Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Mazutlu
Mazutlu — Azərbaycan Respublikasının Laçın rayonu Malxələf kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Laçın rayonunun Mığıdərə kənd Sovetindən Mazutlu kəndi Malxələf kənd Sovetinin tərkibinə verilmişdir. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. == Toponimikası == Yerli tələffüzü Məzitti formasındadır. XIX əsrin ortalarında xocamusaxlı (əslində, xocaəbuisahaqlı) tayfasına mənsub ailələrin Mazutlu adlı qışlaq yerində məskunlaşması nəticəsində yaranmışdır. Güman etmək olar ki, qışlağın adı Məzit (şəxs adı) və -li (mənsubiyyət bildirir) komponentlərindən düzəlib, şəxsi mülkiyyətlə bağlı yaranmışdır. I Şah Abbasın vəzirlərindən birinin adı da Mazutbəy olmuşdur. Başqırdıstan Respublikasında isə Məzit adlı kənd mövcuddur. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Qarabağ silsiləsinin ətəyində yerləşir.
Mazutlu Konstitusiya
Mazut konstitusiya - Rusiya fəhlə hərəkatı tarixində fəhlələrlə sahibkarlar arasında imzalanmış ilk müştərək müqavilə idi. == Fəhlə hərəkatının güclənməsi == XX əsrin əvvəllərində Rusiyada baş verən ümumi böhranla əlaqədar meydana çıxan ağır iqtisadi vəziyyət, Rusiya-Yaponiya müharibəsində bir-birinin ardınca baş verən ağır məğlubiyyətlər ölkədə, xüsusilə Bakıda bir sıra fəhlə çıxışlarına gətirib çıxardı. 1904-cü il dekabrın 12-də "Balaxanı və Bibiheybət fəhlələrinin təşkilatı" çörəkçilər və şəhərin su təchizatı fəhlələrindən savayı bütün sənaye fəhlələrini ümumi tətilə çağıraraq, qabaqcadan elan etdi ki, tətil ancaq təşkilatın xəbərdarlığından sonra dayandırıla bilər və sahibkarların fəhlələri qorxutmağa yönəlmiş bütün cəhdləri "təşkilatın cavab addımlarını gücləndirəcək və ən qəti tədbirlər görüləcəkdir". Xəzər-Qara dəniz cəmiyyətinin fəhlələri tətilə birinci başladılar. Onların ardınca Nobel, Rotşild, Mantaşev və Mirzoyevin mədənlərinin, günortaya qədər Bibiheybət, habelə Qara və Ağ şəhərlərin fəhlələri işi dayandırdılar. Bu möhtəşəm çıxışın elə birinci günündə 40-a yaxın firmanın fəhlə və qulluqçuları tətilə qoşuldular. Ertəsi gün tətil genişlənməkdə davam edirdi. Axşama yaxın "Kaspi", "Baku", "Bakinskiye izvestiya" qəzetləri mətbəələrinin fəhlələri işi dayandırdılar. Dekabrın 16-17- də "Şərq cəmiyyəti", "Qafqaz və Merkuri"nin emalatxanaları, habelə "Nadejda" kompaniyası, tənbəki fabriki və Dadaşovun tərsanəsinin fəhlələri, sonra isə Xəzər ticarət donanmasının dənizçiləri, şəhər konkasının, mağazaların, emalatxanaların işçiləri də tətilə başladılar. Beləliklə, tətil ümumi xarakter alaraq 50 minədək adamı əhatə etdi.
Mazutlu-bitumlu şlam
Mazutlu-bitumlu şlam - neftin neftayrıma zavodlarında ilkin emal zamanı, yəni xam neftin termiki fraksiyalaşdırılmamışdan əvvəl asılı mexaniki hissəciklərdən təmizlənməsi üçün gilli qranulometrik tərkibə malik absorbentlərdən istifadə edilir. Həmin absorbentlər neftin tərkibində olan xırda hissəciklərlə birləşərək böyük həcmdə tullantıya çevrilirlər ki, onlarda öz növbəsində neftlə hopmuş olurlar. Onlar tullantı halında şlamxanada toplanmaqlla netfli birləşmələrlə zənginləşmişlər. Tullantılar fiziki-kimyəvi və fotokimyəvi proseslər nəticəsində müəyyən dövr ərzində mazut, sonra isə bitum halına keçirlər. Bina misal olaraq Zığ yaşayış sahəsininn yaxınlığındalı mazutlu-bitumlu şlamxananı göstərmək olar.
