Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Mehrdad Bayrami
Mehrdad Bayrami - Azərbaycanlı İran futbolçusu.
Mehrdad Nuri
Mehrdad Nuri — İran futbolçusu, Traktor Sazi klubunun yarımmüdafiəçisi.
Mehrdad İzadi
Mehrdad İzadi (ing. Michael Mehrdad R.S.C. Izady; 1963) — kürd əsilli İran alimi. Onun maraq dairələri xüsusilə Yaxın Şərq və kürdlərdir. == Karyera == İzadi altı il Harvard Universitetində Yaxın Şərq Dilləri və Sivilizasiyaları Fakültəsində dərs demişdir. O, Yaxın Şərq və Cənub-şərqi Avropa mövzularında bir çox kitab və məqalənin müəllifidir. İzadi 2001-ci ildən Fordhem Universiteti, Nyu-York Texnologiya İnstitutu və Peys Universitetində müəllimidir. İzadi Laçın və Kəlbəcərin işğalında kürdlərin qovulmasına ermənilərin gətirdiyi arqumentləri rədd edərək belə bir ritorik sual verir: "Sən də, Ermənistan"? == Tənqidi == Erməni kürdşünas və İranşünas Qarnik Asatryan İzadinin kitabı olan "Kürdlər. Qısa əl kitabı" əsərini "fantasmaqorik" adlandırmışdır. İranşünas Riçard Folts qeyd edir ki, "Yəzdanizm adlı pankürd protodini müasir kürd alimi Mehrdad İzadinin uydurmasıdır".
Cəfər Mehrad
Cəfər Rəsul oğlu Mehrad (14 oktyabr 1947, Təbriz) — kitabxanaşünaslıq və informasiya elmləri üzrə dünya şöhrətli Azərbaycan əsilli İranlı alim, elmlər doktoru, professor. == Həyatı == 14 oktyabr 1947-ci ildə Cənubi Azərbaycanın (indiki İran) Təbriz şəhərində anadan olmuşdur. == Elmi fəaliyyəti == Professor Cəfər Mehrad Şiraz Universitetinin "Bilik və informasiya elmi" kafedrasını (1979), "Ədəbiyyat və humanitar elmlər kolleci"ni (1984), həmçinin "Mərkəzi kitabxana və sənədləşdirmə mərkəzi"ni (1986) formalaşdırmışdır. O, 1991-ci ildə İran İslam Respublikasının Şiraz şəhərində "Elm və texnologiya üzrə Regional İnformasiya Mərkəzi"ni (ing. RICEST), o cümlədən bu şəhərdə 2008-ci ildə "İslam Dünyasının Elmi İstinad Mərkəzi"ni (ing. Islamic World Science Citation Center — ISC)yaratmışdır. Bundan savayı, görkəmli alim "International Journal of Information Science and Management" (İnformasiya elmi və idarəetmə üzrə beynəlxalq jurnal) adlı elmi dərginin (2003) təsisçisi və baş redaktorudur.
Mehrabad
Mehrabad (Əcəbşir) — İranın Şərqi Azərbaycan ostanının Əcəbşir şəhristanı ərazisinə daxil olan kənd. Mehrabad (Bicar) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd.
Mehridağ
Mehridağ — Şərur rayonu ərazisində, Dərələyəz silsiləsinin şimal-qərb istiqamətli Saraybulaq qolunun suayırıcında, Mehridərəsi çayının mənbə hissəsində, Şahbulaq kəndindən 4 km şimal-şərqdə dağ (hünd. 1869,1 m). Üst Permin Midiya regiomərtəbəsinin aşağı hissəsinə aid Dəvəölən lay dəstəsinin əhəngdaşılarından təşkil olunmuş günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Şərur-Culfa qalxım zonasının Şərur seqmentinin şimal-şərq cinahına aid eyniadlı antiklinalın tağ hissəsində yerləşir. Şimal-şərq yamacından keçən əks-fay üstəgəlmə qırılması boyu Üst Permin əhəngdaşıları Üst Tabaşirin Kampan mərtəbəsinə aid Gərməçataq lay dəstəsinin terrigen-karbonat törəmələrilə təmasa gətirilmişdir. Cənub yamacında Alt Triasın Hind mərtəbəsinə aid Alt Qarabağlar yarımlay dəstəsinin terrigen-karbonat törəmələri açılır.
