Mehridağ

MehridağŞərur rayonu ərazisində, Dərələyəz silsiləsinin şimal-qərb istiqamətli Saraybulaq qolunun suayırıcında, Mehridərəsi çayının mənbə hissəsində, Şahbulaq kəndindən 4 km şimal-şərqdə dağ (hünd. 1869,1 m). Üst Permin Midiya regiomərtəbəsinin aşağı hissəsinə aid Dəvəölən lay dəstəsinin əhəngdaşılarından təşkil olunmuş günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Şərur-Culfa qalxım zonasının Şərur seqmentinin şimal-şərq cinahına aid eyniadlı antiklinalın tağ hissəsində yerləşir. Şimal-şərq yamacından keçən əks-fay üstəgəlmə qırılması boyu Üst Permin əhəngdaşıları Üst Tabaşirin Kampan mərtəbəsinə aid Gərməçataq lay dəstəsinin terrigen-karbonat törəmələrilə təmasa gətirilmişdir. Cənub yamacında Alt Triasın Hind mərtəbəsinə aid Alt Qarabağlar yarımlay dəstəsinin terrigen-karbonat törəmələri açılır.[1]

Mehridağ
Ümumi məlumatlar
Dağ sistemi Kiçik Qafqaz
Mütləq hündürlüyü 1869,1 m
Yerləşməsi
39°41′04″ şm. e. 45°10′57″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon
Mehridağ xəritədə
Mehridağ
Mehridağ
  1. Naxçıvan Ensiklopediyası. I cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. səh. 596. ISBN 5-8066-1468-9.