Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Megera
Megera (q.yun. Μέγαιρα q.yun. Μέγαιρα Μέγαιρα, "paxıl") — qədim yunan mifologiyasında günahkarları təqib edib onları dəliliyə sürükləyən qan davası tanrıçalarından ən qorxulusudur . O, Erebos və Nyukty nun qızıdır. Megera həsəd və qəzəbin təcəssümü kimi tanınır. Onu başında saç əvəzinə ilanlar , əlində dişlər və qamçı saxlamış vəziyyətdə təsvir edirdilər. Təsviri mənada o, qəzəbli və qəmli bir qadındır (məsələn, fr. mégère , it. megera). Megera kəpənəyi və Megera asteroidi (464) onun şərəfinə adlandırılmışdır.
Meyera
Enydra (lat. Enydra) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi. == Sinonim == == Növləri == Enydra anagallis Gardner Enydra fluctuans Lour.
Meqara
Meqara (yun. Μέγαρα) — Yunanıstanın Attika bölgəsində qədim şəhər. 2011-ci ildə keçirilən əhali siyahıyaalmasına əsasən şəhərdə 28.591 nəfər yaşayır.
Meqаrа
Meqara (yun. Μέγαρα) — Yunanıstanın Attika bölgəsində qədim şəhər. 2011-ci ildə keçirilən əhali siyahıyaalmasına əsasən şəhərdə 28.591 nəfər yaşayır.
Meqara məktəbi
Meqara məktəbi (yun. Μεγαρική σχολή) — Sokrat ardıcılları tərəfindən yaradılan məktəblərdən biri idi. Onları daha çox metafizika, məntiq və ərdəm (insanın müsbət keyfiyyətlərinin toplusu, xeyrə yönəlməsi və o xeyrin həyata keçirilməsidir) kimi məsələlər maraqlandırırdı. Meqaraçıları mübahisə etməyə meylli olduqlarına görə “eristiklər” və ya “dialektiklər” də adlandırmışdırlar. == Nümayəndələri == Evklides Stilpon Evbulides Diodorus Kronus == Mənbə == Aydın Əlizadə. Antik fəlsəfə tarixi (PDF). 3 saylı Bakı Mətbəəsi ASC. 2016. s. 110-115. ISBN 5-89968-061-X. 2016 tarixində arxivləşdirilib (PDF).
Bemera
Bemera (lat. Boehmeria) - gicitkənkimilər fəsiləsinə aid bitki cinsi.
Hedera
Daşsarmaşığı (lat. Hedera) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin araliyakimilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Daşsarmaşığının 16 növü var: Hedera algeriensis Hibberd Hedera azorica Carrière Hedera canariensis Willd. — Kanar daşsarmaşığı, Şimali Afrikanın Kanar adalarında, Portuqaliya və İrlandiyada bitir. Hedera caucasigena Pojark. Hedera colchica (K.Koch) K.Koch — Kolxida daşsarmaşığı, Qafqazda, Himalay dağlarında, Yaponiyada bitir. Hedera cypria McAll. Hedera helix L. — Adi daşsarmaşığıtypus, Qərbi Avropada, Qafqazda bitir. Hedera hibernica (G.Kirchn.) Carrière Hedera iberica (McAll.) Ackerf. & J.Wen Hedera maderensis K.Koch ex A.Rutherf.
Hemera
Hemera (yun. Ήμέρα, mənası gün deməkdir) qədim yunan mifologiyasında və Hesiod teoqoniyasına görə günü tərənnüm edən Xaosdan sonra törənmiş ilk tanrılardan biri, Niks və Erebin qızı və Efirin bacısı. Titanomaxiya poemasına görə Hemera Geya-Yerin, Uran-Göyün, Pont-Dənizin, Tartar-Sonsuzluğun, Okean anasıdır.
