Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Mayorka
Malyorka ya Mayorka (isp. Mallorca, kat. Mallorca [maʎorka], [majorka]; lat. insula maior) — Aralıq dənizinin İspaniya sahillərinə aid Balear adalarından ən böyüyü, Barselona sahillərindən 170 km aralıda yerləşmiş ada. == Coğrafiyası == Sahəsi 3640,16 km², əhalisi 777 821 nəfərdir (2005). Ada turizm və kurort mərkəzi kimi çox məşhurdur. Malyorka Pityusa adası ilə birlikdə İspaniya daxilində muxtar region statusuna malikdir. Malyorkanın əsas inzibati mərkəzi Palma de Malyorka şəhəri sayılır. Rəsmi dil ispan və katalan dilləridir. Ümumi sahil uzunluğu 554 km-dir.
Malyorka
Malyorka ya Mayorka (isp. Mallorca, kat. Mallorca [maʎorka], [majorka]; lat. insula maior) — Aralıq dənizinin İspaniya sahillərinə aid Balear adalarından ən böyüyü, Barselona sahillərindən 170 km aralıda yerləşmiş ada. == Coğrafiyası == Sahəsi 3640,16 km², əhalisi 777 821 nəfərdir (2005). Ada turizm və kurort mərkəzi kimi çox məşhurdur. Malyorka Pityusa adası ilə birlikdə İspaniya daxilində muxtar region statusuna malikdir. Malyorkanın əsas inzibati mərkəzi Palma de Malyorka şəhəri sayılır. Rəsmi dil ispan və katalan dilləridir. Ümumi sahil uzunluğu 554 km-dir.
Mayotta
Mayotta (fr. Mayotte, komor Maore) — dənizaşırı region (fr. d'outre-mer) və eyni zamanda Fransanın dənizaşırı departamenti (département d’outre-mer, və ya DOM) (31 mart 2011-ci ildən). 1976-cı ildən bəri region Fransa ilə Komor arasında mübahisəli bir ərazidir, konstitusiyasına görə Mayotta muxtar ada statusuna malikdir. BMT Baş Assambleyası Komor Birliyinin Mayot adasına (Maore) hüquqlarını tanıyır Region Mozambik boğazında, Hind okeanının qərbində, Mozambik ilə şimali Madaqaskar arasında yerləşir. Əsas ada, Mayotta (Maore) , Pamandzi adası və bir neçə digər kiçik adalardan ibarətdir. Coğrafi olaraq Komorlara aiddir. Regionun sahəsi — 376 km², əhalisi — 246.489 nəfər (2016), sıxlığı — 657 nəfər / km², adambaşına düşən ÜDM €9100 (2015). == Coğrafiya == Əsas ada Komorosdakı geoloji cəhətdən ən qədim olan Mayotte (Maore) , uzunluğu 39 km, eni 22 km, ən yüksək nöqtəsi Benara dağıdır (fr. Mont Bénara, 660 m).
Medovka
Medovka — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Kalinino rayonunda kənd.
Ayova
Ayova — Amerika Birləşmiş Ştatlarında ştat. Mərkəzi De-Moyn şəhəridir.
Mayka
Mayka yaxud atlet — qolsuz və ya qısayollu alt köynəyi yaxud alt paltarı, həmçinin yay köynəyi və idman köynəyi. Alt paltarı kimi əsasən ağ rəngdə olur və daha çox ağ rəngə üstünlük verilir, lakin fərqli rənglərdə də mövcuddur. Əsasən yundan və pambıqdan tikilir. Mayka alt paltarıdır, atlet isə yay köynəyi və idman köynəyi kimi istifadə olunur və fərqli rənglərdə mövcuddur.
