Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
MATLAB
MATLAB (ing. "Matrix Laboratory" sözünün qısaldılmış forması) ― texniki hesablamalarla bağlı məsələlərin həlli üçün nəzərdə tutulmuş tətbiqi proqramlar paketi və bu paketdə istifadə olunan eyniadlı proqramlaşdırma dili. 4-cü nəsil proqramlaşdırma dili olub, rəqəmsal hesablama sistemidir. MATLAB-la aşağıdakı əməliyyatlar yerinə yetirilə bilər: Matriks əməliyyatları; Funksiya və dataların qrafiklərinin çəkilməsi və təhlili; Alqoritmlərin tətbiqi; Başqa dillərdə (C, C++ və Fortran daxil) yazılmış proqramlarla əməliyyatlar.2004-cü ildə MathWorks təşkilatı dünyada bir milyondan artıq insanın MATLAB istifadə ettiyini e’lan etti. Bu proqramın istifadəçiləri çox fərqli sahələrdə çalışırlar: mühəndislik, elm, iqtisadiyyat, və s. Böyük müştərilər arasında Massaçusets Texnologiya İnstitutu, NASA, Max Planck Cəmiyyəti və RWTH Aachen Universiteti kimi elmi tədqiqat mərkəzlərindən yanı sıra ABB Grupu, Boeing, Ford Motor, Halliburton, Lockheed Martin, Motorola, Novartis, Pfizer, Philips, Toyota, and UniCredit Bank kimi sənayə quruluşları da var. MATLAB müasir əməliyyat sistemlərinin əksəriyyətində, o cümlədən Linux, Mac OS və Microsoft Windows sistemlərində işləyir. MATLAB yüksək-səviyyəli interpretasiya olunan proqramlaşdırma dilidir. O, matrislərə əsaslanan verilənlər strukturuna, funksiyaların geniş spektrinə, inteqrasiya olunmuş gəlişdirmə mühitinə (INTEGRATED DEVELOPMENT ENVIRONMENT), obyekt-yönlü imkanlara və başqa proqramlaşdırma dillərində yazılmış proqramlarla interfeysə malikdir. MATLAB dilində yazılmış proqramlar iki növ olur: funksiyalar və skriptlər.
Manqal
Manqal - içində od qalayıb, üstündə şişlik ət, toyuq, balıq və s. bişirmək üçün istifadə edilən xüsusi ocaq növü. == Hazırlanması == Manqal dəmirdən, misdən və ya gildən düzəldilir. Manqal adətən dördkünc və uzunsov olur. Üstündə şiş qoymaq üçün kəsiklər, kənarlarında daşımaq üçün qulp düzəldilir. Əksər manqallar dörd(4) ayaqlı olur. Manqalın uzunluğu müxtəlif, eni isə şişin üzunluğundan 10-15 sm qısa olur. == İstifadə == Manqalın içində ağac, kömür və ya odun yandırılıb köz salınır. Qızardılan məhsul şişlərə taxılıb manqala eninə düzülür. == Mənbə == Azərbaycan Kulinariyası Ensiklopediyası, səh.
Manqan
Manqan (Mn) – D.İ. Mendeleyevin kimyəvi elementlərin dövri cədvəlində 25-ci element. Batareyalarda depolarizator olaraq və şüşə üzərində dəmir çirkliliyi səbəbiylə yaranan yaşıl rəngi yox etmək üçün istifadə edilir. Ametist daşının rəngini verən də maqneziumdur. Polad və batareya istehsalında, dəmiryolu xəttlərinin və kassaların istehsalında, həmçinin keramika sənayesində istifadə edilir. Güclü bir oksidləşdirici olan permanqanat (MnO4), əczaçılıq işlərində kəmiyyət təhlillərdə istifadə edilir. Canlılar üçün əhəmiyyətli bir əsər element olan manqan, xüsusilə heyvanlarda B1 vitamini istifadəsində rol oynayır. Bitkilərdə manqanın miqdarı 0,001-0,01% (kütlə ilə) olur. Manqanın xeyli hissəsini bəzi pas göbələkləri, su qozu, su gülü, Leptothrix, Crenothrix növündə bakteriyalar və bəzi diatoma yosunları (Cocconies) özlərinə toplayır. Manqan bəzi fermentləri aktivləşdirir, fotosintezdə və C, B, E vitaminlərinin sintezində iştirak edir, şəkərlərin miqdarının artmasına və onların yarpaqlardan axmasına kömək edir, bitkilərin böyüməsini və toxumaların yetişməsini sürətləndirir. Amma, manqan qeyri-bərabər paylanır, məsələn, üzümün gövdələrinin 100q quru maddəsində o, 191 mq-a yaxın, köklərdə 130mq, giləmeyvələrdə 70mq-a yaxın olur.