Hetera
Hetera (yun. ἑταίρα — rəfiqə) — Qədim Yunanıstanda sərbəst həyat tərzi sürən, və ya fahişə. İlk əvvəllər kənizlər arasından, sonra isə həm də azad qadınlardan olurdu Məşhur heteralar həm də yaxşı təhsilli idilər. Əvvəlcə bu termin Qədim Yunanıstana aid edilirdi, daha sonra isə digər mədəniyyətlərə də ümumiləşdirildi. == Qədim Yunanıstan heteraları == E. ə. VII əsrdə Yunanıstanda Yaponiyadakı geyşalara bənzər qadınlar mövcud idi, onlar təkcə seksual xidmət göstərməklə kifayətlənmirdilər, həm də onlarla intellektual söhbət aparmaq olurdu. Heteralar yaxşı təhsilli və ağıllı qadınlar idi, onlar öz dövrünün tanınmış xadimləri ilə yaxınlıq edirdilər. Heteralar fahişələrlə “pornayi” səhv salınmamalıdır. Onların sosial statusu yüksək idi. Heteralar kişiləri əyləndirir, həmdərd olur və onların biliklərini zənginləşdiridi.
Matera
Matera (it. Matera) — Cənubi İtaliyada Basilicata bölgəsində yerləşən özü ilə eyni adı olan Matera vilayətinin mərkəzi və 60.757 əhalisi olan bir şəhərdir. == Tarixi == Tuf dağlıq bölgəsində daşları oyaraq tikilən kilisələr ve evlər dünyaca məşhur "Matera Daşları (Sassi di Matera)" adlanır. Bu bölgə 1993'de UNESCO Ümumdünya irsinə salınmışdır. == Avropa mədəniyyət paytaxtı == 2014-cü il Matera və Plovdiv Avropanın mədəniyyət paytaxtı 2019 seçilmişdir. == Yerləşimi == İtaliyanın başqa şəhərlərinə maşın yolu ilə uzaqlığı Potenza (100 km); Bari (65 km); Taranto (75 km); Napoli (251 km); Roma (463 km); Reggio Calabria (391 km) ve Milano (943 km).
Menora
Menorah (ivr. ‏חנוכייה‏‎) — Qüds məbədində zeytun yağı ilə yandırılan yeddi qollu şamdandır. Yəhudilərin ən qədim simvollarından hesab olunur. Musa peyğəmbərin Sina dağında gördüyü yanan kolun simvoludur. Doqquz qollu şamdan isə hanukiya adlanır. Menorah gündə iki dəfə tanrının dünyaya işıq saçmasını arzulamaq üçün yandırılırdı, hanukiya isə Hanuka bayramında istifadə edilir.
Meteora
Meteora — Yunanıstanın Tessali şəhərində yerləşən ortodoks monastrı. Təxminən 10-cu əsrə aid olduğu güman edilir. Theopetranın 5 kilometr cənubunda və Kalakamba şəhərinin 21 kilometr cənubunda yerləşir. Hündürlüyü 600 metrdir. Bu tapa şəkilli sildırım qayaların 20 milyon il əvvəl suyun çəkilməsi nəticəsində əmələ geldiyinə inanılır. Görünüşündən havada asılı olan daşlara bənzədiyinə görə Meteora (yun. Göylərdə dayanan) mənasındadır. UNESCO tərəfindən mühafizə edilən tarixi monastrlardan biridir.
Mezerya
Mezerya (fr. Monthieux) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şampan-an-Valrome kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01097. == Coğrafiyası == Kommuna Paris şəhərinin 420 km cənub-şərqində, Lion şəhərindən 70 km şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 55 km cənub-şərqdə yerləşir. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 199 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 131 nəfər (15-64 yaş arasında) 93 nəfər iqtisadi cəhətdən, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 71.0%, 1999-cu ildə 68.8%). Fəaliyyət göstərən 93 sakindən 90 nəfəri (40 kişi və 50 qadın), 3 nəfər işsiz (3 kişi və 0 qadın) idi.