Möhrdar
Möhrdar, yaxud möhrdar-i möhr-i hümayun – "əlahəzrət möhürünün mühafizəçisi". "Təzkirət əl-mülük"də göstərildiyi kimi, ilk dövrlərdə möhrdar böyük hörmət sahibi sayılırdı. O, vəzirlərin, mustoufilərin, kələntərlərin təyinatları (rəqəm) haqqında fərmanlara, həmçinin də əmirlərə, hakimlərə və b. bağışlanan soyurqallara, tiyullara aid olan sənədlərə "əlahəzrətin möhürünü" basırdı. İskəndər bəy Münşi belə bir xəbər verir ki, II Şah İsmayıl taxta çıxdıqdan sonra şahzadə İbrahim mirzəyə müraciə edərək deyir: "Sən cənnətməkan şah (yəni I Şah Təhmasib) üçün oğul kimi idin, bütünlüklə onun xidmətində olmusan və indi mənə qardaş kimisən. Eşikağasıbaşı (vəzifəsi) sənə yaraşmır". Buna görə də şah onu möhrdar təyin edir ki, "həmişə onun qarşısında oturub söhbəti və danışığı ilə onu şərəfyab etsin".
Mehrab
Mehrab — məscidlərin qiblə tərəfindəki divarında namaz qılarkən pişnamazın və onun ardınca başqa namaz qılanların üzlərini çevirdikləri oyuq yer.
Mehran
Mehran (şəhər)
Mordad
Mürdad (fars. مرداد‎) — İran və Əfqanıstanın rəsmi təqviminin beşinci ayı. Mürdad ayında 31 gün var. Bu ay adətən 23 iyulda başlayıb 22 avqustda sona çatır (bəzi illərdə 22 iyulda başlayıb 21 avqustda bitir). Mürdad yayın ikinci ayıdır.
Mürdad
Mürdad (fars. مرداد‎) — İran və Əfqanıstanın rəsmi təqviminin beşinci ayı. Mürdad ayında 31 gün var. Bu ay adətən 23 iyulda başlayıb 22 avqustda sona çatır (bəzi illərdə 22 iyulda başlayıb 21 avqustda bitir). Mürdad yayın ikinci ayıdır.
Mehrabad (Bicar)
Mehrabad (fars. مهر آباد‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 164 nəfər yaşayır (37 ailə). Əhalisini kürdlər təşkil edir.
Mehrabad (Əcəbşir)
Mehrabad (fars. مهراباد‎) — İranın Şərqi Azərbaycan ostanının Əcəbşir şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 642 nəfər yaşayır (157 ailə).
Mehkad Bruks
Mehkad Ceyson MakKinli Bruks (ing. Mehcad Jason McKinley Brooks; 25 oktyabr 1980, Ostin) — ABŞ aktyoru və model. O, daha çox «Ümidsiz evdar qadınlar» teleserialındakı Metyu Apprayt və «Lazımsız kobudluq» teleserialındakı Ti Key rolları ilə tanınır. == Həyatı == Mehkad Ceyson MakKinli Bruks 25 oktyabr 1980-ci il tarixində ABŞ-nin Texas ştatında yerləşən Ostin şəhərində anadan olmuşdur. Bruks orada L.K. Anderson adına orta məktəbdə təhsil almışdır. 1999-cu ildə oradan məzun olan Bruks Cənubi Kaliforniya Universitetinin Kinematoqrafiya və Televiziya fakültəsinə daxil olmuşdur. Bruks 2010-cu ilin sentyabr ayında bildirmişdir ki, o, basketbol üzrə tədris almaqdan imtina etmiş və daha sonra aktyorluq karyerasına start vermək üçün universiteti tərk etmişdir. == Şəxsi həyatı == Mehkad keçmiş NFL oyunçusu Billi Bruksun oğludur. Onun ögey atası hüquqşünas Geri Bledso. Bruks "IGN" ilə keçirdiyi müsahibədə bildirmişdir ki, o, video oyunları, xüsusilə də "Madden NFL 07" və "NBA 2K" kimi kiberidman, o cümlədən "Call of Duty" və "Medal of Honor" kimi döyüş oyunlarını sevir.