Maqqaş
Maqqaş ərəb mənşəli alınma söz olub, Azərbaycan dilində 2 mənada işlənir: 1. Çox xırda şeyləri tutub götürmək, sıxmaq və ya qoparmaq üçün kiçik maşayaoxşar alət. Maqqaşla tük çəkmək. 2. Xəmirdən hazırlanan şirniyyatın üzünü naxışlamağa məxsus ağzı dilikli kiçik alət. Azərbaycanın milli şirniyyat növü olan Şəkərburanın üstünü bəzəmək üçün istifadə olunur. Şəkərburalara maqqaşla naxış vurmaq.
Matrak
Matrak — Osmanlı-boşnak dövlət xadimi, tarixçisi və alim Matrakçı Nasuh (Nasuh ibn Qaragöz ibn Abdullah əl-Bosnavi) tərəfindən icad edilən qılınc və qalxan mübarizəsinə əsaslanan Osmanlı döyüş idmanı. XVI o, qılınc simulyasiya edən dəri ilə örtülmüş taxta çubuqlar və taxta dəri örtüklü qalxanla oynanılır. Çubuqların yuxarı hissəsi yuvarlaqlaşdırılıb və boulinq sancaqlarına bənzəyən gövdədən bir qədər genişdir. Oyun bir növ döyüş simulyasiyasıdır və qazonda oynanılır. O, Osmanlı əsgərləri tərəfindən döyüşlərdə məşq kimi istifadə olunurdu. Möhtəşəm əsr teleserialında döyüş oyunu kimi göstərilir.
Manqa
Manqa (漫画, マンガ) və ya kommiku (コミック) — Yaponiyada və ya yapon dilində istehsal olunan komikslər. Müasir manqaların stili XIX əsrin sonlarında ortaya çıxmışdır. Manqaların uzun və mürəkkəb tarixi var.Yaponiyada "manqa" termini (kanci: yap. 漫画; hiraqana: yap. まんが; katakana: yap. マンガ; qulaq as) həm komiksləri, həm də karikaturaları bildirmək üçün işlədilir. Yaponiyadan xaricdə isə bu termindən Yaponiyada istehsal olunan komikslər üçün istifadə olunur.Yaponiyada hər yaşdan insan manqa oxuyur. Buna görə manqalar müxtəlif janrlarda və mövzularda ola bilər: döyüş-macəra, biznes və maliyyə, komediya, detektiv, tarixi, qorxu, romantika, elmi fantastika və fentezi, cinsəllik, idman və s. Manqaların çoxu digər dillərə tərcümə olunur. 1950-ci illərdən başlayaraq manqalar Yaponiya nəşriyyat sənayesinin başlıca sahəsinə çevrilmişdir.
Maqas
Maqas — Rusiya Federasiyasında yerləşən şəhər, İnquşetiya Respublikasının mərkəzi.
Matar
Matar — Anju adaları qrupuna daxil olan elə də böyük olmayan ada. Ada Çukot dənizi ilə Şərqi Sibir dənizi araspnda yerləşir. İnzinati cəhətdən Yakutiya ərazisinə daxildir. Ərazi Ust Lena qoruğuna daxildir.