Haputlu
Haput — Azərbaycan Respublikasının Quba rayonunun Əlik kənd inzibati ərazi vahidində kənd. == Tarixi == Baş Qafqaz silsiləsinin yamacındadır. Azərbaycanın qafqazdilli etnik qrupu olan haputluların məskunlaşdığı kəndlərdəndir. Özlərini hər adlandırırlar. Kəndin adı Ptolemeyin (II əsr) Albaniya şəhərləri sırasında qeyd etdiyi Xabota ilə əlaqələndirilir. Haputlular Qədim Albaniyada yaşayan 26 tayfadan biri olan hər tayfasının nümayəndələridir . Hal hazırdada qonşu kəndlər Haputlulara öz dillərində Hər deyirlər. Azərbaycan dilinin dialektlərində həm hapıtdı (hapıtmaq), həm də hər sözü "tələsik, vaxtından tez" mənalarında işlənir. Mənbələrin verdiyi məlumata əsasaən XIX əsrin ortalarında Göycay qəzasında 736 nəfər haputlu ailəsinin məskunlaşdığı Haputlu Məlikli, Haputlu Mollaqasımlı, Haputlu Gidəyli, Haputlu Nətəs Qacar, Haputlu Hacı Qətəsi, Haputlu İmamlı, Haputlu Kürd kəndləri var idi. == Toponimikası == Haput kəndi Quba rayonunun Əlik i.ə.v.-də kənd.
Maputu
Maputu (port. Maputo) — Mozambikin paytaxtı və ən iri şəhəri. Ölkənin cənubunda Hind okeanının sahilində yerləşir. Rəsmi surətdə əhalisi 1,8 milyon nəfərdir, reallıqda paytaxt ətrafında qeyri-qanuni tikililərə görə sayın xeyli çox olduğu güman edilir. Şəhərdə sement, mebel, ayaqqabı, keramik qab və kauçuk istehsal edilir. == İnfrastrukturu == Maputuda Eduardo Mondlae adına Universitet, Pedaqoji İnstitut yerləşir. Şəhərdə Mozambik tarix muzeyi, təbiətşünaslıq muzeyi, hərbi muzey, katolik məbədi vardır.
Azotlu gübrələr
Azotlu gübrələr tərkibində azot qida elementi olan gübrələrə deyilir. Bitkilərin qidalanmasında azot xüsusi rol oynayır. O, xlorofil və zülalların tərkibinə daxildir. Bitkidə azot çatışmamazlığı yaşıl kütlənin əmələ gəlməsini çətinləşdirir, bitkilər pis inkişaf edir və yarpaqları saralır. Bitkilər azotu onun birləşmələri, əsasən ammonium NH4+ və nitrat NO3- ionları şəklində mənimsəyir. == İstehsal tarixi == Azot gübrələri hәlә çox qәdimdәn tәtbiq edilmәkdәdir. Bu gübrәlәrdәn ilk dәfә 19-cu әsrin ortalarında Çilinin tәbii pora yataqlarından çıxarılan natrium porası tәtbiq olunmuşdur. Sonralar sәnaye ammonium-sulfat, kalsium-sianamid vә kalsium porası istehsal edilmәyә başlanmışdır. 1913-cü ildә dünyada Azot gübrələri istehsalı tәqribən 700 min tona (xalis azot) çatmışdır. Sәnaye miqyasında atmosfer havası azotundan vә hidrogendәn ammonyakın sintezi dünyada azot gübrəsi istehsalının xeyli artmasına imkan vermişdir.
Azotlu əsas
Azot əsasları — nuklein turşularının tərkibinə daxil olan,pirimidin və purin törəməli heterotsiklik üzvi birləşmələrdir. Qısaldılmış şəkildə böyük latın hərfləri ilə işarə olunur. Beş növ azotlu əsaslar var — Adenin, Quanin, Sitozin, Timin, Urasil. Azotlu əsaslardan Adenin (A), Quanin (Q), Sitozin (S), həm DNT-nin və həm də RNT-nin tərkibinə daxildir. Timin (T) tək DNT-nin hissəsidir, Urasil (U) isə yalnız RNT-də olur. Adenin və Quanin — purin törəmələridir, Sitozin, Urasil və Timin isə — pirimidin törəmələridir. Yalnız DNT-də mövcud olan Timin və yalniz RNT-də aşkar olunan Urasil kimyəvi strukturlarına görə oxşardır. Urasilin timindən fərqi 5-ci karbon atomunda metil qrupunun olmamasıdır. Azot əsasları — kovalent rabitə vasitəsilə riboza və dezoksiribozanın 1 atomu ilə birləşərək N-glikozidləri yaradirlar ki, bunlarıda nukleozidlər adlandırırlar. Nukleozidlərdə olan şəkərin 5'-hidroksilli qrupuna bir və ya daha çox fosfat qrupları birləşir ki,bunlara nukleotidlər deyilir.