Mayotta adası
Mayotta (fr. Mayotte, və ya Maore),həmçinin , Qranf-Ter (fr. Grande-Terre) — Mayotte'nin departamentində bir Fransız adasıdır. Mayotta Fransanın Dənizaşırı departamenti olan Mayottanın ən böyük ərazisindir. Adaya və onun ətraf bölgələrinə Komor adaları iddia edir. Moyotta dəniz aşırı ərazisinə daxil olan 17 kommunadan 15 adada yerləşir. Ada əhalisinin sayı 188 422 nəfərdir. Bu isə eyni adlı dənizaşırı regionun 212 645 nəfərlik əhalisinin 89 % deməkdir. Etnik tərkibi baxımından ada əhalisinbin böyük əksəriyyəti komorlulardır. Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi Komor adalarının Mayotta adası üzərində suverenliyini tanımışdır.
Anna Malova
Anna Nikolaevna Malova — rusiyalı qadın voleybolçu. Libero mövqeyində oynayır. Rusiyanın perspektivli voleybolçularındandır. == Karyerası == Anna Malova peşəkar voleybol həyatına 2008-ci ildə doğulduğu Ulyanovsk şəhərinin komandası İskra Samarada başlamışdır. O, hələ 17 yaşında məşqçi Emil Şamiloviç Zamaletdinova tərəfindən kəşf edilmişdi. İki il bu klubda oynadıqdan sonra karyerasında ən çox formasını geyinəcəyi Ufimoçkaya transfer olundu. Son olaraq o, Dinamo Moskva komandası ilə anlaşmış və bu komanda ilə bir illlik müqavilə imzalamışdı. Anna Malovanın milli komanda karyerası da olduqca qarışıqdır. O, 2013-cü ildən milli komandaya çağrılmağa başlayır. Baş məşqçi əsasən meydançaya əsas heyətlə çıxmadıqda Annanın xidmətində maraqlı olur.
Azovka çayı
Azovka (köhnə adı. Dkopinka) — Rostov vilayəti ərazisindən axan, Don çayının sol qolunu təşkil edən çay. Onun uzunluğu 11 km Bir qədər Azov şəhəri ərazisindən axır. Azovka çayı aşağı axarlarda dayazlıqda üzə bilən kiçik dəniz gəmilərinin hərəkəti üçün əlverişlidir. Yerli yaxt-klublar reqatlar təşkil edir == Axın == Çay öz başlanğıcını Kuleşovka kəndinin qərb hissəsindən götürür. İlk əvvəl çay şimala axır. Mənsəbə yaxın ərazidən Rostov-na-Donu - Azov avtomagisralı keçir. Kuleşokanın çıxacağında sağdan Lebyaje gölündən bəhrələnir. Sonradan süni şəkildə hazırlanmış kanallarla hərəkət edir. Lebyajo gölündən bəhrələndikdən sonra qərbə istiqamətlənir.
Madoka Haci
Madoka Haci (d. 8 iyul 1988) — Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 7 oyun keçirib.
Madoka Okamori
Madoka Okamori (4 iyun 1979) — Yaponiyanı təmsil edən bədii gimnast. == Karyerası == Madoka Okamori Yaponiyanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 5-ci pillənin sahibi olub.
Mayaka doğru
Mayaka doğru Virciniya Vulf tərəfindən yazılmış, 1927-cı ildə nəşr olunmuş, modernist üslubda yazılmış əsərdir. Əsər müəllifin sayca beşinci romanıdır. Əsərin yazılış üslubu ilə yazıçı Marsel Prust və Ceyms Coysun modernist roman ənənəsini davam etdirir. Romanda bir neçə dialoqu çıxmaqla, demək olar ki, tamamı ilə durğunluq hökm sürür, yalnız düşüncələrə yer verilir. Əsər üç hissədən ibarətdir, hadisələr və obrazların düşüncələri anonim şəxsin dilindən çatdırılır. Romanın həm də avto-bioqrafik yönləri var, xanım Ramsinin obrazında öz anasını göstərən yazıçı, öz ailəsində onun ölümündən sonra yaranmış boşluğu təsvir edir. Əsər həm "Modern Library" nəşr evi, həm də "Time" jurnalının ingiliscə yazılmış yüz ən yaxşı roman siyahısında özünə yer tapıb. == Mövzusu == Birinci bölüm-Pəncərə . İlk bölüm Hebrid- Skayp adasında, Ramsi ailəsinin yay evində, xanım Ramsi və oğlunun söhbətinin təsviri ilə başlayır. Anası ilə bir gün sonrakı mayak səfərləri ilə bağlı söhbət edən Ceymsə atası hava aydın olmadığından gedə bilməyəcəklərini bildirir.