Oedera
Oedera (lat. Oedera) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi. == Növləri == Oedera capense Druce Oedera capensis (L.) Druce Oedera conferta (Hutch.) Anderb. & K.Bremer Oedera epaleacea Beyers Oedera foveolata (K.Bremer) Anderb. & K.Bremer Oedera genistifolia (L.) Anderb. & K.Bremer Oedera hirta Thunb. Oedera imbricata Lam. Oedera laevis DC. Oedera multipunctata (DC.) Anderb. & K.Bremer Oedera nordenstamii (K.Bremer) Anderb. & K.Bremer Oedera resinifera (K.Bremer) Anderb.
Serera
Serera (cırtdan planet). Serera (mifologiya) - Qədim Roma mifologiyasında əkinçilik ilahəsi.
Venera
Venera — qadın adı.
Eşera
Eşera (gürc. ეშერა) – Gürcüstanın Abxaziya bölgəsinin Suxumi ərazisində yerləşən kənd. Dəniz səviyəsindən 30 m hündürlüktə, Suxumidən 13 km uzağlıktadır. 2008-ci ildə Rusiya Federasiyası tərəfindən işğal edilib. == Ədəbiyyat == ენციკლოპედია „საქართველო“, ტ. 3, თბ., 2014. — გვ. 121.
Anna Zegers
Anna Zegers (19 noyabr 1900, Mayns – 1 iyun 1983[…], Şərqi Berlin, ADR) — Alman yazıçı. == Həyatı == Anna Zegers ailənin tək uşağı olub. 1907-ci ildə ibtidai təhsilinə başlayib, sonra 1910-cu ildə bu günkü adı Frauenlob - Gimnaziya olan qız məktəbinə gedib. Birinci Dünya müharibəsində köməkçi xidmətlərində işləyib, 1920-ci ildə isə liseyi bitirib. Köln Üniversitetində və Heidelberg Ruprecht Karl Üniversitetində tarix, incəsənət tarixi və Çin filolologiyası üzrə ixtisaslaşıb. 1924-cü ildə doktor adını qazanıb. == Fəaliyyəti == 1947-ci ildə İkinci Dünya Müharibəsi başa çatdıqdan sonra Şərqi Almaniyaya qayıtdı və Berlində məskunlaşdı. 1947-ci ildə o, Almaniyanın ən nüfuzlu ədəbi mükafatı olan Georg Büxner mükafatına layiq görülüb. 1959-cu ildə Qərar romanı, 1968-ci ildə isə davamı olan Güvən əsəri nəşr olundu. Zegers Beynəlxalq Lenin Mükafatları Komitəsinin üzvü idi.
Meyer
Meyer dovşanalması
Yeger
Yeger (alm. Jäger‎ – ovçu, atıcı) — XVIII–XIX əsrlərdə Avropanın bəzi dövlətlərində yüngül piyada növü. Yeddiillik müharibədə (1756–63) Fransa (fr. Royaume de France), Prussiya və Avstriya (alm. Erzherzogtum Österreich) ordularında geniş yayılmışdı. Rus ordusunda 1761-ci ildən təşkil edilmişdi; 1856-cı ildə yeger alayları piyada alaylarına çevrildi. Yeger karabinerləri isə qrenadyorlar (rus. Гренадеры) adlandırıldı. XVIII–XIX əsrlərdə Avropanın bəzi ordularında süvari yegerləri də olmuşdur. == Mənbə == ASE, V cild, Bakı, 1981, səh.
Aconitum meyeri
Turpabənzər kəpənəkçiçəyi (lat. Aconitum napellus) — kəpənəkçiçək cinsinə aid bitki növü. == Sinonim == Aconitum alatum Wender. Aconitum amoenum Rchb. Aconitum ampliflorum Rchb. Aconitum anglicum Stapf Aconitum bavaricum Starm. Aconitum braunii Rchb. Aconitum caeruleum Dulac Aconitum canescens Schleich. ex Rchb. Aconitum clusii Rchb.
Aparine tenera
Galium spurium (lat. Galium spurium) — boyaqotukimilər fəsiləsinin qatıqotu cinsinə aid bitki növü. == Sinonim == Aparine spuria (L.) Fourr. Aparine tenera (Gren. & Godr.) Fourr. Aparine vaillantii (DC.) Fourr. Galium adhaerens DC. [Invalid] Galium agreste Wallr. Galium agreste var. echinospermum Wallr. Galium agreste var.
