında baş müəllm (1992-1994), dosent (1994-2006), professor (2006) və kafedra müdiri (2011) vəzifəsində çalışır. Ali təhsilin bütün pillələrini (institut, aspirantura, doktorantura) Rusiyada (Moskva ş.-MİİQAiK-də) keçmiş, geodeziya - kartoqrafiya sahəsində elmlər doktoru alimlik dərəcəsinə layiq görülmüş ilk və yeganə azərbaycanlıdır.AMEA-nın H.Ə.Əliyev adına Coğrafiya İnstitutu nəzdində doktorluq dissertasiyalarının müdafiəsi üzrə Dissertasiya şurasının, BDU-nun Coğrafiya fakultəsinin elmi və metodik şuralarının üzvüdür.O, çoxsaylı beynəlxalq elmi və elmi-praktik konfransların, simpoziumların: (MİİQAiK – 225, Moskva, 2004), Geoforum (Moskva, 2003, 2005), Geoforum (Lvov, 2003), (MİİQAiK – 230, Moskva, 2009), (Ali geodeziya təhsili-175 il, Moskva, 2010), (Daşkənd İrriqasiya və Meliorasiya institutu, Daşkənd, 2011), (Avstraliya, Melburn ş., 2012), (Polşa, Vroslav ş., 2013), (Türkiyə, Ankara ş., 2013) və s. iştirakçısı olmuşdur. O, bir çox Beynəlxalq elmi cəmiyyət və təşkilatların, o cümlədən Beynəlxalq Fotoqrammetriya və Məsafədən Duyma Təşkilatının Azərbaycan üzrə nümayəndəliyinin sədridir. == Elmi əsərləri == 150-dən çox elmi əsərin müəllifidir. O cümlədən, ali məktəblər üçün «Geodeziya ölçmələrinin riyazi hesablanması», «Geodeziya ölçmələrinin hesablanması və tarazlaşdırılması», «Hərbi topoqrafiya» dərsliklərinin, «Peyk texnologiyalarından istifadə etməklə geodeziya şəbəkələrinin yenidən qurulması və inkişafı» (2008, Moskva-Bakı), «Dənizdə işlərin geodeziya təminatı və monitorinq xüsusiyyətləri» (2009, Moskva-Bakı) monoqrafiyalarının, Geodeziya, kartoqrafiya və aerofotoplanalmaya dair rusca- azərbaycanca terminoloji lüğətin, iki müəlliflik şəhadətnaməsinin, tədrisə dair 25 metodik iş və proqramların müəllifidir.
Maqsud İbrahimbəyov
Maqsud İbrahimbəyov (11 may 1935, Bakı – 22 mart 2016, Bakı) — Azərbaycan yazıçısı, nasir, kinodramaturq, rejissor, 1964-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikasının xalq yazıçısı (1998), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1976), Azərbaycan Respublikası Sülh Komitəsinin sədri, Azərbaycan Respublikası Milli Məclisinin millət vəkili (1995, 2000, 2005), Azərbaycan Respublikası Əsilzadələr Məclisinin sədri, ABŞ-nin Luiziana ştatının Fəxri Senatoru, ABŞ-nin Minneapolis şəhərinin Fəxri vətəndaşı, Azərbaycan Respublikası PEN klubunun prezidenti. "Şöhrət" (1995) və "İstiqlal" (2005), "Şərəf" (2015) ordenləri laureatı. Azərbaycan Respublikasının xalq yazıçısı Rüstəm İbrahimbəyovun böyük qardaşıdır. == Həyatı == Onun ilk kitabı 1961-ci ildə işıq üzü görüb. Yazıçının kitabları dünyanın bir çox ölkəsində dərc edilib. 36 xarici dilə tərcümə olunub. SSRİ-nin və Azərbaycanın Dərgilərində çap olunub. Maqsud İbrahimbəyovun ən məşhur romanları arasında "Bütün yaxşılıqlara görə ölüm", "Truskaveçə kim gedəcək" , "Ondan yaxşı qardaş yox idi", " Qoy o bizimlə qalsın", "Bayquş gəldi", "Kərgədan buynuzu" və digərlərinin adını çəkmək olar. Onun bir çox əsərləri həm Azərbaycanda, həm də ölkənin hüdularından kənarda müxtəlif kinostudyalarda ekranlaşdırılıb, pyesləri isə 50 teatrda tamaşaya qoyulub. Azərbaycan SSR Tikinti Nazirliyinin ağır sənaye inşaatı trestində mühəndis (1960–1962), Moskva Ali Ssenaristlər Kursunda müdavim (1962–1964), Mərkəzi Televiziya və Radio Verilişləri Komitəsinin Azərbaycan üzrə xüsusi müxbiri (1964–1971), Moskva Ali Rejissorluq Kurslarında müdavim (1971–1973) olmuşdur.