Palma-de-Malorka
Palma-de-Malyorka — İspaniyada Balear adaları muxtar respublikasının ən böyük şəhəri və paytaxtı. Palma körfəzində Malyorkanın cənub sahillərində yerləşir. 2009-cu il əhalinin siyahıya alınmasına əsasən Palma şəhərinin şəhər hissəsində yaşayan əhalinin sayı 401,270 nəfər idi və bütün şəhər ərazisində əhalinin sayı 621 min nəfər idi. Malyorka əhalisinin təxminən yarısı Palma şəhərində yaşayır. Kabrera Arxipelaqı Palmadan geniş şəkildə ayrılmış olsa da, inzibati bələdiyyənin bir hissəsi hesab olunur. Palma-de-Malyorka hava limanı hər il 22 milyondan çox sərnişinə xidmət edir. Şəhər Roma dövründə salınmışdır. Qərbi Roma İmperiyasının süqutu dönəmində vandalların bir sıra hücumlarına məruz qalmış, daha sonra Bizans İmperiyası tərəfindən bərpa edilmiş, sonralar isə Mavrlar və 13-cü əsrdə I Araqon tərəfindən müstəmləkəyə çevrilmişdi. Palma-de-Malyorka Malyorka şəhərinin cənub-qərbində, Balear adaları arxipelaqına məxsus olan adada yerləşən böyük bir şəhər və dəniz limanıdır. Şəhərin ərazisi dəniz səviyyəsindən 13 metr (43 fut) yüksəklikdə yerləşir və sahəsi 21.355 kvadrat kilometr təşkil edir.
Palma-de-Malyorka
Palma-de-Malyorka — İspaniyada Balear adaları muxtar respublikasının ən böyük şəhəri və paytaxtı. Palma körfəzində Malyorkanın cənub sahillərində yerləşir. 2009-cu il əhalinin siyahıya alınmasına əsasən Palma şəhərinin şəhər hissəsində yaşayan əhalinin sayı 401,270 nəfər idi və bütün şəhər ərazisində əhalinin sayı 621 min nəfər idi. Malyorka əhalisinin təxminən yarısı Palma şəhərində yaşayır. Kabrera Arxipelaqı Palmadan geniş şəkildə ayrılmış olsa da, inzibati bələdiyyənin bir hissəsi hesab olunur. Palma-de-Malyorka hava limanı hər il 22 milyondan çox sərnişinə xidmət edir. Şəhər Roma dövründə salınmışdır. Qərbi Roma İmperiyasının süqutu dönəmində vandalların bir sıra hücumlarına məruz qalmış, daha sonra Bizans İmperiyası tərəfindən bərpa edilmiş, sonralar isə Mavrlar və 13-cü əsrdə I Araqon tərəfindən müstəmləkəyə çevrilmişdi. Palma-de-Malyorka Malyorka şəhərinin cənub-qərbində, Balear adaları arxipelaqına məxsus olan adada yerləşən böyük bir şəhər və dəniz limanıdır. Şəhərin ərazisi dəniz səviyyəsindən 13 metr (43 fut) yüksəklikdə yerləşir və sahəsi 21.355 kvadrat kilometr təşkil edir.