Matra
Matra (Avstriya. Mátra) - Şimali Avstriyada dağdır. == Coğrafiyası == Ən hündür zirvəsi Qora Kekeşdir. Hündürlüyü 1014 m-dir. Bu zirvə yalnızca Matranın deyil həmçini bütün Avstriyanın ən hündür zirvəsidir. == Bitki örtüyü == Əsas bitkiləri palıd və vələsədir. Dağın ətəyində meyvə bağları xüsusilə üzüm bağları salınmışdır. == Turizm == Matra dağının yamaclarında dağ-xizəyin inkişafı üçün əlverişli şərait vardır və bu sahə genişinkişaf etmişdir. Byuksek, Parad və Matrafyured əsas kurort zonalarıdır. == Maraqlı faktlar == Matra Slovakiyanın bayrağında Tatr və Fatr dağları ilə həkk olunmuşdur.
Matça
Matça ( yap. 抹茶, hərfi tərcüməsi "ovulmuş çay" deməkdir) — toz şəklində olan yaşıl çay. Məhz bu çay,ənənəvi olaraq, klassik yapon çay mərasimində istifadə olunur. Bundan başqa, matça, vaqasi adlı yapon desertinin növlərinə, yaşıl çaylı dondurmaya, soba adlı əriştəyə qida əlavəsi kimi istifadə olunur. == Tarixi == Çinin Tan sülaləsi zamanı (618 – 907) saxlanma və ticarət üçün çayın yarpaqları buxarla emal edilib çay briketlərinə preslənirdi. Çayı hazırlamaq üçün ilk öncə yarpaqlar qurudularaq toz halına çevrilir. Sonra duz və nanə əlavə edilərək qaynar suda qarışdırılırdı. Sun sülaləsi (960-1279) dövründə qurudulmuş çay yarpaqlarının buxarından emal edilən toz şəkilli çay populyarlaşmışdır. İçkini hazırlayarkən çay tozunu qaba töküb üzərinə qaynar suyu əlavə edirlər. Sonra üzərində köpük əmələ gələnə qədər qarışdırırlar.
I Matyaş
I Matyaş və ya Mattias Korvinus (mac. Hunyadi Mátyás, xorv. Matija Korvin, rum. Matei Corvin, slovak. Matej Korvín, çex. Matyáš Korvín, 24 fevral 1443, Kluj-Napoka, Macarıstan krallığı – 6 aprel 1490, Vyana)— 1458-1490-cı illərdə Macarıstan və Xorvatiyanın kralı. Bir neçə hərbi kampaniya təşkil etdikdən sonra 1469-cu ildə Bohemiya kralı seçilmiş, 1487-ci ildə isə Avstriya hersoqu ünvanını qəbul etmişdir. == Həyatı == Mattias Korvinus 24 fevral 1443-cü ildə Kolozvarda anadan olmuşdur. Matyaş Məşhur macar general Yanoş Hunyadinin kiçik oğlu idi. Atasının ölümündən sonra o, 1456-cı ildə atasının düşməni Ulrix tərəfindən əsir götürülmüş, kiçik qardaşı Laslo Hunyadi isə öldürülmüşdü.
Malqaç basqını
Malqaç basqını — 16 iyun 1919-cu ildə Yörük Əli Əfə və qoşunlarının yunanların nəzarət etdiyi Malqaç körpüsünə basqını. Basqının hədəfi yunanlar tərəfindən Nazilliyə və onun hüdudlarından kənara hərbi texnika daşımaq üçün istifadə edilən Malqaç dəmir yolu körpüsü olub. Bu, Anadolunun qərbində işğalçı yunan qüvvələrinə qarşı ilk təşkil edilmiş mülki müqavimət hücumlarından biri idi. == Zəmin == Körpü Osmanlı imperiyasında tikilən ilk dəmiryolu olan İzmir–Aydın dəmir yolunun bir hissəsi idi. Malqaç körpüsü Sultanhisar və Atça arasında yerləşirdi və Malqaç dərəsinn üzərində tikilmişdi. == Basqın == Körpü pulemyotlarla dəstəklənən 20 ağır silahlı yunan əsgəri tərəfindən müdafiə olunurdu. İyunun 15-dən 16-na keçən gecə türklər Dondurandan irəliləyərək səhər saat 02:00-da sallarla Böyük Məndərəs çayını keçdilər. Keçid zamanı onlar iki qrupa bölündülər, hər qrupda 30 nəfər var idi. Onlar Malqaç körpüsünə çatanda qarğıdalı tarlalarında irəliləyərək körpünü mühasirəyə aldılar. Eyni zamanda, bəzi qoşunlar telefon dirəklərinə dırmaşaraq yunanların əlavə qüvvələr çağırmasının qarşısını almaq üçün telefon xətlərini kəsdilər.