Buddleja misera
Buddleja hieronymi (lat. Buddleja hieronymi) — buddlejaceae fəsiləsinin buddleya cinsinə aid bitki növü.
Capsella tenera
Adi quşəppəyi (lat. Capsella bursa-pastoris) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin quşəppəyi cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Bir və ya ikiillik bitkidir. Milşəkilli kök sisteminə malikdir. Gövdəsinin uzunluğu 10-40sm, yarpaqlı, sadə və ya budaqlanan, səthi qabırğalı, çılpaq və ya zəif tüklü, çiçəkləri və yetişməmiş meyvələri olur. Kök üzərindəki yarpaqları uzunsov-neştərşəkilli, meyvələrinin bir tərəfi daralaraq üçbucağabənzər dişli girintili-çıxıntılı və ya lələyəbənzər bölümlüdür. Gövdəki yarpaqları növbəli, oturaq, girintili-çıxıntılı dişcikli və ya bütöv, zirvə yarpaqları isə getdikcə azalandir. Çiçəyinin quruluşu K4L4E4+2D1 bərabərdir. Meyvələri sıxılmış çəlləyəbənzər, tərsüçbucağabənzər və ya üçbucaq-ürəkşəkilli formalı, zirvədə isə dişli, uzunluğu 3-8mm, eni 2-5mm-dir. Zəif iyli, özünəməxsus acı dadlıdır.
Centaurium meyeri
Qəşəng qızılçətir (lat. Centaurium pulchellum) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin acıçiçəkkimilər fəsiləsinin qızılçətir cinsinə aid bitki növü.
Dipsacus meyeri
Karxana fırçaotu (lat. Dipsacus fullonum) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin doqquzdonkimilər fəsiləsinin fırçaotu cinsinə aid bitki növü. == Sinonimləri == Dipsacus arcimusci Lojac. Dipsacus botterii Maly ex Nyman Dipsacus carminatorius Salisb. Dipsacus connatofolius Gilib. [Invalid] Dipsacus divaricatus C.Presl Dipsacus fullonum var. sylvestris (Huds.) Huds. Dipsacus fullonum f. ternatus Farw. Dipsacus horridus Opiz Dipsacus meyeri Chabert Dipsacus mirabilis Gand.
Emilia tenera
Emilia tenera (lat. Emilia tenera) — mürəkkəbçiçəklilər fəsiləsinin emilia cinsinə aid biki növü.
Bəqərə
Bəqərə surəsi (ərəb. سورة البقرة‎ (oxunuşu: surətul-bəqarəh) - inək surəsi) - Quranın 2-ci surəsi. Mədinədə nazil olmuşdur, 286 ayədir. Bəqərə surəsi Quranın ayə baxımından ən böyük surəsidir. Surənin ayələrinin çoxu Mədinədə nazil olub. == Adın mənbəyi == Surənin 67-71 ayələri == Surənin içindəkilər == Tövhid, Allahın yaratdığı dünyanın sirlərinə baxmaqla tanımaq. Ölum və məad, İbrahimin quşları öldurməyi və Allahın onları diriltməyi. Quranın önəmi, və onu tanımaq. Adəm və Həvvanın hekayəsi və onların tövbələri. Ayətül-kürsi (255-257-ci ayələr) bu surədədir.
Fəqərə
Fəqərə (lat. vertebra) — Onurğanı formalaşdıran 33-34 sümükdən hər birinə verilmiş ad. Kəllə əsasından başlayır və büzdümə qədər davam edir. Onurğada 7 ədəd boyun fəqərəsi (servikal fəqərə), 12 ədəd döş fəqərəsi (torasikal fəqərə), 5 ədəd bel fərəqəsi (lumbar fəqərə), 5 oma fəqərəsi (sakral fəqərə) və 4 ədəd büzdüm fəqərəsi (koksikal fəqərə) mövcuddur. Bu 33 vertebranın ilk 24-ü bir-birinə oynaqlar vasitəsilə bağlanmışdır. Bunlara presakral fəqərələr deyilir. Qalan 9 fəqərədən yuxarı 5-nin birləşməsindən oma sümüyü yaranmışdır. Ən aşağıda yerləşən kiçik və tam inkişaf etməmiş 4 fəqərənin birləşməsindən büzdüm adlanan sümük meydana gəlmişdir.
