Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Amasra
Amasra — Bartın ilinin ilçəsi. Dənizə doğru uzanan bir burnu, burnunun hər iki tərəfində sığınacaq limanı olaraq xidmət edən Amasra və materiklə əlaqəli müstəqil adalar 3000 illik tarixə, cazibədarlığa və balıq ovuna əsaslanan yerli sənətlərə, habelə ətraf meşə ərazilərinə sahib bir yaşayış məskənidir. Amasra qədim zamanlardan bəri unikal balıq restoranları, otellər və yataqxanalar mərkəzi olan bir turizm bölgəsi olmuşdur. Həmçinin, Amasra, sənətçi Barış Akarsunun doğma şəhəridir. Akarsu son lentini 2007-ci ilin yanvar ayında Amasra xalqına həsr etmişdir. == Tarix == Fateh Sultan Mehmetin başçılığı ilə Osmanlı İmperiyası orduları, 1360-cı ildə, 1460-cı ilin oktyabrında Genoylar tərəfindən ələ keçirilən Amasraya ekspedisiya təşkil etdi. Rəvayətə görə, Fateh Sultan Mehmet şəhərə açılan bir təpəyə gəldikdə heyranlığını göstərmək üçün bu ifadəni işlətmişdir: Rəvayətin davamına görə, Amasra qalasının komandiri, Fatehin olduğu təpənin açarını gətirir və şəhər mübarizəsiz alınır. Şəhər ələ keçirildikdən sonra Karabük-Eflani bölgəsində yaşayan qıpçaq türkləri burada məskunlaşdılar. Daha sonralar, bölgədə yaşayan yunanların böyük bir hissəsi İstanbula köçmək məcburiyyətində qaldı.
Maska
Maska — tanınmamaq və ya müdəfiyə məqsədilə üzə geyinilən əşya. Maska öz forması ilə çox vaxt üz cizgilərini təkrarlayır, gözlər üçün və nadir hallarda ağız və burun üçün dəliklərə malik olur. Qədim zamanlarda maskalar pis ruhlardan qorunmaq üçün istifadı edilirdilər. “Maska” sözü fransız dilində olan masque sözü vasitəsilə olan italyan sözü maschera və ya ispan sözü máscara sözlərindən törəmədir. Bu sözlər latın sözü olan mascus, masca (kabus) və ya ərəb sözü olan maskharah (təlxək) sözlərindən əmələ gəliblər. Maskalar müxtəli materiallardan düzəldirirlər: ağac, metal, gips, parça, dəri və s.
Massa
Massa — İtaliyanın Toskana regionunda şəhər.
Matra
Matra (Avstriya. Mátra) — Şimali Avstriyada dağdır. == Coğrafiyası == Ən hündür zirvəsi Qora Kekeşdir. Hündürlüyü 1014 m-dir. Bu zirvə yalnızca Matranın deyil həmçini bütün Avstriyanın ən hündür zirvəsidir. == Bitki örtüyü == Əsas bitkiləri palıd və vələsədir. Dağın ətəyində meyvə bağları xüsusilə üzüm bağları salınmışdır. == Turizm == Matra dağının yamaclarında dağ-xizəyin inkişafı üçün əlverişli şərait vardır və bu sahə genişinkişaf etmişdir. Byuksek, Parad və Matrafyured əsas kurort zonalarıdır. == Maraqlı faktlar == Matra Slovakiyanın bayrağında Tatr və Fatr dağları ilə həkk olunmuşdur.
Misra
Misra (ərəb. مصراع‎) — hecaların və ya saitlərin sayına görə sabit uzunluq ölçüsü olan söz sırasıdır və ya sintaktik vahiddir. Hecaların sayı misranın bir ölçüsü, qafiyə isə onun bitdiyini göstərən sonluq və ya ritmik nitq parçasının nöqtəsidir. Beləliklə, qafiyə ikili vəzifə daşıyır: bir tərəfdən misranın bitdiyi yeri göstərir, ikinci tərəfdən misranın poetik dilə mənsubluğunu göstərən ritmikliyi yaradan vasitə kimi çıxış edir. Yazılı poeziya sabitləşəndən sonra orta əsrlərdə qafiyə poetik ritmikliyin əsas və çox vaxt yeganə vasitəsi kimi qəbul edilmişdir. Bu, şeir dilinə formalist bir münasibət idi, çünki ritmikliyin digər mənbələrindən - musiqilikdən, ovqatdan, həmahəng fonem və morfemlərlə bəzənmiş olmasından sərfi-nəzər edirdi. Bu poeziyanın mahnıdan mətnə çevrilməsinin, musiqidən uzaqlaşmasının və formal tekstoloji bir sənətə çevrilməsinin nəticələri idi. Lirikanın dilində ritmikliyin ən kiçik vahidi misra (sətirlər) hesab olunur. Poetik ritmikliyin yaranması üçün ən azı ritmik baxımdan bir-birini tamamlayan iki misra lazımdır. Şərqdə və Azərbaycan folklorunda iki misralıq şeir formasına dübeyti və ya şah beyt də deyilir.