Pənahi Makulu
Pənahi Makulu (tam adı:Abbas Hacı Ələkbər oğlu Pənahi Makulu; 1 may 1900, Maku, Qərbi Azərbaycan ostanı – 29 sentyabr 1971, Bakı) — azərbaycanlı yazıçı. Pənahi Makuli 1900-cü ildə Maku şəhərində anadan olub. İlk təhsilini Xoy şəhər mədrəsəsində, sonra müasir tipli Xeyriyyə məktəbində almışdır. Atası Hacı Ələkbər dövrünün mütərəqqi adamlarından biri olmuş, bədii ədəbiyyat və tarix sahəsində olan əsərləri mütaliə edən şəxs kimi tanınmış, 1905-1911-ci illərdə İranda baş verən Səttarxan hərəkatında öncüllərdən olmaqla Qərbi Azərbaycan ostanının Xoy, Salmas, Maku şəhərlərindəki demokratik hərəkatda yaxından iştirak etmişdir. Atasının zəngin dünyagörüşü, mütərəqqi ziyalı olması, ədəbiyyata, şeirə rəğbət bəsləməsi Abbasa təsirsiz ötüşməmiş, onu ədəbiyyat yolunda çalışmağa sövq etmişdir. Hələ məktəbdə oxuyarkən — on beş yaşından ana dilində bir sıra satirik şeirlər yazmağa başlayır. 1923-cü ildə Tiflisdə ərəb əlifbasından latın əlifbasına keçid problemi müzakirə edilən məclisdə özünün "Yeni türk əlifbası" adlı şeirini oxuyur. Onun şeiri iştirakçıların, xüsusilə də məclisin sədri Böyükağa Talıblının xoşuna gəlir. Tiflisdə nəşr olunan "Yeni fikir" qəzetinin redaktoru Rzaqulu Nəcəfovun təklifi ilə öz istedadını nəsr sahəsində də yoxlayan Abbasın ilk qələm təcrübəsi uğurlu olur. Onun "Pərişan" adlanan, sonralar "Sirli çoban" adı altında 1950-ci illərdə çap olunan ilk nəsr əsəri "Yeni fikir" qəzetinin keçirdiyi müsabiqədə ikinci yeri tutur.
Ayten Mutlu
Aytən Mutlu, Türk şairəsi. 1952-ci ildə Balıkəsirin Bandırma kəndində anadan olub. İstanbul Universiteti İşlətmə Fakültəsini bitirib. Ulduz Tekniki Universitetinin İnşaat Mühəndisliyi Fakültəsindəki təhsilini 3-cü kursdan yarımçıq qoyub. İlk deneme, öykü ve şiirleri, ortaokul yıllarından başlayarak yerel gazetelerde yayımlandı. Daha sonra İmece, Yazko Edebiyat, Edebiyat 81, Varlık, Hürriyet Gösteri, Yaşasın Edebiyat, Şiirlik, Yeni Biçem, Düşlem, Sombahar, Ludingirra, öteki-siz, Şiiri Özlüyorum dergilerinde ve değişik gazetelerde deneme ve inceleme yazıları ile şiirleri yayımlandı. 1997 İbrahim Yıldızoğlu Şiir ödülünde birinciliğe, 2001’de Yalova Uluslararası Şiir Etkinliğinin Şiir ödülüne 2005’de M.Sunullah Arısoy şiir ödülüne değer görüldü. Ayten Mutlu'nun imgelerle yoğunlaştırılmış şiirinde bir yandan korkunun ve güzelliğin uyumlu bir biçimde birbirine karıştığı bir dünyanın kapıları aralanırken, öte yandan da onun kendisiyle mücadelesininin yansıdığı lirik bir atmosfer görülür.