Manqal salatı
Manqal salaltı - Əsasən türklərin istifadə etdiyi və sevdiyi salatdir. Bu salat adətən kabab bişiriləndə yeyilir.
Matbat dili
Matbat dili (ing. Matbat language) — Raja Ampat adalarının ən böyük 4 adasından biri olan Misool sakinlərinin danışdığı dil. Avstroneziya dillərinə aiddir. 2001-ci ilin məlumatına görə bu dildə təqribən 1,000–1,500 nəfər danışır.
Matias Kastren
Matias Aleksandr Kastren (fin Matthias Alexander Castrén; 2.12.1813, Tervola — 7.5.1852, Helsinki) — fin etnoloq və filoloqu. == Xarici keçidlər == Vikianbarda Matias Kastren ilə əlaqəli mediafayllar var.
Matias Zuloaqa
Matias Zuloaqa (23 dekabr 1997) — Argentinalı xizək yürüşçüsü. Matias Zuloaqa Argentinanı 2018-ci ildə Cənubi Koreyada təşkil edilən XXIII Qış Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Matias Zuloaqa birinci dəfə Olimpiya Oyunlarına 2018-ci ildə qatıldı. O, Cənubi Koreyada baş tutan XXIII Qış Olimpiya Oyunlarında kişilər 15 km məsafəyə sərbəst üsul yarışlarında iştirak etdi. Zuloaqa 42:27.5 saniyəlik nəticəsi ilə 119 atlet arasında 100-cü yeri tutdu və medalçılar sırasına düşə bilmədi.
Matyas Rakosi
Matyaş Rakoşi (9 mart 1892[…] – 5 fevral 1971[…], Nijni Novqorod) — Macar kommunist siyasətçi. == Həyatı == Matyaş Rakoşi 1892-ci ilin mart ayının 9-da Avstriya-Macarıstan imperiyasının Ada bölgəsinin Baks-Qodroq kəndində yəhudi əsilli ailənin dördüncü uşağı kimi anadan olmuşdur. Bu ərazi hal-hazırda Serbiyanın Voyvodina ərazisi adlanır. == Siyas həyatı == I Dünya müharibəsində Avstriya-Macarıstan ordusunda xidmət etmişdir.Şərq cəbhəsində Rus ordusuna əsir düşmüş və müharibənin sonlarına qədər burada əsir kimi qalmışdır. Rusiyada vətəndaş müharibəsi alovlandığı zaman əsirlikdən qaçaraq bolşevik hərəkatına qoşulmuşdur. Macarıstana qayıtdıqdan sonra Bela Kunun rəhbərliyində yerli bolşevik hərəkatına qoşulmuşdur. 1945-1956-ci illər arasında Macarıstan Kommunist partiyasının birinci katibi olmuşdur, 14 avqust 1952- 4 iyul 1953-cü illər arasında Macarıstanın baş naziri olaraq çalışmışdır. == Hakimiyyətdən uzaqlaşdırılması == Xruşşovun Gizli nitqindən az sonra Matyaş Rakoşi vəzifəsindən azad edildi və onu müavini Erno Gero əvəz etdi. Onu tamamilə macar siyasi səhnəsindən təmizləmək üçün Sovet rəhbərliyi tərəfindən Qırğızıstana göndərildi. İctimaiyyətə isə bunun tibbi müalicə ehtiyacı səbəbindən olduğu bildirildi.