Masa
Masa və ya büro — məktəbdə, ofisdə, evdə və ya oxşar, oxu, yazma və ya kompüter kimi avadanlıqlardan istifadə etmək kimi akademik, peşə və ya məişət fəaliyyəti üçün istifadə olunan düz bir masa tərzi iş səthinə malik bir mebel parçasıdır. == Tarix == Masa üslubunda mebel klassik antik dövrdə və ya Yaxın Şərq və ya Uzaq Şərqdəki savadlı sivilizasiyanın digər qədim mərkəzlərində istifadə edilməmiş kimi görünür, lakin konkret bir dəlil yoxdur.
Achillea maura
Achillea maura (lat. Achillea maura) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin boymadərən cinsinə aid bitki növü.
Axiopoena maura
Qara ayıca (lat. Axiopoena maura) — buğumayaqlılar tipinin pulcuqqanadlılar dəstəsinin ayıcalar fəsiləsinə aid olan növ. == Görünüşü == Qanadları açıq halda 100–105 mm-dir. Ön qanadın uzunluğu 43–48 mm-dir. Hər iki cinsin rəngi eynidir. Ön qanadlar ipək parıltılı, qara rənglidir. Arxa qanadların əsası kərpici-qırmızı, kənarı isə bozumtul-qaradır. Bəzən ön qanadların xarici kənarında 1–2 ağ ləkə olur. Yaxalığı qırmızı, qarıncığı qonuru-qırmızı olub, ucu qaradır. == Arealı == Növə Orta Asiya, Pakistanın şimal-qərbi, Əfqanıstan, Türkmənistan, Qazaxıstan, Zaqafqaziya, Azərbaycan və Şərqi İran ərazilərində rast gəlinir.
Cərrahi maska
Cərrahi maska ― Tibbi üz maskası olaraq da bilinən bir maska.Səhiyyə işçiləri tərəfindən səhiyyə prosedurları zamanı istifadə edilmək üçün hazırlanmışdır. İstifadəçinin ağzından və burnundan maye damcı və aerozollara tökülən bakteriyaları tutaraq xəstələrdə və müalicə işçilərində infeksiyaların qarşısını almaq üçün hazırlanmışdır.
Felipe Massa
Felipe Massa (port. Felipe Massa; 25 aprel 1981, San Paulo) — Braziliyalı yarış sürücüsü, Formula-1 pilotu, 2008 mövsümünün vitse çempionu.
Komik maska
Komik maska – eybəcərliyin müxtəlif zahiri səciyyəvi şəkillərini özündə cəmləşdirən üzlüklər. Qədim dövrün bir çox tamaşalarında aktyorlar belə maskalarda, üzlüklərdə çıxış edirdilər. Deyilənə görə, Esxilin əsərlərinin tamaşalarında 28 maska (üzlük) var imiş. Bu kimi üzlüklər, məsələn, sifətin yastılığını, alnın qısalığını, ağzın yekəliyini, dodağın qalınlığını və s. bu kimi fiziki naqislikləri ifadə edirdi. Lakin bu naqisliklər, Aristotelin dediyi kimi, insanda mərhəmət duyğusu oyatmır. Belə qədim maskalara, üzlüklərə Azərbaycan xalq teatrının inkişaf tarixində də təsadüf etmək olar, məsələn, keçəl və kosa maskaları. Əli Sultanlıya görə Azərbaycan xalq teatrında “kosa müəyyən bir üzlükdür (maskadır), hətta oyunda üzlüklə çıxış edir" . Belə tamaşalar səhnə adlana biləcək bir yerdə yox, küçə və meydanlarda səyyari şəkildə nümayiş etdirilib. Bu mərasimlərdə təkcə oyunbazlar, təlxəklər, hoqqabazlar yox, bu və уa digər dərəcədə hamı deyib-gülür, zarafatlaşır və "oynayır".
Marsa buzlağı
Marsa buzlağı (bolq. ледник Марса, ‘Lednik Marsa’ \'led-nik 'mar-sa\) — 5 km uzunluğu və 1.5 km eni olan, Antarktidanın Elsuort dağlarına daxil olan buzlaqdır. Buzlaq Patleyna buzlağından şimal-şərqdə, Padala buzlağından şimal-qərbdə yerləşmişdir. Sentinel dağlarının şimal mərkəzində yerləşmişdir. Bangey yüksəkliyindən şərqdə yerləşmişdir. Buzlaq cənubi Bolqarıstanda yerləşən orta əsr şəhəri olan Marsanın adını daşıyır. == Yerləşməsi == Marsa buzlağı 78°01′50″ c. e. 85°41′40″ q. u.