Demet Mutlu
Demət Mutlu (türk. Demet Mutlu; d. 22 avqust 1981, Nyu-York, Nyu-York ştatı) — Trendyol alış-veriş saytının qurucusu və CEO-su olan Türkiyəli sahibkar. == Həyatı == Demət Mutlu 22 avqust 1981-ci ildə ABŞ-da anadan olub. Demət Mutlu Nyu-York Universitetinin iqtisadiyyat faküktəsini bitirmişdir. 2008-ci ildə Harvard Business School-da biznesin idarə olunması üzrə magistr təhsili almışdır. 2009-cu ildə təhsilini yarımçıq buraxaraq Trendyolu qurdu. == Təltifləri == Demət Mutlu Fortune-nin ən perspektivli qadın sahibkarları, Fortune 40 yaşın altındakı 40, Business of Fashion 500 Mükafatı, Texnologiyada ən çox ilham verən 50 qadın, Fortune ən güclü 50 qadın, Texnologiyada ilk 100 qadın, və Ekonomist jurnalı tərəfindən 2013-cü ilin sahibkarı seçildi. 2011-ci ildə Dünya İqtisadi Forumu tərəfindən Qlobal Şəkilləndirici seçildi, Türkiyədəki Qlobal Şəkilləndiricinin qurucu üzvlərindən biri oldu və 2012-ci ildə Davos-a qatıldı. 2016-cı ildə Dünya İqtisadi Forumu tərəfindən Gənc Qlobal Lider seçilmişdir.
Mazut Konstitusiyası
Mazut konstitusiya - Rusiya fəhlə hərəkatı tarixində fəhlələrlə sahibkarlar arasında imzalanmış ilk müştərək müqavilə idi. == Fəhlə hərəkatının güclənməsi == XX əsrin əvvəllərində Rusiyada baş verən ümumi böhranla əlaqədar meydana çıxan ağır iqtisadi vəziyyət, Rusiya-Yaponiya müharibəsində bir-birinin ardınca baş verən ağır məğlubiyyətlər ölkədə, xüsusilə Bakıda bir sıra fəhlə çıxışlarına gətirib çıxardı. 1904-cü il dekabrın 12-də "Balaxanı və Bibiheybət fəhlələrinin təşkilatı" çörəkçilər və şəhərin su təchizatı fəhlələrindən savayı bütün sənaye fəhlələrini ümumi tətilə çağıraraq, qabaqcadan elan etdi ki, tətil ancaq təşkilatın xəbərdarlığından sonra dayandırıla bilər və sahibkarların fəhlələri qorxutmağa yönəlmiş bütün cəhdləri "təşkilatın cavab addımlarını gücləndirəcək və ən qəti tədbirlər görüləcəkdir". Xəzər-Qara dəniz cəmiyyətinin fəhlələri tətilə birinci başladılar. Onların ardınca Nobel, Rotşild, Mantaşev və Mirzoyevin mədənlərinin, günortaya qədər Bibiheybət, habelə Qara və Ağ şəhərlərin fəhlələri işi dayandırdılar. Bu möhtəşəm çıxışın elə birinci günündə 40-a yaxın firmanın fəhlə və qulluqçuları tətilə qoşuldular. Ertəsi gün tətil genişlənməkdə davam edirdi. Axşama yaxın "Kaspi", "Baku", "Bakinskiye izvestiya" qəzetləri mətbəələrinin fəhlələri işi dayandırdılar. Dekabrın 16-17- də "Şərq cəmiyyəti", "Qafqaz və Merkuri"nin emalatxanaları, habelə "Nadejda" kompaniyası, tənbəki fabriki və Dadaşovun tərsanəsinin fəhlələri, sonra isə Xəzər ticarət donanmasının dənizçiləri, şəhər konkasının, mağazaların, emalatxanaların işçiləri də tətilə başladılar. Beləliklə, tətil ümumi xarakter alaraq 50 minədək adamı əhatə etdi.
Minə Mutlu
Minə Mutlu (türk. Mine Mutlu; 28 noyabr 1948, İstanbul – 18 sentyabr 1990 və ya 21 sentyabr 1990, İstanbul) — Türkiyə teatr və kino aktrisası. Minə Mutlu iştirak etdiyi gözəllik müsabiqəsində birinci seçilərək Türkiyə gözəli olmuşdur. 19 yaşından filmlərə çəkilməyə başlamışdır. 1967-ci ildən başlayaraq 1974-cü ilə kimi komediya janrlı, sonrakı illərdə isə erotik janrlı filmlərdə çəkilmişdir. Mine Mutlu 1990-cı ilin 18 sentyabr tarixində ağciyər xərçəngi xəstəliyi səbəbindən vəfat etmişdir.