Maqsud Şeyxzadə
Məqsud Şeyxzadə — milliyyətcə azərbaycan türkü olan Özbəkistan şairi. Yeni özbək ədəbiyyatının əsasını qoyanlardan biri. Fuad Şıxıyevin qardaşıdır. Qazax rayonunun Yuxarı Salahlı kəndindəndir, Ağdaş şəhərində anadan olub. == Həyatı == Məqsud Şeyxzadə 1908-ci ildə keçmiş Yelezavetpol (Gəncə) quberniyası Ərəş qəzasının mərkəzi Ağdaşda, əslən Qazaxın Salahlı kəndindən olan feldşer Məsim Şıxıyevin ailəsində doğulmuşdur. Atası Məsim 1901-ci ildə Tiflisdə feldşerlik məktəbini və 1928-ci ildə Moskva Tibb İnstitutunu terapevt ixtisası üzrə bitirmişdir. Eyni zamanda bir ədəbiyyat aşiqi idi. Bəlkə də elə bu səbəbdən Məqsud Şeyxzadə könlünü erkən yaşlardan ədəbiyyata vermişdi. Məqsud Şeyxzadənin ilk sinif müəllimi Muxtar Əfəndizadə olmuşdur. Bütün ədəbiyyat dərsliklərində "Özbək yazıçısı və şairi" kimi tanıdılan qürbət məhkumu Məqsud Şeyxzadənin Azərbaycan 1918-ci ildə müstəqilliyinə qovuşanda hələ 12 yaşı vardı.
Maqsud Əliyev
Əliyev Maqsud İsfəndiyar oğlu (27 avqust 1924, Tiflis – 23 dekabr 2016, Bakı) — akademik, Azərbaycan Respublikası EA fizika-riyaziyyat və texnika elmləri bölməsinin akademik-katibinin müavini. == Həyatı == Maqsud Əliyev 1924-cü il avqustun 27-də Tiflis şəhərində anadan olmuşdur. 1931-ci ildə Tiflisdə orta məktəbin birinci sinfinə getmiş, 1941-ci ildə həmin məktəbi bitirmişdir. 1941-1943-cü illərdə Tiflis Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsində tələbə olmuş, 1943-1945-ci illərdə isə Sovet Ordusu sıralarında xidmət etmişdir. 1950-ci ildə Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsini bitirmiş, Politexnik İnstitutunda, Neft və Kimya İnstitutunda, Azərbaycan Dövlət Universitetində pedaqoji iş aparmışdır. O, eyni zaman da Azərbaycan EA Fizika və Riyaziyyat İnstitutunda elmi-tədqiqat işləri ilə də məşğul olmuşdur. == Elmi fəaliyyəti == Maqsud Əliyevin elmi fəaliyyəti çox maraqlı xüsusiyyətlərə malik olan selen yarımkeçiricisinin fiziki xassələrinin öyrənilməsinə yönəlmişdir. O, selenin kristallaşmasına, elektrik, optik və istilik xassələrinə az miqdarda aşqarların tə’sirinin ilk tədqiqatçılarından biridir. M.İ. Əliyev bu nəticələri ümumiləşdirərək 1957-ci ildə namizədlik dissertasiyasını müdafiə etmişdir. M.İ. Əliyev 1961-ci ildən Azərbaycan EA Fizika İnstitutunda əvvəlcə böyük elmi işçi, sonralar isə "Yarımkeçiricilərdə köçürmə hadisələri" laboratoriyasının müdiri vəzifəsində çalışmışdır.