Masira adası
Masira adası (ərəb. مصيرة‎) — Ərəbistan dənizində, Oman sahillərində yerləşən ada. Ada şimal-şərqdən cənub-qərbə 95 km məsafədə uzanır. Eni isə 12 – 14 km-dir. Adanın sahəsi 649 km²-dir. Əhalisi 12 min nəfərdir. Əhali əsasən adanın şimalında cəmləşmişdir. == Coğrafiya və iqlim == Ada Ərəbistan yarımadasından 19 km aralıda yerləşir. yelyefi təpəlidir. Şimalında plato yüksəlir.
Maska (informatika)
Maska(ing. mask, rus. маска) — Proqramlaşdırmada: qiymətin müəyyən bitlərinin seçmə yolu ilə götürülməklə əks etdirilməsi və ya göstərilməsi üçün istifadə olunan ikilik qiymət. Maskanın qoyulması, maskanın və verilənlərin qiymətinin münasibətini göstərən aşağıdakı məntiqi operatorlar vasitəsilə yerinə yetirilir: VƏ (AND), VƏYA (OR), EYNİ DEYİL (NOR), DEYİL (NOT). Məsələn, 00111111 maskası VƏYA operatoru ilə birlikdə istifadə olunduqda verilənlər qiymətində iki yuxarı biti silir, ancaq qalan bitlərə təsir etmir. Bax: LOGIC OPERATOR, MASK BIT. Rəsm proqramlarında: altda olan bir obyektin görünüşünə nəzarət etmək üçün üzərində dəlik olan obyektin yaradılması. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Massa Marittima
Massa Marittima — İtaliyanın Toskana regionunda şəhər.
Mayra Aqiyar
Mayra Aqiyar (tam adı: Mayra Aguiar da Silva; d. 3 avqust, 1991, Braziliya) — Braziliya cüdoçusu, Olimpiya Oyunlarının bürünc mükafatçısı (2012, 2016), Dünya çempionu (2014) və beş dəfə Pan Amerika çempionu (2008, 2010, 2012, 2013, 2015). == Həyatı == 2012-ci ildə məşhur polşalı cüdoçu Darya Pogorzelesə London Olimpiadasında dörddəbir finalda qalib gəldi, amma yarımfinalda o, nəticədə qızıl medal qazanan Amerikalı Kylie Harrisonu məğlub etdi, üçüncü yer uğrunda mübarizə aparan təcrübəli Hollandiyalı cüdoçu Marhinda Werkerkə qalib gəldi və bürünc medal qazandı. 78 kq çəki dərəcəsində bürünc medal qazanmışdır.
Mayra Məhəmmədqızı
Mayra Məhəmmədqızı (qaz. Майра Мұхамедқызы; 5 sentyabr 1965, Külcə, Sincan-Uyğur Muxtar Rayonu) — bir qazax opera müğənnisidir. O, "Paris Operası"nda ilk qazax qadın idi. Qazaxıstan Respublikanın əməkdar artistidir. == Həyatı == Mayra Məhəmməd qızı Çində anadan olub. Babaları 1930-cu illərdə Sovet hakimiyyətinin özbaşınalığından qaçaraq Qazaxıstan çöllərindən Çinə köçmüşdü. Musiqiçi valideynləri ona fortepiano çalmağı və oxumağı öyrənməsi üçün yerli musiqi məktəbinə yazdırmışdı. 1987-ci ildə Çin Xalqları Mərkəzi Universitetinin musiqi fakültəsini, daha sonra Quo Şu Cen ilə birlikdə oxuduğu Pekin Konservatoriyasını bitirdi. 1987-ci ildən Mayra ölkədə fəal iştirak etməyə başladı. "Qızıl Əjdaha" ümumittifaq vokal müsabiqəsində iştirak etdi və 6 il müddətində universitetdə dərs verdi.
Saxicola maura
Sibir çəkçəkisi (lat. Saxicola maurus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin milçəkqapanlar fəsiləsinin çəkçəki cinsinə aid heyvan növü.