Xəlil Mutlu
Xəlil Mutlu (türk. Halil Mutlu, əvvəlki adı — Xалил Алиев; 14 iyul 1973, , Postnik, Bolqarıstan) — Türkiyə ağır atleti, üçqat Olimpiya (1996, 2000, 2004), beşqat dünya və doqquzqat Avropa çempionu.
Azotlu üzvi birləşmələr
Azotlu üzvi birləşmələr — azot tərkibli birləşmələrə deyilir. Azotlu üzvi birləşmələr mühüm birləşmələrdən biridir.
Həsən xan Makulu
Həsən xan Bayat — Makulu Əhməd Sultanın oğlu olan Həsən xan Əliqulu xan Qacar İrəvanı tərk etdikdən sonra burada hakimiyyəti ələ keçirmişdi (1797-ci il iyun- 1797-ci il sentyabr). Üç aya qədər İrəvanda hakimiyyətdə olan Həsən xan Məhəmməd xanın əsirlikdən azad olunduğu xəbərini eşidərək İrəvan qalasını tərk etdi.
Neftin azotlu birləşmələri
Neftin azotlu birləşmələri – alifatik, aromatik aminlərin, həmçinin heteroaromatik birləşmələrin mürəkkəb qarışığıdır. Onların ən sadə nümayəndələrindən biri RNH2. == Birləşmənin aqreqat halı == Bu birləşmələrin alçaqmolekullu nümayəndələri qaz, yüksəkmolekullu nümayəndələri isə mayelərdir. == Neftin tərkibində azotun miqdarı == Neftin tərkibində azotun miqdarı 1%- dən artıq olmur. Neft yatağından asılı olaraq bu faiz azalır. Azotlu birləşmələr yüksək temperaturda qaynayan fraksiyalarda və əsasən ağır qalıqlarda konsentrə olunub. Məsələn, Balaxanı neftinin distillatlarında azotun miqdarı: kerosində 0,015, qazoylda 0,081, maşın yağında 0,16, ağır silindr yağında 0,313, yüngül silindr yağında 0,418, qudronda 1,027% təşkil edir. Azotlu birləşmələrin əsas hissəsi neftdən 50–600C temperaturda 40 %-li sulfat turşusu ilə etil spirtinin qarışığı vasitəsilə çıxarılır. == Azotlu birləşmələrin qrupları == Azotlu birləşmələr iki böyük qrupa bölünür: azotlu əsaslar və neytral azotlu birləşmələr. == Azotlu əsaslar == Azotlu əsaslar – bir(bəzən iki) halqada azot atomunun əvəzolunması nəticəsində alınan və üçə qədər halqası olan heterotsiklik əsaslardır.
Ne mutlu Türküm diyene
Ne mutlu Türküm diyene — Türkiyə dövlətinin əsas prinsiplərindən biri, təhsil sahəsində istiqamət verici ideoloji ifadə. İlk dəfə olaraq 1933-cü ildə 10-cu il nitqində Mustafa Kamal Atatürk tərəfindən səsləndirilmişdir. Atatürkçülükün əsas devizi hesab olunur. Sonradan, 1972-ci ildən Türkiyə Təhsil Nazırliyi tərəfindən şagird andına daxil edilmişdir. 2013-cü ildən isə bu and ləğv edilmişdir.
Patron Mutlu Son İstiyor
Patron Mutlu Son İstiyor — istehsalı 2013-cü ildə gerçəkləşərək 1 yanvar 2014-cü ildə yayımlanan və Kıvanç Baruönünün rejissorluğu ilə çəkilmiş Türkiyə filmi. Filmin baş rollarında Tolga Çevik, Ezgi Mola və Murat Başoğlu oynamışdır. Filmdə bir ssenari yazmaq üçün Üzgüpə göndərilən Sinanın (Tolga Çevik), hotel müdirinin qızı Eylülə(Ezgi Mola) aşiq olması və Eylülün nişanlısı Farukla (Murat Başoğlu) evlilik hazırlıqlarına başlaması anında baş vermiş hadisələr canlanır. Həmçinin Tolga Çevik bu filmdə həm Sinan, həm də İsfəndiyar rolunu oynamışdır.