Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Mehtərli (Vərziqan)
Mehtərli (fars. مهترلو‎) - İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 881 nəfər yaşayır (186 ailə).
2-metrlik teleskop
2-metrlik teleskop və ya Şamaxı Astrofizika Rəsədxanasının 2 m-lik teleskopu Teleskop Zeiss-2000 reflektoru “Carl Zeiss Jena” (Almaniya) firmasının istehsalıdır. 1964-cü ildə rəsədxanaya gətirilib və 1966-cı ildə istifadəyə verilmişdir. Coğrafi koordinatları: λ=48° 35' 50ʺE, φ=40° 46' 51ʺN. Teleskop dəniz səviyyəsindən 1435 m hündürlükdə qurulmuşdur. Kupolun və binanın xarici üst qatı temperatur izolyasiyası üçün alüminium lövhələrlə örtülmüşdür == 2-metrlik teleskop haqqında ümumi məlumat == Almaniyanın “Carl Zeiss JENA” firmasının istehsalıdır və 1966-cı ildə istifadəyə verilmişdir. Əsas güzgü parabolikdir, diametri 2080 mm, fokus məsafəsi 9000 mm-dir. 2-metrlik teleskop 3 müxtəlif optik sistemi özündə birləşdirir və əsasən spektral müşahidələr üçün nəzərdə tutulmuşdur: • Baş fokus. İşıq qüvvəsi-1:4.5. Fokal səthdə miqyas 23″/mm. Cihazları: fotoqrafik müşahidələr üçün korrektor tədbiq etməklə faydalı sahəsi 21′x21′ olan baş fokus kasset qurğusu, zəif obyektlərin spektrlərinin alınması üçün istifadə olunan 2 difraksiya qəfəsi və 3 kamera ilə təchiz olunmuş baş fokus spektroqrafı; • Kasseqren fokusu. Ekvivalent fokus məsafəsi 29500 mm.
11 metrlik cərimə zərbəsi
Penalti 11 metrlik nöqtədən, ingilislərin ölçü vahidi ilə 12 yardlıq məsafədən vurulur. Bu isə 10,97 metr deməkdir və cərimə meydançasının eninin (16,5 metr) 2/3 hissəsinə bərabərdir. Penalti vurulan zaman cərimə meydançasında hakimdən, qapıçıdan və zərbəni vuracaq futbolçudan başqa heç kim olmamalıdır. Digər futbolçular topdan 9,15 m aralı dayanmalıdırlar və yeri gəlmişkən, bu tələbə riayət məsələsində problem hələ də tam həllini tapmayıb. == Tarixi == Penaltinin yaranma tarixi 1891-ci il yanvarın ilk günləri hesab olunur. İngiltərə Kuboku uğrunda Notts Kaunti ilə görüşün başa çatmasına bir neçə dəqiqə qalanadək 0:1 hesabı ilə geridə olan Stok Siti hücumlarına ara vermir və epizodların birində Stok Siti futbolçusunun qapıya endirdiyi zərbədən sonra rəqib oyunçu boş qapıya istiqamətlənən topun qarşısını əllə kəsir. O vaxtkı qaydaya uyğun olaraq hakim cərimə zərbəsi təyin edir və“Notts Kaunti komandasının bütün oyunçuları qapı qarşısında canlı sədd quraraq təhlükənin qarşısını alıb qələbə hesabını qoruyurlar. Bu isə böyük narazılığa səbəb olur.Şimali İrlandiyadan olan Vilyam Makkram bildirdi ki, cərimə meydançasında qayda pozuntusuna görə təyin olunmuş zərbə cərimə meydançası daxilində xüsusi müəyyənləşmiş nöqtədən vurulsun. Müəyyən bürokratik maneələrə baxmayaraq, təklif böyük əksəriyyət tərəfindən bəyənildi, müdafiə olundu və 1891/92-ci il mövsümündən Britaniyada tətbiq edilməyə başladı.Amma ilk vaxtlar penalti təyin olunur və zərbə qayda harda pozulubsa oradan vurulurdu. Bundan başqa, oyunda penaltinin tətbiq olunub-olunmaması komandaların razılığı ilə həyata keçirilirdi.