Mehrab (şahzadə)
Mehrab — Şirvanşah şahzadəsi. == Hakimiyyət uğrunda mübarizə == Haqqında çox məlumat yoxdur. Bürhanəlinin ölümündən sonra Şirvan əyanları Dərbəndi Şirvanşahlar nəslindən Mehrab adlı birisini Şirvan hakimi seçdilər. Səfəvilər əleyhinə mübarizəyə başçılıq edən Mehrab Mirzə Şirvan qoşunları ilə Şirvan sərhədini keçərək Kür sahillərinə enib Siqnax şəhərini tutdu. Abdulla xan Mehraba hücum etdi, müqavimət göstərməyə gücü çatmayan Mehrab qaçdı və Şirvan vilayəti yenidən qızılbaşların əlinə keçdi.
Mehrab Niftəliyev
Mehrab Söhrab oğlu Niftəliyev (13 may 1985; Quba rayonu, Azərbaycan SSR — 8 noyabr 2020; Şuşa rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin baş giziri, İkinci Qarabağ müharibəsi şəhidi, Vətən Müharibəsi Qəhrəmanı. == Həyatı == Mehrab Niftəliyev 1985-ci il mayın 13-də Quba rayonunun Qam-qam kəndində anadan olub. Ailəli idi. Üç övladı yadigar qaldı. == Hərbi xidməti == Mehrab Niftəliyev 2016-cı ilin 2–5 aprelində baş verən Aprel döyüşlərində savaşıb. Azərbaycan Ordusunun baş giziri olan Mehrab Niftəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzuli, Cəbrayıl və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Mehrab Niftəliyev noyabrın 8-də Şuşanın azad edilməsi zamanı şəhid olub. Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Mehrab Niftəliyevə "Vətən Müharibəsi Qəhrəmanı" adı verilib. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Mehrab Niftəliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Mehrab xan
Mehrab xan (vəfatı 1649) — Səfəvi sərkərdəsi. Mirimanidze nəslinin üzvü əvvəlcə naməlum bir tarixdə Bust bəylərbəyi vəzifəsində adı çəkilir. Sonralar Astrabad bəylərbəyi, 1649-cu ildə isə eyni il ərzində öldüyü Qəndəhar şəhərinin bəylərbəyi təyin edildi. Qəndəharda onun yerinə gürcü qohumu Otar bəy gəldi. == Mənbələr == Floor, Willem M. Titles and Emoluments in Safavid Iran: A Third Manual of Safavid Administration, by Mirza Naqi Nasiri. Washington, DC: Mage Publishers. 2008. 153, 169, 257. ISBN 978-1933823232. Matthee, Rudi.
Mehrac Mahmudov
Mehrac Əhədov
Mehram (Heris)
Mehram (fars. مهرام‎) - İranın Şərqi Azərbaycan ostanının Heris şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 21 nəfər yaşayır (5 ailə).
Mehran (şəhər)
Mehran — İranın İlam ostanının şəhərlərindən və Mehran şəhristanının mərkəzidir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 13,118 nəfər və 2,958 ailədən ibarət idi.
Mehran şəhristanı
Mehran şəhristanı — İranın İlam ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Mehran şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 23,878 nəfər və 5,238 ailədən ibarət idi.
Muğancıq Mehrab
Muğancıq Mehrab — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun inzibati ərazi vahidində kənd. Şərur rayonunun Qarxun i.ə.v. də kənd . Düzənlikdədir.Yaşayış məntəqəsi Mehrab adlı şəxsin başçılığı ilə muğanlı tayvasına məxsus ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Burada muğancıq "kiçik muğanlı, muğanlıların kiçik hissəsi" deməkdir.