Matyas Tayti
Matyas Tayti (2 iyun 1998-ci ildə anadan olub) — Nemzeti Baynoksaq I təmsilçilərindən olan Dioşqyor klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Macarıstan futbolçusudur. == Klub karyerası == === Dioşqyor === Tayti Barselona akademiyası vasitəsilə inkişaf etmişdir. 10 iyul 2016-cı ildə o, La Liqa təmsilçilərindən olan Malaqa klubuna transfer olmuşdur. 17 iyul 2018-ci ildə Tayti Nemzeti Baynoksaq I təmsilçilərindən olan Dioşqyor klubu ilə müqavilə imzalamışdır. Tayti öz peşəkar karyerasında debütünü 28 iyul 2018-ci ildə Puşkaş klubuna qarşı oyunda etmişdir. O, 74-cü dəqiqədə Attila Busaini əvəz etmişdir. Nemzeti Baynoksaq I görüşündə Dioşqyor rəqibi ilə 2-2 hesabı ilə bərabərə qalmışdır. == Karyera statistikası == === Klub === 1 avqust 2018 tarixində yenilənib 1UEFA Avropa Liqası görüşləri daxildir. 2Macarıstan Superkuboku görüşləri daxildir.
Sayeret Matkal
Sayeret Matkal (ivr. ‏סיירת מטכ"ל‏‎) — İsrail Silahlı Qüvvələri Baş Qərargahının Xüsusi Təyinatlı Bölməsi. Bu bölmə kəşfiyyat, terrorizmlə mübarizə və ölkə hüdudlarından kənarda girovların azad edilməsi əməliyyatlarında iştirak edir.Sayeret Matkalın əsası 1957-ci ildə qoyulub. Buraya dəqiqliklə seçilmiş, yüksək fiziki və əqli qabiliyyətləri ilə fərqlənənlər düşə bilir. 18-19 ay davam edən təlimlərə baza piyada məktəbi, paraşüt məktəbi, terror hücumlarının qarşısının alınması üzrə dərslər və kəşfiyyat nəzəriyyəsinin öyrənilməsi daxildir. Bölmə 1960-cı ildən başlayaraq, bir sıra irimiqyaslı əməliyyatlarda iştirak edib. Onlardan ən məşhuru Entebbe əməliyyatıdır. Xüsusi təyinatlıların qətiyyət və bacarıqlarını nümayiş etdirdikləri bu əməliyyatda terrorçular tərəfindən Uqandanın Entebbe hava limanında eniş edən təyyarənin göyərtəsindən girov götürülərək terminal binasında saxlanılan 100-dən çox insan azad edilib. == Tarixi == 1954-cü ildə İsrailin ilk xüsusi təyinatlı birliyi olan 101 saylı hərbi hissənin ləğv edilməsindən sonra İsrail Silahlı Qüvvələrinin tərkibində Hərbi Dəniz Qüvvələrinə tabe olan Şayetet 13-dən başqa heç bir xüsusi təyinatlı bölmə qalmamışdı. 1957-ci ildə keçmiş Yeşiva tələbəsi və Palmax döyüşçüsü olan Avraham Arnan İsrail Silahlı Qüvvələrinin Baş Qərargahına düşmənin nəzarət etdiyi ərazilərdə tam gizli şəkildə fəaliyyət göstərə bilən, kəşfiyyat əməliyyatlarını həyata keçirmək bacarığı olan yeni hərbi birləşmə yaradılması məqsədilə müraciət etdi.
Matias Olivera
Matias Olivera (31 oktyabr 1997, Montevideo) — Uruqvaylı peşəkar futbolçu. İtaliyanın "Napoli" klubunun və Uruqvay milli komandasının müdafiəçisi. == Karyera == Olivera "Nacional" klubunun yetirməsidir. 13 fevral 2016-cı ildə paytaxtın "River Pleyt" komandasına qarşı oyunda rəsmi debütunu etdi. İlk mövsümündə Matthias klubun çempion olmasına kömək etdi. 2017-ci ildə icarə əsasında "Atenas" klubuna keçir.2017-ci ilin yayında Olivera İspaniyanın "Xetafe" klubu ilə 6 illik müqavilə imzalayır. Oktyabrın 24-də İspaniya kubokunun "Alaves"lə oyununda Matias əsas komandada debüt edir. Noyabrın 3-də "Betis"lə matçda La Liqada debüt etdi.4 iyul 2018-ci ildə "Segunda División" çıxış edən "Albacete" klubu, Olivera ilə bir mövsümlük icarə müqaviləsi imzaladığını elan etdi. Bu klubda o, yarım mövsüm çıxş edib 15 oyun keçirdi və bir qol vurdu. 25 yanvar 2019-cu ildə "Xetafe" klubuna geri döndu.
