MƏGƏR

[ fars. ]
1. əd. Sual məqamında işlənib, şübhə, inamsızlıq və ya təəccüb bildirir: olmaya, bəs, yoxsa (bəzən “ki” bağlayıcısı ilə işlədilir).
Məgər sənin xəbərin yoxdur? Məgər o gəlməyəcək? – Məgər ki, aşiqin qəmin yeməzsən; Bu cövrü cəfadan sən inciməzsən. M.P.Vaqif.
[Şərəfnisə xanım:] Uşağı yerə girsin.
Dinc oturur məgər. M.F.Axundzadə.
Ədalətlə deyin, mən; Yalan danışdım məgər? B.Vahabzadə.

2. bağl. Ancaq, fəqət.
[Səfərəli:] …Bu iş heç kimin işi deyil, məgər ki, Rəhimin. N.Vəzirov.
[Hacı Rüstəmin] həmişə şüarı bu idi: fürsəti fövr eyləməz aqil, məgər nadan ola. Ə.Haqverdiyev.

Синонимы

  • MƏGƏR MƏGƏR (sual, xatircəm olmama və şübhə bildirən ara söz) [Dürrə:] Anacan, məgər o, əvvəllərdə həbsdə olmuşdur? (S
MƏFTUNLUQ
MƏĞBUN

Значение слова в других словарях