Adıgözəlov Mehrac
Mersad Berber
Mersad Berber (1 yanvar 1940[…] və ya 1940 – 7 oktyabr 2012[…], Zaqreb) — Bosniyalı rəssam idi. Berber, Yuqoslaviya Krallığının Bosanski Petrovac şəhərində anadan olmuşdur. O, Lyublyanadakı Təsviri İncəsənət Akademiyasında təhsil alıb, burada bakalavr və magistr dərəcələrini bitirib. 1978-ci ildə Berber Sarayevo İncəsənət Akademiyasında müəllimlik vəzifəsi aldı. Bu gün Berber dünyanın ən tanınmış qrafika rəssamlarından biridir. 1984-cü ildə Tate Gallery kolleksiyasına daxil edilmişdir. Karyerası boyunca hadisələri, hörmətləri və ithafları salan rəsm silsilələr yaratdı. Hər dövrün orta əsrlərdən iyirminci əsrə qədər Bosniya-Hersoqovina tarixində öz kökləri var. Onun əsərləri qədim motivlərin daha müasir şərhlə qarışması, simvolik sirri və intensivliyi ilə valeh olması ilə səciyyələnir. Onun səthləri də subyektləri kimi mürəkkəbdir, müxtəlif zamanlardan və yerlərdən olan texnikaları birləşdirərək estetik və cazibədarlığı qoruyub saxlayır.
Məhabad
Məhabad və ya Soyuqbulaq — İranın Qərbi Azərbaycan ostanında şəhər. Məhabad şəhəri Tehrandan 873 km aralı, Urmiyadan 100 km cənubdadır. Məhabadın iqlimi, dağlıq zonası olduğundan soyuqdur. Düzənlik və meşələrdə hava mülayimdir. 2006-cı ildə aparılmış siyahıya almanın açıqlanmış yekunlarına əsasən Məhabad şəhərinin 135,780 nəfər əhalisi vardır . Bir neçə tarixi mağaralar — Urartu dövrünə aid; Median (orta əsr) şəhəri; Əhəməni Dara zirzəmisi; Məhabadın cənub-qərbində Bedargöl — Sultan mavzoleyi..
Mərdan
Mərdan — Azərbaycanlı adı. Mərdan Mehdizadə — Azərbaycan Hərbi Dəniz Qüvvələrinin Mərdan Muradxanov — azərbaycanlı pedaqoq-alim, professor Mərdan Feyzullayev — "Tərəqqi" medalı laureatı Mərdan Musayev — Sovet İttifaqı Qəhrəmanı (03.06.1944). Mərdan Camalov — Mərdan Cəlilov — Tanınmış azərbaycanlı alim. Təxəllüs Orxan Mərdan — Prodüser, Rejissor, Ssenarist.
Şəhdad
Şəhdad — İranın Kirman ostanının Kirman şəhristanının Şəhdad bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 4,097 nəfər və 1,010 ailədən ibarət idi.
Məhabad & Piranshahr
Məhabad və ya Soyuqbulaq — İranın Qərbi Azərbaycan ostanında şəhər. Məhabad şəhəri Tehrandan 873 km aralı, Urmiyadan 100 km cənubdadır. Məhabadın iqlimi, dağlıq zonası olduğundan soyuqdur. Düzənlik və meşələrdə hava mülayimdir. 2006-cı ildə aparılmış siyahıya almanın açıqlanmış yekunlarına əsasən Məhabad şəhərinin 135,780 nəfər əhalisi vardır . Bir neçə tarixi mağaralar — Urartu dövrünə aid; Median (orta əsr) şəhəri; Əhəməni Dara zirzəmisi; Məhabadın cənub-qərbində Bedargöl — Sultan mavzoleyi..