Yuri Matias
Cefferson Yuri de Sousa Matias (10 fevral 1995, Kampina-Qrandi[d], Paraiba) — Azərbaycan Premyer Liqasında çıxış edən "Neftçi" klubunda mərkəz müdafiəçisi kimi çıxış edən braziliyalı peşəkar futbolçudur . == Karyerası == Braziliyanın Kampina-Qrandi şəhərində anadan olan Matias 27 iyun 2016-cı ildə bir illik icarə əsasında Akademica de Coimbra-ya transfer olundu. 2020-ci ilin yanvarında Akademika ilə müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verildi və Yuri Fars Körfəzi Pro Liqasında çıxış edən Traktor ilə altı aylıq müqavilə imzaladı. === Neftçi === 18 iyul 2023-ci ildə "Neftçi" Yuri Matias ilə 2 illik müqavilə imzaladığını elan etdi.
Akira (manqa)
Akira – Katsuhiro Otomo tərəfindən yazılmış və çəkilmiş manqa seriyası. == Media == === Manqa === Əvvəlcə 1982-ci ildən 1990-cı ilədək "Young Magazine" jurnalında çap olunan Akira manqası həmin jurnalın nəşriyyatı olan Kodansha tərəfindən altı tankobon cildində buraxılmışdır. === Videooyunlar === 1988-ci ildə Taito videooyun nəşriyyatı tərəfindən Yaponiyada Famicom üçün Akira macəra oyunu buraxıldı. 1994-cü ildə isə International Computer Entertainment Akira əsasında Amiga və Amiga CD32 üçün oyunu buraxdı. 2002-ci ildə olan DVD çıxışı ilə əlaqədər olaraq, Bandai şirkəti PlayStation 2 üçün "Akira Psycho Ball" adlı pinbol simulyasiyası buraxdı. == Qəbul == "Akira"-ya görə 1990-cı illərin əvvəlində ingilisdilli ölkələrdə animeyə maraq yüksəldi. Xaricdə onun məşhurluğu hətta Yaponiyadakından da böyük idi. Robin Berner onu ABŞ-də anime və manqanın davamlı auditoriyanı yaradan bir mədəni bomba ilə müqayisə etdi.
Ananda Marqa
Ananda Marqa — qeyri-ənənəvi dini cərəyan. Sanskrit dilindən tərcümədə "səadət yolu" mənasını ifadə edən bu dini cərəyan 1955-ci ildə Hindistanda, Bihar ştatının Camalpur şəhərində Prabhat Rancan Sarkar (1921-1990) adlı hindli tərəfindən yaradılmışdır. Rancan Sarkar 1954-cü il noyabrın 7-də Camalpur şəhərində tərəfdarları qarşısında çıxış edərək, "Brahma İsta Marqa" (Brahmaya aparan yol) adlı yeni dini cərəyan yaratdığını elan etmişdir. Cərəyan 1955-ci ilin 9 yanvarında təşkilat kimi Bihar ştatında qeydiyyatdan keçmiş və həmin ilin 7 noyabr tarixindən etibarən Ananda Marqa adı ilə fəaliyyətə başlamış, meditasiya dərsləri üçün müəllimlər hazırlamışdır. Sarkar yaratdığı və rəhbərlik etdiyi təşkilatın üzvlərini moralistlər (əxlaq dərsi verənlər) adlandırmışdır. Onun təliminə görə, meditasiya vasitəsilə ali düşüncə əldə edən insanlar bir-birinə ruhən yaxınlaşaraq, indiki dünyanı tərk edir, yeni həyata daxil olurlar. Bu cərəyan özündə yoqaya məxsus psixotexniki meditasiyası ilə tantrizmin (sehrli dini ayinlər vasitəsilə fövqəltəbii enerji əldə etmək haqqında təlim) vəhdətini ehtiva edir. Sarkar deyirdi ki, "Mən ardıclılarımı tanrılara və müqəddəs varlıqlara çevirəcəyəm. Qalib olmaq üçün insan öz həyatını, mövcudluğunu unutmalıdır". Onun fikrincə, insanlar özlərini müxtəlif dil, din, millət qruplarına bölünmək əvəzinə, bütün bəşəriyyətin daxil olduğu vahid, böyük ailənin hissələri hesab etməlidirlər.