Marqun şəlaləsi
Marqun şəlaləsi- Fars ostanının Ərdəkan şəhərinin yaxınlığında yerləşir.
Maqsud Gəray
Maqsud Gəray (1720, Osmanlı imperiyası – 1780, Türkiyə) — XXXXIII Krım xanı. Krım xanı II Səlamət Gərayın oğludur. Əmisi oğulları Arslan Gərayın səltənətində 1750-ci ildə nurəddin, Krım Gərayın səltənətində isə 1762-ci ildə kalqay ünvanları aldı. İkinci dəfə xan təyin edilib Krıma yola salınan əmisi oğlu Arslan Gərayın yolda ikən anidən vəfat etməsi ilə dərhal İstanbula çağırıldı və burada xan təyin edildi (iyun 1767). Ancaq onun bu ilk səltənəti cəmi 1 il davam etdi. Belə ki, apardığı təcavüzkar siyasət səbəbilə qısa zamanda Rusiya və Osmanlı imperiyaları qarşı-qarşıya gəlmiş, nəticədə 6 il davam edən yeni bir Rusiya-Osmanlı müharibəsinə səbəb olmuşdur. İmperiyanı gücsüz bir dönəmdə ruslarla müharibəyə girməyə məcbur qoyması səbəb göstərilərək 1768-ci ilin noyabrında vəzifədən alındı. 1771-ci ildə yenidən xanlığa gətirilmək istənilsə də, rusların bölgəni işğal etməsi, Maqsud Gərayın Krımdan qaçaraq Osmanlı sarayına sığınması və IV Dövlət Gərayın rus işğalına qarşı xalq hərəkatına başlaması bu təyinata mane oldu. Maqsud Gəray 1780-ci ildə İstanbul yaxınlığındakı malikanəsində vəfat etdi.
Banque générale
Banque générale — 2 may 1716-cı ildə Con Lo tərəfindən Fransada əsası qoyulan ilk özəl səhmdar bankı. == Haqqında == Bank hər biri 5000 livr olan 1200 səhmə bölünmüş 6 milyon livr kapitalla yaradılmışdır. Bank aşağıdakı bank əməliyyatlarını həyata keçirmişdir: əskinasların buraxılması, veksellərin diskontlaşdırılması, şəxsi əmanətlərin qəbulu və köçürmələrin həyata keçirilməsi. Bank, bankın açıldığı vaxt tədavüldə olan eyni çəkidə və nominalda olan əskinasları ekyu ilə dəyişməyi öhdəsinə götürdü. Beləliklə, bank öz biletləri üçün dəyişməz valyuta təyin etməklə, sanki, daimi bank hesab vahidi yaratdı. Con Lou bankın direktoru təyin edildi və ən mühüm məsələlər səhmdarların ildə iki dəfə keçirilən yığıncaqlarında qərara alındı ​​və bu yığıncaqda 5 səhm sahibinə səsvermə hüququ verildi. Bankın ilk hərəkətləri çox uğurlu oldu. Hesab endirimini əvvəlcə 6%-ə (o vaxt özəl endirim 20-30%-ə çatırdı), sonra 4%-ə endirməklə bank ilin birinci yarısı üçün səhmdarlara 7%-lik dividend verməklə ümumi etimad qazandı. Qanun bununla kifayətlənməyən və bankın spekulyativ fəaliyyətini daha geniş ərazilərə yaymaq istəyən Fransız Şimali Amerika koloniyalarını istismar etmək üçün 100 milyon livr əsas kapitala malik Mississippi şirkətini qurdu. Qvineya və Şərqi Hindistan şirkətləri tezliklə Mississippi şirkətinə qoşuldular və birlikdə bankla sıx əlaqədə olan bir Hindistan şirkəti yaratdılar.