Kaxovka bəndinin dağıdılması
6 iyun 2023-cü ildə Ukraynada Kaxovka bəndi yarıldı və geniş daşqınlara səbəb oldu. Xerson vilayətində Dnepr çayı üzərində yerləşən bənd Rusiyanın Ukraynaya hücumunun ilk günlərində onu ələ keçirən rus ordusunun nəzarəti altında idi. Səhər tezdən həm Ukrayna, həm də Rusiya tərəfindən bəndin su elektrik stansiyasından partlayış səsləri eşidildi. The New York Times-ın məsləhətləşdiyi mühəndis və döyüş sursatları ekspertləri bildiriblər ki, ən çox ehtimal olunan səbəb daxildən gələn partlayışdır. Müharibənin Tədqiqi İnstitutu bildirib ki, sübutlar Rusiya qüvvələrinin bəndi partlatdığını göstərir. Rusiya qüvvələri Ukraynanın planlaşdırılan əks-hücum əməliyyatına mane olmaq üçün bəndi partlatmaqda günahlandırılır, lakin Rusiya rəsmiləri bunu təkzib ediblər. Kaxovka su anbarında suyun səviyyəsi aylardır yüksəlirdi və bənd sıradan çıxanda 30 ilin ən yüksək həddinə çatmışdı. Aşağı axarda minlərlə sakin təxliyə edilib, daşqınlar Ukrayna və Rusiyanın nəzarətində olan ərazilərdə bir neçə kəndi su altında qoyub. 9 iyun 2023-cü il tarixinə kimi 9 nəfərin öldüyü bildirilir. Onlardan üçü Rusiya tərəfindən işğal edilmiş Oleşki şəhərindən, beşi isə Nova Kaxovkadan idi.
Vasilkov mayolika xoruzu
Vasilkov mayolika xoruzu (ukr. Півник васильківської майоліки) — Valeri Protoryev və Nadiya Protoriyeva tərəfindən yaradılmış Vasilkovda yerləşən mayolika fabrikində təkrarlanan dekorativ əşya. Bu, 2022-ci ildə Rusiyanın Ukraynaya hücumu zamanı Borodyankadakı evlərdən birinin fotosu yayıldıqdan sonra mübarizə simvoluna çevrilmişdir Fotoşəkildə müşahidə olunur ki, mənzilin demək olar tamamilə dağılmasına baxmayaraq, divardakı mətbəx şkafı üstündə olan dekorativ mayolika xoruzu ilə birlikdə salamat qalmışdı. Xoruz 1960-cı illərin əvvəlindən 1980-ci illərə qədər Vasilkovda yerləşən mayolika fabrikində istehsal edilmişdir. Əsərin müəllifinin əvvəlcə səhvən Prokop Bidasiyuk olduğunu iddia edilmişdir. Vasilkov mayolika fabrikinin baş rəssamı Sergey Denisenko hesab etmişdir ki, xoruzun müəllifliyi Valeri Protoryev və onun həyat yoldaşı Nadiyaya məxsusdur. 2022-ci ildə Rusiyanın Ukraynaya hücumu zamanıBorodyankada yerləşən xaraba evdən çəkilən fotoşəkildə evin içində şkaf və üzərində yerləşən dekorativ mayolika xoruzu salamat qalmışdır. Bu fotoşəkil dünyada məşhurlaşdıqdan sonra Ukrayna mediası və sosial şəbəkələrdəki insanlar bu incəsənət əsəri ilə maraqlanmağa başlamışdılar. Şkaf Yelizaveta Servatınskanın diqqətini cəlb etmiş və o, şkafın fotoşəkillərini çəkmişdir. Bundan sonra Kiyev Şəhər Şurasının deputatı Viktoriya Burdukova hamının diqqətini mayolika xoruzuna yönləndirmişdir.