Məhabad Cümhuriyyəti
Məhabad Cümhuriyyəti (kürd. Komarî Mehabad) və ya Kürdüstan Milli Hökuməti — 1946–1947-ci illərdə mövcud olmuş kürd dövləti. Məhabad Cümhuriyyəti 1946-cı ilin 22 yanvarında SSRİ-nin dəstəyi nəticəsində yaradılmışdır. BMT tərəfindən tanınmayan Məhabad Cümhuriyyəti, 1947-ci ilin 30 mart tarixində dağılmışdır. Cümhuriyyət 13 nazirdən təşkil olunmuş komitə tərəfindən idarə olunurdu. Qazı Məhəmməd Məhabad Cümhuriyyətini ilk və tək dövlət başçısı olmuşdur. Məhabad Cümhuriyyətinin paytaxtı Məhabad şəhəri olmuşdur. Cümhuriyyətin adı da elə bu şəhərdən götürülmüşdür. 1945-ci ilin noyabr ayında SSRİ-nin yardımı ilə İranda birinci Azərbaycan Demokrat Firqəsi yaradıldı. Bundan sonra İranda yaşayan kürdlərin silahlandırılması başlandı.
Məhabad Şəhristanı
Məhabad şəhristanı (fars. شهرستان مهاباد & پیرانشهر‎; azərb. مهاباد بؤلگه‌سی‎) — İran İslam Respublikasının Qərbi Azərbaycan ostanının (vilayətinin) 14 şəhristanından biri. Şəhristanın inzibati mərkəzi Məhabad (Soyuqbulaq) şəhəridir. 2006-cı ildə aparılmış əhalinin siyahıya alınmasının nəticələrinə görə şəhristanın əhalisi 197,441 nəfər (kişilər: 100,085 nəfər - qadınlar: 97,358 nəfər) olmuşdur. Hazırda Məhabad şəhristanında əsasən kürdlər yaşayırlar və kürd dilində danışırlar. Məhabad bir vaxtlar Savucbulaq / Sovucbulaq (Soyuqbulaq adının yerli ləhcədəki tələffüzü), sonralar isə (Qacar dövründə) kürdlərin mukri tayfasının kütləvi şəkildə şəhərdə və ətraf bölgədə məskunlaşıb əhalinin böyük hissəsini təşkil etməsinin nəticəsində Sovucbulaq Mükri adlandırıldı. Pəhləvilər sülaləsi dövründə isə, 1936-cı ildə bölgənin mərkəzi şəhəri Məhabad olaraq adlandırıldı. Şəhərin və şəhristanın hazırkı adı olan Məhabad farsca "ay" mənasını verən "məh / mah", və şəhər adlarında istifadə olunan "abad" sözlərindən ibarətdir. Mərkəzi bəxşi İnzibati mərkəzi: Məhabad (Soyuqbulaq); digər şəhəri: Göytəpə DEHİSTANLARI Axtaçı-i Qərbi dehistanı KƏNDLƏRİ: Əminabad, Bəcvənd, Bərdəmiş, Bəsri, Burxan, Bövzə, Dərman, Dostəli, Həftvanə, Hacıəlikənd, Kəlicə, Xatunbağ, Xatunxas, Köhnədehdum, Laçın, Pirbalə, Qalat, Qalacığa, Qəmtarə, Qarabulaq, Qızılca-i Süfla, Qurğan, Sahulan, Sancaq, Sərvanə, Seyidabad, Şilanabad, Siçanbulağı, Təkanlıca, Ötmüş, Uzundərə-i Ülya, Uzundərə-i Süfla, Yadabad- Ülya, Yadabad-i Süfla, Zağadrav Mükriyan-i Qərbi dehistanı KƏNDLƏRİ: Albulaq, Çüməlan, Dərələk, Daşxana, Daşteymur, Dehbəkr, Dəryaz, İbrahimə, Əyriqaş, Gəpis, Gərd-i Yaqub, Gülə, Hacıabad, Həmzəabad, Kəhrizə-i Şeyxan, Xəlifə Xanəgah-i Xangəh, Xürxürə, Köhnədeh, Kövtər, Kusəkəhriz, Keşt