Arte (manqa)
Arte (Yapon. アルテ, Hepburn: Arute) — Kei Ohkubo tərəfindən yazılmış Yapon manqa seriyasıdır. O, 2013-cü ilin oktyabr ayından Tokuma Şotenin seinen manqa jurnalı Monthly Comic Zenon-da seriallaşdırılıb. O, on altı tankobon cildində toplanmışdır. Manqa Şimali Amerikada Media Do tərəfindən lisenziyalaşdırılıb. Seven Arcs tərəfindən 2020-ci ilin aprelindən iyun ayına qədər televiziya seriyası yayımlandı. == Mövzu == 16-cı əsrin əvvəllərində İtaliyanın Florensiya şəhərində Arte varlı, lakin iflasa uğramış Spalletti ailəsinin yeganə qızıdır. Uşaqlıqdan Artenin qeyri-adi rəssamlıq istedadı olduğunu sübut etdi, lakin atası öldükdən sonra anası onu sənət sevgisindən əl çəkməyə və mümkün qədər tez evlənmək üçün varlı bir gənc tapmağa məcbur edir. Ancaq Arte xəyallarından əl çəkmir və dövrünün inancının əksinə olaraq, bir gün özünün də ustad rəssam olacağı ümidi ilə birlikdə işləmək üçün ustad rəssam axtarmağa başlayır. Onun güclü qətiyyəti gənc tanınmış rəssam Leonun diqqətini çəkir və nəticədə onu şagirdi kimi qəbul edir.
Habib Mayqa
Habib Diqbo Q'nampa Mayqa (1 yanvar 1996) — Sent-Etyen klubundan icarə əsasında Liqa 2 təmsilçilərindən olan Metz klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Kot-d'İvuar futbolçusudur. == Klub karyerası == === Sent-Etyen === Mayqa öz peşəkar karyerasında debütünü Sent-Etyen klubu ilə 4 mart 2017-ci ildə etmişdir. Mayqa 90 dəqiqə meydanda mübarizə aparmışdır. Həmin görüşdə Sent-Etyen Liqa 1 görüşündə Bastiya ilə 0-0 hesabı ilə bərabərə qalmışdır. O, karyerasında ilk qolunu 14 oktyabr 2017-ci ildə Metz klubuna qarşı oyunda vurmuşdur. Mayqa 95-ci dəqiqədə qolla yadda qalmış və komandası 3-1 hesabı ilə qalib gəlmişdir. === Arsenal Tula === 21 fevral 2018-ci ildə Mayqa Rusiya Premyer Liqası təmsilçilərindən olan Arsenal Tula klubuna mövsüm sonuna qədər icarəyə verilmişdir. == Milli karyerası == Mayqa 2017-ci ilin noyabr ayında Dünya Kubokunun təsnifat mərhələsində Mərakeş millisinə qarşı oyunda iştirak etmək üçün Kot-d'İvuar millisinə dəvət almışdır.
MaNga
maNga — 2002-ci ildə İstanbulda yaradılan Türkiyə rep-rok musiqi qrupu. == Haqqında == Qrupun musiqi alternativi rokun və hip-hop musiqisinin sintezidir. Qrup beş musiqiçidən - Fərman Akgül, Özgür Can Öney, Yağmur Sarıgül, Efe Yılmaz və Cem Bəxtiyardan ibarətdir. Fərman Akgül qrupun solistidir. Qrup ötən il MTV tərəfindən "İlin ən yaxşı artisti" nominasiyasının qalibi seçilib.Türkiyəni 2010 Avroviziya Mahnı Müsabiqəsində təmsil etdi və ikinci oldu.
Margan (Sərdəşt)
Margan (fars. ‎مرگان‎) - İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə yaşayış yoxdur.
MAGB