Rəhbərlik
Rəhbərlik — nadir idarə etmək keyfiyyətidir. Rəhbər ilk növbədə kadrların seçilməsi və hazırlanması qayğısına qalmalıdır, icraçılar nə qədər çox səylə işləsələr, hər hansı iş bir o qədər yaxşı yerinə yetirilə bilər. Buna görə rəhbər daim kadr məsələləri ilə məşğul olmalı, icraçıların düzgün seçilməsinə diqqət yetirməli, onlardan ötrü lazım gələn istehsal və məişət şəraitinin yaradılması qayğısına qalmalı, onların peşə cəhətdən yüklənməsinə kömək etməli zəruri maddi və mənəvi həvəsləndirmə sistemini təmin etməlidir. == Rəhbərin əsas vəzifələri haqqında == Rəhbər özünün rəhbərlik etdiyi bütün istehsal sahələrinin zəruri, maddi-texniki ehtiyatlarla təmin edilməsi qayğısına qalmalıdır. O istehsalı yaxşı bilməli və həmişə mütərəqqi texnologiyaya əsaslanmalıdır. Rəhbər işində öz xarakterinə görə müxtəlif olan daimi və ya müvəqqəti təşkilat sistemləri yaradılması məsələləri əməkçi kollektivlərinin yaradılması, aqreqatların kompleksləşdirilməsi, icraçıların və texnikanın iş yerləri üzrə bölüşdürülməsi xüsusi yer tutur. Bu rəhbərin bütün təşkilat işinin çox mühüm və vacib hissəsidir. Bu işdə bu və ya digər formada daim məşğul olmaq lazım gəlir, çünki mövsümi xarakter daşıyır. Rəhbərin gördüyü işin müvəffəqiyyəti bir çox cəhətdən idarə etdiyi istehsalın bütün sahələrində işlərin vəziyyəti haqqında dolğun və dürüst məlumatı olmasından asılıdır. İstehsalın müxtəlif cəhətlərinin vəziyyəti haqqında mükəmməl məlumat olmadan səmərəli idarəetmə ola bilməz.
Moris Meterlink
Moris Polidor Mari Bernar Meterlink — (fr. Maurice (Mooris) Polydore Marie Bernard Maeterlinck; 29 avqust 1862[…], Gent – 6 may 1949[…], Nitsa) — fransız dilində yazan Belçika şairi, dramaturqu və filosofu, məşhur "Mavi quş" fəlsəfi pyes-pritçanın müəllifi, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1911). == Həyatı == Belçika dramaturqu və esseisti Moris Polidor Mari Bernar Meterlink imkanlı flamand ailəsinin övladı idi. İlk təhsilini yezuit kollecində almışdı. Kiçik yaşlarında hər şeydən çox poeziya ilə maraqlanırdı. Ailədə əsasən fransızca danışıldığından Meterlink də yazmağa başlayarkən bu dilə üstünlük vermişdi. Valideynləri onun ailə ənənəsini davam etdirərək hüquqşünas olmasını istəyirdilər. Meterlink ata-anasının iradəsinə qarşı çıxmamışdı. Gent universitetinin hüquq fakültəsini biritmişdi. Lakin 1885-ci ildə təcrübə keçmək üçün getdiyi Parisdə bütün vaxtını və gücünü ədəbi məşğələlərə sərf etmişdi.
Muraz Məhərli
Məhərli Muraz Baxışəli oğlu (21 noyabr 1993, Salahlı, Yevlax rayonu – 28 sentyabr 2020) — II Qarabağ müharibəsi şəhidi. == Həyatı == 21 dekabr 1993-cü ildə Yevlax rayonu Salahlı kəndində anadan olmuşdur.Yevlax rayonunun Salahlı kənd tam orta məktəbində təhsil almışdır. Məzun olduqdan sonra 1 il 6 aylıq hərbi xidmətə getmiş, Yeni Yasalamda yerləşən N saylı hərbi hissədə xidmət etmiştir. 2016-cı ildən Zaqatala Daxili Qoşunlarda 3 il xidmət etmişdir. Bu 3 illik müqaviləsi bitdikdən sonra Yevlax rayonunun N saylı hərbi hissəsində öz qulluğuna davam etmişdir. Bir il yarım bu hərbi hissədə işlədikdən sonra , II Qarabağ müharibəsində iştirak etmiş, Tərtər rayonunun Çaylı kənd istiqamətində gedən döyüşdə iştirak edib. İki düşmən postunu aldıqdan sonra düşmən tərəfindən snayperlə sinəsindən vurularaq şəhid olmuşdur.
Din işləri üzrə rəhbərlik
Dəyanət işleri üzrə rəhbərlik — 3 mart 1924-cü il tarixində Şəriət və Vəqflər Nazirliyinin yerinə qurulan, İslam dininin inancları, ibadətləri və əxlaqi prinsipləri ilə əlaqəli işlərin aparılması, cəmiyyəti din haqqında maarifləndirmə və ibadət yerlərinin idarə olunması ilə məşğul olan qurum. Mustafa Kamal Atatürkün əmri ilə 429 saylı qanuna əsasən Türkiyə Cümhuriyyətinin Baş Nazirliyinə bağlı bir təşkilat olaraq quruldu. 9 iyul 2018-ci ildə ölkənin prezidentlik sisteminə keçməsi ilə təşkilat da Cümhuriyyət başçılığının tabeliyinə keçdi.Konstitusiyanın 136-cı maddəsində belə bir bənd yer alır: 2020 üçün illik büdcəsi 11.519.609.000 Tl təşkil edir.
Din işləri üzrə rəhbərlik (Türkiyə)

Dəyanət işləri üzrə rəhbərlik (Türkiyə)