Kaxovka su anbarı
Kaxovka su anbarı (ukr. Каховське водосховище) — Dnepr çayının aşağı axarlarında 2023-cü ilin 6 iyununa kimi mövcud olmuş su anbarı. Ukraynanın Xerson, Zaporojiya və Dnepropetrovski vilayətlərinin ərazisində yerləşən bu su anbarı və Kaxovka SES Rusiya-Ukrayna müharibəsi gedişatında rus hərbiçiləri tərəfindən dağıdılmışdır. == Xarakteriskası == 1956-cı ilsə istifadəyə verilmiş Kaxovka su anbarı əsasən çaydakı su səviyyəsinin mövsümü və illik nizamlanmasına, eləcə də cənubi Ukraynanın su təchizatına xidmət edirdi. Su anbarından Şimali Krım, Kaxovka və Dnepr-Krivoy-Roq kanalları çəkilmişdir. Bu su anbarı Dnepr çayı üzərində inşa olunan 6 kaskad su anbarlarından sonuncusu idi. Su anbarının doldurulmasına 1955-ci ildə başlanılmış və 1958-ci ildə bitmişdir. Maksimal su həcmi 18,18 km³, faydalı həcmi isə 6,78 km³-dir. Ən dərin yeri 24 metr, orta dərinlik isə 8,4 metrdir. Ümumi sahəsi 2155 km²-dir.
Ayova (qəbilə)
Ayova (ing. Iowa, özlərini Bah-Kho-Je adlandırırlar) — "civere" qrupuna daxil olan, cənub-qərb siyudilli hindu qəbilələrindən biridir. Ayova qəbiləsi "Baxoje" qəbiləsi kimi də tanınır. == Adı == Onların adının Sioux ayuhwa ("yuxulu olanlar") sözundən gəldiyi deyilir. Erkən Avropa tədqiqatçıları çox vaxt tayfa adlarını başqa tayfaların onlara verdiyi etnonimlərdən götürürdülər. Bu təqdiqatçılar, bu adların xalqların özlərini adlandırdıqlarından fərqli olduğunu başa düşmurdulər. Beləliklə, ayuhwa sözu Ayova qəbiləsinə məxsus deyil. Bu söz Dakota ayuxbe dilindən gəlir. Xalqın özunu adlandırması isə, "boz qar" kimi tərcümə olunan "Baxoje" adıdır. Baxoje səhv olaraq "tozlu üzlər" və ya "tozlu burun" kimi də tərcümə edilmişdir.
Azovka çayı üzərində asma körpü
Azovka çayı üzərində asma körpü — Rostov-na-Donu şəhəri rekreasiya zonası ilə birləşdirir. Rekreasiya zonası çayın sağ sahilində yerləşir. Şəhərin Bereqovoy küçəsini şəhər çimərliyi ilə birləşdirir. == Tarixi == Körpü 1967-ci ildə şəhərin 900 illiyi münasibətilə inşa edilmişdir. Körpü dörd beton dirəklər üzərində yerləşir. Əvvəllər isə bu yerdə taxta körpü olmuşdur. XX əsrin 80-ci illərində körpüdə əsaslı təmir işləri aparılmışdır. Bu zaman bir çox detallar tamaməm dəyişdirilmişdir. Bəzi detallar isə dəmirləri ilə əvəzlənmişdir. Bundan sonra körpüdə uzun zaman əsaslı təmir işləri aparılmamışdır.
Manova Qounda Sent-Floris Milli Parkı
Manovo-Qounda-Sen-Floris Milli Parkı — Afrika qitəsində, Mərkəzi Afrika Respublikasında yerləşən milli park. UNESCO-nun Dünya İrsi siyahısına daxil edilmişdir. == Haqqında == Milli parkın ümumi sahəsi 1.740.000 hektardır və Mərkəzi Afrika Respublikasının ən böyük milli parkıdır. Bu park ölkənin əhəmiyyətli flora və fauna müxtəlifliyinə ev sahibliyi. Parkın düzənliklərində qara kərgədanlar, fillər, bəbirlər, hepardlar, çöl itləri, qırmızı sinəli ceyranlar və bufalolar, şimal su hövzələrində müxtəlif növdə su quşları yaşayır. Parkda üç çay və Bonqo sıradağları yerləşir. 1988-ci ildə Manovo-Qounda-Sen-Floris Milli Parkı 475-ci üzv kimi YUNESKO-nun Dünya irsi siyahısına salınmışdır.