və Sünət-i Məhabad [Məhabad mədəniyyət və texnologiya mərkəzi] (Mahabad Culture and Technology Centre), Paindərə (pain (farsca) = aşağı, ayaqaltı), Qaraxan, Qaraqışlaq, Qaziabad, Qızılqapı, Qocaabad, Qumqala, Səlimsağul (şuğul?), Siləkə, Tutağac, Yusifkəndi Mükriyan-i Şərqi dehistanı KƏNDLƏRİ: Abdullahabad, Azad, Badam, Bərdərəşan, Gəbəzələ, Gərdəgirov, Gərdərəş, Hacıxoş, Kəhrizə-i Əlibəyazıd, Xətai, Kiçabad, Ləc, Şəhrək-i Sünəti-i Məhabad [Məhabad sənaye ərazisi] (Mahabad Industrial Estate), Məzrayə-i Əmirabad, Qapı-i Babaəli, Qaradağ, Qülqülə, Təng-i Bələkə, Turşakan Xəlifan bəxşi İnzibati mərkəzi: Xəlifan DEHİSTANLARI Kanibazar dehistanı KƏNDLƏRİ: Bərəcu, Bərava, Bəyram, Çahargah, Eynmolla, Ganihdar, Gəravi, Gavdari-i Qaraney, Gamışan, Gərd-i Şilan, Gərdəbərdan, Gülinan, Acıdərə, El-i Teymur, Kəlləkavi, Kanimiran, Kanirəş, Kanisəfid, Kanisib, Kəvilan-i Ülya, Kəvilan-i Süfla, Xəldəlil, Kitəkeh, Köhnədehşuğayi, Kültəpə, Kuran, Kurgeh, Kuşgehdərə, Məjgeh, Mirədeh, Pajbərd, Pirmikayıl, Qalacığa, Qaluyizindan, Qozlu-i Ülya, Qozlu-i Süfla, Quytal, Səvinas, Şəhr-i Zur, Şeyxyusif, Uzundaş, Yarəli, Zindəqul Mənqur-i Şərqi dehistanı KƏNDLƏRİ: Abdullahkürdə, Afan, Ağasur, Amid, Aşab, Bagərdan-i Ülya, Bagərdan-i Süfla, Benguin, Beytas, Çovmel, Dağə, Doseyid, Dolbahar, Dolpamu, İslamabad, Qaquş-i Ülya, Qaquş-i Süfla, Giyahdövran, Gülyar, Gövməliyan, Qohuh Xane-ye Hacci Kərimi [Hacıkərimi qəhvə şirkəti] (Hajji Karimi Coffee Company), Hacımamiyan, Həsənçəp, Hermə, Candaran, Kələdəndəvi, Kamam, Kərəg, Kəvis, Keysalan, Xanəgah, Xaracu, Xatunəsti, Küləsərmərgan, Mahmudabad (1), Mahmudabad (2), Maranə, Mərgaru, Mazələ, Məzrayə, Miriseh, Pelkə, Qəlat-i Sinan, Qaraçilan, Qaraqaç, Qeşqünə-i Ülya, Qeşqünə-i Süfla, Qozluca, Rəftə, Salm, Saminu, Sərtəng, Sarhulan, Sərtan, Sərv, Şəkərbəy, Şeyxan, Şorabad, Siyaqul-i Ülya, Siyaqul-i Süfla, Soluq, Sürxab, Sülgəh, Zeyvə Cənubi Azərbaycan Azərbaycanlılar Kürdlər İranın ostanları İranın şəhristanları Məhabad Şəhristanın Rəsmi Saytı - Dövlət Saytı Qərbi Azərbaycan Ostanın Rəsmi Saytı - Dövlət Saytı Dünya Azərbaycanlıları Konqresi :Sufi yurdu, Midiya yadigarı Soyuqbulaq...
Mehr Mərdan
Mehr Mehran — Təbəristan şahı. == Hakimiyyəti == 717-755-ci illər arasında hökmranlıq etməyindən əlavə haqqında məlumat yoxdur. == Mənbə == Madelung, W. (1975). "The Minor Dynasties of Northern Iran". In Frye, R.N. The Cambridge History of Iran, Volume 4: From the Arab Invasion to the Saljuqs. Cambridge: Cambridge University Press. pp. 198–249. ISBN 978-0-521-20093-6.