Macəra
Macəra — insanın başına gələn ona həyəcan verən bir hadisə və ya hadisələr zənciri, sərgüzəşt, əyləncədir. Həm də nəticəsi qeyri-müəyyən olan cəsarətli bir təşəbbüs də ola bilər.
Mağara
Mağara ya Köhül — təbii və süni olmaqla, həm də ibtidai insanların ilk sığınacaq yerləri, yaşayış evləri. == Geomorfoloji termin == Mağara - (rus. пещера, ing. cave) yer qabı­ğının üst qatında boşluq, yer sət-hinə bir, yaxud bir neçə çıxışlarla açılır. Əsasən suda asan həll olan süxurların (əhəng daşı, dolomit, gips və b.) yuyulması və həll ol­ması, həmçinin suffoziya, abra­ziya və başqa proseslər nəticəsində əmələ gəlir. Ən böyük mağaralar - karst mağaralarıdır; mürəkkəb sistemli keçidlər və zallardan iba­rət olur, ümumi uzunluğu bəzən bir neçə 10 km-ə çatır (məs: ABŞ-də Flint-Mamont mağaralar sisteminin uzunluğu , RF-də Optimis­tik mağarasının uzunluğu ). Mağaraları speleologiya öyrənir. == Ümumi məlumat == Azərbaycaının ən qədim məskən tipləri təbii və süni mağaralar kimi formalaşmışdır. Belə mağaralar həm də ibtidai insanların ilk sığınacaq yerləri-evləri olmuşdur. Məhsuldar quvvələrin inkişafı və bununla həmahəng olaraq inşaat texnikasının təkmilləşdirilməsi nəticəsində suni mağaralar qazma tipli evlərlə əvəz olunmuşdur.
Mequro
Mequro — Tokionun xüsusi rayonlarından biri. Rayonda xarici dövlətlərin səfirlikləri və konsulluqlari yerləşir.
Nəqərat
Nəqərat — təkrarlanan ifadə. == Şeirdə == Şeirdə hər bəndin sonunda təkrarlanan parça. Bir və ya bir neçə misradan ibarət olur. Nəqəratdan müəllif fikrinin əsas qayəsini daha da qabarıq şəkildə nəzərə çatdırmaq məqsədilə istifadə edilir. == Mahnıda == Mahnıda hər bəndin sonunda eyni mətnlə ifa olunan hissə. Nəqərat adətən melodiyanın və musuqi formasının 2-ci hissəsisini (2-ci cümlı, 2-ci bənd) əmələ gətirir. Nəqəratın melodya və ritmi mahnının 1-ci hissəsində nisbətən daha sadə, dəqiq və aydın olur. Kiçik həcmli xalq mahnılarında nəqərat çox zaman mahnının melodiyasını bütövlüklə təkrar edir. == Ədəbiyyat == Azərbaycan Sovet Ensiklopediyası, VII cild. Bakı, 1983.
Aksis (fəqərə)
Aksis , Oxlu fəqərə (lat. axis) — onurğa sütununun II və eyni zamanda II boyun fəqərəsi. Digər boyun fəqərələrindən xüsusi qurluşuna görə fərqlənir ki, bu da onun atlas ilə oynaq əmələ gətirməsi ilə izah olunur. Cisminin diş çıxıntıya (lat. Dens axis) malik olması əmələ gətirdiyi atlant-aksis oynağından boyunun sağa və sola 90° bucaq altında dönməsinə, ümumiyyətlə hərlənmə hərəkətinə imkan verir.