Typhlodromips mastus
Mahsudov Maqsud
Maqsud Mahsudov
Maqsud Mahsudov (2 iyun 2007) — Azərbaycanı təmsil edərək 2019-cu ildə və 2021-ci ildə Dünya Yaş Qrupları Yarışlarında qızıl medal qazanan batut gimnastı. == Karyerası == Maqsud Mahsudov 2 iyun 2007-ci ildə anadan olub. 2017-ci ildə Azərbaycan birinciliyində 2-ci yeri tutub. 2018-ci ildə Batumidə keçirilən Beynəlxalq Turnirdə 3-cü yeri qazanmışdır. 2019-cu ildə Vitebsk şəhərində Belarusun əməkdar məşqçisi Valeriy Vagelin xatirəsinə həsr olunmuş Belarus Açıq Çempionatında 3-cü yer, Tokioda keçirilən batut gimnastikası üzrə Dünya Yaş Qrupları Yarışlarında isə 1-ci yeri qazanmışdır. 2021-ci ildə Belarusun Vitebsk şəhərində keçirilən "Belarus Kuboku"nda 3-cü yer, Soçidə keçirilən Avropa Çempionatında 2-ci yer, Azərbaycanın paytaxtı Bakıda keçirilən 28-ci Dünya Yaş Qrupları Yarışlarında isə 1-ci yeri tutub. 2022-ci ildə "Dutch Trampoline Open 2022" beynəlxalq turnirində 2-ci yer, Azərbaycan Çempionatı və Birinciliyində 1-ci yer, Riminidə keçirilən "Aere Trampoline Cup" beynəlxalq turnirində və Avropa Çempionatında 1-ci yer, Koimbrada keçirilən beynəlxalq turnirdə 1-ci yer, Arosada "Nissen Cup"da 1-ci yer, Birminhemdə keçirilən Böyük Britaniya çempionatı 1-ci yer, Çex Respublikasında keçirilən "Friendship-2022" beynəlxalq turnirində 1-ci yer, Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Dünya yaş qrupları yarışlarında sinxron çıxışlarda 1-ci yer, fərdi çıxışlarda isə 3-cü yeri tutub.
Maqsud Adıgözəlov
Maqsud Adıgözəlov — "Sabah" Futbol Klubunun prezidenti, AFFA Klublar Komitəsinin sədri və AFFA İcraiyyə Komitəsinin üzvüdür. == Həyatı == Maqsud Adıgözəlov 1981-ci il 9 oktyabrda Bakı şəhərində anadan olub. 1998–2002-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində "Maliyyə-kredit" ixtisası üzrə bakalavr təhsili alıb. 2002–2004-cü illərdə həmin universitetdə "Maliyyə-kredit" ixtisası üzrə magistr dərəcəsi əldə edib. 2011–2012-ci illərdə The George Washington University-də "Layihələrin idarə edilməsi" ixtisası üzrə magistr təhsili alıb. == Peşəkar fəaliyyəti == Karyerasına 2003-cü ildə Eupec Pipe Coatings Azerbaijan şirkətində Baş Operator kimi başlamış və burada 2006-cı ilə qədər fəaliyyət göstərmişdir. Daha sonra, 2006–2017-ci illərdə Access Bank-da İnzibati İdarənin rəhbəri kimi çalışmışdır. 2017-ci ildən etibarən "Sabah" Futbol Klubunun Prezidenti vəzifəsini icra edir. 2023-cü ildən AFFA-nın Klublar Komitəsinin sədri vəzifəsini də yerinə yetirir.
Mangus
Margun
Maregun (fars. مارگون‎) (Markan, Marcan, və ya Margun) — İranın Kohgiluyə və Boyer-Əhməd ostanının şəhərlərindən və Boyer-Əhməd şəhristanının Maregun bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı ildə əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,538 nəfər və 497 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti bəxtiyarilərdən ibarətdir, bəxtiyari dialektində danışırlar və şiə müsəlmandırlar.
Masulə
Masulə — İranın Gilan ostanında yerləşən şəhər. Masulə əhalisinin əksəriyyətini talışlar təşkil edir.
Məşuqə
Məşuqə — münasibətdə olduğu şəxsin evli olmasına baxmayaraq həmin kişi ilə sevgi-məhəbbət münasibətlərini davam etdirən qadınlar üçün istifadə edilən ifadə. Daha çox kişi partnyorun evli olduğu vəziyyətlər üçün istifadə olunur. Belə münasibətlər zamanı kişi və qadın bir yerdə yaşamır və münasibətin vəziyyəti adətən gizli saxlanılır.
Boz müşgül
Boz müşgül (lat. Falco ardosiaceus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinin qızılquş cinsinə aid heyvan növü.