Mormo maura
Mormo maura (lat. Mormo maura) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin pulcuqluqanadlılar dəstəsinin sovkalar fəsiləsinin mormo cinsinə aid heyvan növü. Qanadları açılmış halda 60-65 mm-dir. Ön qanadların rəngi qəhvəyi-qaradır, qırmızımtıl rəngə çalır, eninə uzanan və dalğaşəkilli zolaq qonuru-bozdur, dairəvi və böyrəkşəkilli naxışın ortası boz olub, sarımtıl-boz rənglə haşiyələnmişdir. Dalğaşəkilli zolaq kəskin surətdə dişlidir, ön kənarında qara pazşəkilli ləkələr, xarici küncündə isə açıq ləkələr vardır. Arxa qanadlar qəhvəyi-qara, üzərindəki eninə zolaq isə çox enli və tünd qəhvəyidir. Mərkəzi və Cənubi Avropa, Cənubi Rusiya, Kiçik Asiya, Qərbi Türkmənistan, Cənubi Ukrayna, Gürcüstanda yayılmışdır. Azərbaycanda isə yalnız Kiçik Qafqazın dağətəyi meşələrində rast gəlinir. Son dərəcə azdır, cəmi 1 kəpənəyi tutulmuşdur. Dağətəyi və dağ meşələrində yaşayır.
Natrix maura
Gürzəyəbənzər suilanı (lat. Natrix maura) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinin suilanıkimilər fəsiləsinin suilanı cinsinə aid heyvan növü. Bu cür adlandırılmasının səbəbi xarici görünüş baxımından adi gürzəyə bənzəməsidir. Bel nahiyəsində olan ziqzaqvari naxış onları gürzələrə bənzədir. Ancaq zərdlər arasında naxışın rəngi və quruluşu xərqli ola bilir. Bu canlılara əsasən Qərbi və Cənubi Aralıq dənizi hövzəsində rastlanılır. Uzunluqları bəzən 1 metrə çatır. Adətən isə uzunluları 55-60 sm arasında dəyişir. Dişilər bədən ölçüləri baxımından erkəklərdən iri olur.
Maska (yarışma)
Maska — Munhwa Broadcasting Corporation-a məxsus beynəlxalq Masked Singer formatının Azərbaycan versiyası. Layihə çərçivəsində müxtəlif məşhurlar kimliklərini gizlədərək qeyri-adi geyimlərdə çıxış edirlər. == Qaydalar == Məşhurlar, münsiflər heyəti və tamaşaçılar qarşısına şəxsiyyətlərini tamamilə gizlədən müxtəlif maskalar altında çıxırlar. Müsabiqə iştirakçılarının əsl səsi yalnız mahnıların ifası zamanı və əsl simasını üzə çıxan zaman eşidilir. Qalan vaxtlarda onların səsləri təhrif edilmiş formada səslənir. Çıxışdan əvvəl sirli iştirakçının öz imicindən danışdığı, real şəxsiyyəti ilə bağlı ipuçlarını paylaşdığı video nümayiş etdirilir. Çıxışlardan sonra tamaşaçılar arasında səsvermə keçirilir və bir maska gözləmə zalına göndərilir. Hər buraxılışın sonunda bir məşhur öz maskasını açır. Layihədə finala 4 məşhur qalana qədər hər buraxılışda bir iştirakçı yarışmanı tərk edir. == İstehsal == Yarışmanın Azərbaycan versiyası İctimai Televiziya tərəfindən istehsal olunub.
Maska (dəqiqləşdirmə)
Maska — üzə geyinilən əşya. Maska (informatika) — qiymətin müəyyən bitlərinin seçmə yolu ilə götürülməklə əks etdirilməsi üçün istifadə olunan ikilik qiymət. Maska (film, 1994) — 1994-cü ildə çəkilmiş amerikan superqəhrəman filmi. Maska (yarışma) — Masked Singer formatının Azərbaycan versiyası.
Matra (dəqiqləşdirmə)
Matra — Şimali Avstriyada dağdır. Matra (şirkət) — Mərkəzi Fransada yerləşən keçmiş avtomobil və müdafiə sənayesi şirkəti idi. Matra (Formula-1 komandası) — 1965-ci ildə yaradılmış fransız avtomobil yarış komandası idi.
Matra (şirkət)
Matra (fr. Mécanique Aviation TRAction) — Mərkəzi Fransada yerləşən keçmiş avtomobil və müdafiə sənayesi şirkəti idi. Şirkət 1964-cü ildə yaradılmış və 1994-cü ildə ləğv edilərək Lagardère Qrupun bir hissəsinə çevrilmişdir.
Mara (çay)
Mara — Keniya və Tanzaniyada çay. Uzunluğu 395 km-ə yaxındır. Mənbəyi Tanzaniyanın mərkəzi hissəsindədir. Çay öz adını Masayi-Mara qoruğuna verib.
Marşa Hant
Marcia Virginia Hunt (17 oktyabr 1917, Çikaqo, İllinoys – 7 sentyabr 2022, Şerman Ouks[d], Kaliforniya) — amerikalı kino və televiziya aktyoru.