Mazutlu — Azərbaycan Respublikasının Laçın rayonu Malxələf kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Laçın rayonunun Mığıdərə kənd Sovetindən Mazutlu kəndi Malxələf kənd Sovetinin tərkibinə verilmişdir.[1] 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir.
Mazutlu | |
---|---|
39°32′41″ şm. e. 46°36′52″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Yerli tələffüzü Məzitti formasındadır. XIX əsrin ortalarında xocamusaxlı (əslində, xocaəbuisahaqlı) tayfasına mənsub ailələrin Mazutlu adlı qışlaq yerində məskunlaşması nəticəsində yaranmışdır. Güman etmək olar ki, qışlağın adı Məzit (şəxs adı) və -li (mənsubiyyət bildirir) komponentlərindən düzəlib, şəxsi mülkiyyətlə bağlı yaranmışdır. I Şah Abbasın vəzirlərindən birinin adı da Mazutbəy olmuşdur. Başqırdıstan Respublikasında isə Məzit adlı kənd mövcuddur.[2]
Kənd Qarabağ silsiləsinin ətəyində yerləşir.
2006-cı ilin statistikasına görə kəndin əhali sayı 50 nəfər olmuşdur.
Kənd əhalisinin əsas məşğuliyyəti heyvandarlıq olub.
Laçın rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |