Mərdan Cəlilov
Mərdan Cəlilov (tam adı: Mərdan Fərəc oğlu Cəlilov, d.29 iyun, 1952) , Mərdəkan, Bakı şəhəri, Azərbaycan SSR, SSRİ) — Tanınmış azərbaycanlı alim, "SSRİ İxtiraçısı", texnika elmləri doktoru, professor, Azərbaycan Milli Aviasiya Akademiyasının "Avianəqliyyat istehsalatı" kafedrasının professoru.
== Həyatı ==
Mərdan Fərəc oğlu Cəlilov 29 iyun 1952-ci il tarixində Bakı şəhəri Xəzər rayonunun Mərdəkan qəsəbəsidə ziyalı ailəsində anadan olub. 1969-cu ildə Mərdəkan qəsəbəsində orta məktəbini bitirib və həmin il Azərbaycan Neft və Kimya institutunun (indiki ADNSU) Energetika fakültəsinə daxil olub. 1974-cü ildə institutu bitirərək "İstilik energetikası mühəndisi" ixtisasına yiyələnib. 1974–1975-ci illərdə "Şimal" DRES-ində çalışmış və oradan Az. NKİ-nin "Dəniz suyunun sənayedə istifadə edilməsi" problem laboratoriyasına böyük mühəndis vəzifəsinə keçirilmişdir.
1978–2013-cü illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetində elmi-pedoqoji fəaliyyət göstərmiş və müxtəlif vəzifələrdə (böyük və baş elmi işçi, dosent, professor, kafedra müdiri) çalışmışdır.
1984-cü ildə Moskva Energetika İnstitutunda namizədlik, 1999-cu ildə isə Azərbaycan Elmi Tədqiqat və Enerjilayihə İnstitutunda (Az. ETELİ) doktorluq dissertasiyasını müdafiə etmişdir.
10 ildən artıq müddətdə Az.